Daha çox8
Daha çox8

Əmək qabiliyyətini uzun müddət itirən işçiyə hansı təminatlar verilir?

posted in: Xəbər | 0

pensiya , minimum əməkhaqqı, iş vaxtı norması, istehsalat təqvimi, 2022, işsizlikdən sığorta ödənişi, icbari sığorta müqaviləsi, Əlilliyin müəyyən olunmasıƏmək qabiliyyətinin itirilməsi zamanı əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı təcrübədə müəyyən suallar yaranır. Uzun müddət işə gələ bilməyən iş­çi­nin əmək mü­qa­vi­lə­si­nə xi­tam ver­mək olar­mı? Olar­sa, pro­ses ne­cə tənzimlənir? Suallara əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilov aydınlıq gətirir.

Əmək Mə­cəl­lə­si­nin 74-cü mad­də­sin­də tə­rəf­lə­rin ira­də­sin­dən ası­lı ol­ma­yan hal­lar­da əmək mü­qa­vi­lə­si­nə xi­tam ve­ril­mə­si­nin hal­la­rı mü­əy­yən edil­miş­dir. Be­lə hal­lar­dan bi­ri də “c” bən­didir: qa­nun­ve­ri­ci­lik­lə da­ha uzun müd­dət mü­əy­yən edil­mə­yib­sə, əmək qa­bi­liy­yə­ti­nin fa­si­lə­siz ola­raq al­tı ay­dan çox müd­də­tə tam itirilmə­si ilə əla­qə­dar iş­çi əmək funk­si­ya­sı­nı ye­ri­nə ye­ti­rə bil­mə­dik­də.

Diq­qət edir­si­niz­sə, mad­də­də iki mü­hüm mə­sə­lə­nin göz­lə­nil­mə­si şərt­i var:

  • əmək qa­bi­liy­yə­ti­nin al­tı ay­dan çox müd­də­tə və tam iti­ril­mə­si;
  • əmək qa­bi­liy­yə­ti­nin iti­ril­mə­si müd­də­tinin fa­si­lə­siz da­vam et­məsi.

Əmək qa­bi­liy­yə­ti­nin tam iti­ril­mə­si mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı­nın mü­əy­yən et­di­yi or­qa­nın (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəz­din­də Tib­bi So­si­al Eks­pert Ko­mis­si­ya­sı – TSEK) rə­yi ilə mü­əy­yən edi­lir. Əmək qa­bi­liy­yə­ti­nin tam itiril­mə­si de­dik­də, ic­ra ha­ki­miy­yə­ti or­qa­nı­nın mü­əy­yən et­di­yi or­qa­nın (qu­ru­mun) qə­ra­rı ilə iş­çi­yə əlil­lik də­rə­cə­si və ya 18 ya­şı­na­dək sağ­lam­lıq im­kan­la­rı­nın məhdud­lu­ğu mü­əy­yən edil­mək­lə ən azı bir il müd­də­ti­nə əmək qa­bi­liy­yət­siz he­sab edil­mə­si ba­şa dü­şül­mə­li­dir. Əmək qa­bi­liy­yə­ti­nin 6 ay­dan az müd­də­tə mü­vəq­qə­ti iti­ril­mə­si əmək mü­qa­vi­lə­si­nə xi­tam ve­ril­mə­si üçün əsas ola bil­məz. Əmək qabiliyyə­ti­ni bir il­dən çox ol­ma­yan müd­də­tə qis­mən itir­miş iş­çi­lər üçün isə müvafiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı­nın mü­əy­yən et­di­yi or­qa­nın (TSEK) rə­yi nə­zə­rə alı­nır.

Aşağıdakı hallara nəzər salaq:

  • Əmək qa­bi­liy­yə­ti mü­vəq­qə­ti iti­ril­di­yi za­man

Əmək qa­bi­liy­yə­ti­nin mü­vəq­qə­ti iti­ril­mə­si de­dik­də, əmək qa­bi­liy­yə­ti­nin 6 ay­dan az müd­də­tə iti­ril­mə­si ba­şa dü­şü­lür. Əmək qa­bi­liy­yə­ti­ni mü­vəq­qə­ti itir­miş iş­çi­lə­rin iş ye­ri və və­zi­fə­si sax­la­nıl­maq­la on­la­ra ilk 14 gün üçün mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti orqa­nı tə­rə­fin­dən mü­əy­yən olun­muş qay­da­da və miq­dar­da işə­gö­tü­rə­nin və­sai­ti, qalan gün­lər üçün isə məc­bu­ri döv­lət so­si­al sı­ğor­ta haq­la­rı he­sa­bı­na müa­vi­nət ödəni­lir. Əmək qa­bi­liy­yə­ti­nin mü­vəq­qə­ti iti­ril­mə­si­nə gö­rə müa­vi­nət və ha­mi­lə­li­yə və do­ğu­ma gö­rə müa­vi­nət al­maq hü­qu­qu ən azı 6 ay so­si­al sı­ğor­ta sta­jı olan şəxslərə şa­mil edi­lir.

