Hansı halda müəssisənin nizamnamə fonduna qoyulan əsas vəsaitlər ƏDV-yə cəlb olunur?

posted in: Xəbər | 0

əsas vəsaitlər,Suala maliyyə və vergi məsələləri eksperti Rəşad Məmmədov aydınlıq gətirir. Vergi Məcəlləsinin 164.1.5-ci maddəsinə əsasən, idxal olunan əmlak istisna olmaqla müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində hər hansı əmlakın (əsas vəsaitlər istisna olmaqla) qoyulmasından (əmlakın pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda) ƏDV tutulmur.

Məcəllənin 165.1.10-cu maddəsində isə göstərilib ki, müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində əsas vəsaitin qoyulması (əsas vəsaitin pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda) üzrə əməliyyatların aparılmasına görə ƏDV sıfır (0) dərəcəsi ilə tutulur.

Misal: ƏDV və gəlir vergisinin ödəyicisi olan fiziki şəxs fərdi sahibkar, eyni zamanda ƏDV və mənfəət vergisinin ödəyicisi olan müəssisənin təsisçisidir. Fiziki şəxsin mülkiyyətində və istifadəsində əsas vəsait və malları vardır. Təsisçinin qərarı ilə 2023-cü ilin yanvarında həmin əsas vəsait və malları təsisçisi olduğu müəssisəyə pay şəklində qoyub. Fiziki şəxs həm əsas vəsaiti, həm də malı müəssisəyə ƏDV ilə birlikdə təqdim edib və müəssisə nağdsız qaydada həm əsas məbləğin, həm də ƏDV-nin məbləğini ödəyib.

Vergi Məcəlləsinin 146-cı maddəsinin müddəalarına əsasən, şəxs və ya şəxslər qrupu aktivləri hər hansı hüquqi şəxsə bu hüquqi şəxsdə iştirak payı əvəzinə verirsə (hər hansı öhdəlik götürməklə və ya götürməməklə), aktivlərin verilməsi vergiyə cəlb olunan təqdimetmə sayılmır. Yəni hüquqi şəxsin təsisçisi tərəfindən əmlakın həmin hüquqi şəxsin nizamnamə kapitalına pay şəklində qoyuluşu vergitutma məqsədləri üçün vergiyə cəlb olunan təqdimetmə sayılmır.

Mallara görə ödənilmiş ƏDV məbləğini müəssisə Vergi Məcəlləsinin 175.6-cı maddəsinin müddəalarına əsasən əvəzləşdirə bilməyəcək. Çünki müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində hər hansı əmlakın qoyulması Vergi Məcəlləsinin 164.1.5-ci maddəsinin müddəalarına əsasən, ƏDV-dən azaddır.

Lakin Vergi Məcəlləsinin 165.1.10-cu maddəsinin müddəalarına əsasən, müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində qoyulan əsas vəsaitlər ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb ediləcək və həmin əsas vəsaitlərə görə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV əvəzləşdiriləcəkdir.

Mənbə: vergiler.az


Yaşayış sahəsinin ailə üzvünə hədiyyə verilməsi üçün vergi tutulurmu?

posted in: Xəbər | 0

yaşayış sahələrinin təqdim edilməsi,Mənə məxsus mənzili öz qardaşıma bağışlayıram. Bu zaman vergi ödənilməlidirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini və mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir və qeyd edilən sahələrin təqdim edilməsi zamanı sadələşdirilmiş vergi müqaviləni təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə ödənilir.

Fiziki şəxsin azı 3 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilmir.

Həmçinin yaşayış sahəsinin ailə üzvünə hədiyyə verilməsi (bağışlanması) vergidən azad olduğu üçün sorğunuzda qeyd olunan mənzilin təqdim olunması sadələşdirilmiş vergiyə cəlb edilmir.

Əsas: Vergi Məcəlləsinin 218-ci və 218-1-ci maddələri.

Mənbə: vergiler.az


Kapital Bank mikro kreditlərin faizlərini endirdi

posted in: Xəbər | 0

Kapital Bank Kapital Bank hər zaman mikro-biznes kreditləri üzrə sərfəli və endirimli şərtlər təqdim edərək sahibkarlara dəstək göstərir. Artıq sahibkarlar götürdükləri hər 10 000 manat kredit üçün ayda cəmi 300 manat ödəniş edəcəklər. Kampaniya çərçivəsində kreditin illik faiz dərəcəsi 15%-dən başlayır.

31 may 2023-cü il tarixinədək davam edəcək kampaniya çərçivəsində kreditin müddəti maksimum 48 aydır. 30 000 manatadək kreditlər zaminsiz və girovsuz verilir.

Qeyd edək ki, mikro kredit üçün müraciət etmək üçün filiala gəlməyə ehtiyac yoxdur. Bunun üçün müştəri https://kapitalbank.az saytına keçid edərək “Mikro Kredit” bölməsinə daxil olmaqla kredit əldə etmək üçün müraciət edə bilər. Sonrakı mərhələdə bankın əməkdaşları müraciəti təhlil edir, təyin olunan kredit məbləği barədə müştəriyə məlumat verir və rəsmiləşdirməni tamamlayaraq vəsaiti müştərinin Kapital Bank-da olan biznes kartına və ya sahibkar hesabına köçürür. Kart da bank tərəfindən müştəriyə çatdırılır.

Kapital Bank-da Mikro kreditlərin maksimal məbləği 100 000 AZN olmaqla 48 ayadək müddətə verilir. Ətraflı məlumat üçün – https://kbl.az/kbmbpr keçidindən istifadə edərək və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələri vasitəsilə müraciət edə bilərsiniz.


Standard & Poor’s agentliyi Kapital Bank-ın reytinq proqnozunu yüksəltdi

posted in: Xəbər | 0

Kapital BankStandard & Poor’s Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinq proqnozunu “stabil”dən “pozitivə” yüksəltdi, uzunmüddətli və qısamüddətli kredit reytinqlərini isə “BB-/B” səviyyəsində təsdiqlədi. Bu reytinqlər ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.           

Agentliyin hesabatında qeyd olunur ki, bu reytinqlər Kapital Bank-ın digər yerli və oxşar beynəlxalq banklarla müqayisədə yüksək gəlirliyindən, aktivlərinin keyfiyyətindən, həmçinin 2022-ci ilin sonuna problemli kreditlərin (“Stage 3”) ümumi portfeldəki həcminin cəmi 2,3% faiz təşkil etməsindən irəli gəlir. “Pozitiv” reytinq proqnozu bankın gəlirlilik, aktivlərin keyfiyyəti və kapitallaşma baxımdan növbəti 12-24 ay ərzində də öz rəqiblərini üstələyəcəyini əks etdirir.

Agentliyin fikrincə, Kapital Bank Azərbaycanın bank sektorunda rekord mənfəət göstəricisinə korporativ, kiçik, orta sahibkarlıq (KOB) və pərakəndə bankçılıq arasında diversifikasiyanın düzgün həyata keçirməsi, aktivlərdən səmərəli istifadə sayəsində nail ola bilib. Bankın 2020-2022-ci illərdə aktivlərinin gəlirliyi (ROA) ortalama 4,5%, kapitalının gəlirliyi (ROE) isə ortalama 36% təşkil edib.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


1 420 421 422 423 424 425 426 2. 400