Kapital Bank 2023-cü ilin III rübünün nəticələrini elan edib

posted in: Xəbər | 0

kapital bankÖlkənin birinci bankı Kapital Bank-ın aktivləri 1 oktyabr 2023-cü il tarixinə 8.5 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 4 milyard manat olub.

1 oktyabr 2023-cü il tarixinə olan nəticələrə görə bankda müştəri depozitlərinin həcmi 6.5 milyard  manat təşkil edib.

Bankın 1 oktyabr 2023-cü il tarixinə tutulmalardan sonra məcmu kapitalı 792 milyon manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manatdır.

Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.


Birbank Biznes-də yeni “Sürətli kredit” məhsulu istifadəyə verildi

posted in: Xəbər | 0

Birbank Biznes-də yeni “Sürətli kredit” məhsulu

Birbank Biznes-də yeni “Sürətli kredit” məhsulu təqdim edildi. Kiçik və orta sahibkarlar üçün nəzərdə tutulan bu kredit 200 000 manatadək məbləğdə illik 12%-dən başlayan şərtlərlə təqdim olunur.

“Sürətli kredit” müraciətin ardından cəmi bir iş günü ərzində tamamilə onlayn rəsmiləşdirilir. Biznes sahibləri “Sürətli krediti”-i vaxt itirmədən zaminsiz və girovsuz əldə edə bilərlər. Ətraflı məlumat və onlayn müraciət üçün: https://kbl.az/bbpril

“Sürətli kredit” kiçik və orta sahibkarlara dəstək olmaq, bizneslərini böyütmək, onların maliyyə çətinliklərini aradan qaldırmaq üçün yaradılıb. Yeni məhsul bankdaxili davranışlara uyğunlaşdırılmış dinamik kredit təklifidir və müsbət kredit tarixçəsi olan, mütəmadi dövriyyə edən müştərilərə verilir.

 

Qeyd edək ki, Birbank Biznes-də sahibkarların hər gün istifadə etdiyi bir sıra məhsullar var:

  • Qarantiya məhsulları: tender, icra, avans, keyfiyyət, ödəniş, gömrük qarantiyası və s.
  • Sürətli Tender
  • Nağd təminatlı qarantiya
  • “Biznes overdraft” məhsulu
  • Ticarət əməliyyatlarının maliyyələşdirilməsi məhsulları: faktorinq, satışın maliyyələşdirilməsi, təchizat öncəsi maliyyələşmə
  • Gömrük krediti məhsulu
  • Biznes İpoteka Krediti
  • Maliyyə lizinqi
  • Ənənəvi Kredit / Kredit xətti

Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business saytına keçid alın və ya 896 məlumat mərkəzinə zəng edin.

Vergi ödəyicilərinə bank hesablarının açılması proseduru dəyişdirilir

posted in: Xəbər | 0

Vergi Məcəlləsində dəyişiklik, borcların silinməsi, gəlir vergisindən azad, əməkhaqqıdan tutulan vergi, Kassa metodu, Qeyri-rezident şəxslər, Sahibkarlıq subyektlərinin təsnifatı, idxalla bağlı məlumat forması, səhmlərin ticarətə buraxılması,Fəaliyyəti olmayan vergi ödəyiciləri

Vergi ödəyicilərinin banklarda və bank fəaliyyətini həyata keçirən digər təşkilatlarda hesabların açılması proseduru ilə bağlı 2022-ci ilin sonunda Vergi Məcəlləsinin 35-ci maddəsində edilmiş dəyişiklik bu il oktyabrın 1-dən qüvvəyə minəcək.

Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, vergi ödəyiciləri banklarda, digər kredit təşkilatlarında və poçt rabitəsinin milli operatorunda hesab açmaq üçün ilkin olaraq vergi orqanına ərizə təqdim edir. Vergi orqanı bu ərizə əsasında vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadığı halda, 2 gündən gec olmayaraq şəhadətnamə-dublikat (qüvvədə olma müddəti 10 gün) verir. Borc olduqda, bank hesabının açılmasından imtina edilir.

Qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən, 01.10.2023-cü il tarixdən vergi ödəyicisinin banklarda, kredit təşkilatları və poçt rabitəsinin milli operatorunda hesab açmaq üçün vergi orqanından şəhadətnamə-dublikat alması tələbi ləğv ediləcək və hesablar vergi ödəyicisinin birbaşa bank əməliyyatları aparan şəxslərə müraciəti əsasında açılacaq.

Qeyd edək ki, yeni dəyişikliklərə əsasən, büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olan vergi ödəyiciləri də bank əməliyyatları aparan şəxslərdə hesab açmaq imkanına malik olacaqlar. Beləliklə, borclu vergi ödəyicilərinə hesab açmaq üçün qanunla qoyulan məhdudiyyət aradan qaldırılacaq.

Bank əməliyyatları aparan şəxslər vergi ödəyicisinin onlara müraciəti əsasında hesab açaraq, məlumatı hesab açıldığı tarixdən 1 iş günü ərzində elektron qaydada vergi orqanına göndərəcək. Vergi ödəyicilərinə məxsus hesablar bank əməliyyatı aparan şəxslər tərəfindən bağlandıqda, bu barədə məlumat hesabın bağlandığı tarixdən 1 iş günü müddətində elektron qaydada Dövlət Vergi Xidmətinə təqdim olunacaq.

Mənbə: vergiler.az


ƏDV və ƏDV bəyannaməsi üzrə nəzəri-praktiki kurs

posted in: Vergi, Xəbər | 0

ƏDV və ƏDV bəyannaməsi üzrə nəzəri-praktiki kurs

Təlim əlavə dəyər vergisinin Azərbaycan Respublikasının Vergi qanunvericiliyi, Vergi məcəlləsi və digər qanunvericilk aktları üzrə tənzimlənməsi qaydalarını, vergi məcəlləsində əlavə dəyər vergisi üzrə gözlənilən dəyişikləri, əlavə dəyər vergisi bəyannamələrin hazırlanmasını əhatə edir.

Həmçinin təlim əlavə dəyər vergisi ilə bağlı məsələlərin geniş və izahlı tədris edilməsi əsasında təşkil olunacaq. ƏDV ilə bağlı Vergi məcəlləsinin bütün maddələri geniş şəkildə praktiki izah ediləcəkdir.

Kurs kimlər üçündür?

  • Mühasiblər, mikro və kiçik sahibkarlar;
  • Bu sahəni daha dərindən öyrənmək və ya biliklərini təkmilləşdirmək istəyənlər.

Kursun faydaları:

  • ƏDV bəyannaməsini düzgün və sərbəst təqdim edə bilmə bacarığınızı təkmilləşdirəcəksiniz;
  • ƏDV hesabatları hazırlanmasının avtomatlaşdırılmasını öyrənərək bu işi daha az vaxtda icra edə biləcəksiniz;
  • ƏDV və ƏDV bəyannamələrin hazırlanmasını nəzəri və praktiki tərəfdən öyrənərək peşəkarlığınızı daha da artıracaqsınız;
  • ƏDV üzrə kameral uyğunsuzluq məktublarının düzgün cavablandırılmasını icra edə biləcəksiniz.

Təlimçi: Azər Qənbərov

Azər Qənbərov Azərbaycan Dövlət İqtisad Universitetində “Dövlət maliyyəsində vergi siyasəti”, “Vergi müqavilələri”, “Vergi auditi”,  “Rəqəmsal iqtisadiyyat və vergiqoyma”, “Vergiqoymanın prinsipləri” fənlərini tədris edir. Eyni zamanda “Azərbaycan Mühasiblər Məktəbi”ndə vergi üzrə təlimçi olaraq fəaliyyət göstərir. Dövlət İmtahan Mərkəzində PMS imtahanları üzrə ekspertdir.

Azercell şirkətində Vergi hesabatları bölümünün rəhbəridir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində “Biznesə başlama, vergi və hesabatlılıq” üzrə işçi qrupunun üzvüdür.

