Bitməmiş istehsalın qiymətləndirilməsi və uçotu

posted in: Uncategorized | 0

İstehsal prosesində müəyyən olunmuş bütün mərhələlərdən keçməyib, hazır məhsul kimi istehsalı başa çatmayıb, müəssisənin texniki nəzarət şöbəsi tərəfindən qəbul olunmayıb və sifarişçiyə göndərilməmiş yaxud təhvil verilməyən məhsullara sərf olunan məsrəflər bitməmiş istehsal məsrəfləri adlanır.

Hesabat dövründə hazır məhsulların is­teh­salına sərf olunmuş məsrəfləri müəyyən etmək üçün, onlara sərf olunmuş məsrəfləri bitməmiş istehsal məs­rəf­lərindən ayırmaq lazımdır. Çünki istehsal prosesində ay ərzində həmin məhsulların məsrəflərinin uçotu birlikdə aparılır.

Ay ərzində bitməmiş istehsalın həcmini müəyyən et­mək üçün həmin dövrdə yaranmış detalların, hissələrin və s. bitməmiş istehsalın uço­tu aparılmalı, onların qalığı müəyyənləşdirilməlidir. Bir qayda olaraq müəssisə sexlərində bitməmiş istehsalın operativ uçotunu sexin dispetçer xidməti işçiləri aparır və daimi olaraq istehsaldan keçən detalların aparılan əməliyyatlar üzrə uçotu müəyyən olunmuş standart kar­toç­kalarda əks olunur.

Lakin, bitməmiş istehsalat haqqında əsas məlu­mat hər ayın sonunda aparılan inventarlaşma əsasında mü­əy­yən olunur. İnventarlaşma müəssisənin mü­hasibat uçotunda əks olunmuş əmlakın faktiki yoxlanması və müəyyən olun­ması üsulu olub, bitməmiş istehsalat üz­rə bütün əməliyyatları, onların düz­gün aparılmasını müəyyənləşdirir. Bitməmiş istehsalın inventarlaş­dırıl­ma­sı sexin inventarlaşma komissiyası tərəfindən, dispetçer bürosunun, müha­si­bat­lı­ğın, sahə ustasının iştirakı ilə aparılır.

Bitməmiş istehsalın inventarlaşmasını apararkən aşa­ğı­dakıları müəyyən etmək vacibdir:

– istehsalda faktiki mövcud olan işlərin, detal və  his­sə­lə­rin, yığılması başa çatmamış məhsulların qalıq miq­da­rı­nı müəyyən edilməsi;

– istehsal prosesin faktiki olaraq başlanmış, lakin qurtarmamış istehsalatların müəyyən­ləş­di­ril­məsi;

– ləğv olunmuş sifarişlər üzrə bitməmiş istehsal qa­lı­ğını və sifarişlər üzrə icrası dayandırılmış əməliyyatlar üzrə qalığın müəyyən edilməsi.

İstehsalın xüsusiyyətindən asılı olaraq inven­tar­laş­ma başlamazdan əvvəl sexdə qalan bütün lazım olmayan materiallar, alınmış hissələr və yarımfabri­kat­lar və istehsalı tam başa çatmamış detallar, hissələr, qurğular an­ba­ra təhvil verilməlidir.

İnventarlaşma nəticəsi üzrə akt hər bir sex, sahə və böl­mə üzrə ayrılıqda tərtib olunmaqla yanaşı, qalıqda olan bütün bitməmiş istehsalat və digər məhsullar üzrə görülməsi tələb olunan bütün işlər və əməliyyatlar gös­tə­ril­məlidir.

Sexdə iş yerində olan emaldan keçməmiş xam­mal və materiallar, alınmış yarımfabrikatlar bitməmiş istehsalat üzrə inventarlaşdırma sisteminə daxil edilmir və ayrı aktla sənədləşdirilir.

İnventarlaşdırmanın aparılmasında çox vacib mə­sə­lələrdən biri bitməmiş istehsal qalığının həcminin düz­gün müəyyən olunmasıdır, çünki hazır məhsulun maya dəyərinin hesablanması bu göstərici ilə bilavasitə əla­qə­dar­dır. Belə ki, hazır məhsulun maya dəyərini hesab­la­maq üçün ayın əvvəlinə olan bitməmiş istehsal məb­ləği­nin üzərinə ay ərzindəki məsrəflər əlavə olunur və həmin məbləğdən ayın sonuna olan bitməmiş istehsal qalığı çı­xı­lır. Bununla da bitməmiş istehsalın qalığı üzrə səhvlərə yol verilməsi buraxılan məhsulun maya dəyərinin düz­gün hesablanmaması ilə nəticələnə bilər.

