2024-cü il üçün yaşayış minimumu təsdiqləndi

posted in: Xəbər | 0

2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.

Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” qanunu imzalayıb.

Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Mənbə: report.az

2024-cü il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib

Əmlak vergisini kim və nə qədər ödəməlidir?

posted in: Xəbər | 0

Mühasibləri, eləcə də fiziki şəxsləri maraqlandıran məsələlərdən biri də əmlak vergisinin hesablanması, hesabatların hazırlanmasıdır. Vətəndaşların və hüquqi şəxslərin əmlakla bağlı öhdəliklərinə dair suallara maliyyə mütəxəssisi Vüqar Mirheydərov aydınlıq gətirir:

Vergi Məcəlləsinin 197.1-ci maddəsinə əsasən, əmlak vergisinin vergitutma obyektləri aşağıdakılar sayılır:

  • rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri, həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq, rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri;
  • müəssisələrin, habelə fərdi sahibkarların balansında olan əsas vəsaitlər;
  • Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslər üçün – yalnız daimi nümayəndəliklə bağlı olan əsas vəsaitlər.

Fiziki şəxslərin əmlak vergisi yerli vergilərə, fərdi sahibkarların və hüquqi şəxslərin əmlak vergisi isə dövlət vergilərinə aid edilir. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Bunun üçün xüsusi mülkiyyətdə olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə – onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində göstərilən vergi dərəcələri tətbiq olunur:

  • Bakı – 0.40 manat/kv.m.
  • Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu – 0.30 manat/kv.m.;
  • digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri – 0.20 manat/kv.m.;
  • rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə – 0.10 manat/kv.m.

Su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisi hesablanarkən aşağıdakı dərəcələr tətbiq olunur:

  • su nəqliyyatı vasitəsinin mühərrikinin 1 kubsantimetri üçün 0,02 manat;
  • hava nəqliyyatı vasitəsinin mühərrikinin 1 kubsantimetri üçün 0,02 manat;
  • mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün – onların bazar qiymətinin 1 faizi.

Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. Cari il üçün verginin məbləği bərabər hissələrlə – həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.

Müəssisələr və fərdi sahibkarlar əsas vəsaitlərin Vergi Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər. Həmin maddəyə əsasən, müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri aşağıdakı qaydada hesablanır:

Müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin hesabat ilinin əvvəlinə və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür.

Müəssisə və ya fərdi sahibkar hesabat ili ərzində yaradıldıqda (uçota alındıqda) və ya əmlak vergisi ödəyicisi olduqda onun əsas vəsaitlərinin yaradıldığı (uçota alındığı) və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonuna qalıq dəyəri toplanaraq 24-ə bölünür və müəssisənin və ya fərdi sahibkarın yaradıldığı (uçota alındığı) və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulur. Müəssisə və ya fərdi sahibkar hesabat ili ərzində ləğv edildikdə və ya uçotdan çıxarıldıqda onun əsas vəsaitlərinin ilin əvvəlinə və ləğv edildiyi və ya uçotdan çıxarıldığı tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya fərdi sahibkarın uçotdan çıxarıldığı aya qədər olan ayların sayına vurulur.

Müəssisə və fərdi sahibkar əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim etməlidir. Müəssisələr və fərdi sahibkarlar cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində vergi ödəməlidirlər.

Mənbə: vergiler.az

6 günlük iş rejimi əslində necə olmalıdır?

Hansı halda şirkət sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu saxlayır?

posted in: Xəbər | 0

MMC ofis ləvazimatlarının pərakəndə satışını həyata keçirir və sadələşdirilmiş verginin ödəyicisidir. Şirkət 2023-cü ilin 1-ci rübündə nəzarət-kassa aparatı vasitəsilə 11.000 manat, 5.000 manat məbləğində isə elektron qaimə-faktura ilə fərdi sahibkara satış həyata keçirib. Bu halda şirkət sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnu saxlayırmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 218.6.1-ci maddəsinə əsasən, bu Məcəllənin 218.5.9-cu maddəsinin müddəalarından asılı olmayaraq, pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyicisi eyni zamanda topdansatış qaydasında malların satışını həyata keçirdikdə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda, sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır.

Eyni zamanda, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, həmin Məcəllənin 218.6.1-ci və 218.6.2-ci maddələrində göstərilən şərtlər ödənilmədikdə, sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ həmin hesabat rübündən sonrakı ayın 1-dən ləğv edilir.

Qeyd olunanlara əsasən, pərakəndə satış fəaliyyəti göstərən müəssisənin rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatlarının həcmi ümumi əməliyyatların həcminin 30 faizindən çox olduğundan, sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququnu itirir və 2023-cü ilin ikinci rübündən etibarən mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərməlidir.

Əsas: Vergi Məcəlləsinin 218.6.2-ci və 218.7-ci maddələri.

