Beynəlxalq daşımaya görə ödənilən məbləğdən vergi tutulması

posted in: Xəbər | 0

Azərbaycanda qeydiyyatda olan rezident şirkətin qeyri-rezidentə Azərbaycan ərazisinə daxil olmadan digər ölkələrarası beynəlxalq daşımaya görə ödədiyi məbləğlərdən ödəniş zamanı hansı vergilər tutulmalıdır?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan vergi tutulur. Azərbaycan mənbəyindən əldə olunan gəlirlər dedikdə, Vergi Məcəlləsinin 13.2.16-cı maddəsində qeyd olunan gəlirlər nəzərdə tutulur.

Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələrinin 6 faizi vergiyə cəlb olunur. Azərbaycan Respublikasının hüdudlarından kənarda digər dövlətlərdəki təyinat (göndərilmə) məntəqələri arasında, habelə Azərbaycan Respublikasının ərazisindən tranzit qaydada həyata keçirilən daşımalara görə rezident müəssisənin və ya sahibkarın ödəmələri vergitutuma obyekti deyil. Bu baxımdan sorğuda qeyd olunan xidmət ödəmə mənbəyində vergiyə cəlb edilmir.

Əlavə olaraq nəzərə çatdırılır ki, Vergi Məcəlləsinin 165.1.4-cü maddəsinə əsasən, beynəlxalq poçt xidmətləri istisna olmaqla, beynəlxalq və tranzit yük və sərnişin daşınması, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti, beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan işlərin görülməsi, xidmətlərin göstərilməsi, habelə beynəlxalq və tranzit yük daşınması ilə bağlı ekspeditor xidmətlərinin göstərilməsi ƏDV-yə 0 dərəcə ilə cəlb olunur. Tranzit və beynəlxalq daşıma anlayışları Vergi Məcəlləsinin 13.2.33-cü maddəsi ilə tənzimlənir.

Azərbaycan Respublikası ərazisindən tranzit – gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası sərhədindəki iki məntəqə arasında Azərbaycan Respublikasının ərazisi ilə daşınmasıdır. Beynəlxalq daşıma isə yüklərin, sərnişinlərin, baqajın və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında daşınmasıdır.

Sorğuda qeyd olunan daşıma beynəlxalq və tranzit daşıma sayılmır və ƏDV məqsədləri üçün vergitutma obyekti deyil.

Mənbə: vergiler.az

Proqram təminatlarına texniki dəstək əldə edən vergi ödəyicilərinin öhdəlikləri hansılardır?

Kapital Bank-ın aşağı faizli krediti ilə digər kreditlərinizi bağlayın

posted in: Xəbər | 0

Müxtəlif banklarda kredit öhdəliyi olan, bir neçə yerə kredit ödəmək istəməyən, daha sərfəli şərtlər və aşağı faiz gözləyən hər kəsə Kapital Bank-dan şad xəbər var. Belə ki, yüksək tələbi nəzərə alan bank, digər banklardakı kreditlərini Kapital Bank-a gətirən müştərilər üçün nağdlaşdırma kommisiyası tətbiq etmir. Kampaniya 31 avqust 2024-cü il tarixinədək davam edəcək.

Xatırladaq ki, Kapital Bank-dan 10.9%-dən başlayan xüsusi şərtlərlə 50 000 AZN-dək nağd kredit əldə edən müştərilərə faiz xərclərini aşağı salmaq və aylıq ödənişlərin həcmini azaltmaq fürsəti verilir.

Kampaniyadan yararlanmaq üçün 1 yazıb 8196 nömrəsinə göndərə və ya sizə ən yaxın Kapital Bank filialına yaxınlaşa bilərsiniz.

Ətraflı məlumat üçün: https://kbl.az/rfns

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc

Xaricdə yükdaşıma fəaliyyəti ilə məşğul olan rezidentin gəlirləri ƏDV-yə cəlb olunurmu?

