Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi 2022-2024-cü illər üzrə konsolidə edilmiş maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı açıq tender elan edib.
İddiaçılar ilkin sənədləri noyabrın 27-si, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə dekabrın 5-i, saat 15:00-a qədər Agentliyin Bakı şəhəri, Ziya Bünyadov prospekti, 1965-ci məhəllə ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə dekabrın 6-da, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.
Mənbə: report.az