Riskli vergi ödəyicilərinə maliyyə sanksiyaları tətbiq olunacaq

posted in: Xəbər | 0

maliyyə sanksiyaları

Riskli vergi ödəyiciləri üçün aparılmış əmtəəsiz əməliyyatların 40 faizinədək maliyyə sanksiyaları müəyyənləşir.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”ndə əksini tapıb.

Layihəyə əsasən, vergi nəzarəti tədbirləri ilə əmtəəsiz əməliyyatlar çərçivəsində riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə aşağıdakı maliyyə sanksiyaları tətbiq ediləcək:

  • təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə aparılmış əmtəəsiz əməliyyatın məbləğinin 10%-i miqdarında
  • təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə aparılmış əmtəəsiz əməliyyatın məbləğinin 20%-i miqdarında
  • təqvim ili ərzində belə hallara üçüncü dəfə yol verildikdə aparılmış əmtəəsiz əməliyyatın məbləğinin 40%-i miqdarında.

Mənbə: apa.az


Sosial Xidmətlər Agentliyi 3 illik auditor seçir

posted in: Xəbər | 0

auditorƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi 2022-2024-cü illər üzrə konsolidə edilmiş maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı açıq tender elan edib.

İddiaçılar ilkin sənədləri noyabrın 27-si, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə dekabrın 5-i, saat 15:00-a qədər Agentliyin Bakı şəhəri, Ziya Bünyadov prospekti, 1965-ci məhəllə ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə dekabrın 6-da, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Mənbə: report.az


Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilir

posted in: Xəbər | 0

Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilir.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”ndə əksini tapıb.

Layihəyə əsasən, dividendlər üzrə ödəmə mənbəyində vergi dərəcəsi 10 faizdən 5 faizə endirilir.

Dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının, yerli özünüidarəetmə orqanlarının və dövlət adından yaradılan publik hüquqi şəxslərin dividend gəlirlərinə görə vergi azadolunması ləğv edilərək 5 faiz dərəcə ilə vergi tutulacaq.

Mənbə: apa.az


Ödənişsiz vebinar: “Mənfəət vergisi və bəyannamə tərtibatında problemlərin həlli”

posted in: Xəbər | 0

Təlimin adı: “Mənfəət vergisi və bəyannamə tərtibatında problemlərin həlli”.

04 Noyabr tarixində təşkil edilən vebinarı izləmək üçün keçid edin: https://youtu.be/zpMTfJGsa10

Təlim proqramı:

  • Vergitutma obyekti;
  • Azadolmalar;
  • Gəlirdən çıxılan və çıxılmayan xərclər;
  • Faiz xərcləri;
  • Ümidsiz debitor borclar;
  • Amortizasiya xərclərinin gəlirdən çıxılması;
  • Təmir xərclərin gəlirdən çıxılması;
  • Sığorta xərclərinin gəlirdən çıxılamsı;
  • Gəlirdən çıxılan xərclərin məhdudlaşdırılması və zərərin keçirilməsi;
  • Bəyannamə və əlavə 1-in yoxlanılması;
  • Cari vergilərin hesablanması.

Təlimçi: Azər Qənbərov

Azər Qənbərov Azərbaycan Dövlət İqtisad Universitetində “Dövlət maliyyəsində vergi siyasəti”, “Vergi inzibatçılığı”, “Vergi müqavilələri”, “Vergi auditi”, “Vergi planlaşdırılması”, “Rəqəmsal iqtisadiyyat və vergiqoyma” fənlərini tədris edir.

Eyni zamanda “Azərbaycan Mühasiblər Məktəbi”ndə vergi üzrə təlimçi, SOCAR Baş ofisində Vergilər Departamentində rəis müavini vəzifələrində çalışır.

Vergi qanunvericiliyinin tətbiqinə dair 50-dən artıq məqalənin müəllifidir. Peşəkar Mühasib Sertifikat imtahanını hər iki sektor üzrə müvəfəqiyyətlə vermişdir. «CİMA və ACCA» üzrə « Diplom Performance Management» və «DİPİFR»  beynəlxalq diplomların sahibidir.

Azərbaycanda ilk dəfə mənfəət vergisinin SAP ERP sistemində avtomatlaşdırılması və vergi uçotu ilə maya dəyərinin, gəlir və xərclərin uçotunun, eləcə də vergi registrlərinin düzgün formalaşması üzrə layihənin rəhbəridir.

Vergi auditi və daxili audit üzrə 15 ildən çox təcrübəyə malikdir.


Əlaqə:


1 384 385 386 387 388 389 390 2. 400