Birbank-ın yeni QR-kodla ödəniş üsulu 2% keşbek qazandırır

posted in: Xəbər | 0

Ölkənin ilk rəqəmsal bankı Birbank-a yeni ödəniş üsulu əlavə edildi. Belə ki, istifadəçilər “QR ilə ödə” stikerini gördükləri istənilən yerdə Birbank tətbiqinin “QR” hissəsindən ödəniş edə, üstəlik buna görə 2% keşbek qazana bilərlər.

Bunun üçün istifadəçi ödəniş zamanı ilk olaraq kassirə ödənişi QR-kod ilə edəcəyini bildirməli, Birbank mobil tətbiqinin əsas səhifəsində aşağıda yerləşən “QR” hissəsinə keçid etməli və kassirin təqdim etdiyi QR-kodu Birbank ilə skan edərək ödənişi tamamlamalıdır.

Yeni ödəniş üsulunu yalnız Birbank hesabına bağlı olan şəxsi Kapital Bank kartları ilə həyata keçirmək mümkündür. Əgər istifadəçi ödəniş etdiyi sahə üzrə daha çox keşbek qazandıran digər aktiv kampaniyaya qoşulubsa və ya əlavə keşbek kateqoriyası seçibsə ödənişə daha yüksək faizli keşbek hesablanır. Bundan əlavə ödəniş edilən məntəqə Birbank partnyorudursa və daha yüksək keşbek təklif edirsə ödənişə yüksək keşbek faizi tətbiq edilir.

Ödənişin geri qaytarılması zamanı QR-kod mütləq ödəniş icra olunan Birbank hesabı vasitəsilə skan edilməlidir. Yeni funksiya ilə aylıq qazanıla bilən maksimum keşbek 500 AZN-dir. Toplanan keşbeki Birbank mobil tətbiqində keşbek kabinetindən izləmək mümkündür. Ətraflı məlumat üçün: bir.bank/bbqrp

Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.


 

Kadr uçotunun qurulması

posted in: Kadr, Xəbər | 0

İnsan resursları üzrə işin təşkili biznesdə ən vacib məsələlərdəndir. Yeni şirkət açarkən hər bir biznesmenin həll etməli olduğu problem sıfırdan kadr uçotunun qurulması, kadr uçotu üzrə lazımi sənədlər paketinin hazırlanmasıdır. Bakıda konsaltinq xidmətləri göstərən “Audit.Az” MMC tərəfindən təqdim edilən kadr uçotunun qurulması xidməti sizə bu problemləri operativ və keyfiyyətli həll etməyə kömək edər. Xidməti sifariş etmək üçün +99412 310 09 29, +99412 598 37 98 telefon nömrələrinə zəng etmək olar.

Sıfırdan kadr uçotu – nələri nəzərə almaq lazımdır?

Şirkətlər insan resurslarının səmərəli idarə edilməsi üçün bir sıra sənədləri öncədən hazırlamalıdır, məsələn:

  • müxtəlif əmr nümunələri;
  • standart əmək müqaviləsi nümunəsi;
  • ərizələr, arayış, şəhadətnamələr üçün şablonlar;
  • Əsasnamə və təlimatlar;
  • daxili intizam qaydaları və sair.

Bundan əlavə, şirkətin rəhbəri yaxud məsul şəxs məzuniyyət cədvəlləri, iş vaxtının uçotu cədvəli (tabel), işçilərin şəxsi uçot vərəqləri, əmək kitabçaları, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və sair bu kimi sənədlər haqqında biliyə malik olmalıdır.

Hətta siz fərdi sahibkar kimi qeydiyyatdan keçsəniz və sizin iki-üç işçiniz olsa belə, yenə də kadr uçotunu təşkil etməlisiniz. Bu proses məcburidir, ölkə qanunvericiliyi ilə tənzimlənir. İnsan resurslarının uçotu üzrə qaydalara etinasızlıq dövlət nəzarət orqanları ilə əmək mübahisələrinə səbəb ola bilər.

Kadr uçotunun qurulması və aparılmasına minimum vaxt sərf etmək, işçilərin işə qəbulu, vəzifə dəyişiklikləri, işdən çıxması üzrə bütün sənədlərin mövcudluğu, insan resursları üzrə digər kargüzarlıq işləri biznesin qanunvericiliyə uyğun inkişafı üçün vacib şərtdir. Buna kadr uçotunun qurtulması işlərini “Audit.Az” konsaltinq şirkətinə həvalə etməklə nail olmaq olar. Şirkət əmək qanunvericiliyi üzrə təhsil almaqla bilik və bacarıqlarını yeniləmək istəyənlər üçün kurslar da təklif edir.

