Kapital Bank gənclərin təhsilinə və inkişafına dəstək verməyə davam edir

posted in: Xəbər | 0

Ölkənin birinci bankı Kapital Bank təhsil yönümlü layihələrə və peşəkar kadrların inkişafına böyük önəm verir. Bu layihələr çərçivəsində 2023-cü il iyul ayında tələbələr üçün “Birbank” təqaüd proqramı elan edilib. Təqaüd proqramına 3-cü kursda oxuyan, universitetə qəbul balı 550 və daha yuxarı, təhsil göstəriciləri ortalama 81 bal və daha yuxarı olan gənclər cəlb olunublar. Bir neçə mərhələdə təşkil edilən seçim prosesini uğurla keçən tələbələr “Birbank təqaüdçüsü” adını qazanıblar.

Təqaüd proqramı artıq öz müsbət nəticələrini verib. Belə ki, təqaüd almaqla yanaşı tələbələrə “Data”, “Agile” və “Karyeraya doğru addımlar” mövzularında 3 bankdaxili sessiya, həmçinin “Karyera və peşəkar inkişaf”, “Kommunikasiya və təqdimatların aparılması bacarıqları” mövzularında 2 təlim keçirilib. Bu məşğələlər tələbələrə onların peşəkar inkişafı üçün lazımi bilik və bacarıqlar qazandırmaq məqsədi ilə həyata keçirilib.

Növbəti mərhələdə keçiriləcək təcrübə proqramları təqaüdçülərin ixtisasları ilə uyğunlaşdırılıb. Belə ki, tələbələr təhsil aldıqları sahələr üzrə Kapital Bank-da 3 ay müddətinə təcrübə keçməyə başlayıblar.

Tezliklə “Birbank” təqaüd proqramının üzvləri mentorluq proqramına da cəlb olunacaqlar. Ümumilikdə isə ilin sonunadək 6 sessiya və minimum 3 dəfə mentorlarla görüşlər təşkil olunacaq. Məqsəd tələbələrin müvafiq sahə ilə bağlı bilik və bacarıqlarının artırılmasıdır. Bundan əlavə oktyabr-noyabr ayları ərzində tələbələrin yumşaq bacarıqlarının inkişaf etdirməsi üçün daha 2 təlimin keçirilməsi nəzərdə tutulub.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Bank depozitləri üzrə gəlir vergisinin hesablanması qaydası

Kənd təsərrüfatı məhsulları idxal edən vergi ödəyicisi ƏDV-ni necə əvəzləşdirə bilər?

posted in: Xəbər | 0

Müəssisəmiz xaricdən kartof idxal edərək ölkədə topdansatışını həyata keçirir. Bildiyimizə görə, kənd təsərrüfatı mallarının topdan və pərakəndə satışının ticarət əlavəsi tətbiq edilməklə həyata keçirilməsi və ödənilmiş ƏDV-nin əvəzləşdirilməməsi mövcud qanunun tələbləridir. Belə olan halda, idxal etdiyimiz həmin məhsullara görə ödənilmiş ƏDV məbləğini necə əvəzləşdirə bilərik?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 175.12-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 2022-ci il yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarına görə 3 il müddətində ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir.

Vergi Məcəlləsinə 2024-cü ilin yanvarın 1-dən əlavə edilmiş 175.13-cü maddəyə əsasən, bu Məcəllənin 175.12-ci maddəsinin müddəalarından asılı olmayaraq, idxal edilmiş kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri həmin məhsullara görə ödənilmiş ƏDV-ni əvəzləşdirmək və məhsulların təqdim edilməsi zamanı ƏDV-ni əməliyyatın tam dəyərindən hesablamaq hüququna malikdirlər. Bu məqsədlə həmin şəxslər öz seçimləri barədə 2024-cü il yanvarın 1-dən kənd təsərrüfatı məhsullarını idxal edəcəkləri tarixədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş məlumat formasını uçotda olduqları vergi orqanına təqdim etməlidirlər. Vergi ödəyicisi məlumat formasını qeyd olunan müddətdə təqdim etmədikdə bu Məcəllənin 175.12-ci maddəsinin müddəaları tətbiq olunur. Vergi ödəyicisinin bu maddə ilə müəyyən edilmiş seçimi il ərzində dəyişdirilmir.

Qeyd olunanlara əsasən, müəssisə 2024-cü il yanvarın 1-dən kənd təsərrüfatı məhsullarını idxal edəcəyi tarixədək müvafiq məlumat formasını uçotda olduğu vergi orqanına təqdim etməklə idxal olunan kənd təsərrüfatı məhsullarına görə ödənilmiş ƏDV-ni əvəzləşdirə və həmin məhsulların təqdim edilməsi zamanı ƏDV-ni əməliyyatın tam dəyərindən hesablaya bilər.

Əsas: Vergi Məcəlləsinin 175.12-ci və 175.13-cü maddələri

Mənbə: vergiler.az

İdxal malları barədə vergi orqanına məlumat verilməməsi nə ilə nəticələnir?

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu auditor seçir

posted in: Xəbər | 0

Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu 2023-cü il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

Sorğuda iştirak haqqı 25 manatdır.

