“Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS üzrə tələblərin izahı”

posted in: Xəbər | 0

“MKS Academy”nin təşəbbüsü ilə “Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS üzrə tələblərin izahı” adlı yeni kitab dərc olunub.

Kitaba 15 avqust 2024-cü il tarixinə ən son düzəliş və əlavələr nəzərə alınmaqla, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, eyni zamanda onun tətbiqi ilə bağlı qəbul edilmiş qanun daxil edilib.

“Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS üzrə tələblərin izahı” kitabı 3 bölmədən ibarətdir:

  • Əmək Məcəlləsi (tam şəkildə);
  • Son dəyişikliklərin izahı (108 səhifəlik);
  • Elektron əmək müqaviləsinin bağlanması, dəyişiklik edilməsi və xitam verilməsi, habelə işəgötürən və işçi arasında rəsmi yazışmaların ƏMAS altsistemində əks olunması prosesi.

Əmək Məcəlləsində son dəyişikliklər əmək kitabçasının tətbiqi, işəgötürən və işçi arasında yazışmaların sistemləşdirilməsi, müddətli əmək müqaviləsinin bitməsi və müddətinin uzadılması, əmək müqaviləsinə müxtəlif səbəblərdən xitam verilməsi və digər mühüm normalarda düzəlişlərlə yadda qalıb. Yeni nəşrdə onların hər biri ətraflı izah olunub. Kitabın daha bir üstünlüyü isə ƏMAS altsistemində əmək müqaviləsinin elektron sənəd formasında bağlanması və ona dəyişiklik edilməsinin, həmçinin işəgötürən və işçi arasında rəsmi yazışmalar üzrə prosesin addım-addım izah edilməsidir.

Kitabı sifariş etmək üçün 050 368 12 72 saylı telefonla əlaqə saxlamaq mümkündür.

Mənbə: vergiler.az

Orta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?

Orta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?

posted in: Xəbər | 0

Avqust ayına qədər mənim heç bir fəaliyyətim olmayıb. Avqust ayının sonunda elektron qaimə-faktura ilə xidmət göstərmişəm, gəlirimin 100%-i qaimə ilə olduğu üçün gəlir vergisi ödəyicisiyəm. Sentyabr ayında 3 nəfər işçi qəbul edəcəm. Bu halda ilin sonunda avqustda satış etdiyim elektron qaimə-fakturaya görə 75%-lik güzəştdən yararlana biləcəm?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, bu dəyişikliklər 2024-cü il yanvarın 1-dən qüvvəyə minib.

Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizinə güzəşt tətbiq edilir.

Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.

Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə hüquqi şəxsin mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə mənfəət vergisi öhdəliyindən çıxılır.

Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir.

Sorğuya cavab olaraq bildirilir ki, Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinin tətbiqi baxımından orta aylıq muzdlu işçi sayı faktiki fəaliyyət göstərilən dövrə uyğun müəyyən edilir.

Mənbə: vergiler.az

İcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı?

Əmək müqaviləsinə xitam verilməsi qaydasında dəyişiklik – MİSALLARLA

posted in: Xəbər | 0

12 avqust 2024-cü il tarixdə Əmək Məcəlləsində edilən  dəyişikliklər qüvvəyə mindi. Yeniliklərdən biri də Məcəllənin 73-cü maddəsində edilən dəyişiklikdir. İnsan resursları üzrə ekspert Ramin Hacıyev  yeni qaydanı şərh edir. 

Bildiyimiz kimi, Əmək Məcəlləsinin 73-cü maddəsi müddətli əmək müqaviləsinə xitam verilməsinin qaydalarını müəyyən edir. Əvvəlki redaksiyada müddətli əmək müqaviləsinə xitam verilməsi aşağıdakı qaydada idi:

  • əmək müqaviləsinin müddəti bitdikdən sonrakı bir həftə ərzində xitam verilirdi;
  • əmək müqaviləsinin müddəti bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri əmək müqaviləsinin xitam verilməsini tələb etmirdisə, müqavilə əvvəlki müddət qədər uzadılmış hesab edilirdi;
  • işçinin müəyyən üzrlü səbəbdən (məzuniyyətdə, ezamiyyətdə və 179-cu maddədə nəzərdə tutlan iş yeri və orta əməkhaqqı saxlanıldığı hallarda) iş yerində olmadığı hallarda müddətli əmək müqaviləsinin müddəti bitdikdə işçi işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş müqaviləyə xitam verilə bilərdi.

