Ehtiyatların uçotu

posted in: Uncategorized | 0

Ehtiyatların uçotunun aparılmasının iki əsas üsulu mövcuddur: dövri metod və daimi metod.

Dövri metod

Bu metoda uyğun olaraq, ehtiyatlar müəssisə tərəfindən yalnız bunu etmək tələb olunduqda, yəni hesabat dövrünün sonunda müəyyən edilirlər. Bu metoda uyğun olaraq, ehtiyatlar fiziki şəkildə hesablanırlar, yəni onların dəyərləri toplanır. Beləliklə, sonradan dövriyyə aktivi kimi tanınan ehtiyatların dəyəri müəyyən edilir. Növbəti hesablama aparılana qədər, “material ehtiyatları” hesabının qalığı dəyişməz olaraq qalır. Növbəti dəvrdə ehtiyatların alışları və qaytarmaları birbaşa olaraq xərclərə yazılır və hesabat dövrünün sonunda satışın maya dəyəri aşağıda qeyd edildiyi kimi müəyyən edilir:

 

                         Hesabat dövrünün əvvəlinə olan ehtiyatlar

                        +alışlar

                        +nəqliyyat xərcləri

                        -alışların geri qaytarılması

                        -alınmış güzəştlər

                        -hesabat dövrünün sonuna olan ehtiyatlar

 

                        = Satışın maya dəyəri

 

Daimi metod

 

Bu metoda uyğun olaraq, ehtiyatlar ilə bağlı hər hansı əməliyyat baş verdikdə, dərhal ehtiyatların mühasibat uçotu aparılmalıdır. Bunun üçün ehtiyatların hər bir maddəsinin ayrıca uçotunu təmin edəcək Köməkçi Kitabın tutulmasına ehtiyac yaranır. Bu Köməkçi Kitabda olan yazılar sonradan Baş Kitabın ehtiyatlar hesabına köçürülür və mühasibat uçotunun dürüst aparılması üçün belə uyğunlaşdırmanın mütəmadi şəkildə aparılması vacibdir.

 

Məsələn, ”Dizayn”  şirkəti ev mebelinin satışı ilə məşğuldur. 01.01.2007-ci il tarixində müəssisənin Baş Kitabının ehtiyatlar hesabında aşağıdakılar yazılmışdır:

 

                                    Ehtiyatlar (10 ədəd, hərəsi 510 manatdan)      Dt 5100 manat

 

2007-ci il ərzində aşağıdakı əməliyyatlar həyata keçirilmişdir:

  • hərəsinin dəyəri 510 manat olmaq şərti ilə, 250 ədəd ehtiyatlar əldə edilmişdir. 31.12.2007-ci il tarixində, 15 ədəd istisna olmaqla, bütün bu ehtiyatlar ödənilmişdir.
  • 252 ədəd 950 manatdan kreditə satılmışdır. Hesabat dövrünün sonunda 22 ədəd müştərilər tərəfindən hələ də ödənilməmiş qalmışdır.
  • 4 ədəd malgöndərənlərə qaytarılmışdır
  • 9 ədəd müştərilər tərəfindən qaytarılmışdır

 

Hər iki metoda uyğun olaraq aparılan müxabirləşmələr aşağıda göstərilmişdir.

Daimi metod                                                                Dövri metod

 

 

  • hərəsinin dəyəri 510 manat olmaq şərti ilə, 250 ədəd ehtiyatlar əldə edilmişdir.

Kt Kreditor borc             127500                          Kt Kreditor borc              127500
Dt Ehtiyatlar                  127500                          Dt Alışlar                         127500

 

 

  • 4 ədəd 510 manatdan malgöndərənlərə qaytarılmışdır

        

Dt Kreditor borc          2040                          Dt Kreditor borc                                                     2040

Kt Ehtiyatlar                2040                          Kt Alınmış malların geri qaytarılması                    2040

 

 

  • Kreditor borclarının hesablanması (250 -15 – 4 = 231 ədəd)

 

Dt Kreditor borc           117810                         Dt Kreditor borc             117810

Kt Kassa                      117810                         Kt Kassa                        117810

 

  • 252 ədəd ehtiyatların 950 manatdan satışı  

Dt Debitor borc               239400                  Dt Debitor borc                         239400

