İqtisadi böhranların təsir göstərmədiyi 12 peşə

posted in: Məqalə | 0

Milyonlarla insan öz işlərində çalışır, gələcək üçün planlar qurur və hətta iqtisadiyyatın vəziyyətinin onların peşələrinə nə dərəcədə təsir etdiyini bilmir. İstənilən vaxt işçi heyətinin ixtisarları  və ya hətta şirkətlərin bağlanması halları baş verə bilər. Amma,  iqtisadiyyatın vəziyyətindən və əhalinin təminatından asılı olmayaraq, həmişə tələb olunacaq bir neçə peşə var.

Mühasib

Mühasiblər əsasən maliyyə hesabatlarının hazırlanması və təhlili üçün məsuliyyət daşıyırlar, lakin bu heç də hamısı deyil.  Məsələn, əgər siz sertifikatlaşdırılmış dövlət mühasibi (CPA) olsanız, siz həmçinin vergi bəyannamələrini hazırlaya bilərsiniz. Baxmayaraq ki, bəzi mühasiblər yalnız vergitutma məsələləri üzrə ixtisaslaşsalar da, digərləri mühasibat kitablarını dəqiqliyə, eləcə də hüquqi və normativ tələblərə riayət olunmasına görə yoxlaya bilərlər. Onlar həmçinin xərcləri azaltmaq və ya gəlir artırmaq üçün tövsiyələr verə bilərlər.

Kompüter sistemləri analitiki

“Sistem memarları” kimi tanınan kompüter sistemlərinin analitikləri bizneslə onun informasiya texnologiyaları şöbəsi (İT) arasında əlaqələndirici bənd kimi çıxış edirlər. Onlar şirkətin kompüter sistemlərini daha səmərəli və effektiv həllər tapmaq üçün təhlil edirlər. Onların vəzifələrinə mövcud sistemlərdə xərclərin/faydaların təhlili, tövsiyələrin hazırlanması və mümkün variantların təhlili daxil ola bilər.

Şirkətin məşğulluq baxımından, iqtisadiyyatın vəziyyətindən asılı olmayaraq kompüter sistemlərinə xidmət etmək üçün həmişə insanlara ehtiyacı var.

Diş texniki

Diş texnikləri xəstələrə ilkin stomatoloji yardım göstərir. Onların əksəriyyəti dişlərin təmizlənməsi ilə məşğul olur. Bu onların işinin ayrılmaz hissəsi olmasına baxmayaraq, onlar həm də rentgen edə bilir, xəstəliyin əlamətlərinin olub-olmamasını aşkar etmək üçün diş və diş ətlərini müayinə edə bilərlər.

Diş texnikləri iqtisadi şərtlərdən asılı olmayaraq, xəstələrə dişlərini hər altı aydan bir yoxlatmağı məsləhət görür. Bundan başqa, əhali yaşlandıqca stomatoloji yardıma tələbat artacaq. Bütün bu amillər bu peşə ilə məşğul olanların işlə təminatına zəmanət verir.

Elektrik

Elektriklər elektrik sistemlərini quraşdırırlar, yoxlayırlar və təmir edirlər. Onlar həmçinin sxemləri oxuya, elektrik sistemlərini test edə və ya elektrik sistemləri ilə bağlı layihələri idarə edə bilərlər. Elektriklər adətən Milli elektrotexniki məcəlləyə əsaslanan dövlət və yerli tikinti normalarını bilməli və onlara riayət etməlidirlər. Elektriklər həmçinin elektrik enerjisi, işıqlandırma, rabitə və idarəetmə sistemləri ilə işləyirlər.

Bazarların təhlili analitiki

Bazarların təhlili ilə məşğul olan analitiklərin resessiyalardan qorunan iş yerlərinin siyahısında olması, əsasən, biznes imkanlarını tapmaq üçün bazar şərtlərinin təhlili olan işin təbiətinə görə bəzi insanları təəccübləndirə bilər. Tipik vəzifələr satış tendensiyalarının proqnozlaşdırılması, marketinq təşəbbüslərinin müvəffəqiyyətinin ölçülməsi, məlumatların toplanması və təhlili və hesabatların hazırlanmasını əhatə edir.

