Xidmət göstərən müəssisənin ehtiyatlarının dəyəri

posted in: Uncategorized | 0

Xidmət göstərən müəssisənin ehtiyatlarının dəyərini onlara çəkilən məsrəflər əsasında ölçürlər. Bu məsrəflər xidmətin göstərilməsilə birbaşa bağlı olan, əsasən əmək haqqları və işçi heyətinə çəkilən digər məsrəflərdən, o cümlədən işə nəzarət edən rəhbər işçi heyətinə çəkilən və aid edilə bilən qaimə məsrəflərdən ibarətdir.


Satış və inzibati işçi heyətin əmək haqqları və onlara aid digər məsrəflər ehtiyatların ilkin dəyərinə daxil edilmir, əksinə yarandığı dövrün xərci kimi tanınır. Xidmət sahəsinə aid müəssisələrdə müəssisə tərəfindən göstərilən xidmətlərin adətən şatış qiymətində əks olunan mənfəət marjası və aidiyyəti olmayan qaimə xərcləri ehtiyatların ilkin dəyərinə daxil edilmir.

Sair məsrəflər

posted in: Uncategorized | 0

Sair məsrəflər ehtiyatların ilkin dəyərinə yalnız onların hazırki vəziyyətə və əraziyə gətirilməsi zamanı yarandıqda daxil edilir. Məsələn, ehtiyatların ilkin dəyərinə qeyri-istehsal qaimə məsrəflərinin və ya konkret müştərilər üçün məhsulların hazırlanması üzrə məsrəflərin daxil edilməsi məqsədə müvafiq ola bilər.


Aşağıda qeyd olunmuş məsrəflər ehtiyatların ilkin dəyərinə daxil edilməməli və yarandığı dövrdə xərc kimi tanınmalıdır:

  • xammal, əmək haqqı və digər istehsal məsrəfləri üzrə normadan artıq sərf edilən məbləğlər;
  • istehsal prosesində növbəti mərhələyə keçid üçün lazım olan məsrəflər istisna olmaqla, saxlama (anbar) məsrəfləri;
  • ehtiyatların hazırki vəziyyətə və əraziyə gətirilməsi ilə heç bir əlaqəsi olmayan inzibati qaimə xərcləri; və
  • satış məsrəfləri.

Borclar üzrə məsrəflər” adlı 23 №-li MUBS borclarla bağlı məsrəflərin ehtiyatların ilkin dəyərinə daxil edilməsini çox nadir hal kimi müəyyən edir.

Müəssisə ehtiyatları sonradan ödəmək şərti ilə əldə edə bilər. Müqavilə faktiki olaraq maliyyə elementini daxil etdikdə, bu element, məsələn normal kredit şərtlərinə əsaslanan alış qiyməti ilə ödənilmiş məbləğ arasındakı fərq, maliyyələşdirmə dövrü üzrə faiz xərci kimi tanınır.

Emal məsrəfləri

posted in: Uncategorized | 0

Ehtiyatların emal məsrəflərinə məhsul vahidləri ilə birbaşa bağlı olan məsrəflər daxildir. Əlavə olaraq, hazır məhsulun əldə edilməsi üçün xammalın emalı zamanı yaranan daimi və dəyişən istehsal qaimə xərclərinin müntəzəm şəkildə bölüşdürülməsi də emal məsrəflərinə aiddir. Daimi istehsal qaimə məsrəflərinə istehsal həcmindən asılı olmayaraq, nisbətən dəyişməz qalan, istehsalda istifadə olunan binalar və avadanlıqların amortizasiyası və onlara aid xidmətin göstərilməsi və inzibati-idarəetmə istehsal məsrəfləri kimi dolayı istehsal məsrəfləri aiddir. Dəyişən istehsal qaimə məsrəflərinə istehsal həcmindən birbaşa və ya təqribən birbaşa asılı olan, dolayı material məsrəfləri və dolayı əmək haqqları kimi dolayı istehsal məsrəfləri aiddir.