SOCAR Baş ofisində Vergilər Departamentində rəis müavini vəzifələrində çalışmışdır. Vergi qanunvericiliyinin tətbiqinə dair 50-dən artıq məqalənin müəllifidir. Peşəkar Mühasib Sertifikat imtahanını hər iki sektor üzrə müvəfəqiyyətlə vermişdir. “CİMA və ACCA” üzrə “Diplom Performance Management” və “DİPİFR” beynəlxalq diplomların, həmçinin Daxili audit Sertifikatının sahibidir.

Azərbaycanda ilk dəfə mənfəət vergisinin SAP ERP sistemində avtomatlaşdırılması və vergi uçotu ilə maya dəyərinin, gəlir və xərclərin uçotunun, eləcə də vergi registrlərinin düzgün formalaşması üzrə layihənin rəhbəridir.

Vergi auditi və daxili audit üzrə 15 ildən çox təcrübəyə malikdir.

Qrupda iştirakçı sayı: 12-15 nəfər

Təlim formatı: Ənənəvi və onlayn

Təlim sayı və vaxtı: 14 dərs (8 dərs nəzəri, 6 dərs praktiki, əlavə olaraq 2-3 saatlıq könüllü imtahan) / Həftədə 2 dəfə, saat: 19:00-21:00

Kursa daxildir:

  • 20 saat təlim / 2+3 saatlıq imtahan;
  • Sertifikatların təmini;
  • Video qeydlər (praktiki dərslərin) və təlim materialları;
  • Coffee break.

Qeydiyyat üçün keçid: https://crmform.azgroup.az/

Təlim müddəti və sonrakı 1 ay ərzində iştirakçılar öyrəndiklərini praktikada daha rahat tətbiq edə bilmək üçün və işlərində yaranmış çətinliklər ilə bağlı təlimçidən ödənişsiz konsultasiya dəstəyi ala bilirlər.

Praktiki təlimlərin video qeydiyyatı aparılır. Həm təkrar olaraq, həm qoşula bilmədiyiniz təlimləri izləyə bilirsiniz. Hər təlimdən sonra (1 gün ərzində) təlim materialları (köməkçi fayllar, cədvəllər və s.) və video qeydlər iştirakçılarla bölüşülür.

Təlimlərin yekununda (keçirilən mövzular əhatə edən) sertifikat imtahanı olur. Nəticədən aslı olaraq iştirakçı və ya müvəffəqiyyət sertifikatı alırsınız. İştirakçı sertifikatı almaq üçün 80% davamiyyət, müvəffəqiyyət sertifikatı almaq üçün isə 80% davamiyyət və yekun imtahandan minimum 70% nəticə əldə etməlisiniz.

Proqram:

Nəzəri hissə (Ümumi 12-14 saat)

VM 153-163-cü maddələr, Nazirlər Kabinetinin Qərarı

  • ƏDV anlayışı, ƏDV ödəyiciləri, məcburi və könüllü ƏDV qeydiyyatının aparılması və ləğv edilməsi, ƏDV üzrə vergitutma obyektinin və vergi tutulan əməliyyatın dəyərinin müəyyən edilməsi, ƏDV üzrə vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi halları, Testlər və məsələlər.

VM 164-166-cı maddələr, KM Plenumunun Qərarı

  • ƏDV-dən azad və ƏDV-yə “0” dərəcə ilə cəlb edilən, eləcə də ƏDV-yə cəlb edilməyən əməliyyatlar, vergi tutulan əməliyyatın vaxtının müəyyənləşdirilməsi, testlər və məsələlər.

VM 167-176-ci maddələr, KM Plenumunun Qərarı

  • ƏDV üzrə vergi tutulan əməliyyatın yeri, qeyri-rezidentin ƏDV-si üzrə vergi tutulan əməliyyatın vaxtı və dəyərinin müəyyən edilməsi, agent üzrə aparılan əməliyyatlar, ƏDV-nin əvəzləşdirilməsi qaydaları, artıq ödənilmiş ƏDV-nin qaytarılması qaydaları, testlər və məsələlər.