Şirkətə müraciət üçün WhatsApp-a (+99450 285 80 89) yazın, “Geriyə zəng” xidmətindən istifadə edin. Sizi maraqlandıran suallara şirkətin peşəkar əməkdaşları həvəslə cavab verər.

Kadr uçotunun qurulması xidməti

Xidmətdən istifadə etməklə aşağıdakı faydaları əldə edə bilərsiniz:

  • Maliyyə vəsaitlərinə, əmək xərclərinə və vaxta qənaət – təcrübəli insan resursları mütəxəssisləri kadrlar üzrə effektiv hazır həllər hazırlayır, siz isə şirkətin inkişafı, marketinq, yeni satış bazarları və müştərilərin axtarışı və digər aktual məsələlərlə məşğul olursunuz;
  • Biznesin xüsusiyyətlərini nəzərə almaqla lazımi formalar, şablonlar, təlimatlar, qaydalar, tövsiyələr;
  • Hər kəs üçün insan resursları üzrə sənədləşmələr – şirkət fərdi sahibkarlar, MMC kimi qeydiyyatdan keçmiş hüquqi şəxslər, qeyri-kommersiya təşkilatları, ictimai təşkilatlar, birliklər, fondlar və s. ilə işləyir;
  • Fərdi yanaşma – “Audit.Az” konsaltinq şirkətinin mütəxəssisləri kadr uçotunun aparılması üçün sənədlərin tam paketini və ya fərdi şablonları, nümunələri, formaları, qaydaları hazırlaya bilər.

Xidmətin qiyməti

“Audit.Az” tərəfindən İnsan resursları departamenti (kadr işinə məsul şəxslər) üçün rahat bir sistem qurmaq, habelə kadr kargüzarlığı üzrə lazımi sənədlərin hazırlanması məqsədi ilə aşağıdakı variantlar təklif olunur:

  • yeni şirkətlər və yeni açılmış fərdi sahibkarlar üçün sıfırdan kadr uçotu;
  • fəaliyyətdə olan şirkətlərdə kadr uçotunun müxtəlif səbəblərdən yenidən qurulması. Nəzərə almaq lazımdır ki, şirkətdə insan resursları uçotunun düzgün aparılmadığı hallar ola bilər, bunu dəqiqləşdirmək üçün kadr uçotunun auditi aparmaq lazımdır.

Hər iki halda kadr uçotunun qurulması xidməti üzrə qiymətlər fərdidir, işçilərin sayından, sahibkarlıq fəaliyyətinin istiqamətindən və sair bu kimi amillərdən asılıdır.

“Audit.Az” konsaltinq şirkətinin saytında “Əlaqə” bölməsinə keçid edib, sizin üçün rahat unsiyyət forması seçməklə əlavə məlumat ala bilərsiniz.


Qeyri-rezidentin bəzi ödənişlərindən ödəmə mənbəyində vergi tutulması

posted in: Xəbər | 0

vergi daxilolmaları, Ödənişsiz vebinarlar,Vergi Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur:

  • dividend – bu Məcəllənin 122-ci maddəsinə uyğun olaraq;
  • faizlər – bu Məcəllənin 123-cü maddəsinə uyğun olaraq;
  • rezident müəssisəsinin və ya sahibkarın riskin sığortasına və ya təkrar sığortasına dair müqaviləyə uyğun olaraq sığorta ödəmələri – 4 faiz;
  • Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələri – 6 faiz.