İstehsal qaimə məsrəflərinin emal məsrəfləri üzrə bölüşdürülməsi müəssisənin normal iş şəraitində mövcud olan istehsal gücünə əsasən həyata keçirilir. Normal istehsal gücü – planlı texniki qulluğun göstərilməsi nəticəsində istehsal gücü üzrə itkilər nəzərə alınmaqla, normal fəaliyyət zamanı bir neçə dövr və ya iş mövsümü üzrə orta göstəricilər əsasında hesablanaraq əldə edilməsi gözlənilən istehsal həcmidir. Müəssisənin faktiki istehsal dərəcəsi, onun normal istehsal gücünə təxminən uyğun olduğu halda istifadə edilə bilər. Məhsulun hər bir vahidinə aid edilən daimi qaimə məsrəflərin məbləği istehsal dərəcəsinin aşağı olması və ya avadanlığın işsiz dayanması nəticəsində artmır. Bölüşdürülməmiş qaimə məsrəfləri yarandığı dövr üzrə xərc kimi tanınır. İstehsalın son dərəcədə yüksək olduğu dövrlərdə məhsulun hər bir vahidinə aid edilən daimi qaimə məsrəflərin məbləği azalır və beləliklə ehtiyatlar öz ilkin dəyərindən artıq səviyyədə qiymətləndirilmir. Dəyişən istehsal qaimə məsrəfləri hər məhsul vahidinə istehsal obyektlərinin faktiki istismarı əsasında aid edilir.


İstehsal prosesi nəticəsində eyni vaxtda bir neçə məhsul istehsal edilə bilər. Belə hal, məsələn malların birgə istehsalı zamanı və ya əsas məhsulun istehsalı əlavə məhsulun istehsalı ilə əlaqəli olduqda yarana bilər. Hər bir məhsulun emal məsrəfləri ayrıca müəyyənləşdirilə bilmədikdə, onlar məhsullar arasında rasional və ardıcıl surətdə bölüşdürülür. Bölüşdürmə, məsələn hər məhsulun ya istehsal prosesinin məhsulların eyniləşdirilə bilən mərhələsində ya da istehsalın bitməsi mərhələsində nisbi satış dəyərinə əsaslana bilər. İkinci dərəcəli məhsullar, maddi dəyər baxımından təbiətcə əhəmiyyətli olmurlar. Belə hallarda, onlar adətən mümkün xalis satış dəyəri ilə qiymətləndirilir və bu məbləğ əsas məhsulun ilkin dəyərindən çıxılır.  Nəticədə, əsas məhsulun balans dəyəri onun ilkin dəyərindən əhəmiyyətsiz dərəcədə fərqlənir.

Ehtiyatların ölçülməsi

posted in: Uncategorized | 0

Ehtiyatlar mövcud olan iki dəyərdən ən aşağı dəyərlə qiymətləndirilməlidir: ilkin dəyər və ya mümkün xalis satış dəyəri.

Ehtiyatların ilkin dəyəri

Ehtiyatların ilkin dəyərinə onların əldə edilməsi, istehsalı və ya emalı və hazırkı vəziyyətə və yerləşdiyi əraziyə gətirilməsinə çəkilən digər məsrəflər daxil edilməlidir.


Ehtiyatların alış məsrəflərinə alış qiyməti, idxal rüsumları və digər vergilər (vergi orqanları tərəfindən müəssisəyə sonradan əvəzləşdirilən vergilər istisna olmaqla), daşınma, boşaldılma, və hazır məhsulların, xammal-materialların və xidmətlərin əldə edilməsi ilə birbaşa bağlı olan digər məsrəflər daxildir.

Ehtiyatların əldə edilməsinə çəkilən məsrəflərin müəyyən edilməsində ticarət endirimləri, faizlərin qaytarılması və digər oxşar güzəştlər hesaba alınmalı deyil.