Bitməmiş istehsalat emalı başa çatmamış və hazır məhsulların tərkibinə daxil olmayan detallar, yarım­fab­ri­katlar nəzərə alınmaqla faktiki maya dəyəri ilə qiy­mət­lən­dirilir. Bitməmiş istehsalın qiymətləndirilməsi zamanı birbaşa xərclərin müəyyən edilməsi əsas ölçü vahidi he­sab olunur. Birbaşa xərclər (materiallar, əmək haqqı) hər bir kalkulyasiya obyekti üzrə mövcud olan normalar əsasında hesablanır.

Bitməmiş istehsal üzrə aparılan inventarlaşdırma nə­ticəsində əksik və ar­tıq gəlmə müəyyən olunarsa bütün səbəblər araşdırlmalı, təqsirkar şəxslər müəy­yən olunmalı və müvafiq təkliflər hazır­lan­malıdır. Əskik və artıq gəlmə müəyyən olunduqda mü­ha­sibat uçotunda aşağıdakı mühasibat yazılışları aparılır:

Müəyyən olunmuş ümumi əskik gəlmə məbləği üzrə

Debet Kredit
84 «Sərvətlərin əskik gəlməsi və xarab olmasından itkilər» hesabı 20 «Əsas istehsalat» və 23 «Köməkçi isteh­sa­latlar» hesablarının krediti

 

Sex işçilərinin təqsiri üzündən müəyyən olun­muş əskik gəlmələr

Debet Kredit
73 «Sair əməliyyatlar üz­rə işçi he­yəti ilə hesablaşmalar» hesabının 73/3 «Maddi zərərin ödənməsinə görə he­sab­laşmalar» subhesabının de­betinə 84 «Sərvətlərin əskik gəlməsi və xarab­ol­masından itkilər» hesabının krediti;

 

Artıq müəyyən olunduqda

Debet Kredit
20 «Əsas isteh­sa­lat» hesabının debeti 80 «Mənfəət və zərərlər» hesabının krediti.

 

İstehsal məsrəflərinin uçotu sistemi

posted in: Uncategorized | 0

Mühasibat uçotunun He­sab­lar Planı və onun tətbiqinə dair Təlimata uyğun olaraq mühasibat uçotunda istehsal məs­rəf­lə­ri­nin uçotunun aparılması üçün bir sıra he­sab­lar­dan istifadə olunur. Bu bilavasitə itstehsal əməliyyat­ları­nın mürəkkəbliyi və istehsal məsrəflərinin müxtəlifliyi ilə əlaqədardır.

İstehsala məsrəflərin uçotu 20 «Əsas is­teh­salat», 23 «Köməkçi istehsalat­lar», 25 «Ümumis­tehsalat xərcləri», 26 «Ümumtəsərrüfat xərcləri», 28 «İsteh­sa­­latda zay», 21 «Öz istehsalının ya­rım­­­­­fabrikatları», 29 «Xidmətedici istehsa­lat və təsər­rü­­fatlar» hesablarda aparılır. Gös­tə­ri­lən hesablardan başqa məs­rəf­lərin məhsulun maya də­yə­rinə daxil olunmasını nəzərdə tutulmuş qaydada təmin etmək üçün büdcə-bölüşdürücü hesablar sayılan 31 «Gələcək dövrlərin xərcləri»89 «Qarşıdakı xərc­lər və ödəmələr üçün ehtiyatlar» hesab­la­rın­danda istifadə olunur.

İqtisadiyyatı yüksək səviyyədə inkişaf etmiş öl­kələrdə mühasibat uçotu iki sahə­yə – maliyyə və idarəetmə uçotuna ayrılmışdır.

İdarəetmə uçotu istehsal məsrəflərinin və məhsulun maya dəyərinin kalkulyasiyasının aparılması vəzifəsini ye­rinə yetirir. İdarəetmə uçotu mühasibat, statistika, ope­rativ-texniki uçotu, planlaşdırmanı təsərrüfat fəaliyyətinin təhlilini də əhatə edir.