Azərbaycan Respublikasının hüdudlarından kənarda digər dövlətlərdəki təyinat (göndərilmə) məntəqələri arasında, habelə Azərbaycan Respublikasının ərazisindən tranzit qaydada həyata keçirilən daşımalara görə rezident müəssisənin və ya sahibkarın ödəmələri bu maddə üzrə vergitutuma obyekti deyildir;

  • bu Məcəllənin 125.1.1-ci – 125.1.4-cü, 125.1.6-cı – 125.1.8-ci və 125.1-1-ci maddələrində göstərilən gəlirlər istisna olmaqla, hüquqi şəxslərin və vergi ödəyicisi kimi uçota alınmış fiziki şəxslərin işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər və Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlər üzrə ödəmələri – 10 faiz;
  • rezident müəssisəsinin və ya sahibkarın muzdlu işlə əlaqədar ödədiyi gəlir – bu Məcəllənin 101-ci maddəsində göstərilən dərəcələrlə;
  • icarə haqları və royalti (bu Məcəllənin 125.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla) – bu Məcəllənin 124-cü maddəsinə uyğun olaraq;
  • idman mərc oyunlarından, lotereyalardan, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğdən – bu Məcəllənin 101.5-cı maddəsinə uyğun olaraq.

Bakı Karyera Mərkəzinin direktoru, vergi eksperti Təhməz Qaçayev qanunvericiliyin tələbini “vergiler.az”a şərh edir.

Misal: Rezident müəssisənin aşağıdakı ödəmələri olub:

2000 manat – icarə haqqı üzrə fərdi sahibkara;

3000 manat – faiz rezident müəssisəyə;

4000 manat – qeyri – rezidentin daimi nümayəndəsinə icarə haqqı;

5000 manat – riskin sığortası üzrə qeyri-rezident müəssisəyə;

6000 manat – malların Türkiyə-Gürcüstan arasında daşınmasına görə qeyri-rezidentə;

8000 manat – onlayn təhsil xidmətlərinə görə qeyri-rezidentə ödəniş edilib.

Müəssisənin ödəmə mənbəyində tutmalı olduğu vergini müəyyən edək.

Vergi Məcəlləsinin 99.3 və 124.1-ci maddələrinə əsasən, fərdi sahibkarın icarə gəlirlərindən, əgər icarəyə götürən şəxs vergi orqanında uçotda olarsa ödəmə mənbəyində vergi tutulur. Ona görə də ödənişi edən müəssisə həmin ödənişdən 14 faiz dərəcə ilə vergi tutmalıdır:

2000 x 14% = 280 manat.

Vergi Məcəlləsinin 122-ci maddəsinə əsasən, rezident müəssisəyə ödənilən faizdən ödəmə mənbəyində vergi tutulmur. O baxımdan rezident müəssisəyə ödənilən 3000 manat faizdən ödəmə mənbəyində vergi tutulmayacaq.

Vergi Məcəlləsinin 124-cü maddəsinə əsasən, qeyri-rezidentin daimi nümayəndəliyinə ödənilən icarə haqqından ödəmə mənbəyində vergi tutulmur. Misalımıza əsasən rezident müəssisə ödədiyi 4000 manat icarə haqqından ödəmə mənbəyində vergi tutmayacaq.

Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən, riskin sığortası üzrə qeyri-rezidentə ödənilən sığorta haqlarından ödəmə mənbəyində 4 faiz dərəcə ilə vergi tutulur. Ödəməni həyata keçirən müəssisə 200 manat məbləğində ödəmə mənbəyində vergi tutmalıdır:

5000 x 4% = 200 manat.

Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən, beynəlxalq daşımalara görə qeyri-rezidentə ödənilən məbləğdən ödəmə mənbəyində 6% dərəcə ilə vergi tutulsa da daşımalar Azərbaycan Respublikasının hüdudlarından kənarda həyata keçirilərkən qeyri-rezidentə ödəniş ödəmə mənbəyində vergi tutma obyekti deyil. Misalımıza uyğun olaraq malların Türkiyə-Gürcüstan arasında daşınmasına görə ödənişdən ödəmə mənbəyində vergi tutmayacaq.

Onlayn təhsil xidmətlərinə görə qeyri-rezidentə ödənilən haqdan isə Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutulmalıdır. Deməli müəssisə 8000 manatdan ödəmə mənbəyində 800 manat vergi tutmalıdır:

8000 x 10% = 800 manat.

Mənbə: vergiler.az


Kadr uçotunun aparılması

posted in: Kadr, Xəbər | 0

Kadrlarla işi optimallaşdırmaq, şirkətdə kadr sənədlərinin mövcud qanuni tələblərə tam uyğun olduğundan əmin olmaq istəyirsiniz? “Audit.Az” konsaltinq şirkəti ilə əlaqə saxlayın və kadr uçotunun aparılması xidməti üçün müqavilə bağlayın.