İddiaçılar təkliflərini iyunun 21-nə qədər Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2-ci Sovxoz ünvanına təqdim edə bilərlər.

Təkliflərə iyunun 21-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.

Mənbə: report.az

İdxal malları barədə vergi orqanına məlumat verilməməsi nə ilə nəticələnir?

 

Bank depozitləri üzrə gəlir vergisinin hesablanması qaydası

posted in: Xəbər | 0

Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir:

Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsinə əsasən, 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətində Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda rezident hüquqi şəxslər tərəfindən kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad edilir.

Maddədən göründüyü kimi, bank depozitləri üzrə gəlir vergisindən azadolma yoxdur. Bank depozitləri üzrə gəlir vergisinin ləğvi bank depozitləri üzrə vəsaitlərin geri çəkilməsinin sürətlənməsinə səbəb oldu. Bu səbəbdən də 1 yanvar 2024-cü il tarixdən Vergi Məcəlləsinə bank depozitləri üzrə 2 yeni əlavə edildi.

Vergi Məcəlləsinə əlavə edilmiş 102.1.22-3-cü maddəyə əsasən, yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Bank əmanətləri ilə bağlı Vergi Məcəlləsinə əlavə edilmiş 102.1.22-4-ci maddəyə əsasən isə yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmadan ödənildikdə, hesablanmış faiz gəlirlərinin tam hissəsi 3 il müddətinə vergidən azad edilir.

Hər iki maddə ilə əlaqədar vacib məqamları qeyd edək.

Birinci məqam: Vergi Məcəlləsinin 102.1.22-3-cü maddəsində depozitlǝ bağlı müddət tələbi olmasa da güzəşt ediləcək məbləğə maksimum müddət tələbi qoyulub.

Misal 1

Vergi ödəyicisi 30.000 manat məbləğində vəsaiti illik 10 faiz olmaqla 1 il müddətinə banka depozit kimi yerləşdirib. Bu zaman həmin vəsait üzrə hesablanan aylıq gəlirin 200 manatlıq hissəsi gəlir vergisindən azaddır. Misal üçün, vətəndaş həmin depoziti 1 ilin sonunda əldə edərsə, bu zaman hesablanmış faiz 3.000 manat təşkil edəcək:
30.000 x 10% = 3.000 manat.

Güzəşt məbləği aylıq 200 manat olduğu üçün illik məbləğ 2.400 manat olacaq:

200 x 12 = 2.400 manat.

Bu zaman bank vətəndaşa ödənən faizin 600 manat hissəsindən ödəmə mənbəyində vergi hesablayacaq:

3.000 – 2.400 = 600 manat.

Misal 2

Əvvəlki misalın davamı olaraq bildirək ki, vətəndaş iki fərqli, hər biri 30.000 manat olmaqla, cəmi 60.000 manat depoziti 1 illik müddətə yerləşdirib. Bu zaman hesablama hər bir bank üzrə birinci misala uyğun həyata keçiriləcək. Çünki Vergi Məcəlləsinin həm 102.1.22-3-cü, həm də 102.1.22-4-cü maddəsində “fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depozitlər üzrə hesablanan” ifadəsi mövcuddur. Vergi Məcəlləsinə əlavə edilmiş digər 102.1.22-4-cü maddədə, birincidən fərqli olaraq, müddət tələbi mövcuddur – 18 ay. 18 aylıq müddət tələbi olarsa, o zaman aylıq faiz gəliri üzrə 200 manat tələbi olmur və tam məbləğ gəlir vergisindən azad edilir.

Misal 3

Vətəndaş banka 2 il müddətinə 30.000 manat məbləğində illik 10 faiz olmaqla vəsait yerləşdirib. Həmin vəsait müqavilə müddəti başa çatdıqdan sonra əldə edilərsə, o zaman hesablanan tam faiz üzrə gəlir vergisi tətbiq edilməyəcək.

Misal 4

Əvvəlki misalımızın davamı olaraq bildirək ki, fiziki şəxs banka 2 il müddətinə və illik 10 faiz olmaqla yerləşdirdiyi 30.000 manat vəsaiti 12 aydan sonra əldə etmək istəyir. Vəsaiti yerləşdirdikdə müddətin Vergi Məcəlləsinin 102.1.22-4-cü maddəsində nəzərdə tutulan 18 aydan çox tələbi ödəməsinə baxmayaraq, fiziki şəxs həmin vəsaiti 18 aydan tez əldə edib. Bu səbəbdən də artıq faiz gəliri üzrə güzəşt Vergi Məcəlləsinin 102.1.22-3-cü maddəsinin tələblərinə, yəni aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsinə tətbiq ediləcək.
Vətəndaş 1 yanvar 2023-cü il tarixdə 24 aylıq müddətə banka depozit yerləşdirə bilər. 24 aydan sonra ödənilən depozit üzrə faiz gəlirlərinin hesablanması Vergi Məcəlləsinin 102.1.22-4-cü yox, 102.1.22-3-cü maddəsinin tələblərinə uyğun olacaq.

Mənbə: vergiler.az

Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi

1 311 312 313 314 315 316 317 2. 397