Qeyd edək ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq sağalanadək və ya tibbi sosial ekspert komissiyası (TSEK) tərəfindən əlillik müəyyən edilənədək, lakin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə uyğun olaraq bir ildən çox olmayan dövr üçün verilir.

  • Əmək qa­bi­liy­yə­tinin tam iti­rilməsi

Əmək qa­bi­liy­yə­ti­nin tam iti­ril­mə­si de­dik­də, orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müd­də­ti­nə əmək qa­bi­liy­yət­siz he­sab edil­mə­si ba­şa dü­şü­lür. Əmək qa­bi­liy­yə­ti­nin tam şə­kil­də itirilmə­si ilə əmək mü­qa­vi­lə­si­nə xi­tam ve­ri­lən za­man işə­gö­tü­rən iş­çi­yə or­ta ay­lıq əməkhaq­qı­nın azı 2 mis­li miq­da­rın­da müa­vi­nət ödə­mə­li­dir.

İn­di isə əmək qa­bi­liy­yə­ti­nin iti­ril­mə­si za­ma­nı əmək mü­qa­vi­lə­si­nə xi­tam ve­ri­lib-veril­mə­mə­si mə­sə­lə­sini nə­zərdən keçirək.

  • Əmək qa­bi­liy­yə­ti­nin 6 ay­dan az müd­də­tə iti­ril­mə­si

Əmək qa­bi­liy­yə­ti 6 ay­dan az müd­də­tə iti­ri­ldiyi hal­da Əsasnamə­yə uy­ğun şə­kil­də müa­vi­nət he­sab­lan­ma­lı və ödə­nil­mə­li­dir. Yə­ni iş­çi, əmək qa­bi­liy­yə­ti­nin ol­ma­ma­sı və­rə­qə­si­ni iş ye­ri­nin mü­ha­si­batı­na təq­dim edir, mü­ha­si­bat işə­gö­tü­rən tə­rə­fin­dən ödə­nil­mə­li məb­lə­ği ödə­yir. Qa­lan gün­lər üçünsə işçi özü DSMF-yə elekt­ron mü­ra­ci­ət et­mə­li­dir.

  • Əmək qa­bi­liy­yə­ti­nin 1 il­dən çox ol­ma­yan müd­də­tə iti­ril­mə­si

Əmək qa­bi­liy­yə­ti­ni bir il­dən çox ol­ma­yan müd­də­tə qis­mən itir­miş iş­çi­lər üçün də mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı­nın mü­əy­yən et­di­yi or­qa­nın (TSEK) rə­yi nə­zə­rə alı­nır. TSEK iş­çi­nin əmək qa­bi­liy­yə­ti­nin tam iti­ril­mə­si ba­rə­də qə­rar ve­rə və ya əmək qa­bi­liy­yə­ti­nin mü­vəq­qə­ti iti­ril­mə­si pro­se­si­nin da­vam et­mə­si sə­bə­bin­dən müd­də­ti 1 il­dən çox ol­ma­yan müd­də­tə ar­tı­ra və ya iş­çi­nin işə çıx­ma­sı­na mü­əy­yən şərt­lər­lə ica­zə ve­rə bi­lər. Hər bir hal­da TSEK-in rə­yi nə­zə­rə alı­nır və bu­na uy­ğun təd­bir gö­rü­lür.

  • İşçinin ən azı bir il müd­də­ti­nə əmək qa­bi­liy­yət­siz ol­ma­sı

TSEK iş­çi­nin əlil­lik də­rə­cə­si və ya 18 ya­şı­na­dək sağ­lam­lıq im­kan­la­rı­nın məhdudlu­ğu mü­əy­yən edil­mək­lə ən azı bir il müd­də­ti­nə əmək qa­bi­liy­yət­siz he­sab edil­mə­si haq­qın­da qə­rar qə­bul edər­sə, bu, əmək qa­bi­liy­yə­ti­nin tam iti­ril­mə­si ki­mi ba­şa dü­şü­lür və işə­gö­tü­rən mü­va­fiq rəy­dən son­ra iş­çi­nin əmək mü­qa­vi­lə­si­nə Əmək Mə­cəl­lə­si­nin 74-cü mad­də­si­nin “c” bən­di ilə xi­tam ve­rir, mü­va­fiq ödə­niş­lə­ri ödə­yir.

