Müxtəlif debitorlar və kreditorla hesablaşmalar

posted in: Uncategorized | 0

Hesablar planına uyğun olaraq 76 N-li “Müxtəlif debitorlar və kreditorla hesablaşmalar” hesabı kommersiya xarakteri daşımayan əməliyyatlar, müəssisə işçilərinin əmək haqlarından məhkəmə orqanlarının qərarlar, yaxud icraedici sənədlərə və s. əsasən müxtəlif təşkilatların və ya ayrı-ayrı şəxslərin xeyrinə tutulmuş məbləğlər üzrə, çeklə ödənilmiş xidmətlərə görə nəqliyyat təşkilatları ilə və ümumilikdə 60-75-ci hesablarda göstərilməyən bütün növ əməliyyatlar üzrə debitor və kreditorlarla hesablaşmalar haqqında məlumatlar əks olunur. Hesab üzrə analitik uçot hər debitor və kreditor üzrə aparılır.

Təsisçilərlə hesablaşmalar

posted in: Uncategorized | 0

Hazırda bazar iqtisadiyyatına keçidlə əlaqədar, özəlləşdirmə və digər bu kimi səbəblərin nəticəsində çoxlu miqdarda birgə müəssisələr, səhmdar cəmiyyətləri yaranmışdır ki, nəticədə hüquqi, yaxud fiziki şəxslər olan təsisçilərin sayı xeyli artmışdır. Müəssisənin fəaliyyət istiqaməti, idarə edilməsi, təsisçilərin hüquqları, gəlirin bölüşdürülməsi, nizamnamədə dəyişikliklər edilməsi, yığıncaqların keçirilmə qaydası, rəhbər işçilərin təyin edilməsi, müəssisənin ləğv edilmə qaydası və s. təsis müqaviləsində öz əksini tapır. Müəssisənin ali orqanı təsisçilərin ümumi yığıncağıdır. Hər hansı bir qərarın qəbul edilməsi yığıncağın protokolunda qeyd olunur.

Müəssisənin nizamnamə kapitalına qoyuluşlar, gəlirlərin ödənilməsi və sairə üzrə təsisçilərlə bütün növ hesablaşmalar haqqında məlumatlar 75 N-li “Təsisçilərlə hesablaşmalar” hesabında əks etdirilir.

Aparılan hesablaşmaların xarakterindən asılı olaraq 75 N-li “Təsisçilərlə hesablaşmalar” hesabına aşağıdakı subhesablar açmaq olar:

75-1 “Nizamnamə kapitalına qoyuluşlar üzrə hesablaşmalar”

75-2 “Gəlirlərin ödənilməsi üzrə hesablaşmalar ” və s.

75 N-li “Təsisçilərlə hesablaşmalar” üzrə analitik uçot hər bir təsisçi üzrə aparılır.

Təhtəlhesab şəxslərlə hesablaşmalar

posted in: Uncategorized | 0

Müəssisənin işçilərinə inzibati təsərrüfat, əməliyyat, ezamiyyə xərcləri üçün təhtəlhesab şəxsə verilən vəsaitlər üzrə hesablaşmalar haqqında məlumatlar 71 N-li “Təhtəlhesab şəxslərlə hesablaşmalar” hesabında uçota alınır.  Nağd pul vəsaitlərinin müəssisənin işçilərinə təhtəlhesaba verilməsi qaydaları kassa əməliyyatlarının aparılması qaydaları ilə nizamlanır.

Təhtəlhesab şəxslərə verilən məbləğlər müvafiq hesabın debetinə, pul vəsaitlərini uçota alan hesabların isə kreditində yazılır. Həmin şəxslər tərəfindən xərclənən məbləğlər müvafiq hesabın kreditində, məsrəfləri və əldə olunmuş qiymətləri uçota alan və xərclərin xarakterindən asılı olaraq digər hesabların debetində əks olunur

Sair əməliyyatlar üzrə işçi heyəti ilə hesablaşmalar

posted in: Uncategorized | 0

Əməyin ödənişi, təhtəlhesab şəxslər və deponentlər üzrə hesablaşmalardan başqa müəssisənin işçi heyəti ilə qalan bütün növ hesablaşmalar 73 N-li “Sair əməliyyatlar üzrə işçi heyəti ilə hesablaşmalar” hesabında uçota alınır. Müvafiq hesabın tərkibində aşağıdakı subhesablar açıla bilər:

73-1 “Kreditə satılan mallara görə hesablaşmalar”;

73-2 “Verilmiş borclar üzrə hesablaşmalar”;

73-3 “Maddi zərərin ödənilməsi üzrə hesablaşmalar”.

İşçilərin üzərinə hesablanmış öhdəliklər 73 N-li hesabın debetində, borcların, zərərin ödənilməsi isə kreditində əks etdirilir.