“Mühasibat uçotu haqqında” Qanuna dəyişiklik edildi

posted in: Xəbər | 0

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1059-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1059-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 yanvar tarixli 8 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 1, maddə 69 (Cild I) ilə təsdiq edilmiş “Nəzarət markalarının və beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsindən əldə olunan vəsaitdən istifadə edilməsi və həmin vəsaitdən istifadə haqqında hesabatın dərc olunması Qaydası”nın 5-ci hissəsində “Qanununun 12-1-ci maddəsinə uyğun olaraq” sözləri “Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada” sözləri ilə əvəz edilsin.

2.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 yanvar tarixli 15 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 1, maddə 72 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 mart tarixli 150 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Hüquqi nəticə yaradan hərəkətləri dövlətin adından həyata keçirən, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxsin (statusu Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilən, habelə dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki publik hüquqi şəxslər istisna olmaqla) işlər görülməsindən və xidmət göstərilməsindən əldə etdiyi vəsaitin (o cümlədən tutulan xidmət haqlarının) həmin publik hüquqi şəxsin sərəncamında qalan hissəsindən istifadə Qaydası”nın 6.1-ci bəndində “Qanununun 12-1-ci maddəsinə uyğun olaraq” sözləri “Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada” sözləri ilə əvəz edilsin.

3.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 dekabr tarixli 495 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (V kitab), maddə 1598 (Cild I) ilə təsdiq edilmiş “İcbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim edilməsi Qaydası”nın 2.4-cü bəndində “Qanununun 8.1-1-ci maddəsinə uyğun olaraq” sözləri “Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada” sözləri ilə əvəz edilsin.

4.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 13 oktyabr tarixli 309 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1178 (Cild I); 2024, № 2, maddə 235) ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və madditexniki bazasının yaxşılaşdırılması məqsədilə həmin Agentliyin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın 6.1-ci bəndində “Qanununun 12-1-ci maddəsinə uyğun olaraq” sözləri “Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada” sözləri ilə əvəz edilsin.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 13 may 2024-cü il

Mənbə: nk.gov.az

Mikro sahibkarlıq subyektindən kiçik sahibkarlıq subyektinə keçidin stimullaşdırılması

 

İpoteka ilə alınan daşınmaz əmlaka görə ƏDV-nin geri qaytarılması

posted in: Xəbər | 0

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli fərmanı ilə təsdiq edilib.

Qaydaya əsasən, ödənişi həyata keçirmiş alıcılar ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına Qaydada nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədləri təqdim etməlidir.

Məlumat üçün bildiririk ki, vətəndaşların məlumatlandırılması məqsədilə Dövlət Vergi Xidmətinin saytında nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı xüsusi bölmə yaradılıb. Həmin bölmədə nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı qanunvericilik və normativ sənədlər, “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı elektron ərizənin göndərilməsi qaydası”, “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması” və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün elektron qaimə-fakturanın formasının tərtib edilməsi və göndərilməsi qaydası” ilə bağlı videotəlimatlar, DVX-nin məlumatları və s. məsələlər əks olunub.

Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”

Mənbə: vergiler.az

Mikro sahibkarlıq subyektindən kiçik sahibkarlıq subyektinə keçidin stimullaşdırılması

Mikro sahibkarlıq subyektindən kiçik sahibkarlıq subyektinə keçidin stimullaşdırılması

posted in: Xəbər | 0

Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinin 102.1.30-cü maddəsinə edilən əlavəyə əsasən, vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən olunmuş şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə fərdi sahibkarın mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə gəlir vergisi öhdəliyindən çıxılır.

Bu dəyişikliyin məqsədi mikro sahibkarlıq subyekti olan vergi ödəyicisinin kiçik sahibkarlıq subyektinə keçidini stimullaşdırmaqdır. Qeyd edək ki, Nazirlər Kabinetinin 556 saylı qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlar” təsdiq edilib:

Sahibkarlıq subyektlərinin ölçüsünə görə kateqoriyaları  

İşçilərin orta siyahı sayı (nəfər)

 

İllik gəlirləri (ig) (min manat)

Mikro sahibkarlıq 1 – 10 ig< 200
Kiçik sahibkarlıq 11- 50 200 < ig < 3000
Orta sahibkarlıq 51 – 250 3000< ig<30000
İri sahibkarlıq 251 və ondan yuxarı 30000 < ig

Maddədə diqqət yetiriləsi 5 vacib məqama nəzər salaq.

Birinci məqam. Mikro sahibkarlıq subyektini kiçik sahibkarlıq subyektinə keçidə stimullaşdırmağın bir şərti Vergi Məcəlləsinin 102.1.30-ci maddəsindəki 75 faizlik vergi güzəştindən istifadə etməməkdir.
Misal üçün, vergi ödəyicisinin müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən çoxdur və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmadığı üçün mikro sahibkarlıq subyekti 75 faizlik güzətdən istifadə edibsə, o zaman kiçik sahibkarlıq subyektinə keçid zamanı qeyd olunangüzəşt tətbiq edilməyəcək.