Aktiv hesab sayılan 20 «Əsas istehsalat» he­sa­bı müəssisənin yaradıl­ma­sının əsas məqsədi olan məh­su­lun (işin, xidmətin) istehsalına çəkilən məsrəflər haq­qın­da məlumatların ümumiləşdirilməsi və onların maya dəyərinin kalyulyasiya edilməsi üçün nəzərdə tutul­muş­dur. Bu hesab əsasən sənaye, kənd təsərrüfatı və tikinti-quraşdırma mü­əs­sisələrində məhsul buraxılışı, podrat, geoloji və layihə-axtarış müəssisələrində işlərin yerinə yetirilməsi, nəq­liy­yat və rabitə müəssisələrində göstərilən xidmətlər, ic­ti­mai iaşə müəssi­sə­lərin­də buraxılan məhsullar məsrəflərin uçotu üçün is­ti­fa­də olunur.

20 «Əsas istehsalat» hesabının debetində bila­va­sitə məhsul buraxılışı, yerinə yetirilən iş və göstərilən xidmətlərlə əlaqədar birbaşa (müstəqim) məs­rəf­lər, köməkçi istehsalatların xərcləri, istehsala xidmət və onun idarə edilməsi ilə əlaqədar (qeyri-müstəqim) xərclər və istehsal zayından əmələ gələn itkilər əks et­dirilir. Köməkçi istehsalatların xərcləri 23 «Köməkçi istehsalat» hesabının kreditindən, istehsala xidmət və onun idarə edilməsi ilə əlaqədar xərclər isə 25 «Ümumistehsalat xərcləri», 26 «Ümumtəsərrüfat xərcləri» hesablarının kreditindən 20 «Əsas isteh­sa­lat» hesabının debetinə silinir.

20 «Əsas istehsalat» hesabının krediti üzrə is­teh­salı başa çatmış məhsulun yerinə yetirilmiş iş və xid­mə­tlərin faktiki maya dəyərinin məbləği əks etdirilir. Bu məbləğlər 20«Əsas istehsalat» hesabının kredi­ti­n­dən 40«Hazır məhsul», 46«Məhsul (iş, xidmət) satışı», hesablarının de­be­tinə yazılmaqla silinir.

20 «Əsas istehsalat» hesabı üzrə hesabat ayının sonuna olan qalıq bitməmiş istehsalın dəyərini göstərir.

23 «Köməkçi istehsalatlar» hesabı öz təyinatına görə 20«Əsas istehsalat» hesabına oxşardır. Həmin hesab müəssisənin əsas istehsalı yaxud əsas fəaliyyəti üçün köməkçi olan istehsalatlara məsrəflər haqqında məlumatları ümumiləşdirmək üçün nəzrdə tutulmuşdur. Bu hesab əsasən elektrik enerjisi, buxar, qaz, nəqliyyat xid­məti, əsas vəsaitlərin təmiri, alətlərin, ehtiyat his­sə­lə­ri­nin hazırlanması və s. istehsal məsrəflərinin uçotunu aparmaq üçün istifadə olunur. 23 «Köməkçi istehsalat» he­sabının debetində bilavasitə məhsul burazılışı iş və xidmət göstərilməsilə əla­qə­dar olan məsrəflər əks olunur. Həmin hesabın krediti üz­rə istehsalı başa çatmış məhsulların, yerinə yetirilmiş işlərin və xidmətlərin faktiki maya dəyəri əks olunur.

25 «Ümumistehsalat xərcləri» hesabı müəs­si­sə­nin əsas və köməkçi istehsalatlarına xidmət üzrə xərc­lər haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.

25 «Ümumistehsalat xərcləri» hesabında əsa­sən maşın və avadanlıqların saxlanması və istismarı xərc­ləri, istehsal təyinatlı əsas vəsaitlərin təmiri xərcləri və amor­tizasiyası, istehsal binalarının saxlanması, işıqlandırılması, qızdırılması xərcləri, istehsalata xidmət edən işçi heyətinin əməyinin ödənişi üzrə xərclər və s. oxşar təyinatlı xərclər əks etdirilə bilər.

25 saylı hesabda qalıq olmur, həmin hesabın debe­tin­də toplanmış bütün xərclər 20 «Əsas istehsalat»23 «Köməkçi istehsalat» hesablarının debetinə silinir.

