Daha çox8
Daha çox8

Əlilliyi olan şəxsə baxan valideynə hansı vergi güzəşti tətbiq olunur?

posted in: Xəbər | 0

vergi güzəşti

Vergi Məcəlləsinin 102.3 maddəsinə əsasən, əlilliyi olan şəxsə baxan valideynin aylıq gəliri 200 manat azaldılır. Bilmək istərdim, əlilliyi olan şəxsin əlilliyi müharibə ilə əlaqədardırsa, bu halda valideynin gəlirlərinə əlavə güzəşt tətbiq olunurmu? 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Bu güzəşt hüququ aşağıda qeyd olunan sənədlərin birinin təqdim edildiyi andan tətbiq edilir və yalnız əsas iş yerində (əmək kitabçası olduğu yerdə) həyata keçirilir:

  • himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı;
  • ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əmək kitabçasının olduğu işəgötürənin arayışı;
  • uşağın doğum haqqında şəhadətnaməsinin surəti:
  • birgə yaşamaq haqqında mənzil-kommunal istismar sahəsinin, yaxud icra hakimiyyəti nümayəndəliyinin arayışları;
  • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun arayışı
  • övladlığa götürmə barədə məhkəmə qərarının surəti.

Əsas: Vergi Məcəlləsinin 102.3-cü maddəsi, Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

Mənbə: vergiler.az


30 dekabr 2023-dən peşəkar mühasib olmalı şəxslər kimlərdir?

posted in: Xəbər | 0

Peşəkar mühasib30 dekabr 2023-dən peşəkar mühasib olmalı şəxslər kimlərdir?

Məlum olduğu kimi mühasibat uçotu haqqında qanunvericiliyə əsasən bəzi qurumların mühasibləri üçün peşəkar mühasib olma tələbi 30.12.2023-cü il və 30.12.2024-cü il tarixlərə kimi uzadılıb. Bəs həmin möhlət hüququ bu il başa çatacaq baş mühasiblərin çalışdığı müəssisələr hansılardır?

  • Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər;
  • Qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumlar.

Bu siyahıya daxil olan ictimai əhəmiyyətli qurumlar dedikdə,

  • kredit təşkilatları;
  • sığortaçılar, təkrarsığortaçılar;
  • investisiya fondları və bu fondların idarəçiləri;
  • qeyri-dövlət (özəl) sosial fondları;
  • qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər;
  • maliyyə hesabatlarının tərtibi tarixində müvafiq orqanının müəyyənləşdirdiyi meyar göstəricilərinin (illik gəliri, hesabat ili ərzində işçilərin orta sayı və balansın yekun məbləği) ikisindən yuxarı olan göstəricilərə malik kommersiya təşkilatları başa düşülür.
  • İri, orta sahibkarlıq subyektləri.

Onu da qeyd edək ki, illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin və büdcə təşkilatlarının 01.01.23-cü il tarixədək işə qəbul edilən baş mühasibləri 30.12.2024-cü ildən peşəkar mühasib sertifikatını əldə etməli olacaq. Lakin illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin və büdcə təşkilatlarının 2023-cü il yanvarın 1-dən sonra işə qəbul edilən baş mühasibləri artıq müvafiq peşəkar mühasib sertifikatına malik olmalıdırlar.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Birbank Biznes-dən bank sektorunda yenilik: “Maestro” tarifi

posted in: Xəbər | 0

Birbank Biznes  biznes sahibləri  üçün əsas bank əməliyyatları və məhsullarını özündə birləşdirən, tamamilə yeni və daha qənaətcil məhsul təqdim edir.

Ölkənin bank sektorunda ilk olan bu məhsul vasitəsilə müştərilər biznes ehtiyaclarına  uyğun əməliyyatları və xidmətləri istənilən həcmdə və sayda seçərək, tarif paketlərini özləri yarada bilərlər.

Biznes sahiblərinin səmərəli fəaliyyəti üçün düşünülən bu məhsul vasitəsilə onlar ehtiyaclarına uyğun tarifi müəyyən etmək rahatlığı qazanaraq, standart tariflər ilə müqayisədə bank xərclərinə orta hesabla 65%-dək endirim almaq imkanından yararlanacaqlar.

Qeyd edək ki, müştərilər aşağıda qeyd olunan əməliyyat və xidmətlər vasitəsilə bizneslərinə uyğun tarif paketlərini formalaşdıra biləcəklər:

  • Ölkədaxili milli valyutada köçürmələr
  • Ölkəxarici köçürmələr
  • Əməkhaqqı kartlarına mədaxil
  • Valyuta mübadiləsi
  • Biznes və Sahibkar kartları vasitəsilə ATM-dən məxaric
  • Əməkhaqqı , Biznes və Sahibkar kartlarının sifarişi və ünvana çatdırılması

“Maestro” tarifinin digər bir unikallığı da ondan ibarətdir ki, biznes sahibləri məhsulu banka gəlmədən, xidmətlər üzrə illik ödənişi Birbank Biznes vasitəsilə etməklə əldə edəcəklər. Bununla da müştərilər il ərzində müvafiq əməliyyatları ödənişsiz şəkildə həyata keçirə və digər güzəştlərdən yararlana bilərlər.

Bundan əlavə, “Maestro” tarifi biznes sahiblərinə seçdikləri bank xidmətlərindən asılı olaraq Biznes, Sahibkar və Əməkhaqqı kartlarını və bu kartların çatdırılması xidmətini, həmçinin müəyyən sayda valyuta mübadilələrini ödənişsiz əldə etmək imkanı verəcək.

