Artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması

posted in: Xəbər | 0

Bilmək istəyirəm ki, səhvən artıq ödənilmiş vergi məbləğini geri qaytarmaq üçün nə etmək lazımdır?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 87.1-ci maddəsinin müddəalarına əsasən, Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir.

Vergi Məcəlləsinin 87.3-cü maddəsinə əsasən, bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır.

Artıq ödənilmiş vəsaitin geri qaytarılması üçün vergi orqanına “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə Ərizə” ilə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 87-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”

Mənbə: vergiler.az

Ezamiyyətə gedən işçinin ezamiyyə haqqı necə ödənilir?

Hansı aylarda məzuniyyətə çıxmaq daha sərfəlidir? (II hissə)

posted in: Xəbər | 0

Yazının əvvəlki hissəsi ilə buradan tanış olmaq olar.

Bunu daha aydın izah etmək üçün işçinin bir həftə məzuniyyətə çıxdığı halda məzuniyyətin 5 günü iş gününə düşürsə, bunun mart (iş günü az olan) və avqust (iş günü çox olan) aylarında icra edilməsinə nəzər salaq:

Misal 2

İşçi mart ayının 9-15-i tarixləri arasında və 2-8 avqust tarixləri arasında məzuniyyətə çıxması halında eyni günlük məzuniyyət və eyni əməkhaqqı məbləğinə görə aylıq qazanc necə dəyişəcək? Əməkhaqqı və orta aylıq əməkhaqqı 1.500 manatdır.

Hər iki ayda məzuniyyətin müddəti 5 iş günü və 2 istirahət günündən ibarətdir. Qeyd edək ki, 2021-ci ilin istehsalat normasına əsasən, mart ayında 17, avqust ayında isə 22 iş günü olub:

Məzuniyyət haqqı: 1.500 : 30.4 = 49.34 manat;

49.34 x 7 = 345.38 manat.

Mart ayında əməkhaqqı: (1.500 : 17) x 12 = 1.058.82 manat.

Avqust ayında əməkhaqqı: (1.500 : 22 ) x 17 = 1.159.09 manat.

Beləliklə, işçinin ümumi gəliri mart ayında 1.404.7 manat, avqust ayında isə 1.504.47 manat olacaq:

345.38+1.058.82 = 1.404.7 manat;

345.38+1.159.09 = 1.504.47 manat.

Bir gününə düşən əməkhaqqı məbləği yüksək olan aylarda işləmək, az olan aylarda məzuniyyət götürmək sərfəlidir. Yən, iş günü az olan aylarda işləmək, çox olan aylarda məzuniyyət götürmək daha səmərəlidir. İş günü az olan aylarda bir günə düşən əməkhaqqı yüksək olduğundan əməkhaqqından daha çox tutulma olacaq. Məzuniyyət haqqı isə əgər orta aylıq əməkhaqqında artım və ya azalma olmayıbsa, hər ay dəyişməz olaraq qalır.

Misal 3

İşçi 2021-ci ilin məzuniyyətini 13-29 avqust tarixlərinə planlaşdırır. 17 günlük məzuniyyətin tərkibində 6 gün istirahət günləri var. Bu zaman məzuniyyət haqqı məbləğinin nə qədər olacağına baxaq:

Fərz edək ki, işçinin orta aylıq əməkhaqqı məbləği 1.200 manatdır. 2021-ci ilin iyul ayında 22 iş günü var. 13-29 avqust tarixləri məzuniyyət günləri olduğundan avqust ayında işçi 11 iş günü işləyəcək.

Məzuniyyət haqqı: 1.200 : 30.4 = 39.47 manat;

39.47 x 17 = 671.05 manat.

Əməkhaqqı: 1.200 : 22 = 54.55 manat:

54.55 x 11 = 600 manat.

Avqust ayı üzrə cəmi gəlir: 671.05 + 600 = 1.271.05 manat.

Göründüyü kimi, həftəsonlarının məzuniyyət günlərinə daxil edilməsi ilə işçinin məzuniyyət haqqında artım oldu. Amma bu halda işçinin daha çox məzuniyyət günü istifadə edildi.

Misal 4

Yuxarıdakı nümunəyə uyğun olaraq məzuniyyət 2-18 avqust tarixləri arasında olsaydı, bu zaman əməkhaqqının hesablanması aşağıdakı şəkildə olardı:

Məzuniyyət haqqı: 1.200 : 30.4 = 39.47 manat;

39.47 x 17 = 671.05 manat.

Əməkhaqqı: 1.200 : 22 = 54.55 manat;

54.55 x 9 = 490.91 manat.

Avqust ayı üzrə cəmi gəlir: 671.05 + 490.91 = 1.161.96 manat.

Nümunələrdəki hər iki halda işçi 17 təqvim günü əmək məzuniyyəti hüququndan istifadə etsə də məzuniyyət tarixlərinə uyğun gəlir də fərqli olacaq.