Praktiki hissə (Ümumi 6-8 saat)

ƏDV qeydiyyatına dair ərizənin verilməsi prosedurları (könüllü və məcburi qeydiyyat)

  • Könüllü qeydiyyata durma;
  • Məcburi qeydiyyat zamanı diqqət edilməli nüanslar;
  • Əvvəlki 3 il müddətinə ƏDV qeydiyyatına durma.

ƏDV bəyannaməsinin tərtib edilməsi

  • ƏDV bəyannaməsi (BTP) və əlavələri barədə ilkin məlumatlar.

ƏDV-yə cəlb edilən, 0 faiz dərəcə ilə cəlb edilən və ƏDV-dən azad dövriyyənin müəyyənləşdirilməsi və əlavələrin doldurulması qaydaları

  • ƏDV-yə cəlb edilən, edilməyən və azad olan dövriyyə üzrə məlumatların ƏDV bəyannaməsinin Əlavə 2, 3, 4, 5 üzrə doldurulma qaydaları.

Qeyri-rezidentin vergiyə cəlb edilməsi əməliyyatlarının bəyannamədə əks etdirilməsi (169-cu maddə)

  • Qeyri-rezidentdən alınan iş, xidmətlərə görə yaranan ƏDV;
  • Qeyri-rezidentə edilən ödəmələr zamanı yaranan ƏDV öhdəliyi;
  • Qeyri-rezidentə təqdim edilən mal, iş və xidmətə görə yaranan ƏDV.

Qeyri-rezidentin büdcəyə ödənilən vergisinin əvəzləşdirilməsi (Əlavə 7-nin tərtibi)

  • Qeyri-rezidentə edilən ödənişlərə görə yaranan ƏDV üzrə büdcə öhdəliyinin müəyyənləşdirilməsi;
  • Qeyri-rezidentə edilən ödənişlərə görə büdcəyə vergi öhdəliyinin ödənilməsi və ƏDV bəyannaməsində əks etdirilməsi.

İdxal məlumatlarının (idxala görə ödənilən ƏDV) bəyannamədə əks etdirilməsi (Əlavə 1)

  • ƏDV-yə 18% dərəcə ilə cəlb edilən idxal edilən mallar üzrə məlumatların ƏDV bəyannaməsində əks etdirilməsi;
  • ƏDV-dən azad olan idxal edilən mallar üzrə məlumatların ƏDV bəyannaməsində əks etdirilməsi.

ƏDV əvəzləşdirilən e-qaimə məlumatlarının əks etdirilməsi (Əlavə 1)

  • Əvəzləşdirilmə üçün diqqət edilməli qaydalar;
  • Əvəzləşdirilmə üçün dövriyyənin müəyyən edilməsi;
  • Əvəzləşdirilmə üçün e-qaimə məlumatlarının daxil edilməsi;
  • Əvəzləşdirilməsinə yol verilməyən məlumatların bəyannamədə qeydiyyatı (Vergi Məcəlləsinin 175.2, 175.3, 175.4-cü maddələrinə əsasən).

Debitor borclar barədə məlumat

  • 2020-ci ilə qədər təqdim edilmiş mal, iş, xidmətlərə görə yaranan debitorlar və onların ödənişi zamanı bəyannamədə əks etdirilməsi;
  • 2020-ci ildən sonra təqdim edilmiş mal, iş, xidmətlərə görə yaranan və silinən debitor məlumatlarının bəyannamədə əks etdirilməsi.

Testlər və məsələlər (100 bal)


Qeydiyyat üçün keçid: https://crmform.azgroup.az/

Proqramı yükləyin: ƏDV və ƏDV bəyannaməsi üzrə nəzəri-praktiki kurs

Əlaqə:

📞+994 12 310 09 29
📱+994 50 225 82 05

Ünvan: Caspian Plaza


1 376 377 378 379 380 381 382 2. 387