Vəsaitlər əvəzləşdirilən zaman məbləğlərin gəlir və xərc kimi göstərilməsi

posted in: Xəbər | 0

A şirkəti B şirkətinə 40.000 manat dəyərində xidmət göstərir. Eyni zamanda A şirkətinin B şirkətinə 40.000 manat məbləğində borcu da var. Tərəflər bu tələbləri əvəzləşdirmək istəyir. B şirkəti həmin 40.000 manat məbləği (xidmətin dəyəri olaraq ödəməli idi) öz xərcinə sala bilər?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Eyni zamanda vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur.

Mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar.

Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır.

Hesablama metodunun tətbiqi zamanı xərc əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər tərəfindən əqd və ya müqavilə üzrə bütün öhdəliklər yerinə yetirildiyi, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənildiyi vaxtda çəkilmiş sayılır.

Vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır.

Bildirilib ki, kassa metodundan istifadə olunarkən gəlirin əldə edilməsi vaxtı vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu, vergi ödəyicisinin maliyyə öhdəliyinin ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sair bu kimi hallarda) öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt gəlirin əldə edildiyi vaxt sayılır.

Vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı, əgər bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, xərcin faktiki çəkildiyi vaxt, vergi ödəyicisi qarşısında maliyyə öhdəlikləri ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sairə bu kimi hallarda), öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt xərcin çəkilməsi vaxtı sayılır.

Əlavə olaraq nəzərinizə çatdırırıq ki, kassa və hesablama metodunda borc öhdəlikləri üzrə faizlər ödənilərkən və ya əmlakın icarəyə götürülməsi müqabilində ödəmə həyata keçirilərkən, əgər borc öhdəliyinin və ya icarə müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, hesabat ilində gəlirdən çıxılmalı olan və faktiki ödənilən faizlərin (icarə haqqının) məbləği həmin il üçün hesablanan faizlərin (icarə haqqının) məbləği deməkdir.

Sorğuya əsasən həmin 40.000 manat məbləğ A MMC-nin gəliri, B MMC-nin xərci sayılır.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 130-cu, 134-cü, 135-ci və 136-cı maddələri.

Mənbə: vergiler.az

Əlilliyi olan şəxslərin hansı vergi güzəştləri mövcuddur?

Ezamiyyətə gedən işçinin ezamiyyə haqqı necə ödənilir?

posted in: Xəbər | 0

Ezamiyyətdə olan işçilərə ezamiyyə məbləğlərinin ödənilməsi ilə bağlı bəzi məqamlar sual doğurur. Ezamiyyətdə olan işçi istirahət günləri işləsə, ona ezamiyyə haqqı necə ödənilməlidir? İşçi ezamiyyətdən qayıdan tarix istirahət günlərinə düşərsə, ona ezamiyyə haqqı necə hesablanmalıdır? Bu suallara sərbəst auditor Altay Cəfərov nümunələr üzərində aydınlıq gətirir.

Misal 1

“AA” MMC-nin işçisi respublika ərazisinə “VV” MMC-yə ezamiyyətə göndərilib. Hər iki təşkilatın iş rejimi 5 günlükdür. İşçi ezamiyyə məqsədləri üçün şənbə günü də işləyib.

Misal 2

“AA” MMC-nin işçisi respublika ərazisinə “VV” MMC-yə ezamiyyətə göndərilib. Ezamiyyətə getdiyi “VV” MMC-nin iş rejimi altıgünlükdür və işçi şənbə günü işləyib.

Misal 3

“AA” MMC-nin işçisi Türkiyə Respublikasında ezamiyyətdə olub. Ezam olunduğu təşkilatda da iş rejimi beşgünlükdür və işçi bazar günü işləyib.

Misal 4

“AA” MMC-nin işçisi ərəb ölkələrinin birində ezamiyyətdə olub və ezam olunduğu təşkilatda iş rejimi beşgünlükdür. İşçi bazar günü işləyib. Nəzərə alaq ki, ərəb ölkəsində beşinci gün istirahət günüdür. Və işçi beşinci günü istirahət edib, amma bazar günü işləyib.

Bu hallarda işçiyə ezamiyyə haqqı necə ödənilməlidir?

Göründüyü kimi hallar müxtəlifdir. Bütün bu suallara cavab tapmaq üçün əvvəlcə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü maddəsinə baxmalıyıq. Maddənin 1-ci hissəsində göstərilib ki, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir:

  • əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla;
  • əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla;
  • aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.

Əmək Məcəlləsinin 164-cü maddəsinin 2-ci hissəsində isə qeyd olunub ki, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.

Maddədən də görünür ki, istirahət günlərində işləmiş işçilərə ən azı orta əməkhaqqının iki misli məbləğində ödənişlər hesablanmalıdır. Odur ki, ezamiyyəyə görə işçilərin iş yeri saxlanılır və onlara orta əməkhaqqı ödənilir. Belə olan halda da ezamiyyətdə olan işçi istirahət günü işləyərsə, ona ikiqat orta əməkhaqqı ödəniləcək və ya gün əvəzi veriləcək.

Bəs yuxarıdakı misallarda olan bütün hallarda işçiyə ikiqat məbləğ ödəniləcəkmi?

Bu suala cavab tapmaq üçün 18 yanvar 2012-ci il tarixli “İşçilərin ezamiyyə qaydaları”na baxmalıyıq.

Qaydaların 9-cu bəndində göstərilib ki, ezamiyyətdə olduğu vaxt, o cümlədən yolda olduğu vaxt üçün ezam olunan işçinin əsas iş yeri (vəzifəsi) və orta əməkhaqqı saxlanılır.