12 avqust 2024-cü il tarixdən etibarən müddətli əmək müqaviləsinə xitam verilməsi aşağıdakı qaydada həyata keçirilməlidir:

  • Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır;
  • İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən müqaviləyə xitam verilə bilər.

Dəyişikliklər aşağıdakı məqamları özündə əks etdirir:

  • Müddətli əmək müqaviləsinə xitam verilməmişdən ən azı bir həftə öncədən işçiyə yazılı formada xəbərdarlıq edilməlidir;
  • Üzrlü səbəbdən işdə olmayan işçinin əmək müqaviləsinin müddəti bitməmişdən ən azı bir həftə öncədən yazılı formada xəbərdarlıq edilmişdirsə, işçi işə çıxdığı gün xitam verilə bilər.

Dəyişiklikləri misallarla izah edək:

Misal 1

Fərz edək ki, işçinin əmək müqaviləsinin müddəti 25.09.2024-cü il tarixdə bitir. Bu halda ən gec 18.09.2024-cü il tarixdə işçiyə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq edilməlidir. Əgər işçiyə ən azı bir həftə öncədən xəbərdar edilməzsə, müddət müqavilədəki müddət qədər uzadılmış sayılacaq.

Misal 2

Hesab edək ki, məzuniyyətdə olan işçinin əmək müqaviləsinin müddəti 01.10.2024-cü il tarixdə bitəcək, lakin işçi məzuniyyətdə olduğu üçün 20.10.2024-cü il tarixdə işə başlayacaq. İşəgötürən həmin işçi məzuniyyətdən qayıdandan sonra əmək müqaviləsinə xitam verilməsi barədə qərar verir. Bunun üçün ən gec 24.09.2024-cü il tarixdə işçiyə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq edilməlidir.

Həmçinin, işçi də işəgötürəni yuxarıda qeyd olunan qaydada yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməklə əmək müqaviləsinin xitam verilməsini tələb edə bilər.

Xəbərdarlığın edilmə qaydasına gəlincə, istər işçi, istərsə də işəgötürən kağız formada və ya ƏMAS-da “İşəgötürən və işçilər arasında rəsmi yazışmalar” bölməsindən yazılı xəbərdar edə bilər. Belə ki, işəgötürən kağız daşıyıcıda rəsmi qaydada işçiyə xəbərdarlıq məktubu və ya ƏMAS-da “İşəgötürən və işçilər arasında rəsmi yazışmalar” bölməsindən yazılı formada xəbərdarlıq edə bilər.

Qeyd edək ki, xitam prosesinin sonunda işçiyə sistem üzərindən avtomatik rejimdə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumat göndərilir.

Mənbə: vergiler.az

Qeyri-rezidentə göstərilən xidmət ƏDV-yə cəlb olunurmu?

Uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslər kimlərdir?

posted in: Xəbər | 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, yaş həddi 5 il azaldılmaqla (kişilər üçün 65 yaş – 5 yaş = 60 yaş, qadınlar üçün 64 yaş – 5 yaş = 59 yaş) qanunvericiliyin digər şərtləri də nəzərə alınaraq erkən yaşa görə əmək pensiyası hüququna baxılır.

Bu maddə kişilərə münasibətdə qadın vəfat etdiyi (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi), habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin himayəsinə verildiyi hallarda tətbiq edilir.

Əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların yaş həddi 5 il azaldılmaqla (64 yaş – 5 yaş = 59 yaş) qanunvericiliyin digər şərtləri də nəzərə alınaraq erkən yaşa görə əmək pensiyası hüququna baxılır.

Mənbə: vergiler.az

Dividendin ödənilməsi zamanı hansı vergi güzəşti tətbiq edilir?

1 274 275 276 277 278 279 280 2. 396