İşçilərə ödənilən mükafatlar hansı hallarda əməkhaqqına daxil edilir?

posted in: Xəbər | 0

Bir çox sahibkarlar, işəgötürənlər iş ili ərzində və ya iş ilinin sonunda işçilərinə həvəsləndirmə kimi pul mükafatları, hədiyyələr verir, bayram günlərində sovqat təqdim edirlər. Bu zaman sadalanan bütün ödənişlər mükafat sayılırmı? Qeyd olunan ödənişlərin hamısı əməkhaqqının tərkibinə daxildirmi? Bu suallara sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir: 

Əmək Məcəlləsinin 157-ci maddəsinə əsasən, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Həmin maddənin 3-cü bəndində göstərilib ki, əməkhaqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.

Əməkhaqqına əlavə – əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədilə işçinin tarif (vəzifə) maaşına, əməkhaqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat – əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədilə əməkhaqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Məcəlləyə əsasən, əməkhaqqının tərkibinə daxil olan gəlir növlərindən biri də mükafatlardır. Əmək Məcəlləsinin 157-ci maddəsinin 6-cı bəndində də mükafatların açıqlanması qeyd edilib. Beləliklə, mükafatın açıqlanması aşağıdakı kimi olacaq:

  • Mükafatlar işəgötürən tərəfindən işçinin maddi marağının yüksəldilməsi üçün verilən ödənişlərdir;
  • Mükafatların verilməsinin məqsədi əməyin həm kəmiyyət, həm də keyfiyyətinin yüksəldilməsidir;
  • Mükafatların ödənilməsi işəgötürənin əməkhaqqı sistemində nəzərdə tutulmalıdır;
  • Mükafatların verilməsi qaydaları müəyyənləşdirilməli, forması təyin edilməli və bütün bunlar əvvəlcədən işəgötürən tərəfindən tərtib və təsdiq olunmalıdır.

Göründüyü kimi, yuxarıdakı tələblərə cavab verməyən ödənişlər əməkhaqqının ödəniş sisteminə aid olan mükafat sayıla bilməz.

Bəs əməkhaqqının ödəniş sistemi dedikdə nə başa düşülür?

Bu sualın cavabı Əmək Məcəlləsinin 157.1-ci maddəsində açıqlanıb. Maddədən aydın olur ki, işəgötürən ən çox istifadə edilən işəmüzd və vaxtamuzd ödəniş sistemlərindən həm fərdi işçilər üçün ayrıca, həm də hamı üçün ümumi bir sistem tətbiq edə bilər.

Misal 1

 “AA” MMC müəyyən qrup işçilər üçün vaxtamuzd sistemlə iş rejimi, digər qrup işçilər üçün isə işəmuzd sistemi tətbiq edə bilər. Bu, işçilərin görəcəkləri işin, əmək funksiyalarının fərqliliyinə görə müəyyənləşdirilir. Odur ki, mükafat anlayışının formalaşması üçün, ilk növbədə, işçiyə veriləcək belə bir gəlirin əməkhaqqının ödəniş sistemində müəyyən olunmasıdır.

Əməkhaqqı sistemi də işçi ilə bağlanılan əmək müqaviləsində qeyd olunur və həvəsləndirici kimi ödənilən pul vəsaiti həmin əmək müqaviləsində yazılmalıdır. Əgər əmək müqaviləsində yazılmamışdırsa, bu, artıq əməkhaqqının tərkibinə daxil olan mükafat anlamına gəlmir.

Misal 2

“AA” MMC işçi ilə bağladığı əmək müqaviləsində rüblük və illik olaraq əməkhaqqının 1 misli məbləğində mükafatın ödənilməsinə razılaşıb. Bu ödəniş əməkhaqqının tərkibinə daxil olan mükafat sayılır. Çünki əməkhaqqı sistemində, əmək müqaviləsində nəzərdə tutulub və işçi ilə razılaşdırılıb.

Misal 3

“AA” MMC ilə işçi arasında bağlanmış əmək müqaviləsində rüblük və illik olaraq şirkətdə fəaliyyətinin nəticələrinə əsasən əməkhaqqının 1 misli məbləğində mükafatın ödənilməsi razılaşdırılıb. Bu ödəniş əməkhaqqının tərkibinə daxil olan mükafat sayılır. Baxmayaraq ki, belə bir həvəsləndirici ödəniş şirkətin fəaliyyətinin nəticələrinə əsaslanıb, amma əmək müqaviləsində nəzərdə tutulduğundan, bu, mükafat sayılır.

Misal 4

 Tutaq ki, işçiyə Yeni il bayramı ilə əlaqədar əməkhaqqının bir misli məbləğində mükafat verilib. Bu ödənişin əməkhaqqının tərkibinə daxil olan mükafat sayılması düzgün olmazdı. Çünki həvəsləndirici pul vəsaitinin ödənişi olsa da, bu, əmək müqaviləsində nəzərdə tutulmayıb. Onu ümumi olaraq mükafat kimi və ya pul vəsaiti şəklində ödənilən hədiyyə kimi adlandırmaq daha düzgün olardı.

Misal 5

“AA” MMC işçilərinə Qurban bayramı ilə əlaqədar pul formasında müəyyən məbləğdə vəsaitlər ödəyib. Belə bir vəsaitinin ödənilməsi əməkhaqqının tərkibinə daxil olan mükafat deyil.

