İşğaldan azad edilmiş ərazilərin rezidentləri üçün vergi hesabatları ilə bağlı güzəşt varmı?

posted in: Xəbər | 0

vergi hesabatları, Vahid bəyannamə, Elektron xidmət, vergi güzəşti, malların alışı, Əmlak vergisi hesablanması, bəyannamələrin tərtib olunması, sahibkarlıq fəaliyyəti, Vergidən azad gəlirlər, nağdsız ödənişdən imtina, POS-terminallar üçün tələblər, Azərbaycan şirkətinə həmtəsisçi olmaq, nağd qaydada alına bilən mallar, vergi qeydiyyatı , ixrac qeydi , bank hesabı , elektron ticarət , maliyyə lizinqi , kriptovalyuta əməliyyatları , ƏDV məbləği . vergi öhdəliyi , vergiyə cəlb , mtəəsiz və riskli əməliyyatlar, MMC-nin təşkilati-hüquqi forması, müştərək investisiya , ƏDV qeydiyyatı , təsərrüfat əqdləri , yay təcrübə proqramı , maddi yardımlar , ödənilmiş aksizlər , xarab olan mallar , vergiyə cəlb , ipoteka predmeti , əmlak vergisi , sabit qəbz , kasa çeki , vergiyə cəlb , mənzili satarkən vergi , vergi tutulması , xammal və material sərfi, Yay Təcrübə Proqramı , DVX , Kommunikasiya strategiyası , yardım , vergiyə cəlb , xaricdə müalicə , gəlirdən çıxılma , yanacaq xərcləri , yanacaq xərci , vergi öhdəliyi , vergi öhdəlikləri , ekspeditor şirkətləri , gəlir vergisi , Torpaq vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, debitor və kreditor borcları , Dövlət Vergi Xidməti , obyekt sahibləri , vergiyə cəlb , xarici nəzarət , vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuİşğaldan azad edilmiş ərazinin rezidenti olan müəssisəmiz Kəlbəcərdə ictimai iaşə xidmətləri göstərir. Vergi Məcəlləsinə görə, müəssisəmiz vergilərdən azaddır. Bu halda, müəssisə mənfəət vergisi bəyannaməsini təqdim etməlidirmi və bəyannamənin təqdim olunması ilə bağlı fərqli bir müddət müəyyən edilibmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, işğaldan azad edilmiş ərazinin rezidenti həmin ərazidəki fəaliyyəti ilə bağlı vergi hesabatlarını bu Məcəllədə nəzərdə tutulmuş qaydada və müddətlərdə vergi orqanına təqdim edir.

Belə ki, işğaldan azad edilmiş ərazinin rezidentləri üçün vergi hesabatlarının təqdim olunmasında fərqli qayda müəyyən edilməyib və həmin vergi ödəyiciləri vergi hesabatlarını Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada və müddətlərdə vergi orqanına təqdim edirlər.

Buna əsasən, müəssisə tərəfindən mənfəət vergisinin hesabatı hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin tələblərinə əsasən, vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə, habelə vergi güzəşti və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulur.

Əsas: Vergi Məcəlləsinin 57.1-ci, 58.15-ci, 149.2-ci və 229-cu maddələri.

Mənbə: vergiler.az


Azərbaycanda bir sıra dövlət rüsumları ləğv edilir

posted in: Xəbər | 0

dövlət rüsumlarıAzərbaycanda arxiv arayışlarının verilməsinə görə tutulan dövlət rüsumları ləğv edilir.

Bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik təklif olunur.

Belə ki, dəyişiklik layihəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilməsinə görə tutulan dövlət rüsumlarının ləğv edilməsini nəzərdə tutur.

Layihə qəbul edildiyi təqdirdə “Dövlət rüsumu haqqında” qanunun 2.0.21-ci, 33-3-cü və 33-4-cü maddələri ləğv ediləcək.

“Milli arxiv fondu haqqında” qanuna dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 574-VIQD nömrəli Qanununun tətbiqi və “Milli arxiv fondu haqqında” qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 avqust tarixli 1812 nömrəli Fərmanının 2.1.2-ci və 2.1.3.-cü yarımbəndlərinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti 31 iyul 2023-cü ildə “Ödənişli arxiv xidmətlərinin siyahısının və onların göstərilməsinə görə xidmət haqlarının məbləği”nin təsdiq edilməsi haqqında 251 №-li və “Dövlət arxiv xidməti işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və dövlət arxiv xidmətinin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi barədə 252 №-li qərarlar qəbul edib.

Belə ki, bundan sonra müvafiq icra hakimiyyəti orqanı hüquqi və fiziki şəxslərə ödənişli arxiv xidmətlərini təsdiq olunmuş siyahı və xidmət haqları məbləği müqabilində göstərəcək.

Mənbə: report.az


6 ay müddətinədək əmək müqaviləsində sınaq müddəti müəyyənləşir

posted in: Xəbər | 0

icarə müqaviləsi, sınaq müddəti , əmək fəaliyyətinə cəlb, müddətli əmək müqaviləsi, işçilərin təminatı, Övladi olan işçinin təminatları, Əmək müqaviləsiAltı ay müddətinədək bağlanılmış əmək müqaviləsində sınaq müddətinə dair norma müəyyənləşir. Bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsində əksini tapıb.

Əmək Məcəlləsinə əsasən, sınaq müddəti müəyyən edilməyən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər.

Qüvvədə olan Əmək Məcəlləsinə görə, sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. Layihəyə əsasən, altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu 3 ay sınaq müddəti təyin ediləcək.