Kt Satışdan gəlir             239400                  Kt Satışdan gəlir                      239400

 

Dt Satışın maya dəyəri      128520

Kt Ehtiyatlar                       128520

 

 

  • Müştərilər tərəfindən alınmış malların geri qaytarılması

(9 ədəd 950 manatdan)

 

Dt Satılmış malların                                        Dt  Satılmış malların

geri qaytarılması       8550                              geri qaytarılması        8550

Kt Debitor borc               8550                         Kt Debitor borc                8550

 

Dt Ehtiyatlar                    4590

Kt Satışın maya dəyəri   4590

 

 

  • Debitor borclarının hesablanması (252 – 22 – 9 = 221 ədəd)

 

Dt Kassa         209950                                    Dt Kassa                      209950

Kt Debitor borc    209950                                       Kt Debitor borc                 209950

 

Daimi metod                                                                Dövri metod

 

  • hərəsinin dəyəri 510 manat olmaq şərti ilə, 250 ədəd ehtiyatlar əldə edilmişdir.

Dt Ehtiyatlar                  127500                          Dt Alışlar                        127500

Kt Kreditor borc             127500                         Kt Kreditor borc              127500

 

 

  • 4 ədəd 510 manatdan malgöndərənlərə qaytarılmışdır

 

Dt Kreditor borc          2040                          Dt Kreditor borc                      2040

Kt Ehtiyatlar               2040                           Kt Alınmış malların

geri qaytarılması                    2040

 

 

  • Kreditor borclarının hesablanması (250 -15 – 4 = 231 ədəd)

 

Dt Kreditor borc           117810                         Dt Kreditor borc             117810

Kt Kassa                      117810                         Kt Kassa                        117810

 

  • 252 ədəd ehtiyatların 950 manatdan satışı

Dt Debitor borc               239400                  Dt Debitor borc                         239400

Kt Satışdan gəlir            239400                   Kt Satışdan gəlir                       239400

 

Dt Satışın maya dəyəri      128520

Kt Ehtiyatlar                       128520

 

 

  • Müştərilər tərəfindən alınmış malların geri qaytarılması

(9 ədəd 950 manatdan)

 

Dt Satılmış malların                                        Dt  Satılmış malların

geri qaytarılması                     8550                geri qaytarılması                      8550

Kt Debitor borc                        8550                Kt Debitor borc                        8550

 

Dt Ehtiyatlar                            4590

Kt Satışın maya dəyəri           4590

 

  • Debitor borclarının hesablanması (252 – 22 – 9 = 221 ədəd)

 

Dt Kassa             209950                                    Dt Kassa                           209950

Kt Debitor borc    209950                                    Kt Debitor borc                 209950

 

Bu müxabirləşmələrdən sonra, Baş Kitabda “Ehtiyatlar” hesabı aşağıdakı kimi olacaqdır:

 

 

Daimi metod                                                                                       

 

Ehtiyatlar                                                                                        

 

 

Hesabat dövrünün

əvvəlinə olan qalıq     5100        Satışın maya dəyəri   128520

Kred. Borc               127500       Kred. Borc                     2040.

Satışın maya dəyəri     4590       Hesabat dövrünün

sonuna olan qalıq          6630

137190                                          137190

 

Dövri metod 

Ehtiyatlar

 

 

Hesabat dövrünün                    Hesabat dövrünün

əvvəlinə olan qalıq     5100       sonuna olan qalıq   6630

 

Fərz edək ki, hesabat dövrünün sonunda ehtiyatlar hesablandığı zaman anbarda hərəsinin dəyəri 510 manat olan 13 ədəd ehtiyat mövcud idi. Belə olduğu halda, hər iki metoddan istifadə etməklə, Mənfəət və ya Zərər haqqında hesabat aşağıdakı kimi olacaqdır:

 

Daimi metod                                                  Dövri metod

 

Satışdan gəlir                          239400            Satışdan gəlir                                  239400

Satılmış malların                                            Satılmış malların

geri qaytarılması                          (8550)          geri qaytarılması                              (8550)

230850                                                                  230850

Satışın maya dəyəri                                         Satışın maya dəyəri:

(128520-4590)                         123930

Hesabat dövrünün

əvvəlinə olan ehtiyatlar   5100

Alışlar                            127500

Qaytarılmış mallar          (2040)

