Verilmiş avanslar üzrə hesablaşmalar

posted in: Uncategorized | 0

Tədarük olunacaq sərvətlər, yerinə yetiriləcək işlər və xidmətlərə görə verilən avansların, həmçinin qismən hazır olduqca qəbul edilən məhsulların, iş və xidmətlərin ödənilməsi üzrə hesablaşmaların uçotu üçün hesablar planında 61 N-li “Verilmiş avanslar üzrə hesablaşmalar” hesabı nəzərdə tutulub. Avans ödənilmiş hər bir debitor üçün yeni analitik hesab açılır.

Malsatan və podratçılarla hesablaşmalar

posted in: Uncategorized | 0

Bu, uçotda ən çox istifadə olunan hesablaşmalardan olmaqla malsatan və podratçılarla olan bütün növ hesablaşmaları özündə əks etdirir. Əsasən bunlara aşağıdakılar daxildir:

– alınmış mal-material qiymətlilərinə, yerinə yetirilmiş işlərə və istehlak tələbatı üçün qəbul edilən elektrik enerjisi, su, kommunal və digər xidmətlərə, habelə daşınma və emala görə alınmış sənədlərə əsasən hesablaşmalar;

– haqq-hesab planlı ödəmələr qaydasında aparılan mal-material qiymətliləri, iş və xidmətlərə görə hesablaşmalar;

– mal-material qiymətlilərinin, iş və xidmətlərin qəbulu zamanı aşkar edilən artıqgəlməyə görə hesablaşmalar;

– daşınmalar üzrə göstərilmiş xidmətlərə, rabitə xidmətinin bütün növlərinə, həmçinin başqa iş və xidmətlərə görə hesablaşmalar.

Alınmış mal-material qiymətliləri iş və xidmətlər mədaxil edildikdə müvafiq hesabların debetinə, 60 N-li hesabın isə kreditinə yazılış etməklə mühasibat köçürməsi rəsmiləşdirilir. Kreditor borclar ödəndikdə isə uçotda 60 N-li hesabın debeti digər hesabların kreditində əks etdirilir.

Qarşılıqlı hesablaşmaların dəqiq olması üçün vaxtaşırı olaraq, müəssisə malsatan və podratçılarla birlikdə mövcud olan qalıqları tutuşdurur.

Əgər məhsulun dəyəri əvvəlcədən ödənilibsə, bu, 61 N-li “Verilmiş avanslar üzrə hesablaşmalar” hesabında qeydə alına bilər. Məhsul, iş və xidmət alındıqdan sonra 60 N-li hesabla qarşılıqlı zaçot edilir.

Xidmətedici istehsalat və təsərrüfatlar he­sa­bı

posted in: Uncategorized | 0

29 «Xidmətedici istehsalat və təsərrüfatlar» he­sa­bı müəssisənin xidmət­edi­ci istehsalat və təsər­rüfat­la­rı­nın məhsul buraxılışı, yerinə yetirilən iş və gös­tə­ri­lən xid­mətlərlə əlaqədar xərcləri haqqında məlumatları ümu­mi­ləşdirmək üçün nəzərdə tutulmuşdur. Xidmətedici is­teh­salat və təsərrüfat dedikdə müəssisənin məhsul isteh­sa­lı ilə bağlı olmayan, lakin onun əmlakı sayılıb, balan­sında olan yaşayış evləri, yataqxanalar, məişət emalat­xa­na­ları, yeməkxana, uşaq bağ­ça­la­rı və s. başa düşülür.

29 «Xidmətedici istehsalat və təsərrüfatlar» he­sa­bının debetində məhsul buraxılışı, göstərilən xidmət və yerinə yetirilən işlərlə bilavasitə əlaqədar olan birbaşa xərclər, həmçinin köməkçi istehsalın xərcləri əks etdirilir. Həmin hesabın kreditində istehsalı başa çatmış məh­su­lun, yerinə yetirilmiş işin və göstərilən xidmətin faktiki maya dəyərinin məbləği əks olunur. 29 «Xid­mət­e­di­ci istehsalat və təsərrüfatlar» hesabı üzrə ayın axırına ol­an qalıq bitməmiş istehsalın dəyərini göstərir.

İstehsalda zay

posted in: Uncategorized | 0

Zay məhsulların bərpa olunması və onlara sərf olu­nan məsrəflərlə əla­qə­dar itkilər 28 «İstehsalatda zay» aktiv hesabında əks olunur. Həmin hesabın de­be­tin­də aşkar edilmiş daxili və xarici zay üzrə (düzəldilməsi mümkün ol­ma­yan, yəni tam zay məhsulun dəyəri və s.) məsrəflər cəmlənir.

28 «İs­teh­sa­latda zay» hesabının kreditində zay məhsuldan olan itkilərin azaldılmasına aid edilən məbləğlər, yəni mümkün istifadə qiymətləri üzrə zay edilmiş məhsulun dəyəri, zay üçün günahkar şəxslərdən tutulmuş məb­ləğ­lər həmçinin zaydan itki kimi istehsal məsrəflərinə si­li­nən məbləğlər əks etdirilir.