İkinci məqam. Mikro sahibkarlıq subyektindən kiçik sahibkarlıq subyektinə keçid zamanı maksimum 3 illik dövr nəzərdə tutulur. Vergi ödəyicisi bir, iki və üç ildən sonra kiçik sahibkarlıq subyektinə keçərsə, ötən dövr və dövrlər üçün hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində güzəşt hüququndan istifadə edəcək.

Misal 1

Mikro sahibkarlıq subyekti 2024-cü və 2025-ci ildə gəlir vergisi ödəyicisi kimi 20 faizlik dərəcə ilə vergi ödəyib və 75 faizlik vergi güzəştindən istifadə etmək hüququna malik olmayıb. 2026-cı ildə vergi ödəyicisi kiçik sahibkarlıq subyekti olduğu halda, həmin il üzrə hesablanmış gəlir vergisi öhdəliyindən 2024 və 2025-ci illər üzrə hesablanmış gəlir vergisinin 75 faizi qədər məbləğ çıxılacaq.
Üçüncü məqam. Mikro sahibkarlıq subyekti mütləq 3 il ərzində kiçik sahibkarlıq subyektinə keçməlidir ki, Vergi Məcəlləsində nəzərdə tutulmuş stimullaşdırıcı güzəştdən istifadə etsin.

Misal 2

İnformasiya texnologiyaları sahəsində fəaliyyət göstərən və mikro sahibkarlıq subyektinə aid edilən vergi ödəyicisinin işçisi yoxdur. Onun 2024-cü il üzrə vergiyə cəlb edilən gəliri 100.000 manat olduğundan gəlir vergisi 20.000 manat təşkil edib:

100.000 x 20% = 20.000 manat.

Vergi ödəyicisinin 2025-ci il üzrə gəliri 150.000 manata yüksəldiyi üçün gəlir vergisi 30.000 manat təşkil edib:

150.000 x 20% = 30.000 manat.

Vergi ödəyicisinin 2026-ci il tarixdə gəliri 220.000 manat olduğu üçün kiçik sahibkarlıq subyekti hesab edilib:

220.000 x 20% = 44.000 manat.

Bu zaman vergi ödəyicisi 44.000 manat gəlir vergisi hesablasa, Vergi Məcəlləsinin 102.1.30-cü maddəsinin tələbləri üzrə dövlət büdcəsinə bəyan edəcəyi məbləğ 6.500 manat təşkil edəcək:

44.000 – 22.500 – 15.000 manat = 6.500 manat.

Burada 22.500 manat 2025-ci il üzrə gəlir vergisinin 75 faizi, 15.000 manat isə 2024-ci il üzrə gəlir vergisinin 75 faizidir.

Göründüyü kimi, vergi ödəyicisi bəyan etdiyi 44.000 manatlıq gəlir vergisi üzrə 6.500 manat vergi ödəyəcək ki, bu da 37.500 manat azalmadır.

Sonda bir məqamı da bildirək ki, mikro sahibkarlıq subyektinin illik gəliri 200.000 manatdan çox olduqda kiçik sahibkarlıq subyektinə keçdiyi halda, o, təqdim olunan mallara (iş, xidmətlərə) görə 18 faizlik dərəcə ilə ƏDV tətbiq etmək məcburiyyətində qalacaq.

Mənbə: vergiler.az

Repetitorluq xidməti göstərən fiziki şəxs vergi uçotuna necə alınır?

Kapital Bank-ın dəstəyi ilə “My Technology” layihəsinə start verildi

posted in: Xəbər | 0

Ölkənin birinci bankı Kapital Bank-ın dəstəyi, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin 10 və 11-ci sinif şagirdlərini, eləcə də onların müəllimlərini əhatə edən “My Technology” müsabiqəsinə start verilib.

Müsabiqənin məqsədi məktəblilər arasında sahibkarlıq düşüncəsinə malik olan şagirdləri müəyyənləşdirmək, onların bu sahədə daha da maariflənməsinə və motivasiya edilməsinə dəstək olmaqdır. Layihə çərçivəsində şagird və müəllimlər müsabiqə şərtlərinə cavab verən layihələrini 20 may 2024-cü il tarixinədək təqdim etməli və qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat üçün link: https://forms.gle/4X2YLqY4q5eweHudA

Layihə 2024-cü il üzrə ölkənin 5 regionunu: Abşeron-Xızı, Gəncə-Qazax, Dağlıq Şirvan, Quba-Xaçmaz və Naxçıvan iqtisadi rayonlarını əhatə edəcək.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Repetitorluq xidməti göstərən fiziki şəxs vergi uçotuna necə alınır?

1 309 310 311 312 313 314 315 2. 387