Analitik Ekspertiza Mərkəzi auditor seçir

posted in: Xəbər | 0

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi audit xidmətləri üçün kotirovka sorğusu elan edib.

Kotirovkada iştirak haqqı 22,8 manatdır.

Sorğuda iştirak etmək istəyənlər təkliflərini mayın 17-si, saat 12:00-a qədər Mərkəzin Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi, 34 ünvanına təqdim edə bilərlər.

Təkliflərə mayın 17-si, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.

Mənbə: report.az

Dövlət müəssisəsində çalışan şəxs sahibkarlıqla məşğul ola bilərmi?

Birbank taksit kartı ilə ilk alış-verişdə 10% keşbek qazanın

posted in: Xəbər | 0

Birbank yeni kampaniyası ilə müştərilərinə daha çox qazanma imkanı yaradır. Belə ki, ölkənin ilk rəqəmsal bankı “İlk alış-verişə 10% keşbek” adlı yeni kampaniyaya start verir. Kampaniya çərçivəsində Birbank Cashback taksit kartını onlayn əldə edən hər kəs rəsmiləşmə tarixindən etibarən 30 təqvim günü ərzində ilk birdəfəlik 20 AZN və üzəri əməliyyatlara 10% (maksimum 20 AZN) keşbek qazana biləcək.

Kart sahibləri Birbank-ın partnyor olduğu 7500-ə yaxın mağazada, market, kafe, restoran, yanacaq doldurma məntəqəsi, aptek və.s kimi ödəniş nöqtələrində kampaniyadan yararlanmaq fürsəti qazanırlar. Həmçinin, müştərilər  2 qat ƏDV, 63 günədək güzəşt müddəti, seçilmiş partnyorlarda 24 ayadək taksit imkanı, 100% nağdlaşdırma və pulsuz çatdırılma kimi üstünlüklərdən yararlana bilərlər.

Kampaniya 31 may 2024-cü il tarixinədək keçərlidir. Kampaniyadan yararlanmaq üçün Birbank Cashback taksit kartını birbank.az, kapitalbank.az və Birbank mobil tətbiqindən sifariş edə bilərsiniz.

Ətraflı məlumat üçün: https://kbl.az/nknk

Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.

 

Dövlət müəssisəsində çalışan şəxs sahibkarlıqla məşğul ola bilərmi?

Mərkəzi Bank uçot dərəcəsini endirib

posted in: Xəbər | 0

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0,25 faiz bəndi azaldılaraq 7,5 faizdən 7,75 faizə endirilib.

Faiz dəhlizinin yuxarı həddinin 8,5 faizdən 8,25 faizə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6,25 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edilib.

Bu qərar 2 may 2024-cü ildən qüvvəyə minir. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2024-cü il iyun ayının 21-də açıqlanacaq.

Mənbə: vergiler.az

Yerli investisiyalı MMC-nin dövlət qeydiyyatı necə aparılır?

Sosial Dəstək Mərkəzi auditor seçir

posted in: Xəbər | 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Dəstək Mərkəzi 2023-cü il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 61 manatdır.

İddiaçılar təkliflərini mayın 23-nə qədər Mərkəzin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, 31 ünvanına təqdim edə bilərlər.

Təkliflərə mayın 23-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq

Mənbə: report.az

Ezamiyyə normalarına hansı dəyişikliklər edilib?

1 313 314 315 316 317 318 319 2. 387