Birbank Biznes-lə sərəncam ödənişləri daha asan və rahatdır

posted in: Xəbər | 0

Birbank Biznes sahibkarlar üçün biznes proseslərini asanlaşdırmağa davam edir. Belə ki, ölkədə ilk dəfə olaraq sərəncam ödənişlərini mobil tətbiqdən etmək mümkündür. Bu funksionallıq onlara hesablarına daxil olan sərəncamları filiala getmədən, vaxt itirmədən, günün istənilən saatında rahatlıqla və operativ şəkildə ödəmək imkanı yaradır.

Bunun üçün sadəcə Birbank Biznes mobil tətbiqində Sərəncamlar bölməsinə klik edərək sərəncamı seçib ödəniş etmək kifayətdir.

Birbank Biznes mobil tətbiqini yükləmək və sahibkar hesabı açmaq üçün keçid edə bilərsiniz: https://onelink.to/ej5bbu 

Qeyd edək ki, Birbank Biznes-də biznes sahiblərinin mütəmadi istifadə etdiyi bir sıra xidmətlər var:

  • Onlayn biznes hesablarının açılması
  • Ölkədaxili və beynəlxalq köçürmələrin edilməsi
  • Nağdsız valyuta mübadiləsi
  • Biznes krediti üzrə müraciətlərin edilməsi
  • Cari və kart hesabından QR-nağdlaşdırma
  • Mobil POS sifarişi və əməliyyatların qəbulu
  • Biznes kartların sifarişi, çatdırılması və onlara mədaxil
  • Əməkhaqqı kartlarına mədaxil
  • POS əməliyyatlarının onlayn izlənilməsi və çıxarışların əldə olunması
  • Kliklə ödə xidməti
  • Süni intellekt əsaslı “Çat” sorğu xidməti
  • HÖP ödənişləri ( büdcə, kommunal və s.) xidmətinin həyata keçirilməsi
  • Sərəncamlara nəzarət və s.

Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes haqqında ətraflı məlumat üçün https://bir.bank/bbfipr saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.

Hansı halda nağd ödəniş etmək mümkündür?

Vergi ödəyicisi hansı hallarda ƏDV qeydiyyatını ləğv edə bilər?

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 158.1-ci maddəsinə əsasən, vergi ödəyicisi, o cümlədən Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər (Vergi Məcəlləsinin 16.3-cü maddəsində nəzərdə tutulan hallar istisna edilməklə) ƏDV-yə cəlb olunan əməliyyatlar aparmağı dayandırırsa, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə verməyə borcludur. Bu halda, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi ödəyicisinin vergi tutulan əməliyyatları tam dayandırdığı gün qüvvəyə minir. Vergi Məcəlləsinin 218.4.1-ci maddəsində göstərilən şəxslər ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən 3 il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər.

Qanunvericiliyin bu tələbini vergi eksperti İsmayıl Bağırov şərh edir.

Vergi Məcəlləsinin 158.1-ci maddəsinin tələbinə əsasən, vergi ödəyicisi ƏDV qeydiyyatından çıxa bilər, amma burada müəyyən hallar və məhdudiyyətlər var. İlk növbədə, ƏDV qeydiyyatından çıxmaq üçün vergi ödəyicisi vergiyə cəlb olunan əməliyyatlarını dayandırmalıdır. Yəni, vergi ödəyicisi ƏDV ödəyicisi kimi uçota alınıbsa, deməli fəaliyyəti nəticəsində yaranan dövriyyələr də ƏDV-yə cəlb olunacaq. Əgər o, fəaliyyətini müvəqqəti dayandırırsa, artıq bu, fəaliyyəti tam dayandırmaq sayılmır və qeydiyyatın ləğv olunması bu hala şamil olunmur. Deməli, vergi ödəyicisi fəaliyyətini tam dayandırmalıdır ki, vergiyə cəlb olunan əməliyyatları da dayandırsın. Odur ki, ƏDV ödəyicisi vergi ödəyicisi kimi ləğv olunan zaman əməliyyatlar dayandırılmış sayılır və bu zaman qeydiyyatdan çıxmaq üçün ərizə təqdim olunmalıdır.

Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən 3 il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər.

Misal 1

Müəssisə qərara alıb ki, 01 iyul 2012-ci ildən fəaliyyətini 4 il müddətinə dayandırsın və bununla bağlı vergi orqanına ərizə təqdim edib. Həmçinin, ƏDV ödəyicisi kimi qeydiyyatın ləğvi ilə bağlı ərizə də təqdim edib. Vergi orqanı ərizəni qəbul etməyib. Faktiki olaraq müəssisədə əməliyyatlar dayanıb. Əvvəla, fəaliyyətin dayandırılması müvəqqətidir. İkincisi, vergi orqanı dəqiq bilmir ki, ərizə yazıb fəaliyyətini müvəqqəti dayandırdığını bəyan edən firmanın faktiki fəaliyyəti varmı? Ona görə də bu, qeydiyyatın ləğv olunması üçün əməliyyatların dayandırılması sayılmır. Bu halda firma fəaliyyətinin dayandırılması üçün ərizəni təqdim etməsinə baxmayaraq, ƏDV ödəyicisi kimi uçotda qalacaq.

Misal 2

MMC-nin təsisçiləri 01 avqust 2017-ci ildən müəsssisənin ləğv olunması ilə bağlı qərar qəbul edib, müvafıq sənədləşmələr həyata keçirib və qəzetdə elan verib. Vergi orqanlarının qeydiyyat idarəsində MMC ləğv prosesi aparılan müəssisə kimi qeydiyyata alınaraq bildiriş təqdim olunub. Bu zaman artıq MMC 158.1-ci maddəni əsas götürərək ƏDV qeydiyyatının ləğv olunması barədə ərizə təqdim etməlidir. Ərizədə ləğv tarixi 01 avqust 2017-ci il göstərilməlidir.

Vergi Məcəlləsinin 158.2-ci maddəsinə əsasən ƏDV qeydiyyatı o halda ləğv edilə bilər ki, vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox olmasın. Vergi Məcəlləsinin 158.1-ci maddəsində nəzərdə tutulan hallar istisna edilməklə, vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan az olduğu halda vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər. Bu halda ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi orqanına qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi gün qüvvəyə minir.

Vergi orqanı şəxsin ƏDV qeydiyyatının ləğv edilməsi barədə məlumatı bir iş günü ərzində müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) göndərməlidir.

Misal 3

2022-ci ilin mart ayında vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün qeydiyyata alınıb. Həmin ilin may ayından 2023-cü ilin may ayınadək onun vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği 90.000 manat təşkil edib. 2023-cü ilin may ayının 15-də həmin vergi ödəyicisi ƏDV məqsədləri üçün qeydiyyatının ləğv edilməsinə dair ərizə ilə vergi orqanına müraciət edib. Onun ƏDV məqsədləri üçün qeydiyyatının ləğv olunması elə həmin gündən qüvvəyə minir.

Qeyd edək ki, şərti misalda göstərdiyimiz hal Vergi Məcəlləsinin 158.1-ci maddəsində göstərilən hallara şamil edilmir. Məsələn, ƏDV məqsədləri üçün son qeydiyyatı 01 sentyabr 2022-ci il tarixində qüvvəyə minmiş müəssisə 01 may 2023-cü il tarixindən etibarən ƏDV-yə cəlb olunan əməliyyatlar aparmağı tam dayandırırsa (məsələn, hüquqi şəxs olaraq ləğv olunursa), bu halda vergi ödəyicisi qeyd olunan bir il müddəti gözləmədən ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə verməyə borcludur. ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi ödəyicisinin vergi tutulan əməliyyatları tam dayandırdığı gün (bizim misalda 01 may 2023-cü il) qüvvəyə minir.

Vergi Məcəlləsinin 158.3-cü maddəsinə əsasən, vergi orqanı ƏDV-nin məqsədləri üçün qeydiyyatı ləğv edilən şəxsin adını, onun haqqında digər məlumatları ƏDV-nin ödəyicilərinin reyestrindən silməli və verilmiş qeydiyyat bildirişini geri almalıdır.

Mənbə: vergiler.az

Hansı halda nağd ödəniş etmək mümkündür?