130560

Hesabat dövrünün

sonuna  olan ehtiyatlar   (6630)

(123930)

Ümumi mənfəət                         6920             Ümumi mənfəət                              6920

 

Mümkün xalis satış dəyəri

posted in: Uncategorized | 0

“EHTİYATLAR ÜZRƏ” KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 8 №-li MİLLİ MÜHASİBAT UÇOTU STANDARTININ 26-cı maddəsinə uyğun olaraq, ehtiyatların ilkin dəyəri hər hansı səbəbdən tam əvəzləşdirilə bilmədikdə, bu dəyər mümkün xalis satış dəyərinədək silinməlidir.

Məsələn, ”Xəzər” şirkəti müxtəlif növ ehtiyatlara sahibdir.  31.12.2006-cı il tarixində ehtiyatlar siyahısı aşağıdakılardan ibarət idi:

 

Maddə             Dəyər         Ehtimal edilən        Aşağı qiymətə satılmanın

(manat)          satış qiyməti                            səbəbi

 

40 Televizor     4000                5600

25 Kamera       3750               3250            3 kameranın qabı korlanmışdır

100 Radio        5000               2600            tələbat aşağı olduğu üçün satış qiymətləri endirilmişdir

10 Teleskop     7750               13500

 

Kameralar və radiolar daha aşağı olan dəyərlə qiymətləndirilməlidirlər.

 

Televizor                       4000 manat

Kamera                         3250

Radio                             2600

Teleskop                        7750

17600 manat

 

Hazırkı standartın 27-ci maddəsinə uyğun olaraq, ehtiyatlar ilkin dəyər və mümkün xalis satış dəyəri müqayisə edilərək, bu dəyərlərdən daha aşağı olanı ilə qiymətləndirildikdə, bu proses grup şəklində deyil, maddəbəmaddə aparılmalıdır. Buna baxmayaraq, bəzi hallarda bir-biri ilə bağlı və ya oxşar olan obyektləri birləşdirmək məqsədə uyğun sayılır. Belə vəziyyət eyni çeşidli və təyinatlı, bir coğrafi ərazidə istehsal edilmiş və satılan, eyni cür istifadə edilən, təcrübədə eyni çeşidli mallardan ayrı qiymətləndirilməsi mümkün olmayan və mümkün xalis satış dəyəri ilkin dəyərdən aşağı salan halın təsirinə məruz qalan ehtiyatların maddələri ilə baş verə bilər.

Məsələn, yuxarıda qeyd edilmiş nümunədə üç ədəd kameranın qabında nöqsan aşkar edilmişdir və buna görə də, həmin kameraların mümkün satış dəyəri aşağı olacaqdır. Belə olan halda, kameraların dəyərini müəyyən edərkən, onların hər birinin dəyərini ayrıca hesablamağa ehtiyac yoxdur. Yalnız nöqsanlı üç kameranın dəyərini daha aşağı qiymətlə ayrıca müəyyən edilməlidir. 

Radiolara gəldikdə isə, tələbatın aşağı düşməsi faktoru bu ehtiyatların hər hansı ayrıca maddəsinə deyil, ümumilikdə bütün bu ehtiyatlar qrupuna təsir göstərmişdir. Belə olan halda, radioların hər birini ayrıca deyil, bütün bu 100 ədəd radio aparatını qrup şəklində yenidən qiymətləndirmək lazımdır.

Xidmət sahəsinə aid müəssisələrin sahib olduğu ehtiyatlara gəldikdə isə, onların dəyəri ehtiyatın ilkin dəyəri daxil olmaqla, görülmüş işə (və ya müqaviləyə) uyğun olaraq hesablanır. Beləliklə, xidmət sahəsinə aid müəssisələrin sahib olduğu ehtiyatların dəyəri bura daxil olan ayrı-ayrı maddələrə uyğun olaraq deyil, görülən işlərə əsasən qiymətləndirilir.

Məsələn, ”Kainat” şirkəti kompyuter avadanlıqları sahəsində xidmət göstərən müəssisədir. Onun əsas fəaliyyət növü müxtəlif kompyuter proqramlarının  təmin edilməsi və məsləhətlərin verilməsindən ibarətdir. Lakin, bəzi hallarda müəssisə həmçinin, təmir və təkmilləşdirmə işlərini də həyata keçirir və bu məqsədlər üçün müxtəlif kompyuter komponentlərinə sahibdir.