Zəng üçün telefon nömrələri : +99412 310 09 29, +99412 598 37 98

WhatsApp: +99450 285 80 89

“Geriyə zəng” xidmətindən istifadə etmək olar.

Kadr uçotunun aparılması xidmətinin üstünlükləri

Ştatlı kadr xidmətindən imtina etməklə yaxud onun tərkibində ixtisarlar aparmaqla xərclər azalacaq;

  • Kadr sənədləri AR Əmək Məcəlləsi və digər normativ hüquqi aktların tələblərinə uyğun olacaq;
  • Əmək Müfəttişliyi Xidmətinin və digər nəzarətedici orqanların yoxlamalarını itkisiz başa vuracaqsınız.

Kadr uçotunun aparılması xidmətinin tərkibi

  • İşçilərin işə qəbulu, onların vəzifəyə təyin edilməsi, əməkhaqqının dəyişdirilməsi, məzuniyyətlərin təyini, mükafatların verilməsi, işdən azad edilmə və s. haqqında əmrlərin hazırlanması və dərc edilməsi üzrə işlərin aparılması;
  • Vəzifə təlimatlarının hazırlanması;
  • İşçilərin şəxsi uçot vərəqələri, əmək kitabçalarının qeydiyyatı və aparılması;
  • Ştat cədvəllərinin hazırlanması və tənzimlənmsi, məzuniyyət cədvəllərinin tərtibi, iş vaxtının uçotu cədvəlinin (tabel) aparılması;
  • Əməkhaqqı, məzuniyyət və mükafatlar, xəstəlik vərəqi üzrə müavinətlərin, işçilərlə digər hesablaşmaların aparılması;
  • Əmək qanunvericiliyində dəyişikliklər barədə rəhbərliyə və kadr uçotu üzrə məsul şəxsə məlumat verilməsi;
  • İşçilərlə münaqişələrin həllində köməklik göstərilməsi;
  • Əmək qanunvericiliyi ilə bağlı məsələlər üzrə məsləhətlər və s.

Kadr uçotunun aparılması xidmətinin formaları

Tam dəstək:

Xidmətə müəssisədə kadrların idarə edilməsi ilə bağlı işlərin bütün spektri daxildir. Öz kadrlar şöbəsi olmayan təşkilatlar, çoxsaylı yaxud müntəzəm dəyişən (məsələn, fəaliyyətin mövsümi xarakterinə görə) işçi heyəti olan müəssisələr üçün uyğundur. Müəssisdə kadr uçotunun aparılması xidmətinin tam şəkildə göstərilməsi üçün, ilk incə kadr auditi aparılması zəruridir.

Qismən dəstək

Xidmət insan resurslarının idarə edilməsinin ayrı-ayrı sahələri üzrə kadr uçotunun aparılması işlərini nəzərdə tutur. Az sayda işçisi olan müəssisələr, habelə ştatda insan resursları üzrə işçi yaxud HR departamenti olan şirkətlər üçün uyğundur.

Kadr uçotunun  autsorsinqinin üstünlükləri

  • Kadr uçotu işçiləri üçün iş yeri təşkil etməyə ehtiyac yoxdur;
  • Görülmüş işdən asılı olmayaraq aylıq sabit əməkhaqqı deyil, yalnız faktiki görülən iş üçün ödəniş;
  • Pensiya fonduna, xəstəlik vərəqəsi, məzuniyyət üçün pul ödənmir;
  • Kadr uçotu mütəxəssislərinin işini yoxlamağa ehtiyac yoxdur;
  • Kadr uçotu mütəxəssislərinin müxtəlif mülkiyyət formalı, fəaliyyət istiqamətli və miqyaslı müəssisələrdə iş təcrübəsi;
  • Əmək qanunvericiliyi sahəsində müntəzəm yenilənən biliklər;
  • Kadr uçotunun aparılmasının konkret işçidən asılı olmaması – əgər mütəxəssis işdən çıxarsa və ya xəstələnərsə, dərhal başqası ilə əvəz olunur;
  • Məxfiliyə zəmanət.

Kadr uçotunun aparılması xidmətinin qiymətini

Xidmətin dəyəri bir sıra amillərdən asılıdır, məsələn:

  • işçilərin sayından;
  • müəssisə üçün vacib olan kadr əməliyyatlarının sayından;
  • kadr məsələlərinin həlli üçün ayrılan vaxtdan;

 

1 378 379 380 381 382 383 384 2. 387