İcarə haqqından vergi tutulması hansı qaydada aparılır?

posted in: Xəbər | 0

İcarə haqqından vergi tutulmasıAzərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə, kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı, bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Mülki Məcəllənin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Kirayə haqqından gəlir Vergi Məcəlləsinin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulmalıdırmı? Yəni, rezident fiziki şəxslərə Azərbaycan Respublikasında ödənilmiş kirayə haqqının məbləğləri Vergi Məcəlləsinin 124.1-ci və 124.2-ci maddələri üzrə vergitutma obyekti hesab olunmalıdırmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 124.1-ci maddəsinin müddəalarına görə daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidən gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.

Qeyd olunanlara əsasən, rezident fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda, vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır. İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə hesablanmış gəlir vergisini dövlət büdcəsinə ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 99-cu, 124-cü və 150-ci maddələri

Mənbə: vergiler.az


Dövlət Sosial Müdafiə Fondu 2 illik auditor seçir

posted in: Xəbər | 0

auditorƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu aparatının və struktur bölmələrinin 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 450 manatdır.

İddiaçılar ilkin sənədləri dekabrın 1-i, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə dekabrın 11-i, saat 17:00-a qədər Fondun Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 80 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə dekabrın 12-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Mənbə: report.az


Minatəmizləmə Agentliyi auditor seçib

posted in: Xəbər | 0

auditorMinatəmizləmə Agentliyi (ANAMA) 2022-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun audit ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Tenderin qalibi “Professional Financial Experts” MMC-dir.

Qalib şirkətə 14 min manat ödəniləcək.

Mənbə: report.az


MilliÖn-də Kapital Bank kartlarına avro və dollar mədaxili mümkündür

posted in: Xəbər | 0

dollar ilə mədaxilÖlkənin birinci bankı Kapital Bank növbəti yeniliyini təqdim edib. Artıq ölkədə geniş şəbəkəyə malik MilliÖn terminallarından Kapital Bank-a məxsus dollar və avro kartlarına mədaxil etmək olar.

Mədaxil yalnız karta məxsus valyuta ilə mümkündür. Yəni, dollar kartına sahib müştərilər karta dollar, avro kartına sahib müştərilər isə avro ilə mədaxil edə bilərlər.

Mədaxil zamanı kart limitlərinə uyğun olaraq bir əməliyyat üçün minimum 1 dollar/avro, maksimum 15 000 dollar/avro hədd müəyyən edilib. Dollar/avro təyinatlı karta manat mədaxil etməklə valyutaların konvertasiyası mümkün deyil.  Xidmət üçün komissiya haqqı tələb edilmir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.


1 381 382 383 384 385 386 387 2. 400