Bu məsələlərdə mühasiblər, mütəxəssislər diqqətli olmalıdırlar. Çünki belə hallarda MDSS, işsizlikdən sığorta, icbari tibbi sığorta məsələlərində baza olaraq formalaşan məbləğlər üzrə tutulmalar, hesablamalarda fərqlər yaranır.

Mənbə: vergiler.az

Əmək pensiyalarının təyini və hesablanması qaydasına dəyişiklik edilib

Video: “Vahid bəyannamənin hazırlanma qaydaları”

posted in: Xəbər | 0

Vahid bəyannamənin hazırlanma qaydaları“Azərbaycan Mühasiblər Məktəbi”nin “Vahid bəyannamənin hazırlanma qaydaları” mövzusunda təşkil etdiyi ödənişsiz vebinara qoşula bilməyənlər, keçid edərək video yazını izləyə bilərlər. 17 Noyabr tarixində təşkil edilən vebinar “Azərbaycan Mühasiblər Məktəbi”nin 2023-cü ildə təşkil etdiyi altıncı ödənişsiz vebinar idi.

Vebinarın təqdimatçısı Salman Əbdülrzazadə İqtisad Universitetində “Biznesin idarə edilməsi və təşkili” ixtisası üzrə bakalavr, Türkiyənin Selçuk Üniversitetində “Mühasibat uçotu” ixtisası üzrə magistr təhsili almış və hazırda Selçuk Üniversitetində “Mühasibat uçotu” ixtisası üzrə doktorantura təhsili alır.

2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat fənnini tədris edir. Azərbaycan Mühasiblər Məktəbinin direktoru və peşəkar təlimçisidir. Eyni zamanda mühasibat uçotu və vergi sahəsində fəaliyyət göstərən “Accounting.Az” konsaltinq şirkətində layihə rəhbəri olaraq fəaliyyət göstərir. 500-dən çox mühasibin ixtisaslaşmasında yaxından iştirak etmişdir.

Qeyd edək ki, Azərbaycan Mühasiblər Məktəbi 2019-cu ildən bəri mühasiblərin ehtiyac duyduğu müxtəlif sahələrdə təlimlər həyata keçirir. Fəaliyyətə başladığımız vaxtdan bu günədək 2000-dən çox tələbə kurslarımızda iştirak etmişdir.

Məktəb, uzunmüddətli təlimlər ilə yanaşı, 1 günlük, ödənişsiz təlimlər də təşkil etməkdədir. Təkcə 2022-ci ildə belə təlimlərin sayı 7 idi. Ödənişsiz təlimləri təşkil etməkdə məqsədimiz mühasiblərin biliklərini inkişaf etdirmək, yenidən hazırlığına dəstək olmaqdır.

Kanalımıza abunə olmaqla, qoşula bilmədiyiniz vebinarları yenidən izləyə bilərsiniz: https://www.youtube.com/@muhasiblermektebi

Mühasibat kursları: https://www.muhasibat.az/muhasibatliq-kursu/

Vergi kursları: https://www.muhasibat.az/vergi-kurslari/

Digər kurslarımız: https://www.muhasibat.az/kurslar/

 

Əlaqə:

Əmək pensiyalarının təyini və hesablanması qaydasına dəyişiklik edilib

posted in: Uncategorized, Xəbər | 0

Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasında dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla əmək pensiyasının Qanunda müəyyən olunmuş minimum məbləğə çatdırılması, indeksləşdirilməsi və maddi yardımın (əvvəlki ildə ödənilmişdirsə) əmək pensiyasının tərkibinə daxil edilməsi ilə bağlı hesablamaların eyni vaxtda aparılması zərurəti yaranarsa, həmin hesablamalar aşağıdakı ardıcıllıqla yerinə yetiriləcək:

1. əmək pensiyası minimum məbləğə çatdırılır;

2. maddi yardımın (əvvəlki ildə ödənilmişdirsə) bir aya düşən hissəsi əmək pensiyasının tərkibinə daxil edilir;

3. əmək pensiyası indeksləşdirilir.

Əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir.

Mənbə: report.az

Hansı hesablaşmalar mütləq olaraq nağdsız qaydada həyata keçirilməlidir?

Fermerlər vergi hesabatlarını necə verməlidirlər?

posted in: Xəbər | 0

Fermer kimi vergidən azad edildiyim üçün vergi hesabatım yoxdur. Lakin ipoteka krediti almaq ücün məndən vergilərə dair hesabat istəyirlər. Bilmək istərdim ki, hesabatı necə verməliyəm?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2014-cü il yanvarın 1-dən 10 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri gəlir və mənfəət vergisindən, həmin fəaliyyət prosesində istifadə olunan əmlakları əmlak vergisindən, istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azaddır və məhsul satışından əldə olunan hasilatın həcmi sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilmir.

Məlumat üçün bildiririk ki, kənd təsərrüfatı məhsullarının istehsalını həyata keçirən şəxslər də, digər vergi ödəyciləri kimi, ilk növbədə vergi orqanında uçota durmalı, bu fəaliyyət üzrə gəlirlərini və xərclərini qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirməli və vergi orqanına bəyan etməlidirlər.

Əsas: Vergi Məcəlləsinin 13.2.60-cı, 33-cü, 34-cü, 102.1.11-ci, 106.1.14-cü, 164.1.18-ci, 199.9-cu, 218-1-ci maddələri

Mənbə: vergiler.az

İşəmuzd və vaxtamuzd əməkhaqqının hesablanması qaydası

1 375 376 377 378 379 380 381 2. 400