Əmək Məcəlləsində dəyişiklik edildi

posted in: Xəbər | 0

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1195-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1195-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 8-1-ci hissəsində, 49-cu maddəsinin 2-ci hissəsinin birinci cümləsində, 87-ci maddəsinin 3-cü və 4-cü hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 87-ci maddəsinin 3-cü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 3-cü maddəsinin 8-1-ci hissəsində, 87-ci maddəsinin 4-cü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

1.4. həmin Məcəllənin 49-cu maddəsinin 2-ci hissəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.5. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 29.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;

1.6. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;

1.7. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 9.2.2-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.8. həmin Qanunun 9.2.2-ci maddəsinin 1-ci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

1.9. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4.4.11-ci, 5.5-ci və 20.6-cı maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.10. həmin Qanunun 4.4.11-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur;

1.11. həmin Qanunun 5.5-ci və 20.6-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

1.12. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1195-VIQD nömrəli Qanununun 12.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.13. həmin Qanunun 12.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1195-VIQD nömrəli Qanununun 12.3-cü maddəsinə uyğun olaraq, əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələlərini bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

3.1. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 20.6-cı maddəsinə uyğun olaraq, peşə hazırlığına cəlb olunmuş və müvafiq kursları müvəffəqiyyətlə bitirmiş şəxslərə təqdim olunan sənədin formasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.2. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1195-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

4. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 105 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 2, maddə 88 (Cild I) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki:

2.1. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;

2.2. həmin Qanunun 6-cı maddəsinin yeddinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.”.

5. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 231 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 iyun tarixli 88 nömrəli Fərmanı) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. ikinci abzasda “5-1-ci hissəsinin ikinci cümləsində” sözləri “8-1-ci hissəsində” sözləri ilə, “2-2-ci (hər iki halda) və 4-cü (birinci halda) hissələrində, 3-cü hissəsinin birinci cümləsində” sözləri “2-ci hissəsində” sözləri ilə əvəz olunsun, həmin abzasa “98-ci” sözlərindən əvvəl “87-ci maddəsinin 3-cü və 4-cü hissələrində,” sözləri əlavə edilsin;

5.2. üçüncü abzasdan “49-cu maddəsinin 4-cü hissəsində (ikinci halda),” və “87-ci maddəsinin dördüncü hissəsində,” sözləri çıxarılsın;

5.3. dördüncü – iyirmi dördüncü abzaslar müvafiq olaraq beşinci – iyirmi beşinci abzaslar hesab olunsun və aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:

“həmin Məcəllənin 87-ci maddəsinin 3-cü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;

5.4. beşinci abzasdan “3-cü maddəsinin 5-1-ci hissəsinin birinci cümləsində,” və “87-ci maddəsinin altıncı hissəsində,” sözləri çıxarılsın;

5.5. onuncu abzasdan “49-cu maddəsinin 5-ci hissəsində,” və “87-ci maddəsinin 8-ci hissəsində,” sözləri çıxarılsın;

5.6. iyirmi ikinci abzasda “3-cü maddəsinin 5-1-ci hissəsində, 49-cu maddəsinin 2-2-ci (hər iki halda) və 4-cü hissələrində “orqan” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında” sözləri “49-cu maddəsinin 2-ci hissəsində “orqan (qurum)” dedikdə” sözləri ilə əvəz edilsin;

5.7. iyirmi üçüncü abzasa “Məcəllənin” sözündən sonra “3-cü maddəsinin 8-1-ci hissəsində,” sözləri və “98-ci” sözlərindən əvvəl “87-ci maddəsinin 4-cü hissəsində,” sözləri əlavə edilsin.

6. “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 388 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 611 (Cild I) 3.19-cu bəndinə “Məcəllənin” sözündən sonra “29.1-ci maddəsinin birinci cümləsində və” sözləri əlavə edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 584 (Cild I) ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 15-1-ci hissəsində “əmək kitabçasında və şəxsi işində” sözləri “şəxsi işində və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda əmək kitabçasında” sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 48 (Cild I) ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 10-cu hissəsi aşağıdakı redaksiyada verilsin:

“10. Dövlət qulluğunda qulluq stajı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda isə əmək kitabçasına əsasən müəyyən edilir.”.

9. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 70 (Cild I) ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 10-cu hissəsindən “əmək kitabçası əsasında” sözləri çıxarılsın.

10. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 297 (Cild I); 2024, № 4, maddə 378, № 5 (I kitab), maddələr 517, 529) ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 3.3.6-cı yarımbəndində “ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla” sözləri “olduğu halda” sözləri ilə əvəz edilsin.

11. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 noyabr tarixli 349 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 965 (Cild I); 2024, № 5 (I kitab), maddə 529) ilə təsdiq edilmiş “Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi Qaydası”nın 1.5-ci bəndinin dördüncü abzasına “kitabçası” sözündən sonra “(olduğu halda)” sözləri əlavə edilsin.

12. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 90 (Cild I); 2024, № 3, maddə 254, № 5 (I kitab), maddə 529) ilə təsdiq edilmiş Əlavə III − “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə”nin 3.1.3-2-ci yarımbəndinə “hallarda işçinin” sözlərindən sonra “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş” sözləri əlavə olunsun və həmin yarımbənddə “müqaviləsi bildirişinin” sözləri “müqaviləsinin” sözü ilə, “işçinin müraciəti əsasında əmək kitabçasında” sözləri “həmin informasiya sistemində” sözləri ilə əvəz edilsin.

13. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli 100 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 107 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 iyun tarixli 88 nömrəli Fərmanı) 3-cü hissəsi ləğv edilsin.

14. “Tikinti sahəsində qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tarixli 1349 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 4, maddə 563 (Cild I) 1.2-ci bəndində “Əmək müqaviləsi bildirişi üzrə” sözləri “Mərkəzləşdirilmiş” sözü ilə əvəz edilsin.

15. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238 (Cild I); 2024, № 3, maddə 262, № 5 (I kitab), maddə 515; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 16 iyul tarixli 150 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 2-ci hissəsinin “Göstərdiyi xidmətlər” sütununun 1-ci bəndi ləğv edilsin.

16. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1683 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 8 iyul tarixli 132 nömrəli Fərmanı) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

16.1. 2.1-ci bəndə “4.4.10-cu,” sözlərindən sonra “4.4.11-ci,” sözləri, “20.4-cü,” sözlərindən sonra “20.6-cı,” sözləri əlavə olunsun və həmin bənddə “, 18.2–18.6-cı” sözləri “maddələrində, 18.2-ci maddəsinin birinci cümləsində, 18.3-cü, 18.6-cı” sözləri ilə əvəz edilsin;

16.2. 2.5-ci bəndə “20.2-ci,” sözlərindən sonra “20.6-cı,” sözləri əlavə olunsun və həmin bənddə “, 18.2-ci, 18.4–18.6-cı” sözləri “maddələrində, 18.2-ci maddəsinin birinci cümləsində, 18.6-cı” sözləri ilə əvəz edilsin;

16.3. 2.21-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.22-ci bənd əlavə edilsin:

“2.22. həmin Qanunun 4.4.11-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur.”.

17. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2544 (Cild I); 2024, № 5 (I kitab), maddə 529) ilə təsdiq edilmiş “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

17.1. 2.1-ci bənd ləğv edilsin;

17.2. 7.14-cü bənddən “əmək kitabçasında müvafiq qeydiyyat aparılan” sözləri çıxarılsın.

18. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 fevral tarixli 527 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 226 (Cild I) ilə təsdiq edilmiş “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

18.1. 2.3.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.3.5. əmək müqavilələrinin əsli, əmək müqavilələrində dəyişikliklər edilməsi haqqında sənədlərin əsli, elektron sənəd formasında bağlanılan əmək müqavilələrinə münasibətdə isə əmək müqavilələri, onlarda edilmiş dəyişikliklər və onlara xitam verilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarış;”;

18.2. 2.4.3-cü yarımbəndə “kitabçasının” sözündən sonra “(olduğu halda)” sözləri əlavə edilsin.

19. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 634 (Cild I); 2024, № 4, maddə 385; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 iyun tarixli 88 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

19.1. 2.1-ci bənd üzrə:

19.1.1. 2.1.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.1.2. “Əmək və məşğulluq” altsistemi;

19.1.2. 2.1.9-cu yarımbənd ləğv edilsin;

19.2. 2.3-cü bənd üzrə:

19.2.1. 2.3.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.3.2. “Əmək və məşğulluq” altsistemi vasitəsilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən (siyahısı Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 206 nömrəli Fərmanı ilə təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək müqaviləsi kağız üzərində yazılı formada bağlanılan əmək münasibətləri istisna olmaqla) işçilərlə işəgötürənlər arasında əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək münasibətlərinə dair arayışların alınması, habelə əməyin təşkili, əməyin mühafizəsi, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məşğulluq sahəsində xidmətlərin elektron qaydada təşkili, o cümlədən məşğul şəxslərin reyestrinin elektron formada aparılması, işsiz və işaxtaran şəxslərin qeydiyyata alınması, vakansiya bankının və ştat vahidlərinə dair cədvəlin yaradılması, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsi və ya onun müddətinin uzadılması ilə bağlı elektron qaydada rəy verilməsi, eləcə də məşğulluq və əmək qanunvericiliyinə əməl olunmasına nəzarət, sığortaedənlər tərəfindən “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinin elektron monitorinqi;”;

19.2.2. 2.3.9-cu yarımbənd ləğv edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 avqust 2024-cü il

Mənbə: president.az

Xaricdə yükdaşıma fəaliyyəti ilə məşğul olan rezidentin gəlirləri ƏDV-yə cəlb olunurmu?

Xaricdə yükdaşıma fəaliyyəti ilə məşğul olan rezidentin gəlirləri ƏDV-yə cəlb olunurmu?

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının hüdudlarından kənarda yükdaşıma fəaliyyəti ilə məşğul olan rezident müəssisənin həmin fəaliyyətdən əldə etdikləri gəlirləri ƏDV-yə cəlb olunurmu? Eyni zamanda həmin rezident müəssisə, yükdaşıma fəaliyyətini genişləndirmək üçün, Türkmənistan Respublikasında fəaliyyət göstərən qeyri-rezidentlə bazar araşdırması üçün xidməti müqavilə bağlayır, öz növbəsində, həmin qeyri-rezident öz ölkəsində yükdaşıma ilə bağlı biznes imkanlarını müəyyən etmək üçün aylıq xidmət haqqı qarşılığında bazar araşdırması edir. Biz rezident müəssisə olaraq həmin qeyri-rezidentə xidmət haqqı ödəyən zaman hər hansı vergi öhdəliklərimiz (ödəmə mənbəyində vergi və ya ƏDV ) yaranırmı?

Birinci suala cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 96.1-ci maddəsinə əsasən, rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.

Vergi ödəyicisinin bütün gəlirləri dedikdə onun həm Azərbayan Respublikasında, həm də Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirləri nəzərdə tutulur.

Nəzərə çatdırılıb ki, Vergi Məcəlləsinin 127.1-ci maddəsinə əsasən, rezidentin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin və ya mənfəət vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır.

Azərbaycan Respublikasının rezidenti olan ƏDV ödəycisinin respublikamızın hüdudlarından kənarda göstərdiyi xidmətlər, işlər ƏDV-nin vergitutma obyekti deyil. Lakin Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində olan xidmətlərin göstərildiyi yer kimi xidmətləri göstərən şəxsin yox, xidmətləri alan şəxsin qeydiyyatda olduğu yer qəbul olunur. Sorğuda qeyd olunan xidmət ƏDV-yə cəlb olunmayacaq.
İkinci suala cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan vergi tutulur.

Sorğuda qeyd olunan qeyri-rezidentin əldə etdiyi gəlir Vergi Məcəlləsinin 13.2.16-cı maddəsinə əsasən Azərbaycan mənbəyindən gəlir sayılmır və ödəmə mənbəyində vergi tutulmur.

Əlavə olaraq nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur.

Bu maddəyə əsaslanaraq bildirilib ki, sorğuda qedy olunan xidmət Azərbaycan Respublikasının ərazisində olmadığı üçün ƏDV məqsədləri üçün vergitutma obyekti deyil.

Əsas: Vergi Məcəlləsinin 96-cı, 125-ci, 127-ci, 168-ci, 169-cu maddələri.

Mənbə: vergiler.az

Proqram təminatlarına texniki dəstək əldə edən vergi ödəyicilərinin öhdəlikləri hansılardır?

1 283 284 285 286 287 288 289 2. 396