Azərbaycana idxal olunan bu məhsullar gömrük rüsumundan azad edildi

posted in: Xəbər | 0

Əməkhaqları Vahid Tarif Cədvəli, gömrük rüsumu,Azərbaycana idxal olunan kimyəvi saplardan hazırlanmış parçalar – tərkibində 85 kütlə % və ya daha çox teksturasiya edilməmiş poliefir saplar olan boyanmış, müxtəlif rəngli və çap olunmuş parçalar, sintetik kompleks saplardan ağardılmamış və ya ağardılmış, boyanmış, müxtəlif rəngli parçalar, neylondan və ya digər poliamidlərdən və ya poliefirlərdən alınan çox möhkəm saplardan hazırlanmış digər parçalar 15 faiz gömrük rüsumundan azad edilir.

Bu, Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə edilən dəyişiklikdə əksini tapıb. Beləliklə, 1 yanvar 2024-cü ildən qüvvəyə minəcək qərar 31 dekabr 2030-cu ilədək qüvvədə olacaq.


Kapital Bank 2023-cü ilin I rübünün nəticələrini elan edib

posted in: Xəbər | 0

Kapital Bank,Kapital Bank-ın aktivləri 1 aprel 2023-cü il tarixinə 7,7 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 3,2 milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 aprel 2023-cü il tarixinə 5,9 milyard manat olub.

Bankın 1 aprel 2023-cü il tarixinə tutulmalardan sonra məcmu kapitalı 882 milyon manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manat təşkil edir.

Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


Əlillərə qulluq edənlər üçün hansı vergi güzəşti verilir?

posted in: Xəbər | 0

vergi güzəşti1-ci qrup əlilə qulluq edən şəxsin maaşından vergi tutulmalıdırmı? Tutulmalıdırsa, ona hansı güzəşt tətbiq edilir və güzəşt hansı şərtlərlə verilir?

Dövlət Vergi Xidmətindən bildirilib ki, daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Bu güzəşt hüququ aşağıda qeyd olunan sənədlərin birinin təqdim edildiyi andan tətbiq edilir və yalnız əsas iş yerinizdə (əmək kitabçanızın olduğu yerdə) həyata keçirilir:

  • himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı;
  • ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əmək kitabçasının olduğu işəgötürənin arayışı;
  • uşağın doğulması haqqında şəhadətnamənin surəti;
  • birgə yaşamaq haqqında mənzil-kommunal istismar sahələrinin yaxud icra hakimiyyəti nümayəndəliklərinin arayışları;
  • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun arayışı;
  • övladlığa götürmə barədə məhkəmə qərarının surəti.

Əsas: Vergi Məcəlləsinin 102.3-cü maddəsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

Mənbə: vergiler.az


Dövlət Vergi Xidmətinin rəsmi saytında yeni bölmə yaradılıb

posted in: Xəbər | 0

Dövlət Vergi Xidmətiİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində (www.taxes.gov.az) Azərbaycan və ingilis dillərində “Kommersiya qurumlarının dövlət qeydiyyatı və vergi ödəyicilərinin uçotu” adlı yeni bölmə yaradılıb.

Xidmətdən verilən məlumata görə, kommersiya qurumlarının dövlət qeydiyyatı və uçot vahidləri ilə bağlı zəruri məlumatların yerləşdirildiyi bölmədə müvafiq sahə üzrə qanunvericilik, qeydiyyat prosedurlarının həyata keçirilməsi barədə informasiyalar, ərizə formaları, izahedici çarxlarla tanış olmaq mümkündür. Bölmədə, həmçinin, kommersiya qurumlarının dövlət qeydiyyatının üsulları, qeydiyyat üçün tələb olunan sənədlərin siyahısı, ərizələrin doldurulması qaydaları, “İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları”, “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”, “Fin-kod + mobil nömrə ilə qeydiyyat prosesinin təsviri” və “Qeyri-rezidentlərə ASAN imzanın onlayn təqdim edilməsi” mövzularında videotəlimatlar və s. əks etdirilib, vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartlarının, PDF formatla yanaşı, “html” üzərindən açılması imkanı və axtarış funksiyası yaradılıb.

Əlavə olaraq bölmədə “Vergi ödəyiciləri üzrə axtarış”, “Məlumat dəyişikliyi və ləğv edilmə proseduru”, “Lisenziyaların verilməsi”, “Qeydiyyat orqanları ilə əlaqə” kimi alt bölmələrə də keçid etmək mümkündür.

Ətraflı məlumatla www.taxes.gov.az/az/page/qeydiyyat internet ünvanından tanış olmaq olar.

Mənbə: vergiler.az


1 423 424 425 426 427 428 429 2. 400