 

Ehtiyatlar bütün işlər və ya müştərilər üzrə bölüşdürülməlidir və “ilkin dəyər ilə mümkün xalis satış dəyəri müqayisə edilərək, bu dəyərlərdən daha aşağı olanın” bu yolla müəyyən edilməsi bütün ehtiyatları toplayaraq onların həmin üsulla qiymətləndirilməsindən daha asandır. 

Hazırkı standartın 28-ci maddəsinə uyğun olaraq, mümkün xalis satış dəyərinin qiymətləndirilməsi üçün qiymətləndirilmənin aparıldığı tarixdə satılması ehtimal edilən ehtiyatların dəyərinə dair mövcud olan dəlillərdən daha etibarlısına istinad  edilir. Bura hesabat dövrü bitdikdən sonra əldə etmək mümkün olan informasiya daxildir.

Məsələn, ”Kainat” şirkətinin ehtiyatlarında 31.12.2006 –cı il tarixində ədədini 1000 manata aldığı 40 ədəd kompyüter mövcuddur. ABC Co şirkəti kompyüterlərini yanvar ayında satışa çıxararaq, hər bir ədədinin qiymətini 1250 manat təyin edir, çünki mallar əldə edildiyi zaman onların bazar qiyməti məhs 1250 manat təşkil edirdi. Lakin, ABC Co şirkətinin bazarda mövcud olan rəqibləri kompyüterlərin eyni modelinin qiymətini 900 manatadək aşağı endirdiyi üçün, şirkət öz mallarının heç birini sata bilməmişdir.

 

Hesabat dövrü bitdikdən sonra məlum olmuşdur ki, bu kompyüterlərin mümkün satış dəyəri yalnız 900 manat təşkil edir.

 

Hesabat dövrünün sonunadək kompyüterlərin mümkün satış dəyərinin 1000 manatdan yuxarı olduğu zənn edilsədə, yeni informasiyaya əsasən, onların mümkün satış dəyəri yalnız 900 manat təşkil edir. Bu yeni informasiyadan ehtiyatların qiymətləndirilməsi zamanı istifadə edilməlidir və beləliklə, müəssisənin ehtiyatlarında mövcud olan kompyüterlər 40000 manat dəyərində deyil, yalnız 36000 manat dəyərində əks etdirilməlidir. 

Hazırkı standartın 29-cu maddəsində ehtiyatların istehsalı üçün nəzərdə tutulmuş xammal və digər materialları alan istehsalçılar ilə baş verə biləcək hallar müəyyən edilmişdir. Belə müəssisələr normal şəraitdə 3 növ ehtiyatlara sahib ola bilərlər:

  • Xammal
  • İstehsalda bitirilməkdə olan məhsullar
  • Hazır məhsul

 

Bu ehtiyatların hər bir “növünün” qiymətləndirilməsi zamanı, onların ilkin dəyəri və mümkün xalis satış dəyəri nəzərə alınaraq, bu iki dəyərdən daha kiçik olan dəyər seçilərək maliyyə hesabatlarında əks etdirilməlidir.

Bəzi hallarda, ehtiyatda olan xammalın qiymətləndirilməsi zamanı onun mümkün xalis satış dəyərinin ilkin dəyərindən aşağı olduğu aşkar edilə bilər. Belə olan təqdirdə, bu xammalın ilkin dəyər və ya mümkün xalis satış dəyəri ilə qiymətləndiriləcəyi yalnız onlardan istehsal ediləcək hazır məhsulun xalis satış dəyərindən asılıdır.

Bu xammaldan istehsal ediləcək hazır məhsulun mümkün xalis satış dəyəri onun ilkin dəyərindən hələ də yüksək olduqda, müvafiq xammal da mümkün xalis satış dəyəri ilə deyil, ilkin dəyərlə qiymətləndirilməlidir. Lakin, bu xammaldan istehsal ediləcək hazır məhsulun mümkün xalis satış dəyəri onun ilkin dəyərindən aşağı olduqda, müvafiq xammal da ilkin dəyəri ilə deyil, mümkün xalis satış dəyəri ilə qiymətləndirilməlidir.