Mənbə: vergiler.az

6 günlük iş rejimi əslində necə olmalıdır?

 

Fərdi sahibkarın xidmət müqaviləsi üzrə öhdəlikləri necə müəyyən edilir?

posted in: Xəbər | 0

 Sahibkarlıq fəaliyyəti – şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Business Service Centre” şirkətinin maliyyə və mühasibatlıq işləri üzrə mütəxəssisi Aysel İsmayılova sahibkarların xidmət müqavilələri üzrə öhdəliklərini şərh edir.

Müəssisə və fərdi sahibkarın fəaliyyət sahəsinə uyğun mütəxəssisi olmadığı halda və ya hər hansı bir işin görülməsi müəssisə üçün çətin olduqda, kənar fiziki şəxslər ilə mülki-hüquqi müqavilə bağlaya bilər. Müəssisə və fərdi sahibkar xidmət müqaviləsini vergi orqanlarında uçotda olan və uçotda olmayan 18 yaşına çatmış fiziki şəxslə imzalaya bilər. Xidmət müqaviləsinə əsasən, müəssisəyə sifarişçi, vətəndaşa isə icraçı deyilir.

Xidmət müqaviləsi bağlanarkən hər iki tərəfin, yəni həm sifarişçinin, həm də icraçının görüləcək işlə bağlı bütün hüquq və öhdəliklərini əks etdirməsi və tərəflərin razılığı əsas meyardır. Bu müqavilənin şərtlərinə görə, xidmətlər daimi və ya birdəfəlik formada göstərilə bilər. Müqavilənin şərtlərinə görə, icraçı müqavilədə qeyd edilən xidmətləri sifarişçiyə göstərməlidir. Sifarişçi isə icraçıya göstərilən xidmətlərin haqqını ödəməlidir.

Misal 1

İcraçı fərdi sahibkar kimi qeydiyyatdan keçibsə, gəlir vergisi və sosial sığorta ödənişləri icraçı tərəfindən hesablanır və ödənilir. Tutaq ki, Bakı şəhərində vergi orqanında uçotda olan fiziki şəxs “BB” MMC-yə mühasibat xidməti göstərib və bunun müqabilində 500 manat ödəniş əldə edib. Bunu həmin dövrə aid hesabatda qeyd edib vergisini büdcəyə ödəyir. Aylıq xidmət haqqı ödənişi 500 manat olmasına baxmayaraq, məcburi dövlət sosial sığorta haqqı və icbari tibbi sığorta minimum əməkhaqqına tətbiq edilir. Hazırda Azərbaycan Respublikasında minimum əməkhaqqı məbləği 345 manatdır.

“Sosial sığorta haqqında” Qanunun 14.5.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti üzrə gəlirlərdən məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında hesablanır. Bakı şəhərində həmin məbləğin 100 faizi tutulur:

345 x 25% = 86.25 manat (Məcburi dövlət sosial sığorta haqqı)

“Tibbi sığorta haqqında” Qanunun 15-10.1.3-cü maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, Vəkillər Kollegiyasının üzvləri, mediatorlar) minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəməlidir:

345 x 4%=13.80 manat (İcbari tibbi sığorta)

Vergi ödəyicisi mikro sahibkarlıq subyekti olduğu üçün Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən 75 faiz güzəşt tətbiq olunur:

(500-86.25-13.80) x 20% = 79.99 manat:

79.99 : 4 = 19.99 manat

Misal 2

Tutaq ki, icraçı fərdi sahibkar kimi qeydiyyatdan keçməyib. Bu zaman onun xidmət göstərdiyi müəssisə ödənilən məbləği ödəmə mənbəyində vergiyə cəlb edir. Eyni zamanda, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta haqlarını hesablayıb dövlət büdcəsinə ödəməlidir.

500 x 14%=70 manat (Ödəmə mənbəyində tutulan vergi)

“Sosial sığorta haqqında” Qanunun 14.5.2-ci maddəsinə əsasən, mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər (fərdi sahibkarlar istisna olmaqla) üzrə ödəmə mənbəyindən tutulmaqla – gəlirlərinin 25 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı hesablanır:

500 x 25% = 125 manat

“Tibbi sığorta haqqında” Qanunun 15-2.2.3-cü maddəsinə əsasən, mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə münasibətdə sığortalı qismində onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər çıxış edirlər. Qanunun 15-10.1.4-cü maddəsində isə göstərilib ki, bu Qanunun 15-2.2.3-cü maddəsində nəzərdə tutulmuş sığortaolunanlar gəlirlərinin 8000 manatadək olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəyirlər:

500 x 2%= 10 manat

Mənbə: vergiler.az

Xeyriyyə fondlarına ianənin vergiyə cəlb olunan mənfəətdən azaldılması qaydası

1 363 364 365 366 367 368 369 2. 400