Kapital Bank-ın dəstəyi ilə “İxracın maliyyələşdirilməsi” mövzusunda təlim keçirilib

posted in: Xəbər | 0

Kapital Bank-ın dəstəyi və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “İxracın maliyyələşdirilməsi” mövzusunda maarifləndirici təlim keçirilib.

Layihənin məqsədi Azərbaycanın xarici ticarət nümayəndələrinin maliyyə resurslarına sürətli əlçatanlığı üçün inklüzivliyin artırılması və asanlaşdırılması, mütəmadi likvid təminat problemi yaşayan ixracatçıların ticarət-maliyyə alətlərindən istifadəsinin genişləndirilməsi, onların innovativ maliyyə alətləri haqqında məlumatlandırılması idi.

Təlimdə Kapital Bank-ın nümayəndələri də iştirak edib. Kiçik və orta sahibkarlarla iş departamentinin direktor müavini Elçin Mustafayev çıxışında sahibkarlarla bu formatda görüşlərin keçirilməsinin əhəmiyyətindən, bankın sahibkarlıq istiqamətində atdığı addımlardan, sahibkarlara yaradılan imkanlardan, bütün təşəbbüslərin müştəri mərkəzli xidmətin yaxşılaşdırılmasına yönəlməsindən danışıb. Təlimdə Kapital Bank-ın KOS və Korporativ məhsullar sahəsinin meneceri Orxan Mürsəlov və  məhsul sahibi İsmət Vəkilov overdraft, gömrük kredit xətti, faktorinq, ticarət əməliyyatlarının maliyyələşdirilməsi, ixrac zamanı avans ödənişləri, akkreditiv haqqında sahibkarlara geniş məlumat verib.

Çıxışların ardından fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Güzəşt nəticəsində gəliri 2.500 manatdan aşağı düşən işçinin gəlir vergisi necə hesablanmalıdır?

Azərbaycanda kvotadan əlavə iş yerlərinin yaradılması qaydası müəyyənləşir

posted in: Xəbər | 0

Azərbaycanda kvotadan əlavə iş yerlərinin yaradılması qaydası müəyyən edilir.

Bununla bağlı məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirə edilən “Məşğulluq haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Qanuna əlavə edilməsi təklif edilən yeni maddəyə əsasən, qaydanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

Hər bir işəgötürən üzrə kvotadan əlavə iş yerlərinin sayı işəgötürən üçün müəyyən edilmiş kvota miqdarınadək, lakin 15 (on beş) iş yerindən çox olmamaqla müəyyən edilir.

Kvotadan əlavə iş yerlərində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göndəriş verilmiş şəxslərlə 2 (iki) ildən az olmayan müddətə bağlanılan əmək müqaviləsi üzrə əməkhaqqı bu Qanunun 26.6-cı maddəsi nəzərə alınmaqla, işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilir.

Kvotadan əlavə iş yerləri üzrə əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsinin məbləği sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən faiz dərəcələri tətbiq olunmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən əvvəlki il üçün müəyyən olunmuş ölkə üzrə orta aylıq nominal əməkhaqqıdan çox olmamaq şərtilə İşəgötürənlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında bağlanılan müqavilə əsasında müəyyən edilir.

Məqsədli proqramlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müsabiqə yolu ilə seçilən işəgötürənlərin iştirakı ilə həyata keçirilir.

Mənbə: report.az

Güzəşt nəticəsində gəliri 2.500 manatdan aşağı düşən işçinin gəlir vergisi necə hesablanmalıdır?

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi auditor seçib

posted in: Xəbər | 0

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 2023-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

Sorğunun qalibi “HLB Azərbaycan” MMC-dir.

Qalib şirkətə 4,5 min manat ödəniləcək.

Mənbə: report.az

Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi

Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi

posted in: Xəbər | 0

Əmək Məcəlləsinin 72-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məcəllənin bu tələbini əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov şərh edir.

Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunan hallar müəyyən edilib. Həmin maddənin “b” bəndinə əsasən, işçinin alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması belə hallardan biridir. Bəs bu hal necə müəyyən edilməlidir?

Misal

Fərz edək ki, müdir Samirin (ad şərtidir) işdəki hərəkətlərindən şübhə edərək işəgötürəni onun sərxoş olması barədə məlumatlandırıb. Bu halda Samirin sərxoş olduğu iddia edilərək onu işdən azad etmək olarmı? Əlbəttə ki, xeyr. Çünkü bu hal yalnız tibb məntəqəsinin müvafiq sənədinə əsasən müəyyən edilməlidir. Yalnız tibb məntəqəsinin rəyinə əsasən onun sərxoş olub-olmaması müəyyən edilməli və bundan sonra əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq qərarın qəbul edilməsi baş tuta bilər.

Əgər işçi tibb məntəqəsinə getməkdən imtina edərsə, işəgötürən onu məcburi qaydada müayinəyə apara bilərmi? Əlbəttə ki, xeyr. Bu hal aktlaşdırılmalı, iş yoldaşlarının izahatları alınmalı və müfaviq sənədlər əsasında qərar verilməlidir.

Eyni zamanda, işəgötürən Əmək Məcəlləsinin 62-ci maddəsinin “a” bəndinə əsasən (işçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda) işçini işdən kənarlaşdıra və ona Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər. Lakin işçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir.

Mənbə: “Əmək qanunvericiliyinin praktiki izahı” kitabının 2024-cü il nəşri

Mənbə: vergiler.az

İdxal malları barədə vergi orqanına məlumat verilməməsi nə ilə nəticələnir?

1 312 313 314 315 316 317 318 2. 397