Məsələn, ”İlklər” şirkəti ASD101adlanan silikon çip əsasında qurulmuş kompyüterlər  istehsal edir. Hər bir hazır kompyüterin ümumi ilkin dəyəri 550 manat, onun satış dəyəri isə 600 manat təşkil edir.

 

”İlklər” şirkətinin 31.12.2006-cı il tarixində ehtiyatlarında 200 ədəd ASD101 komyuter çipi mövcud idi və bu kompyuter komponentinin hər biri üçün müəssisə 250 manat ödəmişdir. Lakin, 31.12.2006-cı il tarixində müasir texnologiyalar bazarında ASD101 çiplərinin xalis satış dəyəri cəmi 150 manat təşkil edir. Belə olan halda sual yaranır: müəssisənin ehtiyatlarında olan ASD101 çipləri 250 manat, yoxsa 150 manata qiymətləndirilməlidir?

 

Hazır məhsulun mümkün xalis satış dəyərinin (bizim nümunədə satış dəyərinin) 600 manat olaraq qaldığını və ya ən azı ilkin dəyəri olan 550 manatdan yuxarı olduğunu nəzərdə tutsaq, kompyuter çipləri də ilkin dəyərlə (bir ədədinin qiyməti 250 manat, ümumiyyətlə isə 50000 manat) qiymətləndirilməlidirlər. 

 

Lakin, kompyuter çiplərinin qiymətinin aşağı düşməsi səbəbindən kompyüterlərin mümkün xalis satış dəyəri də aşağı düşərək artıq 500 manat təşkil etdikdə, ehtiyatda olan çiplər hərəsi 150 manat, ümumiyyətlə isə 30000 manata qiymətləndirilməlidirlər. 

Hazırkı standartın 30-cu maddəsinə uyğun olaraq, əvvəlki dövrlərdə ehtiyatların ilkin dəyərindən aşağı olan hər hansı dəyərə qədər silinməsi hallarını yaratmış səbəblər artıq mövcud olmadıqda və ya iqtisadi vəziyyətin dəyişməsi səbəbindən mümkün xalis satış dəyərinin artmasına dair açıq-aydın dəlil mövcud olduqda, silinmiş məbləğ ehtiyatların yeni balans dəyərini ilkin dəyər və yenidən qiymətləndirilmiş mümkün xalis satış dəyərindən daha az olan dəyərə uyğunlaşdırılmaqla bərpa olunur.

Məsələn, “Piramida” müəssisəsinin anbarında 30.09.2005-ci il tarixində 10000 manat məbləğinə alınmış 50 kq mis məftil (1 kiloqramı 200 manatdan) mövcuddur. 31.12.2005-ci il tarixində bazarda mis məftilinin 1 kiloqramının qiyməti 150 manatadək düşür və bunun nəticəsində müəssisənin bu ehtiyatının mümkün xalis satış dəyəri artıq 7500 manat (50*150) təşkil edir.

31.12.2006-cı il tarixində bazarda mis məftilinin 1 kiloqramının qiyməti 250 manatadək qalxır və həmin 50 kq mis məftil hələ də istifadə edilməyərək müəssisənin anbarında qalır.

 

Beləliklə, 31.12.2006-cı il tarixində biz ilkin dəyər və mümkün xalis satış dəyərini müqayisə etsək, artıq ilkin dəyərin (1 kq qiyməti 200 manat) daha aşağı olduğunu müəyyən edərik.

Belə hallarda, hazırkı standartın 30-cu maddəsinə uyğun olaraq, əvvəllər silinmiş məbləğ bərpa edilməlidir və yeni qiymətləndirmə (ilkin dəyər və mümkün xalis satış dəyərinə əsaslanan) aparılmalıdır. Mümkün xalis satış dəyərinin artması ilə əlaqədar olaraq, ehtiyatların silinmiş dəyərinin hər hansı bərpa məbləği ehtiyatların dəyərinin bərpası dövründə xərc kimi tanınmış miqdarının azalması kimi tanınmalıdır.

Yuxarıda qeyd edilmiş misalda istinad olunmuş  tarixdən istifadə etsək, 01.01.2006-cı il tarixində hesabat dövrünün əvvəlinə olan ehtiyatların dəyəri 7500 manat təşkil edir.