Yemək xərclərinə görə hesablanan sığorta haqları gəlirdən çıxılırmı?

posted in: Xəbər | 0

İşçiyə şirkət tərəfindən yemək üçün kart vasitəsilə əlavə vəsait ödənilib. Bu Vergi Məcəlləsinin 98.2.3-cü maddəsi ilə işçinin gəliridir. Lakin Vergi Məcəlləsinin 109.9-cu maddəsində bu gəlir vergi tutulan gəlir sayılmır. “Sosial sığorta haqqında” qanunun 15-ci maddəsində yemək xərclərindən sığorta hesablanmalıdır. Sualım belədir ki, yemək xərclərinə görə hesablanan, sığortaedən tərəfindən ödənilən sosial sığorta haqları gəlirdən çıxılırmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 01.01.2024-cü il tarixdən etibarən nümayəndəlik xərcləri, işçilərlə bağlı mənzil və yemək xərcləri, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclər norma daxilində gəlirdən çıxılan xərclərə aid edilib.

Vergi Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, nümayəndəlik xərclərinin, işçilərlə bağlı mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin gəlirdən çıxılması normaları və qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur.

Əlavə olaraq nəzərinizə çatdırırıq ki, yemək xərclərinin əvəzinin birbaşa işçiyə ödənilməsi zamanı işçiyə ödənilmiş yemək xərclərinin əvəzi işçinin muzdlu işdən gəlirinə aid edilir və gəlir vergisinə cəlb edilir.

Vergi Məcəlləsinin 109.3-cü maddəsinə əsasən, bu Məcəllənin 119.2-ci maddəsində nəzərdə tutulmuş xərclər istisna olmaqla, işçilərin və onların ailə üzvlərinin sosial xarakterli xərclərinin və əyləncə xərclərinin gəlirdən çıxılmasına yol verilmir.

Vergi Məcəlləsinin 116-cı maddəsinə əsasən, öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması, habelə xarici sığortaçılar ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları istisna olmaqla, sığortalının və təkrarsığortalının ödədiyi sığorta haqları gəlirdən çıxılır.

Əsas: 119.2-ci, 109.3-cü, 116-cı maddələri.

Mənbə: vergiler.az

Əməkhaqqı hesablanarkən gəlir vergisi üzrə azadolmalar

Əməkhaqqı hesablanarkən gəlir vergisi üzrə azadolmalar

posted in: Xəbər | 0

Mövzunu “Business Service Centre” şirkətinin maliyyə-mühasibatlıq işləri üzrə mütəxəssisi Səbinə Mirzəyeva şərh edir.

Gəlir dedikdə rezident vergi ödəyiciləri üçün Azərbaycan Respublikasında və Azərbaycan Respublikasından kənarda əldə edilən, qeyri-rezident vergi ödəyiciləri üçün isə Azərbaycan Respublikası daxilində əldə etdikləri gəlirlər başa düşülür. Gəlirlər isə öz növbəsində 3 qrupa aid edilir:

1. Muzdlu işlə əlaqədar əldə edilən gəlir;

2. Muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir;

3. Vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər.

Muzdlu işlə əlaqədar əldə edilən gəlir dedikdə əməkhaqqı, bu işdən alınan hər hansı bir ödəmə və ya fayda nəzərdə tutulur. Əməkhaqqı – müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilən, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Vergi Məcəlləsinə əsasən, fiziki şəxslərin əməkhaqqından tutulan vergilərin dərəcəsi belə müəyyən edilib:

  • Neft-qaz sahəsində və dövlət sektorunda fəaliyyət göstərən fiziki şəxslərin muzdlu işdən gəlirləri 2.500 manatadək olduqda vergi tutulan aylıq məbləğinin 14%-i məbləğində, 2.500 manatdan çox olduqda isə 350 manat + 2500 manatdan çox olan məbləğinin 25%-i məbləğində gəlir vergisi tutulur.
  • Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin gəlirləri 2019-cu il yanvarın 1-i tarixindən 7 il müddətində vergi tutulan aylıq gəlirləri 8.000 manatadək olduqda vergi dərəcəsi 0%-dir. 8.000 manatdan yuxarı olduqda isə 8.000 manatdan çox olan məbləğin 14%-i məbləğində vergi tutulur.