26 «Ümumtəsərrüfat xərcləri» hesabı istehsal əməliyyatları ilə bilavasitə əlaqədar olmayan xərclər haqqında informasiya formalaşdırmaq üçün nəzərdə tutulmuşdur. Həmin hesabda da qalıq olmur. Ay ərzində hesabın debetində toplanmış xərcdə qəbul edilmiş üsullarla bölüşdürülərək istehsal edilən ayrı-ayrı məhsulların (iş və xidmətlərin) maya dəyərinə daxil edilir.

Zay məhsulların bərpa olunması və onlara sərf olu­nan məsrəflərlə əla­qə­dar itkilər 28 «İstehsalatda zay» aktiv hesabında əks olunur. Həmin hesabın de­be­tin­də aşkar edilmiş daxili və xarici zay üzrə (düzəldilməsi mümkün ol­ma­yan, yəni tam zay məhsulun dəyəri və s.) məsrəflər cəmlənir. 28 «İs­teh­sa­latda zay» hesabının kreditində zay məhsuldan olan itkilərin azaldılmasına aid edilən məbləğlər, yəni mümkün istifadə qiymətləri üzrə zay edilmiş məhsulun dəyəri, zay üçün günahkar şəxslərdən tutulmuş məb­ləğ­lər həmçinin zaydan itki kimi istehsal məsrəflərinə si­li­nən məbləğlər əks etdirilir.

29 «Xidmətedici istehsalat və təsərrüfatlar» he­sa­bı müəssisənin xidmət­edi­ci istehsalat və təsər­rüfat­la­rı­nın məhsul buraxılışı, yerinə yetirilən iş və gös­tə­ri­lən xid­mətlərlə əlaqədar xərcləri haqqında məlumatları ümu­mi­ləşdirmək üçün nəzərdə tutulmuşdur. Xidmətedici is­teh­salat və təsərrüfat dedikdə müəssisənin məhsul isteh­sa­lı ilə bağlı olmayan, lakin onun əmlakı sayılıb, balan­sında olan yaşayış evləri, yataqxanalar, məişət emalat­xa­na­ları, yeməkxana, uşaq bağ­ça­la­rı və s. başa düşülür.

29 «Xidmətedici istehsalat və təsərrüfatlar» he­sa­bının debetində məhsul buraxılışı, göstərilən xidmət və yerinə yetirilən işlərlə bilavasitə əlaqədar olan birbaşa xərclər, həmçinin köməkçi istehsalın xərcləri əks etdirilir. Həmin hesabın kreditində istehsalı başa çatmış məh­su­lun, yerinə yetirilmiş işin və göstərilən xidmətin faktiki maya dəyərinin məbləği əks olunur. 29 «Xid­mət­e­di­ci istehsalat və təsərrüfatlar» hesabı üzrə ayın axırına ol­an qalıq bitməmiş istehsalın dəyərini göstərir.

Məsrəflərin uçotunun qarşısında duran vəzifələr

posted in: Uncategorized | 0

Maya dəyərinin kal­kulyasiya edilməsinin və məsrəflərin uçotunun qar­şı­sın­da aşağıdakı vəzifələr durur:

– istehsal məsrəflərinin müvafiq qay­da­da təs­diq olun­muş ilkin sənəd formaları ilə vaxtlı-vax­tın­­da və düz­gün rəs­mi­ləşdirilməsini, on­la­rın tam əhatə edil­mə­sini, baş verdikləri sahələr və təyi­nat­ları üzrə dəqiq uço­ta alınmasının təmin olunması;

– istehsal olunmuş məhsulların (işlərin, xid­mət­­lə­rin) miqdar, məbləğ, çeşi­di­nin uço­tu və onların yerinə ye­­tirilməsi üzə­rin­də nəzarət;

– məhsul istehsalına sərf olunan xammal, ma­te­rial, əmək və digər eh­ti­yat­la­rın istifadə olunmasına nəzarət;

– material, əmək və maliyyə ehtiyatlarının tərtib olunmuş smeta və nor­ma­­tiv­lərə, plana uyğun olunmasına nəzarət etmək;

İstehsal xərclərinin təsnifatı

posted in: Uncategorized | 0

İstehsala məsrəflərin uçotunun aparılması üçün onların təsnifləşdirilməsi həyata keçirilir.