 

2006-cı il ərzində bazarda misin qiyməti artır və beləliklə, 2005-ci ildə silinmiş məbləğin artıq bərpa edilməsi tələb olunur. Beləliklə, ehtiyatın balans dəyəri kimi indi onun ilkin dəyəri istifadə edilir. 

 

Beləliklə, bu əməliyyat mühasibat uçotu kitablarında aşağıdakı kimi qeydə alınmalıdır:

            Dt Material ehtiyatları (201)     2500

            Kt Satışın maya dəyəri (701)   2500

Ehtiyatların ilkin dəyərinin hesablanması düsturları

posted in: Uncategorized | 0

“EHTİYATLAR ÜZRƏ” KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 8 №-li MİLLİ MÜHASİBAT UÇOTU STANDARTININ 23 və 24-cü maddələri bir-birini əvəz edə bilməyən və ya xüsusi məqsədlər üçün bir-birindən ayrı saxlanılan ehtiyatlara aiddir. Bu ümumi vəziyyət olmasada, belə hallar yarana bilər. Məsələn, antikvar mallar satan mağazada satışa çıxarılmış bütün mallar unikaldır və onların hər biri alış qiyməti ilə dəyərləndirilməlidir. Unikal ehtiyatların digər nümunəsi kimi mühəndis şirkətində bitirilməmiş istehsalatı göstərmək olar, çünki tikilməli olan obyekt sifarişçinin spesifik tələblərinə uyğun olaraq inşa edildiyi üçün digər obyektlə dəyişdirilə bilməz.

 

Belə şəraitdə, hazırkı standartın 23 və 24-cü maddələrinə əsasən, bu ehtiyatların hər bir maddəsinin dəyəri yuxarıda qeyd edilmiş prinsiplərə uyğun olaraq fərdi şəkildə müəyyən edilməlidir.

Bütün digər hallarda hazırkı standartın 25-ci maddəsi tətbiq edilməlidir.

Ehtiyatların ilkin dəyərinin hesablanması üçün əsasın təyin edilməsi zamanı müəssisə iki metoddan daha məqsədə uyğun olan birini seçməlidir. Bu iki metod aşağıdakılardır:

 

  • Çəkili orta dəyər; və ya
  • İlk mədaxil – ilk məxaric (FİFO)

 

Çəkili orta dəyər

 

Hər bir yeni daxil olan ehtiyatın çəkili orta dəyəri hesablanır və hesabat dövrünün sonunda bütün ehtiyatların çəkili orta dəyəri müəyyən edilir.

Məsələn, “Şirvan” müəssisəsi yanacaq doldurma məntəqəsini idarə edir. 01.01.2006-cı il tarixində ehtiyatlarda dəyəri 15000 manat olan 50000 litr yanacaq mövcud idi.

 

Hesabat dövrü ərzində yanacağın aşağıda qeyd edilmiş hərəkəti baş vermişdir:

 

Alış                              Satış (litr)

Litr          manat

Yanvar                         40000      12000                        45000

Fevral                          60000      20000                        50000

Mart                             35000      12000                        30000

135000                                      125000

 

Yekun:                                                                                        litr

Hesabat dövrünün əvvəlinə olan ehtiyatlar                  50000

Alış                                                                               135000

185000

Satış                                                                             (125000)

60000

 

Bu 60000 litr yanacağın dəyərini hesabat dövrünün sonuna bir litr yanacağın çəkili orta dəyərini müəyyən etməklə hesablamaq mümkündür.

 

Ay        Dövrün əvvəlinə  qalıq                       A l ı ş                               S a t ı ş                                       Ayın sonuna qalıq

litr         1 litrin      cəmi              litr    1 litrin  cəmi              litr       çəkili orta  cəmi                        litr    çəkili orta  cəmi

dəyəri     dəyəri                 dəyəri    dəyəri                   dəyəri      dəyəri                            dəyəri         dəyəri

 

50000    0,300   15000

Yan                                             40000  0,300    12000                 45000    0,300                            13500   45000  0,300    13500

 

Fevral                                           60000  0,333   19980                50000    0,319      15950              55000  0,319   17545

 

Mart                                             35000  0,343   12005                  30000   0,328       9840                60000 0,328   19680

 

Beləliklə, hesabat dövrünün sonuna olan ehtiyatların (60000 litr) dəyəri 19680 manat təşkil edir.