Misal 5

Eyni işçi məzuniyyəti 3-19 may tarixləri arasında götürsə, məzuniyyət haqqı əməkhaqqına nisbətdə necə dəyişəcək?

Tutaq ki, may ayının 9-u Qələbə günü, 13 və 14-ü isə Ramazan bayramı olduğundan 3 gün məzuniyyət müddətinə daxil edilməyəcək. Yəni işçi 20 may tarixdə deyil, 24 may tarixdə işə çıxacaq.

Məzuniyyət haqqı: 1.200 : 30.4 = 39.47 manat;

39.47 x 17 = 671.05 manat.

Əməkhaqqı: 1.200 : 16 = 75 manat;

75 x 5 = 375 manat.

May ayı üzrə cəmi gəlir: 671.05 + 375 = 1.046.05 manat.

Beləliklə, iş günü çox olan aylarda bir iş gününə düşən əməkhaqqı az olacağından həmin aylarda məzuniyyətə çıxmaq daha sərfəli, iş günü az olan aylarda isə bir iş gününə düşən əməkhaqqı yüksək olacağından işləmək daha sərfəlidir. Məzuniyyət haqqı isə təqvim günlərinə əsasən hesablandığı üçün hansı ayda götürməkdən asılı olmayaraq eyni olacaq.

Mənbə: vergiler.az

Xaricdə sərgilərə ödənilən xidmət haqları vergiyə cəlb olunurmu?

Kapital Bank-da depozit yerləşdirmək indi 50 000 AZN qazanmaq fürsəti yaradır

posted in: Xəbər | 0

Ölkənin birinci bankı Kapital Bank yeni depozit yerləşdirən müştərilər üçün stimullaşdırıcı “Depozit lotereyası”na start verir. Şərtlərə əsasən 31 oktyabr 2024-cü il tarixinədək minimum 500 AZN olmaqla istənilən məbləği banka əmanət edən müştərilər lotereyada iştirak etmək şansı əldə edirlər. Lotereya çərçivəsində faizləri müddətin sonunda götürmək şərti ilə 6, 12 və ya 18 ayadək depozit yerləşdirən müştərilər lotereyada qalib olma şansı əldə edəcəklər.

2 tirajdan ibarət olan lotereyada iştirakçıları müxtəlif hədiyyələr gözləyir. 4 oktyabr 2024 tarixində keçiriləcək ilk tirajda 40, 7 noyabr 2024 tarixində ikinci tirajda isə 60 qalibə maksimum 2000 AZN olmaqla ikiqat faiz ödənişi təqdim olunacaq. Bu isə illik 18%-dək gəlir deməkdir. Bir şanslı müştəri isə 2-ci tirajda 50 000 AZN-ə sahib olacaq.

Qeyd edək ki, filiallarda yerləşdirilən hər əlavə 1000 AZN depozit 10 şans, Birbank mobil tətbiqi üzərindən yerləşdirilən depozitlər isə hər əlavə 1000 AZN üçün 20 şans yaradır.

Kampaniyaya qoşulmaq və ətraflı məlumat üçün: https://kbl.az/dlpr

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc

Hansı aylarda məzuniyyətə çıxmaq daha sərfəlidir?

Xaricdə sərgilərə ödənilən xidmət haqları vergiyə cəlb olunurmu?

posted in: Xəbər | 0

“AA” MMC məhsul istehsal edərək xarici ölkələrə ixrac edir. Şirkət yeni bazarlar tapmaq məqsədilə xaricdə təşkil olunan sərgilərdə iştirak edir və bunun üçün iştirak haqqı və stendin hazırlanmasına görə xidmət haqqı ödəyir. Bildiyimə görə sərgidə iştirak haqqı üçün ödənilən məbləğlər ödəmə mənbəyində vergiyə cəlb edilmir. Xahiş edirəm, bununla bağlı ətraflı məlumat verəsiniz. Həmin məbləğin vergiyə cəlb olunub-olunmaması Vergi Məcəlləsinin hansı maddəsi ilə tənzimlənir?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, qeyri-rezidentin bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan vergi tutulur.

Sorğuda qeyd olunan halda qeyri-rezidentin əldə etdiyi gəlir, Vergi Məcəlləsinin 13.2.16-cı maddəsinə əsasən, Azərbaycan mənbəyindən gəlir sayılmır və ödəmə mənbəyində vergi tutulmur.

Əlavə olaraq nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur.

Bu maddəyə əsaslanaraq bildirilir ki, sorğudakı xidmət Azərbaycan Respublikasının ərazisində olmadığı üçün ƏDV məqsədləri üçün vergitutma obyekti deyil.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 125-ci, 169-cu maddələri

Mənbə: vergiler.az

Xaricə elektron kitab satışı üçün vergi öhdəlikləri

1 277 278 279 280 281 282 283 2. 396