Xərclər aşağıdakı əlamətlər üzrə qruplaşdırılır və uçota alınır:

Əlamətlər Xərc növləri Xüsusiyyəti
İqtisadi məzmununa görə İqtisadi elementlər üzrə

 

 

 

 

Kalkulyasiya maddələri üzrə

İqtisadi elementlər üzrə xərclər bölünür

  • Geri qaytarılmış materialların dəyəri çıxılmaqla material xərcləri;
  • Əməyin ödənişi üzrə olan xərclər;
  • Sosial sığortaya olan köçürmələr;
  • Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin amortizasiyası;
  • Digər xərclər.

 

Məsrəflərin kalkulyasiya maddələrinə görə qruplaşdırılması üsulu məhsulun (iş və xidmətlərin) maya dəyərinin daha dəqiq hesablanması üçün tətbiq olunur. Xərc maddəsi, yaxud kalkulyasiya maddəsi – ayrıca hər hansı bir məhsulun, yaxud da bütün məhsul buraxılışının maya dəyərini təşkil edən müəyyən növ xərclər hesab olunur. Kalkulyasiya maddələri üzrə xərclər bölünür:

  • xammal və materiallar
  • satıla bilən tullantılar (bu zaman çıxılır);
  • alınmış məhsullar, yarımfabrikatlar, kənar müəssisələrin istehsal xarakteri daşıyan xidmətləri;
  • texnoloji məqsədlərin həyata keçirilməsi məqsədilə yanacaq və enerji;
  • istehsalatda çalışan işçilərin əmək haqları;
  • sosial köçürmələr;
  • istehsalın hazırlanılmasına və öyrənilməsinə çəkilən xərclər;
  • ümumistehsalat xərcləri;
  • ümumtəsərrüfat xərcləri;
  • zay məhsuldan olan itkilər;
  • digər istehsalat məsrəfləri
Yekcinslik dərəcəsinə görə: Birelementli xərclər

Kompleks xərcələr

Birelementli xərclər – bircinsli iqtisadi elementlərdən ibarət xərclər.

 

Kompleks xərcələr – müxtəlif iqtisadi element qruplarını birləşdirən xərclər;

İstehsalın həcminə münasibətdə Dəyişkən

Sabit

Dəyişkən xərclər – istehsal həcmi dəyişən zaman ona mütənasib dəyişillər;

Sabit xərclər – istehsal həcmindən asılı olmadan sabit qalıb dəyişmirlər.

Təyinata görə xərclər: Texnoloji xərclər

İnzibati – təsərrüfat xərcləri

Texnoloji xərclər – istehsal prosesi ilə əlaqəli xərclər;

 

İnzibati-təsərrüfat xərcləri – təsərrüfat – idarəetmə xərcləri.

Məqsədəuyğunluq kriteriyasına görə: İstehsal xərcləri

Qeyri-istehsal xərcləri

İstehsal xərcləri – yararlı məhsulun buraxılışı ilə əlaqədar xərclərdir;

 

Qeyri-istehsal xərcləri – istehsalın dayanmasından olan itkilər, zay məhsullar, çatışmazlıqlar.

Maya dəyərinə daxil olunması üsuluna görə Birbaşa xərclər

Dolayı xərclər

Birbaşa xərclər – ilkin sənədlər əsasında məhsulun müəyyən növünə aid oluna biləcək xərclər birbaşa maya dəyərinə daxil edilirlər. Bütün birbaşa xərclər dəyişkən xərclərdir;

Dolayı xərclər – bir neçə məhsul növünün istehsalına çəkilən xərclərdir (istehsalın idarəedilməsi xərcləri). Bu xərclər xüsusi hesablarda toplanır və, müəyyən baza əsasında (əmək haqqı, istehsal həcmi və s.) bölüşdürülüb, məhsulların maya dəyərinə aid edilirlər.

Yaranma vaxtına və maya dəyərinə aid olmasına görə xərclər Cari xərclər

 

Gələcək dövrün xərcləri

Cari xərclər – məhsulun istehsalı və satışı ilə bağlı cari dövrdə gəlir gətirən xərclərə deyilir;

 

Gələcək dövrün xərcləri – cari dövrdə çəkilən, lakin gələcək dövrlərdə gəlir gətirəcəklərinə görə gələcək dövrdə maya dəyərinə daxin ediləcək xərclərə deyilir.