Hesablamalar:   (12000+15000) / (50000+40000)= 0,300

(13500+19980) / (45000+60000)= 0,319

(17545+12005) /(55000+35000) = 0,328

İlk mədaxil – ilk məxaric (FİFO)

 

Bu metoda əsasən, ilk olaraq əldə edilmiş ehtiyatlar ilk olaraq da satılır. Beləliklə, hesabat dövrünün sonuna olan ehtiyatların hamısı son olaraq ödənilmiş dəyərlərlə qiymətləndiriləcəkdir. Nümunə kimi yuxarıda qeyd edilmiş misaldan istifadə etmək olar.

Ay         Dövrün əvvəlinə  qalıq          A l ı ş                                  Satışın maya dəyəri                Ayın sonuna qalıq

litr   1 litrin     cəmi           litr    1 litrin  cəmi                         litr       FİFO       cəmi             litr    FİFİO      cəmi

dəyəri    dəyəri                 dəyəri    dəyəri                                                                  dəyəri       dəyəri

 

50000    0,300   15000

Yan                                             40000  0,300    12000                45000    0,300    13500          45000  0,300    13500

 

Fevral                                           60000  0,333   19980                45000  0,300     13500

5000  0,333        1665

50000                15165          55000   0,333   18315

 

Mart                                             35000  0,343   12005        30000   0,333       9990                 25000  0,333     8325

35000  0,343   12005                                                                                                                             60000                20330

 

Beləliklə, hesabat dövrünün sonuna olan ehtiyatların (60000 litr) dəyəri 20330 manat təşkil edir.

Qiymətləndirmə metodu seçildikdən sonra müəssisə hər zaman bu metodu ehtiyatların bütün oxşar maddələrinə tətbiq etməlidir. Məsələn, mağazalar ehtiyatlarının qiymətləndirilməsi zamanı FİFO metodundan istifadə edə bilər. Belə olan halda, həmin mağaza bu metodu bütün ehtiyatlarına (çörək, pendir, süd, ərzaq və sair) tətbiq etməlidir. Lakin, müəssisə mahiyyəti və xüsusiyyətlərinə görə əhəmiyyətli dərəcədə fərqlənən ehtiyatlara sahib olduqda, onların qiymətləndirilməsi zamanı müxtəlif metodlar istifadə edilə bilər.

Məsələn, ”Araz” şirkəti həm mağaza, həm də minik avtomobillərinin təmiri sexini idarə edir. 

 

Bu iki fəaliyyət növü bir-birindən tamamilə fərqlənir. Belə olan halda, şirkət mağazanın ehtiyatlarının qiymətləndirilməsində bir metoddan (məsələn, FİFO), avtomobil təmiri sexinin ehtiyatlarının qiymətləndirilməsində isə digər metoddan (çəkili orta dəyər) istifadə edə bilər.

Ehtiyatların ilkin dəyərinin qiymətləndirilməsi metodları

posted in: Uncategorized | 0

“EHTİYATLAR ÜZRƏ” KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 8 №-li MİLLİ MÜHASİBAT UÇOTU STANDARTININ 22-ci maddəsi ilə, materiallardan  və işçilərin əməyindən səmərəli istifadə olunduqda, həmçinin müəssisə normal istehsal  gücü ilə işlədikdə məhsul və ehtiyatların ilkin dəyərinin qiymətləndirilməsində, normativ məsrəflər metodundan istifadə edilə bilər. Lakin, bu üsul yalnız normativ xərclərin faktiki xərclərə yaxın olduğu halda istifadə oluna bilər və belə məsrəflərin normalarına  mütəmadi olaraq yenidən baxılmalıdır.

Normativ dəyərin hesablanması müəssisəinin faktiki səmərəliliyini normativ səmərəliliyi ilə müqayisə edilməsi yolu ilə rəhbərliyin nəzarət və idarəetmə məqsədləri ilə istifadə etdiyi uçot qaydalarını nisbətən qəlizləşdirir. Bunu  nəzərə alaraq, normativ dəyərin hesablanması yalnız belə qaydanı tətbiq etmək gücündə olan müəssisələr tərəfindən istifadə edilə bilər.

