Artıq ödənilən vergi və sosial sığorta haqlarının geri qaytarılması

posted in: Xəbər | 0

Təcrübədə tez-tez rast gəlinən hallardan biri də mühasiblərin ödəniş edərkən sosial sığorta haqlarını və vergi ödənişlərini artıq miqdarda köçürmələridir. Onlar rekvizitlərin yanlış göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində belə ödənişlər edə bilərlər. Bu hallarda vergi ödəyiciləri artıq ödənişləri geri ala bilərmi? Bu suala “Turan” Tədris Mərkəzinin təlimçisi və vergi eksperti Cavid Vəlizadə aydınlıq gətirir:

Vergi Məcəlləsinin 87.1 maddəsində göstərilib ki, vergi ödəyicisi artıq ödəniş etdikdə bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir.

Misal

Mühasib 1.000 manat vergi ödənişi edəndə bilməyərəkdən 10.000 manat ödəniş edib və bu barədə rəhbərliyə məlumat verib. Artıq ödənilmiş 9.000 (10000-1000) manat vergi digər vergilərlə əvəzləşdirilə bilər. Yəni, növbəti ayda 8.000 manat ƏDV öhdəliyi yaranarsa, bu zaman artıq ödənilmiş 9.000 manat vergidən 8.000 manat azaldılacaq. Lakin artıq ödənilmiş vergi ödənişləri sosial sığorta haqqları ilə əvəzləşdirilə bilməz.

Digər halda ola bilər ki, şəxs rekvizitlərin səhv göstərilməsi nəticəsində sosial sığorta haqqlarını ödəniş edərkən bilmədən vergi ödənişi edib.

Belə olan halda artıq ödənilmiş sosial sığorta haqlarının və verginin geri qaytarılması üçün vergi ödəyiciləri uçotda olduqları vergi orqanına müəyyən olunmuş ərizə forması ilə müraciət etməlidirlər. Vergi Məcəlləsinin 87.5-ci maddəsinə müvafiq olaraq vergilər 20 gün ərzində (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə 45 gün ərzində) qaytarılır.

Qeyd edək ki, artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə tənzimlənir.

Mənbə: vergiler.az

Xarici ölkəyə ezamiyyətə gedən işçiyə taksidən istifadəyə görə ödəniş edilirmi?

Bakı Fond Birjasında Kapital Bank-ın manat istiqrazları “Açılış zəngi” ilə bazara təqdim olundu

posted in: Xəbər | 0

Ölkənin birinci bankı Kapital Bank kapital bazarında həm yerli, həm də xarici valyutada yeni maliyyə alətlərinin buraxılışını həyata keçirir. Daha öncə bank rəsmiləri 100 000 000 (yüz milyon) manat həcmində istiqrazın bazara buraxılacağı haqqında məlumat vermişdilər. 10 iyun 2024-cü il tarixində Bakı Fond Birjasında təntənəli Açılış zəngi tədbiri ilə bankın 50 000 000 (əlli milyon) manat həcmində istiqrazlarının yerləşdirilməsinə başlanıldı.

Tədbiri çıxış sözü ilə Bakı Fond Birjasının Baş kommersiya inzibatçısı Oqtay Qasımov açaraq kapital bazarında əhalinin investisiyalarının artırılmasının önəmini vurğulayıb. Kapital Bank-ın Xəzinədarlıq departamentinin direktoru Fərid Əliyev isə maliyyə bazarlarında investisiya alətlərinin çeşidlərinin artırılmasının əhəmiyyətindən danışıb. “Azərbaycan maliyyə bazarı yüksək inkişaf potensiallı bir mühitdir. Biz bu bazarın liderlərindən biri olaraq ölkəmizdə kapital bazarının maliyyə sistemində rolunu artırmaq və iqtisadi inkişafa töhfə vermək istəyirik. Hədəfimiz bazar infrastrukturunun inkişaf etdirilməsi, bazara olan etimadın gücləndirilməsi, bazara çıxış imkanlarının genişləndirilməsidir. Buna görə də biz həm xarici, həm də yerli valyutada yeni maliyyə alətlərini təqdim edirik”.

Daha sonra “PAŞA Kapital İnvestisiya Şirkəti”nin İdarə heyəti sədrinin müavini Rauf Qurbanov çıxış edərək bildirdi ki, “İnvestisiya imkanlarını dəyərləndirmək istəyən vətəndaşlarımız sahəsinin iki lideri – ölkənin ən böyük filial şəbəkəsinə malik olan bankı Kapital Bank və ən böyük bazar payına malik olan investisiya şirkəti PAŞA Kapital tərəfindən təqdim olunan etibarlı, rahat və sürətli xidmətdən faydalana biləcəklər. İstiqrazların alışını həyata keçirən investorlar geri satmaq istədikləri təqdirdə heç bir faiz itkisi olmadan həmin günə qədər hesablanmış bütün faizləri əldə edə biləcəklər”.

Təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 10%, ödəniş dövrü 30 gündən bir, tədavül müddəti 1 ildir. Sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazların yerləşdirmə üzrə anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Xatırladaq ki, daha öncə Kapital Bank-ın ümumi dəyəri 35 000 000 (otuz beş milyon) ABŞ dolları olan subordinasiya istirqazlarının yerləşdirilməsi başa çatmışdır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Müdafiə təyinatlı məmulatların idxalı vergi və gömrük rüsumundan azad olunur

Elmi-Tədqiqat Kardiologiya İnstitutu auditor seçir

posted in: Xəbər | 0

Cahangir Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu 2023-cü il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

Sorğuda iştirak haqqı 25 manatdır.

İddiaçılar təkliflərini iyulun 1-nə qədər İnstitutun yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 85 ünvanına təqdim edə bilərlər.

Təkliflərə iyulun 1-də, saat 12:30-da qeyd olunan ünvanda baxılacaq.

Mənbə: report.az

Təhvil-təslim aktı itirildiyi halda alıcı həmin məbləğdən imtina edə bilərmi?

Təhvil-təslim aktı itirildiyi halda alıcı həmin məbləğdən imtina edə bilərmi?

posted in: Xəbər | 0

Satıcı müvafiq müqavilə əsasında alıcıya mal göndərir. Təhvil-təslim aktından sonra mal qəbul edilir və bundan sonra satıcı tərəfindən alıcıya elektron qaimə göndərilir.  Alıcı təhvil-təslim aktının əsasında vurulmuş bu e-qaiməni ya təsdiq edə, ya da səbəb varsa ondan imtina edə bilər. Səbəb yoxdursa ya təsdiq edir, ya da 5 (beş) iş günü ərzində sistem tərəfindən təsdiq olunur. Təhvil-təslim aktı olmasa (yəni itərsə və s.), alıcı bu məbləği ödəməkdən imtina edə bilərmi? Əgər qanunla imtina edə bilməzsə, alıcı hansı hüquqi müstəvidə bu vəsaiti geri ala bilər? 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim olunması barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” rekvizitində öz əksini tapır.

Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinin müddəalarına əsasən vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda həmin mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Hər hansı mal, iş və ya xidmət olmadan tərtib edilmiş elektron qaimə-faktura əsassız hesab olunur. Müraciətdə qeyd olunan halda, alıcı məsələnin araşdırılması üçün qeydiyyatda olduğu vergi orqanına müraciət edə bilər.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci və 71-2-ci maddələri

Mənbə: vergiler.az

Yükdaşıma ilə məşğul olan vergi ödəyicilərinin öhdəlikləri necə dəyişib?

1 308 309 310 311 312 313 314 2. 397