TSEK ko­mis­si­ya­sı­nın qə­ra­rı üçün TSEK-ə sor­ğu gön­də­ril­mə­li və sor­ğu­nun ca­va­bı əsa­sın­da mü­va­fiq qə­rar­lar ve­ril­mə­li­dir.

Qeyd edək ki, uzun müddət xəstə olanlar əmək qabiliyyəti itirildiyi gündən başlayıb, xəstəlik müddəti son 12 ay ərzində, yaxud eyni xəstəlik üzrə ardıcıl 6 aydan çox olduqda yoxlanmaq üçün tibbi sosial ekspert komissiyasına göndərilir.

Mənbə: vergiler.az


Gənclər Fondu auditor seçib

posted in: Xəbər | 0

Gənclər Fondu 2022-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

Dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi “Azəruçot” MMC-dir.

Qalib şirkətə 10 450 manat ödəniləcək.

Mənbə: report.az


Dənizkənarı Bulvar İdarəsi auditor seçib

posted in: Xəbər | 0

auditor

Dənizkənarı Bulvar İdarəsi özünün və tabeliyindəki 4 təşkilatın 2022-ci il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

Dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verilir ki, sorğunun qalibi “Azəruçot” MMC-dir.

Qalib şirkətə 12,3 min manat ödəniləcək.

Mənbə: report.az

 

 

 


QSC tərəfindən səhmlərin ticarətə buraxılması hansı şərtlərə əsaslanır?

posted in: Xəbər | 0

Fəaliyyəti olmayan vergi ödəyiciləri, səhmlərin ticarətə buraxılması,Vergi Məcəlləsinin yeni 102.1.22-2-ci maddəsindəki “kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend” ifadəsi qapalı səhmdar cəmiyyətlərə aid edilirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsinə əsasən, 2023-cü il fevralın 1-dən etibarən beş il müddətində Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda rezident hüquqi şəxslər tərəfindən kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azaddır.

Buna əsasən Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda rezident hüquqi şəxslər tərəfindən kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər üzrə ödənilən dividend gəlir vergisindən azaddır.

Mülki Məcəllənin 100.1-ci maddəsinə əsasən səhmləri yalnız onun təsisçiləri arasında və ya qabaqcadan müəyyənləşdirilmiş digər şəxslər dairəsində yayılan səhmdar cəmiyyəti qapalı səhmdar cəmiyyətidir. Bu cür cəmiyyət buraxdığı səhmlərə açıq abunə yazılışı apara bilməz və ya başqa şəkildə onları əldə edilmək üçün şəxslərin qeyri-məhdud dairəsinə təklif edə bilməz.

Bununla yanaşı, Azərbaycan Respublikasında investisiya qiymətli kağızlarının buraxılışının, dövlət qeydiyyatının, kütləvi təklifinin, depozitar və ticarət sonrası sistemlərin, qiymətli kağızların və törəmə maliyyə alətlərinin tədavülünün, qiymətli kağızlar bazarında lisenziyaya malik olan şəxslərin və mərkəzi depozitarın təşkilinin, idarə edilməsinin və ləğvinin prinsip və qaydalarını, investorların hüquqlarının müdafiəsi sahəsində münasibətlərin, habelə qiymətli kağızlar bazarında tənzimlənmə və nəzarətin hüquqi və iqtisadi əsasları “Qiymətli kağızlar bazarı haqqında” Qanun ilə müəyyən edilir.

Qanunun 1-ci maddəsinin müddəalarına əsasən tənzimlənən bazar – fond birjasının daxili qaydalarına uyğun olaraq ticarətə buraxılmış qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə üçüncü şəxslərin alğı-satqı maraqlarını özündə əks etdirən fond birjası tərəfindən təşkil və idarə olunan sistemdir.

Qanunun 8-ci maddəsinin müddəalarına əsasən, investisiya qiymətli kağızlarının kütləvi təklifi onların qeyri-müəyyən sayda şəxsə, yaxud kütləvi informasiya vasitələri ilə və ya 50 nəfərdən artıq şəxsə təklif edilməsidir. İnvestisiya qiymətli kağızlarının (dövlət müəssisələri özəlləşdirilərkən yaradılan səhmdar cəmiyyətlərinin səhmləri istisna olmaqla) kütləvi təklifi fond birjası vasitəsilə həyata keçirilir.

Qeyd olunanları nəzərə alaraq, qapalı səhmdar cəmiyyətlər tərəfindən səhmlərin kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılması ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət edilməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi, Mülki Məcəllənin 100-cü maddəsi və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununu.

Mənbə: vergiler.az


1 424 425 426 427 428 429 430 2. 400
error: Content is protected !!