Bir çoxları ehtimal edə bilər ki, şirkətlər çətin iqtisadi dövrlərdə bu işi azaldacaq, amma, bu belə deyil. Tədqiqat bazarının analitikləri, bir qayda olaraq, tənəzzül zamanı belə fəaliyyətlə məşğul qalırlar.

Ekoloq-mühəndis

Ekoloq-mühəndislər biologiya, kimya, torpaqşünaslıq və mühəndislik prinsiplərindən istifadə edərək ekoloji problemləri həll edirlər. Vəzifələrə bir qayda olaraq, layihələrin inkişaf etdirilməsi, elmi məlumatların təhlili, obyektlərin monitorinqi və nəzərdən keçirilməsi və hesabatların yazılması daxildir.

Çirkab sularının, ətraf mühitin təmizlənməsi və normativ tələblərə riayət olunması kimi səylər iqtisadiyyatdan asılı olmayaraq həyata keçirilir. Nəticədə iqtisadi tənəzzül ekoloq-mühəndislərin gördüyü işə ciddi təsir etməməlidir.

Fizioterapevt

Fiziki terapevtlər xəstələrə həm hərəkətlilikdə, həm də ağrı ilə mübarizədə kömək edirlər. Onlar pasiyentləri xəstəlik tarixçəsinə əsasən qiymətləndirir, lazım olan müalicəni təyin edir və dəyişdirir və bütün bərpa prosesi vasitəsilə xəstələrə nəzarət edirlər. Onlar həmçinin sonrakı dönəmdə travmalar və ya əlilliyin qarşısının alınması üçün də çalışırlar.

Xəstələrin daimi axını fizioterapevtlərin resessiyadan qorunan iş yerlərinin siyahısında yüksək yer tutmasının səbəblərindən biridir.Medicare sayəsində isə ambulator şəraitdə fizioterapiyaya ehtiyacı olan bir çox yaşlı xəstələr öz hesablarını hətta pis iqtisadiyyat şəraitində də ödəyə bilərlər.

Həkim və ya cərrah

Həkimlər və cərrahlar xəstəlikləri və xəsarətləri diaqnoz və müalicə edirlər. Onlar müayinələr aparır, testlər keçirir, xəstəlikləri diaqnostika edir və müalicə edirlər, dərmanlar təyin edirlər, bərpa ilə əlaqəli və həyat tərzi ilə bağlı tövsiyələr verirlər. Bu mütəxəssislər həm ilkin pillədə, həm də ixtisaslar üzrə işləyirlər.

Tibbi müalicə ehtiyacları sabitdir, buna görə iqtisadiyyat həkimlərin və cərrahların tələbatına az təsir göstərir. Bundan əlavə, 65 yaşdan yuxarı xəstələr müalicəni ödəmək üçün Medicare alırlar. Bu amillər həkimlərin hər hansı bir iqtisadiyyatda daimi iş yükünə sahib olmasını təmin edir.

Polis əməkdaşı və ya detektiv

Polis əməkdaşları və dedektivlər həyatı və əmlakı qoruyurlar.Dedektivlər konkret cinayətlər üçün dəlillər toplanılmasına diqqət yetirirlər. Polisin ümumi işi də rayonlarda patrul xidmətinin həyata keçirilməsini, şübhəlilərin həbsini, hesabatların doldurulmasını və məhkəmə işlərində ifadə verilməsini əhatə edir.İşin xüsusi funksiyaları adətən dərəcə və təcrübə ilə müəyyən edilir.

Cəmiyyətə daim onları müdafiə edənlər lazım gəlir, o səbəbdən polis və dedektivlərə  daim tələbat olduğundan, bununla bağlı iş yerləri tükənə bilməz.

Diplomlu tibb bacısı

Diplomlu tibb bacıları müalicədə həlledici rol oynayır. Onlar koordinasiya edir və bəzən xəstələrə kömək edirlər. Onlar həmçinin müalicədən sonra xəstələrə özlərinə qayğı göstərməklə bağlı təlim keçir və ya sağlamlıq problemləri barədə ictimaiyyətə məlumat verə bilərlər.

