25 «Ümumistehsalat xərcləri» hesabı müəssisənin əsas və köməkçi istehsalatlarına xidmət üzrə xərclər haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.
25 «Ümumistehsalat xərcləri» hesabında əsasən maşın və avadanlıqların saxlanması və istismarı xərcləri, istehsal təyinatlı əsas vəsaitlərin təmiri xərcləri və amortizasiyası, istehsal binalarının saxlanması, işıqlandırılması, qızdırılması xərcləri, istehsalata xidmət edən işçi heyətinin əməyinin ödənişi üzrə xərclər və s. oxşar təyinatlı xərclər əks etdirilə bilər.
25 saylı hesabda qalıq olmur, həmin hesabın debetində toplanmış bütün xərclər 20 «Əsas istehsalat» və 23 «Köməkçi istehsalat» hesablarının debetinə silinir.