Təşkilat rəhbərinin tapşırığı ilə işçinin ezamiyyətə getdiyi və ezamiyyətdən qayıtdığı gün (günlər) istirahət və ya iş günü hesab edilməyən bayram gününə (günlərinə) düşərsə, həmin gün (günlər) üçün işçiyə əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada əlavə əməkhaqqı və ya əlavə istirahət günü (günləri) verilir. Ezam olunan işçilərə ezam olunduqları təşkilatların iş vaxtının rejimi və istirahət vaxtı tətbiq edilir.

Qaydalardan göründüyü kimi, ezamiyyədə olan işçinin iş vaxtının rejimi və istirahət vaxtı kimi ezam olunduğu təşkilatın rejimi nəzərə alınır. Yəni, bizim misallarda işçi “AA” MMC-də işləyir, həmin şirkətin iş rejimi beş günlükdür.

Birinci misalda işçinin ezam olunduğu şirkətdə də iş rejimi beşgünlük olduğundan və real olaraq istirahət günü işlədiyindən ona ikiqat ödəniş aparılacaq və ya qayıdandan sonra gün əvəzi alacaq.

İkinci misalda işçinin ezam olunduğu təşkilatda iş rejimi altıgünlükdür və faktiki olaraq şənbə günü işləyib. Əvvəldə qeyd etdiyim kimi, ezamda olan işçiyə ezam olunduğu təşkilatın rejimi tətbiq edildiyindən və həmin təşkilatda şənbə günü iş günü sayıldığından ona ikiqat məbləğ ödənilməyəcək.

Üçüncü misalda olan hal birinci misalda olan hal ilə analoji olduğundan işçiyə ikiqat məbləğ ödəniləcək və ya gün əvəzi veriləcək.

Dördüncü misalda isə məsələ başqadır. Belə ki, bir çox ərəb ölkələrində cümə günü istirahət, bazar günü isə iş günüdür. Ezamiyyətdə olan işçi beşinci gün istirahət edib, amma bazar günü işləyib. Buna baxmayaraq işçi ərəb ölkəsində bazar günü işləmişdir ona ikiqat məbləğ ödənilməyəcək. Çünki ezamiyyətdə olan təşkilatda beşinci gün istirahət günüdür, işçi həmin gün işləməyib. Bazar günü isə iş günüdür və işçi bu günü işləyib.

Mənbə: vergiler.az

Əməkhaqqı hesablanarkən gəlir vergisi üzrə azadolmalar

Kapital Bank beynəlxalq maliyyə institutları ilə əlaqələrini genişləndirir

posted in: Xəbər | 0

Ölkənin birinci bankı Kapital Bank beynəlxalq maliyyə institutları ilə əlaqələrin inkişaf etdirilməsi və müştəri köçürmələrinin sürətli icrası istiqamətində növbəti uğurlu addım atıb. Belə ki, Kapital Bank ABŞ-nin ən iri və nüfuzlu banklarından biri olan Bank of New York Mellon-da müxbir hesabı açaraq beynəlxalq maliyyə əməliyyatlarını daha da gücləndirib.

Bank of New York Mellon 1784-cü ildə təsis olunub və  ABŞ-nin ən qədim maliyyə qurumlarından biri hesab olunur. Bank dünyanın bir çox ölkəsində fəaliyyət göstərən nümayəndəlikləri ilə qlobal maliyyə bazarlarında yüksək etimad və mövqeyə sahibdir.

150 illik yubileyini qeyd edən Kapital Bank bu kimi təşəbbüsləri ilə Azərbaycanın bank sektorunun əsas sütunlarından biri olaraq maliyyə bazarında mövqeyini daha da gücləndirir. Xidmət keyfiyyətinin artırılmasına və bankın nüfuzunun gücləndirilməsinə yönələn bu kimi addımlar bankın bir çox sahədə strateji rolunun göstəricisidir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Yemək xərclərinə görə hesablanan sığorta haqları gəlirdən çıxılırmı?

Əlilliyi olan şəxslərin hansı vergi güzəştləri mövcuddur?

posted in: Xəbər | 0

2-ci qrup əlillərə edilən güzəştlər haqqında məlumat əldə etmək istəyirəm. Onlara hansı vergi güzəştləri şamil olunur?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsində əlilliyi olan şəxslər üçün müəyyən güzəştlər nəzərdə tutulub.

Vergi Məcəlləsinin 102.3-cü maddəsinə əsasən, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla), 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin, daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Vergi Məcəlləsinin 102.2.4-cü maddəsinə əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Şəxs tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyənləşdirdiyi sənədlər əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan onun muzdlu işlə əlaqədar aldığı gəlirlərinə güzəştlər tətbiq olunur.

Nəzərə çatdırılıb ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.

Əlavə olaraq qeyd olunub ki, binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, Vergi Məcəlləsinin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manat azaldılır.

Həmçinin, Vergi Məcəlləsinin 207.2-ci maddəsinə əsasən mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləğinin 10 manat azaldılması ilə bağlı güzəşt müharibə ilə əlaqədar əlil olan şəxslərə də şamil olunur.

Əsas: Vergi Məcəlləsinin 102-ci, 199.3-cü, 207.2-ci maddələri.

Mənbə: vergiler.az

Vergi ödəyicisi hansı hallarda ƏDV qeydiyyatını ləğv edə bilər?

1 279 280 281 282 283 284 285 2. 396