İqtisadiyyatda nə baş verməsindən asılı olmayaraq, insanların səhiyyəyə ehtiyacı var. Etiraf etmək lazımdır ki, iqtisadi tənəzzül bəzi insanların daha az ciddi xəstəliklərin müalicəsini təxirə salmasına səbəb ola bilər. Ancaq xəstəlik həyatı təhdid edərsə və ya pasiyentlər həddindən artıq əziyyət çəkirsə, xəstələrin əksəriyyəti iqtisadiyyatın səviyyəsindən asılı olmayaraq müalicə üçün müraciət edəcəklər, bu o deməkdir ki, tibb bacıları işlə kifayət qədər təminata malikdirlər.

Ali məktəblərdə müəllim 

Adından göründüyü kimi, ali təhsil müəssisələrinin müəllimləri kollec və universitetlərdə tələbələrə təhsil verirlər. Digər müəllim növləri kimi, onlar da fərdi olaraq tələbələrlə işləyirlər və onların işlərini və imtahanlarını qiymətləndirirlər. Ali təhsil müəssisələrinin müəllimləri də dərs planlarını hazırlamalı və zəruri olduğu halda proqramı dəyişməlidirlər. Professorların əksəriyyəti universitet səviyyəsində araşdırmalar aparır, çox vaxt gəldikləri nəticələri sənədləşdirir və dərc edirlər.

Əhali ümumilikdə ali təhsilə olan tələbatını stimullaşdırmağa çalışır. Gənclər həmişə öz məqsəd və karyeralarına nail olmaq üçün lazım olan bacarıq və təhsilə can atacaqlar.

Baytar həkimi

Baytarlar ev heyvanlarının, mal-qaranın və digər heyvanların vəziyyətini araşdırır, diaqnoz qoyur və müalicə edirlər. Onlar həmçinin yaraları müalicə edə, əməliyyatlar apara, dərmanlar təyin edə, müalicələr tövsiyə edə və lazım olduqda, evtanaziyanı yerinə yetirə bilərlər.

İnsanları müalicə edən səhiyyə işçiləri kimi, ümumi iqtisadiyyat baytar həkimlərinə də çox təsir göstərmir. Heyvanları olan insanlar, adətən, iqtisadiyyatın hansı istiqamətdə dəyişəcəyindən asılı olmayaraq, öz heyvanlarına qayğı ilə yanaşırlar, bu isə o deməkdir ki, baytarların istənilən bir iqtisadi mühitdə işlə bağlı heç bir problemi yoxdur.


Vergi güzəştləri işçiyə ödənilən kompensasiyaya şamil edilirmi?

posted in: Xəbər | 0

vergi güzəştiVergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, işçinin 400 manat vergi güzəşti var. İşdən ayrılan zaman istifadə olunmayan məzuniyyətə görə işçiyə kompensasiya hesablanır. Həmin ödənişə hansısa vergi güzəşti tətbiq edilirmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, fiziki şəxsin iş yerindən əldə etdiyi əməkhaqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən istifadə edilməyən əmək məzuniyyətinə görə kompensasiya onun muzdlu işlə əlaqədar alınan gəlirlərinə aid edilir.

İşəgötürən tərəfindən işçiyə əvvəlki illərdə istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları onun ödənildiyi ayın əməkhaqqına əlavə olunmadan ayrılıqda gəlir vergisinə cəlb edilir və bu zaman gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102-ci maddəsində nəzərdə tutulan vergi güzəştlərinin məbləğləri ümumi qaydada çıxılır.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci və 102-ci maddələri

Mənbə: vergiler.az


Həyat sığortası seçərkən nələrə diqqət edilməlidir?

posted in: Xəbər | 0

həyat sığortası

İcbari həyat sığortası ilə nəzarətiniz olmadan baş verə biləcək bir çox iş qəzalarından qoruna bilər, şirkət büdcənizin əlavə xərclərlə zədələnməsinin qarşısını ala bilərsiniz. İcbari həyat sığortasının əhəmiyyəti də elə bu neqativ hallarda ortaya çıxır. Bu sığorta növü istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində işçinin peşə əmək qabiliyyətini itirməsi hallarını və ya ölümü ilə bağlı sığorta şirkəti tərəfindən sığorta ödənişinin verilməsi qaydalarını tənzimləyir. 

