Ümumtəsərrüfat xərcləri hesabı

posted in: Uncategorized | 0

26 «Ümumtəsərrüfat xərcləri» hesabı istehsal əməliyyatları ilə bilavasitə əlaqədar olmayan xərclər haqqında informasiya formalaşdırmaq üçün nəzərdə tutulmuşdur. Həmin hesabda da qalıq olmur.

Ay ərzində hesabın debetində toplanmış xərcdə qəbul edilmiş üsullarla bölüşdürülərək istehsal edilən ayrı-ayrı məhsulların (iş və xidmətlərin) maya dəyərinə daxil edilir.

Ümumistehsalat xərcləri hesabı

posted in: Uncategorized | 0

25 «Ümumistehsalat xərcləri» hesabı müəs­si­sə­nin əsas və köməkçi istehsalatlarına xidmət üzrə xərc­lər haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.

25 «Ümumistehsalat xərcləri» hesabında əsa­sən maşın və avadanlıqların saxlanması və istismarı xərc­ləri, istehsal təyinatlı əsas vəsaitlərin təmiri xərcləri və amor­tizasiyası, istehsal binalarının saxlanması, işıqlandırılması, qızdırılması xərcləri, istehsalata xidmət edən işçi heyətinin əməyinin ödənişi üzrə xərclər və s. oxşar təyinatlı xərclər əks etdirilə bilər.

25 saylı hesabda qalıq olmur, həmin hesabın debe­tin­də toplanmış bütün xərclər 20 «Əsas istehsalat» və 23 «Köməkçi istehsalat» hesablarının debetinə silinir.

Köməkçi istehsalın uçotu

posted in: Uncategorized | 0

23 «Köməkçi istehsalatlar» hesabı öz təyinatına görə 20 «Əsas istehsalat» hesabına oxşardır. Həmin hesab müəssisənin əsas istehsalı yaxud əsas fəaliyyəti üçün köməkçi olan istehsalatlara məsrəflər haqqında məlumatları ümumiləşdirmək üçün nəzrdə tutulmuşdur.

Bu hesab əsasən elektrik enerjisi, buxar, qaz, nəqliyyat xid­məti, əsas vəsaitlərin təmiri, alətlərin, ehtiyat his­sə­lə­ri­nin hazırlanması və s. istehsal məsrəflərinin uçotunu aparmaq üçün istifadə olunur.

23 «Köməkçi istehsalat» he­sabının debetində bilavasitə məhsul burazılışı iş və xidmət göstərilməsilə əla­qə­dar olan məsrəflər əks olunur. Həmin hesabın krediti üz­rə istehsalı başa çatmış məhsulların, yerinə yetirilmiş işlərin və xidmətlərin faktiki maya dəyəri əks olunur.

Əsas istehsalın uçotu

posted in: Uncategorized | 0

20 «Əsas istehsalat» hesabının debetində bila­va­sitə məhsul buraxılışı, yerinə yetirilən iş və göstərilən xidmətlərlə əlaqədar birbaşa (müstəqim) məs­rəf­lər, köməkçi istehsalatların xərcləri, istehsala xidmət və onun idarə edilməsi ilə əlaqədar (qeyri-müstəqim) xərclər və istehsal zayından əmələ gələn itkilər əks et­dirilir. Köməkçi istehsalatların xərcləri 23 «Köməkçi istehsalat» hesabının kreditindən, istehsala xidmət və onun idarə edilməsi ilə əlaqədar xərclər isə 25 «Ümumistehsalat xərcləri», 26 «Ümumtəsərrüfat xərcləri» hesablarının kreditindən 20 «Əsas isteh­sa­lat» hesabının debetinə silinir.

20 «Əsas istehsalat» hesabının krediti üzrə is­teh­salı başa çatmış məhsulun yerinə yetirilmiş iş və xid­mə­tlərin faktiki maya dəyərinin məbləği əks etdirilir. Bu məbləğlər 20«Əsas istehsalat» hesabının kredi­ti­n­dən 40«Hazır məhsul», 46«Məhsul (iş, xidmət) satışı», hesablarının de­be­tinə yazılmaqla silinir.

20 «Əsas istehsalat» hesabı üzrə hesabat ayının sonuna olan qalıq bitməmiş istehsalın dəyərini göstərir.