Normativ xərclər mütəmadi olaraq yeniləşdirilmədikdə və ya normativlər müəssisənin faktiki gücünə uyğun olmadıqda (bu hal böyük və davamlı uyğunsuzluqlarla təsdiq edilə bilər), normativ xərclər metodu ehtiyatların dəyərinin hesablanmasında istifadə edilə bilməz.

Hazırkı standartın 22-ci maddəsinə uyğun olaraq, ehtiyatların ilkin dəyərinin qiymətləndirilməsində həmçinin, pərakəndə satış metodundan da istifadə oluna bilər.  Lakin, yenə də, bu qayda yalnız sonda alınacaq dəyərlərin ehtiyatların faktiki ilkin dəyərlərinə yaxın olduğu halda istifadə edilə bilər.

Pərakəndə satış metodu adətən oxşar mənfəətlilik dərəcəsinə malik olan bir çox mallar ilə xarakterizə olunan pərakəndə sahələrdə istifadə edilə bilər.

Məsələn, “Avanqard” şirkəti kişi və qadın geyimlərinin pərakəndə satışı ilə məşğul olur. Müəssisə mallarının qiymətləndirilməsində çox sadə üsuldan istifadə edir: kişi geyimlərinin ilkin dəyərinə 30%, qadın geyimlərinin ilkin dəyərinə isə 50% əlavə edir. 

 

Belə halda, ehtiyatların ilkin dəyərinin qiymətləndirilməsində pərakəndə satış metodu istifadə edilməlidir, çünki hər iki növ ehtiyatların mənfəətlilik dərəcələri oxşardır.

Pərakəndə satış metodunda ilk olaraq ehtiyatın satış qiyməti təyin edilir (bu qiymətin müəyyən edilməsi çox asandır) və ondan normal mənfəətlilik dərəcəsi çıxılır.

Məsələn, Avanqard şirkəti kişi və qadın geyimlərinin pərakəndə satışı ilə məşğul olur. Müəssisə mallarının qiymətləndirilməsində çox sadə üsuldan istifadə edir: kişi geyimlərinin ilkin dəyərinə 30%, qadın geyimlərinin ilkin dəyərinə isə 50% əlavə edir.

 

31.12.2006-cı il tarixində müəssisənin ehtiyatlarında pərakəndə dəyəri 50000 manat olan qadın geyimləri və pərakəndə dəyəri 60000 manat olan kişi geyimləri mövcud idi.

 

Beləliklə, bu ehtiyatların balans dəyəri aşağıdakı kimi olacaqdır:

 

Qadın geyimləri                         33333  (50000 / 150 * 100)

Kişi geyimləri                             46154  (60000 / 130 * 100)

                                                    79487

 

Pərakəndə satış metodu adətən, müxtəlif mənfəətlilik dərəcələrinə malik olan və ya satışı zamanı mütəmadi olaraq güzəştlərin təqdim edildiyi geniş çeşiddə müxtəlif malları pərakəndə satan müəssisələrdə tətbiq edilə bilməz.

Məsələn, ”Min bir xırdavat” firması 400 növ müxtəlif malların satışını həyata keçirən mağazanı idarə edir. Bu malların mənfəətlilik dərəcəsi 9%-dən (siqaret satışının mənfəətlilik dərəcəsi) 150%-dək (ətriyyat satışının mənfəətlilik dərəcəsi) təşkil edir. Müəssisənin yürütdüyü siyasətə uyğun olaraq, mağazaya qoyulduqdan sonra bir ay ərzində satılmayan malların qiymətlərinə müəyyən güzəştlər tətbiq edilir. Hər hansı mallararın qiymətlərinə tətbiq ediləcək güzəştlər əvvəlcədən məlum deyil və mağazanın rəhbəri güzəştlərə dair qərarları müstəqil qəbul edir.

 

Ehtiyatların satış qiymətlərindən çıxılmalı olan məbləğin və mənfəətlilik dərəcəsinin təyin edilməsi ilə bağlı praktiki çətinliklər burada pərakəndə satış metodunun tətbiqinin məqsədə uyğun olmayacağı dərəcədə böyükdür. İxtiyari güzəştlərin tətbiqi ilə bağlı əlavə çətinlik həmçinin, qeyd edilmiş praktiki çətinliklərə əlavə olunur.