» » » Vergi güzəştləri işçiyə ödənilən kompensasiyaya şamil edilirmi?

Vergi güzəştləri işçiyə ödənilən kompensasiyaya şamil edilirmi?

posted in: Xəbər | 0

vergi güzəştiVergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, işçinin 400 manat vergi güzəşti var. İşdən ayrılan zaman istifadə olunmayan məzuniyyətə görə işçiyə kompensasiya hesablanır. Həmin ödənişə hansısa vergi güzəşti tətbiq edilirmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, fiziki şəxsin iş yerindən əldə etdiyi əməkhaqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən istifadə edilməyən əmək məzuniyyətinə görə kompensasiya onun muzdlu işlə əlaqədar alınan gəlirlərinə aid edilir.

İşəgötürən tərəfindən işçiyə əvvəlki illərdə istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları onun ödənildiyi ayın əməkhaqqına əlavə olunmadan ayrılıqda gəlir vergisinə cəlb edilir və bu zaman gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102-ci maddəsində nəzərdə tutulan vergi güzəştlərinin məbləğləri ümumi qaydada çıxılır.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci və 102-ci maddələri

Mənbə: vergiler.az