Qeyd edək ki, Əmək Məcəlləsinə görə əmək müqaviləsi bağlanılarkən sınaq müddəti yaşı 18-dən az olan şəxslərlə, müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla, hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə, təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə, ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə və iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda müəyyən edilmir.

Mənbə: apa.az


İdxalçı şirkətlərdə avans probleminə hüquqi baxış

posted in: Xəbər | 0

Sahibkarlıq hüququnun mənbəyi

Azad sahibkarlıq hüququ Azərbaycan Konstitusiyası ilə təsbit edilib (II bölmə, 59-cu maddə). Bu o deməkdir ki, hər kəsin öz imkan, qabiliyyət və əmlakından sərbəst istifadə etməklə:

  • azad sahibkarlıqla, yaxud;
  • digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququ var.

Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin əsasları “Sahibkarlıq fəaliyyəti haqqında” AR qanunu ilə tənzimlənir.  Qanuna görə gəlir (mənfəət) əldə edilməsi məqsədi ilə əmlakı istifadəsi, mal satışı, işlərin görülməsi yaxud xidmət göstərilməsi sahibkarlıq fəaliyyəti sayılır.

Xarici valyuta köçürmələrinin tənzimlənməsi

Xarici ticarət fəaliyyəti sahibkarlıq fəaliyyətinin bir istiqamətidir. Təbii ki, beynəlxalq ticarətdə tərəfdaşlar, o cümlədən idxalçı şirkətlər müxtəlif xarici valyutalardan istifadə edir. Bu isə daxili iqtisadi məkanda maliyyə sabitliyinə risklər yarada bilər, belə ki, xarici valyuta köçürmələrindən sui-istifadə həmişə ehtimal ediləndir.

Beynəlxalq ticarət zamanı xarici valyuta köçürmələrinin tənzimlənməsini Mərkəzi Bank həyata keçirir. Mərkəzi Bank bu sahədə ona verilmiş səlahiyyətlər çərçivəsində xarici valyuta əməliyyatlarına nəzarəti həyata keçirir. Qanun tələblərini pozan hüquqi və fiziki şəxslər haqqında məsuliyyət tədbirlərinin görülməsi, bu nəzarətin effektivliyini təmin edən amillərdəndir.

Avans valyuta köçürmələri üzrə məsuliyyət

Şirkətlərin xarici iqtisadi fəaliyyəti zamanı avans köçürmələri həyata keçirilməsi mümkündür, belə köçürmələrin mövcudluğu təbiidir. Amma bu zaman köçürülmüş valyutanın hərəkət zəncirini də izləmək vacibdir. Əks təqdirdə məsuliyyət tədbirlərinə məruz qalmaq olar. Bu cür məsuliyyət AR İnzibatı Xətalar Məcəlləsində nəzərdə tutulub. Məcəllənin 430.4-cü maddəsinə görə hüquqi və fiziki şəxslər beynəlxalq tərəfdaşlarına avans qismində pul köçürdükdə, həmin avansın taleyi ilə mütləq maraqlanmalıdırlar. Belə ki, pul köçürüldükdən sonra, 2 il ərzində:

  • həmin malların (xidmətlərin) idxalını təmin etməli, yaxud;
  • pul vəsaiti geri, ödəyənin bank hesablarına qaytarmalıdır.

Əks halda, vəsaiti köçürən hüquqi və ya fiziki şəxsə avans köçürülmüş məbləğin 20%-i həcmində cərimə tətbiq ediləcək.

Xaricə köçürülmüş avansla bağlı əməliyyat nə vaxt bitmiş sayılır?

Bu sahədə mövcud təcrübədən çıxış edərək deyə bilərik ki, bank vasitəsi ilə xaricə pul köçürmə əməliyyatı, banka aşağıdakı sənədlərdən birinin təqdim edilməsi ilə başa çatmış hesab olunur:

  • həmin malın idxalından sonra gömrük bəyannaməsi, yaxud;
  • idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd.

Tələb olunan sənəd banka idxal əməliyyatı üzrə xaricə avans məbləğini köçürmüş idxalçı şirkətlər tərəfindən təqdim edilir.

Lakin bəzən şirkətlər həmin bəyannamələri (təsdiq edici sənədi) banka təqdim etmirlər. Bu zaman qanunla müəyyən edilmiş müddətin bitməsi səbəbindən protokol tərtib edilərək məhkəməyə göndərilir. Belə hal yarandıqda işin müsbət həlli üçün gömrük bəyannaməsi vacib əhəmiyyətli sübut sayılır.

İdxal əməliyyatında vəkil xidməti

Onu da qeyd edək ki, bəzən şirkətlərdən asılı olmayan səbəblərdən də belə əməliyyatlar zamanı avans ödənişlərlə bağlı problem yaranır. Təcrübədə bankların Mərkəzi Banka təqdim etdiyi sənədlərdə müəyyən pozuntulara yol verilməsi hallarına rast gəlinir. Belə hallarda, problemin həlli üçün, idxalçı şirkətlərin peşəkar hüquqşünas və vəkillərin xidmətinə müraciət etməsinə zərurət yaradır.

Bu cür inzibati işlərdə hüquq işinin düzgün təşkili idxalçı şirkətləri əlavə cərimələr formasında maliyyə itkisindən qoruya bilər. Hüquq işinin düzgün təşkili sübutlarda olan qüsurların aşkar edilməsi, vaxtında gömrük bəyannamələrinin təqdim edilməsi, situasiyadan asılı olaraq digər tədbirləri nəzərdə tutur.

Müəllif: Peşəkar hüquqşünas / Pərviz Məmmədov


1 379 380 381 382 383 384 385 2. 387