Fərqli sığorta şirkətləri tərəfindən təklif olunan həyat sığortaları eyni adla adlandırılsa da, detallarda ciddi fərqlər ola bilər. Bəs həyat sığortası şirkətini seçərkən nələrə diqqət etməliyik? Gəlin, bu məsələyə daha yaxından nəzər salaq:

  • Həyat sığortası şirkəti ilə əməkdaşlıq əsasən etibara əsaslanır. Bu səbəbdən, hüquqi aspekti ilə yanaşı, xidmət təminatçısının etibarlı, hərtərəfli xidmət təminatçısı və bu sahədə peşəkar olması mütləqdir. Həyat sığortası alarkən və ya seçərkən, bu xidmətə nələrin daxil olub, olmadığı nəzərə alınmalıdır.
  • Təcili və lazımi anlarda sürətli dəstək almaq üçün təcrübəli və peşəkar sığorta şirkətini seçmək çox vacibdir. Müştəri münasibətlərinin uğurlu idarə olunması şirkətlərin öz müştərilərini yaxşı tanıması, onların ehtiyac və tələblərinə uyğun məhsul və xidmətlər inkişaf etdirməsi deməkdir. Bunun üçün də şirkətin əlçatan olması son dərəcə zəruridir.
  • Sığorta şirkətləri maliyyə bazarlarında çox mühüm funksiyaya və daim inkişaf edən dinamik struktura malikdir. Sığorta sektorunun bazarlarda payı qlobal və regional inkişafa mütənasib olaraq artır. Hər il ölkəmizdə fəaliyyət göstərən həyat sığorta şirkətləri beynəlxalq və yerli standartlara uyğun hazırlanmış maliyyə hesabatlarını ictimaiyyətə açıqlayırlar. Həyat sığortası seçərkən şirkətin maliyyə vəziyyətinə də önəm verilməsi vacibdir.
  • Loyallıq və bağlılıq yaratmaq üçün müştəri məmnuniyyəti və müştəriyönümlü yanaşma önəmli aspektlərdəndir. Sığorta sektorunda müştəriyönümlü idarəetmə yanaşması belə ifadə olunur: müştərinin tələblərini, gözləntilərini və ehtiyaclarını ən yaxşı şəkildə qarşılamaq, qısa müddətdə və peşəkar şəkildə necə cavab veriləcəyi barədə məlumat əldə etmək və müştəri məmnuniyyətini təmin etmək, müştəri loyallığını qorumaq və əlçatan olmaq. İndiki dövrdə sığorta sektoru inkişafa, rəqabətə ən açıq sektorlardan biridir və sektordakı müxtəlif şirkətlər eyni məqsəd üçün fəaliyyət göstərirlər.

Ölkəmizdə hər bir sahibkar, işəgötürənin əməkdaşlarının həyatını “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta” üzrə təmin etməsi mütləqdir. Onun icbari qaydada tətbiq olunması isə ictimai zərurətdən irəli gəlib, burada həm işəgötürənin, həm də işçilərin mənafeləri ön planda tutulur. Bu sığorta növündən yayınma işçilərin həyatlarını təhlükəyə atmaqla yanaşı, həm də işəgötürənlərin 5000 AZN-dək cərimələnməsinə zərurət yaradır.

“İcbari Həyat Sığortası” haqqında ətraflı məlumat əldə etmək üçün  (012) 942 çağrı mərkəzinə və ya https://icbari.pasha-life.az veb-saytına müraciət edə bilərsiniz.


Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

posted in: Xəbər | 0

uçot dərəcəsi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,5 faiz bəndi azaldılaraq 9 %-dən 8,5 %-ə endirilməsi barədə qərar qəbul edib. Bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi azaldılaraq 7,5 %-dən 7 %-ə, yuxarı həddi isə 0,5 faiz bəndi azaldılaraq 10 %-dən 9,5 %-ə endirilib.

“Bu qərar inflyasiyaya təsir edən xarici və daxili amillərin dəyişimi, eləcə də valyuta bazarında təklifin tələbi əhəmiyyətli üstələməsi nəzərə alınmaqla verilib”, – deyə AMB bəyan edib.

AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı dekabrın 20-də ictimaiyyətə açıqlanacaq.

Mənbə: report.az


1 385 386 387 388 389 390 391 2. 400