Sahibkarlara vaxta və xərclərə qənaət etmək imkanı verən “Maestro” tarifi haqqında ətraflı məlumat və sifariş üçün https://bir.bank/bbbmt saytında hesabınıza daxil olmağınız və “Tariflər” bölməsində “Maestro” tarifi bölməsinə keçid etməyiniz və ya 896 məlumat mərkəzinə zəng etməyiniz kifayətdir.


Maliyyə dünyasından maraqlı faktlar toplusu

posted in: Xəbər | 0

Maraqlı faktlar 

1980-ci ildən başlayaraq, Britaniyanın fond birjasının aparıcı indeksi olan FTSE100 siyahısından yüz şirkətdə top – menecerlərin maaşları 4000%, onların tabeliyində olanların maaşları isə 300% artıb.

2010-cu ildə FTSE100 (Financial Times Stock Exchange) siyahısından olan şirkətlərin direktorlarının əməkhaqlarının orta yüksəlişi 50% artmaqla hər biri üçün 2,7 milyon funt sterlinq təşkil etdi ki, bu da ölkə üzrə orta göstəricidən 100 dəfədən çox demək idi.

2011-ci ilin sonuna FTSE indeksi 5572 bənd təşkil edirdi ki, bu da 1999-cu ildəki göstəricidən 1358 bənd aşağı demək idi.

2008-ci ildə Zimbabvedə inflyasiya 231 000 000 faizə çatmışdı.

300 il əvvəl çay şirkətinin adında şriftlə yazılmış “Tuayninqz” sözü tarixdə ən köhnə dəyişməz kommersiya loqotipidir.

Çində donuz əti istehsal edən digər 43 ölkədə birlikdə olduğundan daha çox donuz var.

Çinin Çjutsi şəhərinin milyon nəfər sakini il ərzində 8 milyard cüt corab istehsal edir. Bu, dünya corab istehsalının 35%-ni təşkil edir.

1835-ci il yanvarın 8-i tarixdə yeganə gündür ki, ABŞ-ın dövlət borcu olmayıb.

İtaliyada ən nəhəng korporasiya mafiyadır. Onun dövriyyəsi 178 milyard dollar təşkil edir ki, bu da ÜDM-nin 7%-ni təşkil edir.

IKEA – dünyanın üçüncü ən böyük ağac istehlakçısıdır; şirkət hər il 2 milyard İsveç frikadeleklərini satır.maraqlı faktlar

İldə 14 000 funtdan çox qazanc əldə edən adamlar, planetin ən varlı adamlarının 4% təşkil edir.

“Birds eye” şirkəti 2011-ci ildə 225 milyard dondurulmuş noxud satıb; həmin noxudlarla 40 olimpiya hovuzunu doldurmaq mümkündür.

Əgər “Birds eye” şirkətinin satdığı bütün vaflilər il ərzində üst-üstə yığılsaydı, onun hündürlüyü 474 Everest zirvəsi hündürlüyündən də yüksək olardı.

2012-ci ildə “Apple” korporasiyasının hesabında, amerikan hökumətinin hesabında olan puldan daha çox vəsait var idi.

“Gillette” şirkəti 1903-cü ildə ilk dəfə öz məhsulunu satmağa başlayarkən, cəmi 168 ədəd ülgüc satmışdı.

İlk reklam sinqllarını (musiqi) qəzetlər çap etmişdi – oxuculara onları sərbəst şəkildə oxumağı təklif olunurdu.

Amerikada piarçıların sayı jurnalistlərin sayından üç dəfədən də çoxdur.

Britaniya pərakəndə ticarəti satılmayan hədiyyə sertifikatlarından ildə 250 milyon funt vəsait əldə edir.

Maraqlı faktlardan biri də odur ki, Amerika Bankı başlanğıcda İtaliya Bankı adlanırdı.

2011-ci ildə Bibliya (İncil) bütün dünyada 25 milyon nüsxədə çap olunmuşdu və həmin ildə çap edilmiş İKEA kataloqlarının sayı 208 milyon nüsxə olmuşdu.

2005-ci ildə Britaniyada 54 milyarder ümumilikdə 14,7 milyon funt gəlir vergisi ödəyib. Həmin məbləğdən 9 milyon funtu – britaniyalı sənayeçi dizayner Ceyms Dayson ödəyib.

2009-cu ildə Amerikanın “Eksson” Neft Şirkəti 19 milyard dollar mənfəət əldə etmişdir, bundan 156 milyon dollar isə federal verginin qaytarılması şəklində geri alınmışdır..

2011-ci ildə dünyanın ən bahalı yaşayış rayonu olan Hayd-park-1-in, London evlərində 62 mənzil sahibindən yalnız doqquzu heç olmasa hansısa bələdiyyə vergisini ödəyib.

600 000 çox şirkət (o cümlədən Hayd-park-1 yerləşən 25 mənzili olanlar) Britaniyanın Vircin adalarında (əhalisi vur-tut 28 882 nəfər təşkil edir) qeydiyyatdan keçib.

İnsanın Aya göndərilməsi və Üsamə bin Ladenin axtarışları (1957-2011-ci illər) amerikan hökumətinə eyni məbləğə və eyni vaxta başa gəmişdi: on il və 100 milyard dollara.

Böyük Britaniyada adambaşına Almaniyada olduğundan 13 dəfə çox mühasib düşür.

Dünyanın ən nəhəng audit şirkətləri

 

1 387 388 389 390 391 392 393 2. 400
error: Content is protected !!