Fiziki şəxslərin gəlir vergisinə güzəşt və azadolmalar Vergi Məcəlləsinin 102-ci maddəsi ilə tənzimlənir. Əməkhaqqı hesablanarkən gəlir vergisi üzrə azadolmalara nəzər yetirək:

– Fiziki şəxsin hər hansı muzdlu işlə əlaqədar əldə etdiyi aylıq gəliri (əsas iş yerində) 2.500 manatadək olduğu halda 200 manat, illik gəliri 30.000 manatadək olduqda 2.400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Misal 1

Neft-qaz sahəsində fəaliyyət göstərən fiziki şəxsin aylıq gəliri 850 manatdır. Onun gəlir vergisi necə hesablanır?

Vergidən azadolma: 200 manat;

Vergiyə cəlb edilən məbləğ: 850 – 200 = 650 manat.

– Fiziki şəxslərin təqvim ili ərzində alınan hədiyyələrin, təhsil haqlarını ödəmək üçün maddi yardımın – birdəfəlik müavinətin 2.500 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Maddi yardım almış həmin şəxslərə azadolma o vaxt verilir ki, məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən sənədlər təqdim edilsin.

Misal 2

Dövlət müəssisəsində çalışan işçinin illik gəliri 11.520 manatdır (aylıq gəlir 960 manat). Müəssisə tərəfindən əməkdaşının təhsil haqqını ödəmək üçün 3.000 manat məbləğində maddi yardım ayrılıb. Bununla bağlı təsdiqedici sənədlər təqdim edilib. Bu halda hesablama belə aparılacaq:

Vergidən azadolma: 2.400 manat (illik gəliri 30.000 manatadək olduqda tətbiq edilən azadolma) + 2.500 manat (təhsil haqqı üçün maddi yardımdan azadolma);

Vergiyə cəlb edilən məbləğ: (11520 + 3000 ) – (2400 + 2500 ) = 9620 manat.

– Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənən müavinətlərdən başqa, dövlət təqaüdləri, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, təsdiqedici sənədləri ilə birlikdə (Dövlət köçürmələri, dövlət büdcəsi hesabına edilmiş birdədəlik ödəmələrlə bağlı icra hakimiyyəti orqanlarının qərarları, ödəniş sənədləri) gəlir vergisindən azad edilir.

Misal 3

Dövlət müəssisəsi 2023-cü ilin noyabr ayı üzrə işçiyə 500 manat əməkhaqqı hesablayıb. Həmin ayda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 230 manat müavinət və 150 manat dövlət təqaüdü hesablanıb.

Vergidən azadolma: 150 manat (dövlət təqaüdü);

Vergiyə cəlb edilən məbləğ: (500 + 230) – 200 manat (aylıq gəliri 2500 manatadək olduqda) = 530 manat.

– Həmçinin işçi sayının və ştatların ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə, fərdi sahibkarın fəaliyyətinin ləğvi ilə bağlı, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə ödənilən təminatlar gəlir vergisinə cəlb olunmayacaq.

– Dövlət qulluqçusunun pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxması ilə əlaqədar ödənilən birdəfəlik haqq gəlir vergisindən azaddır.

– Vergi Məcəlləsinə əsasən, şəhid statusu almış şəxslərin valideynlərinin, övladlarının, dul arvadlarının (ərlərinin) vergi tutulan aylıq gəlirlərinin 800 manat məbləğində hissəsi gəlir vergisindən azaddır.

Misal 4

Qeyri-dövlət sektorunda çalışan şəhid övladının aylıq vergi tutulan əməkhaqqı məbləği 10.000 manatdır.

Vergidən azadolma: 800 manat;

Vergiyə cəlb edilən məbləğ: 2000 manat (aylıq əmək haqqının 8000 manatdan yuxarı olan hissəsi) – 800 manat (şəhid övladları üçün tətbiq edilən) = 1200 manat.

Mənbə: vergiler.az

Hansı halda nağd ödəniş etmək mümkündür?

1 280 281 282 283 284 285 286 2. 396