Şərqi Zəngəzurda Bərpa, Tikinti və İdarəetmə Xidməti auditor seçib

posted in: Xəbər | 0

Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti 2023-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

Sorğunun qalibi “VXA-Audit” MMC-dir.

Qalib şirkətə 17 140 manat ödəniləcək.

Mənbə: report.az

Startaplara amortizasiya ilə bağlı verilən güzəşt müddəti bitdikdən sonra qalan məbləğlər

Vergi ödəyicisinin digər vergi ödəyicilərinin məlumatlarına çıxış əldə etməsinə dair Qaydalar təsdiqlənib

posted in: Xəbər | 0

Nazirlər Kabinetinin Qərarına əsasən, “Vergi ödəyicisinin digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etməsi Qaydaları” təsdiq edilib.

Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 15.1.15-4-cü maddəsinə əsasən hazırlanıb və təsərrüfat əməliyyatları aparılan zaman vergi ödəyicisi tərəfindən malları (işləri, xidmətləri) ona təqdim edən digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etməsi qaydasını, təqdim edilən məlumatların dairəsi və hədlərini, habelə məlumatların təqdim edilməsi üzrə verilən sorğuların uçotunun aparılması qaydasını müəyyən edir.

Qaydalarda istifadə olunan anlayışlar Vergi Məcəlləsində və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir.

Məlumatlar dövlət hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları istisna olmaqla yalnız sorğulanan və vergi ödəyicisi kimi uçota alınmış şəxslər üzrə təqdim edilir.

Qərara tam şəkildə nəzər yetirin: Vergi ödəyicisinin digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etməsi Qaydaları

Mənbə: vergiler.az

Mikro sahibkarlara MDSS məbləği qədər azalma güzəşti

Aktivlər təqdim edilərkən gəlir və zərərlərin hesablanması

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 142.1-ci maddəsinə əsasən, aktivlərin təqdim olunmasından əldə edilən gəlir – aktivlərin təqdim edilməsindən daxilolmalar və aktivlərin Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı müsbət fərq deməkdir. Aktivlərini əvəzsiz əsasla və ya güzəştli qiymətlə təqdim edən şəxsin gəliri bu qayda ilə təqdim edilən aktivin bazar qiyməti və onun Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı fərqdən ibarətdir.

Bəs bu zaman hesablamalar necə aparılır? Bu suala iqtisadçı ekspert İsmayıl Bağırov aydınlıq gətirir.

Misal 1

Müəssisə balans üzrə qalıq dəyəri 30.000 manat olan avadanlığını 35.000 manata (ƏDV-siz) satıb. Bu halda aktivlərin əldə edilməsindən gəlir aşağıdakı kimi olacaq:

35.000 – 30.000 = 5.000 manat.

Misal 2

Balans üzrə qalıq dəyəri 35.000 manat olan avadanlığını A müəssisəsi əvəzsiz əsasla B müəssisəsinə verib. Avadanlığın bazar qiyməti 40.000 manatdır. Burada iki halı nəzərdən keçirək:

1-ci hal: A müəssisəsi mənfəət vergisi ödəyicisidir. Bu halda 5.000 manat müəssisənin mənfəəti hesab olunur və mənfəət vergisi hesablanarkən nəzərə alınır:

40.000 – 35000 = 5000 manat.

Müəssisə eyni zamanda ƏDV ödəyicisidirsə, Vergi Məcəlləsinin 159.4-cü maddəsinə əsasən, büdcəyə 7.200 manat ƏDV ödəməlidir:

40.000 x 18% = 7.200 manat.

2-ci hal: A müəssisəsi sadələşdirilmiş verginin ödəyicisidir. Vergi Məcəlləsinin 219.1-ci maddəsinə əsasən, hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən (Vergi Məcəlləsini 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir. Bu halda, aktiv əvəzsiz əsasla təqdim edildiyindən hasilat olmadığı üçün sadələşdirilmiş vergitutma obyekti də yaranmır.

Aktivi əvəzsiz əsasla əldə edən B müəssisəsində isə aktivin dəyəri, Vergi Məcəlləsinin 13.2.12-maddəsinə əsasən, satışdankənar gəlir hesab olunur və hansı sistem üzrə vergi ödəyicisi olmasından asılı olmayaraq, mənfəət və ya sadələşdirilmiş vergiyə cəlb edilir.

Vergi Məcəlləsinin 142.2-ci maddəsində göstərilib ki, aktivlərin təqdim olunmasından yaranan zərər – aktivlərin təqdim edilməsindən daxilolmalar və həmin aktivlərin Vergi Məcəlləsinin 143-cü maddəsinə müvafiq surətdə müəyyənləşdirilən dəyəri arasındakı fərqdən ibarətdir.

Misal 3

Balans üzrə qalıq dəyəri 3.000 manat olan istifadəyə yararsız avadanlığı müəssisə 2.000 manata (ƏDV-siz) satıb. Beləliklə, aktivlərin təqdim edilməsindən yaranan zərər 1.000 manat təşkil edib:

2.000 – 3.000 = -1.000 manat.

Mənbə: vergiler.az

ƏDV qeydiyyatına düşdükdən sonra hesabatların təqdim edilməsi müddəti

Birbank Biznesdən “Maestro” tarifi istifadəçilərinə özəl hədiyyələr

posted in: Xəbər | 0

Birbank Biznes bu dəfə “Maestro” tarifinin istifadəçisi olacaq biznes sahiblərini sevindirir. Belə ki, ölkənin birinci bankı Kapital Bank-ın 150 illik yubileyi münasibətilə “Maestro” tarifinə qoşulan müştərilər xüsusi hədiyyələr qazanmaq şansı əldə edəcək.

Bu fürsətdən yararlanmaq istəyən sahibkarlar “Maestro” paketi daxilində ən azı 2 fərqli əməliyyat dövriyyəsi almalı və dövriyyənin ümumi həcmi 500 AZN dən az olmamalıdır.

30 iyul-30 avqust 2024-cü il tarixləri ərzində “Maestro” tarifinə qoşulan və sözügedən şərtlərə cavab verən hər 25-ci biznes sahiblərinə Premium kartlar hədiyyə olunacaq. Ən yüksək dövriyyə alan 3 müştəri isə Kapital Bankdan qızıl  hədiyyə qazanacaq.

Kampaniyadan yararlanmaq və ətraflı məlumat üçün: https://kbl.az/bbprmyk

Xatırlaq ki, Birbank Biznes-in əsas bank əməliyyatları və məhsullarını özündə birləşdirən qənaətcil məhsulu “Maestro” biznes sahibləri  üçün çox sərfəlidir. Ölkənin bank sektorunda ilk olan bu məhsul vasitəsilə müştərilər biznes ehtiyaclarına  uyğun əməliyyatları və xidmətləri istənilən həcmdə və sayda seçərək, tarif paketlərini özləri yarada bilərlər. Maestro tarifinə qoşulan hər bir sahibkar standart tariflərlə müqayisədə bank xərclərinə orta hesabla 65%-dək endirim almaq imkanından yararlana bilər.

Sahibkarlara vaxta və xərclərə qənaət etmək imkanı verən “Maestro” tarifi haqqında ətraflı məlumat və sifariş üçün https://bir.bank/bbbmt saytında hesabınıza daxil olmağınız və “Tariflər” bölməsində “Maestro” tarifi bölməsinə keçid etməyiniz və ya 896 məlumat mərkəzinə zəng etməyiniz kifayətdir.

ƏDV qeydiyyatına düşdükdən sonra hesabatların təqdim edilməsi müddəti

1 276 277 278 279 280 281 282 2. 387