Müxtəlif debitor və kreditorlarla hesablaşmaların uçotu

posted in: Uncategorized | 0

Müxtəlif debitor borcu dedikdə başqa müəssisələrin, işçi­lə­r­in və fiziki şəxs­lərin müəssisəyə olan borcları başa düşülür. Belə borclara mal əmə­liy­yat­ları ilə əlaqədar olmayan borclar daxildir.


Müəssisəyə borcu olan digər müəssisə, idarə və şəxslər debitorlar sayılır.


Müxtəlif kreditor borcu isə müəssisənin başqa müəs­si­sə­yə, fiziki şəxsə, işçi­lərinə olan borcu hesab olunur və hə­min borcu olan müəssisə kreditor sayılır.


Mühasibat uçotu balansında debitor və kreditor borc­ları, onun formaları üzrə əks olunur.


Müxtəlif təsərrüfat əməliyyatları ilə əlaqədar ola­raq kommunal təsər­rüfat orqanları, nəqliyyat müəs­si­sə­lə­ri, işçi heyyəti ilə deponent­ləşmiş əmək haqqı, icra vərəqəlir və sairə üzrə müxtəlif debitor və kreditor borcları ya­ra­nır. Deyildiyi kimi, bu kimi debitor və kreditor borcları qeyri-mal əmə­liy­­yat­ları ilə əlaqədar olaraq yaranır.


Müxtəlif debitor və kreditorlarla hesablaşmaların uçotu 76 saylı «Müx­təlif debittor və kreditorlarla hesab­laş­malar» aktiv-passiv hesabın­da, kassa hesa­batı, bank çıxarışları, icra vərəqələri və digər sənədlər əsasında aparılır.


76 «Müxtəlif debitor və kreditorlarla hesab­laşmalar» hesabı 60 «Mal­satan və podratçılırlı he­sab­laşmalar» və 75 «Təhsisçilərlə hesablaşmalar» he­sab­larında əks olunmayan bütün növ əməliyyatlar üzrə müxtəlif təşkilatlarla, çeklə ödənilmiş xidmətlərə görə nəqliyyat (dəmiryolu və su yolu) təşkilatları ilə, müəssisənin işçi heyyətinin əmək haqqılarından məhkəmə orqan­ları­nın qə­rarları və sairə əsasən müxtəlif təşkilat və şəxslərin xeyrinə tutulmuş məbləğlər üzrə hesablaşmalar haqqında məlumatları ümumiləşdirməyi nəzərdə tutur.


76 «Müxtəlif debitorlar və kreditorlarla he­sab­laşmalar» hesabı­nın kredit qalığı (saldosu) müəs­si­sə­nin müxtəlif təşkilatlara olan borcunu göstərir. Kre­di­tor borcunun ödənməsi zamanı 50 «Kassa», 51 «He­sablaşma hesabı»nın kredi­ti və 76 «Müx­təlif de­bi­tor və kreditorlarla hesablaşmalar» he­sa­bı­nın debetinə yazılış edilir. Hesabın debet qalığı müəs­si­sə­lərin və ayrı-ayrı şəxslərin müəs­si­səyə olan bor­cunu göstərir. Debi­tor­lar­dan ödənilən borc­la­rın məbləği hesabın kreditində əks olunur.


76 «Müxtəlif debitor və kreditorlarla hesab­laş­malar» hesabı üzrə analitik uçot hər bir debitor və kre­di­tor üzrə aparılır.

«Mühasibat uçotu haqqında» Azərbaycan Res­pub­li­kasının 24 mart 1995-di il Qanununun 22-ci mad­də­si­nin 5-ci bölməsində əsasən iddi müddəti keçmiş debitor borcları, alınması mümkün olmayan digər ümidsiz borclar müəs­si­sənin rəhbərinin qərarı ilə təsərrüfat fəaliyyətinin nəti­cə­lərinə, idarələrdə isə maliyyələşmənin (fondların) azal­dıl­masına silinir.


Borclunun ödəmə qabiliyyətinin olmaması üzün­dən zərərə silinən borc məbləği onun ləğv olunması de­mək deyildir. Həmin borc məbləği borclunun əmlak və­ziy­yəti dəyişdiyi zaman, onun tutulması imkanlarına nə­zarət etmək üçün silindiyi gündən başlayaraq beş il müd­­dətinə balans­arxası hesabda əks olunur. Debitor bor­cunun silinməsi müəssisə rəhbər­inin əmri ilə sənəd­ləşdirilir və bununla əlaqədar aşağıdakı yazılış aparılır:

Debet 80 «Mənfəət və zərər».

Kredit 61 «Verilmiş avanslar üzrə hesablaşmalar».

Kredit 62 «Alıcılar və sifarişçilərlə hesablaşmalar».

Kredit 76 «Müxtəlif debitor və kreditorlarla hesab­laşmalar».

Müəssisə balansından silinmiş debitor borcu 007 «Zərərə silinmiş ümidsiz debitor borcları» ba­lans­­arxası hesabında əks olunur.


İddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri Azər­bay­can Respublikası qanunvericiliyində başqa hallar nəzərdə tutulmadıqda dövlət büdcəsinə köçürülür.

Təhtəlhesab şəxslərlə hesablaşmaların uçotu

posted in: Uncategorized | 0

Təsərrüfat – maliyyə fəaliyyəti prosesində müəssisə­lər­də öz ezamiyyə, habelə digər əmə­liy­yat və təsərrüfat xərcləri üçün nağd pul vermək zərurəti meydana çıxır.

Belə xərclərə işçi ezamiyyəyə göndərilərkən mal-material qiymətlilərinin alınması ilə əlaqədar, müəyyən cari təsərrüfat xərclərini ödəmək üçün və s. üzrə ona nağd ödənilən pul vəsaiti aiddir.


Müəssisənin işçilərinə təhtəlhesab məbləğlərin ve­ril­mə­si qaydası kassa əməliyyatalrının aparılması qaydaları ilə tənzimlənir.

Azərbaycan Respublikası Prezidentinin «Vətən­daş­la­rın xidməti ezamiyyə xərcləri normativlərinin tək­mil­ləş­­dirilməsi haqqında» 1996-cı il 20 dekabr tarixli sə­rən­ca­­mına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti 27 yanvar 1997-ci il tarixli, 9 nömrəli qərarla «Vətəndaşların xidməti ezamiyyə xərclərinin norma­tiv­lə­ri haqqında» qərar qəbul etmişdir. Həmin qərarda Azər­bay­can Respublikası ərazisi daxilində ezamiyyə xərcləri məbləğləri və xarici ölkələrə xidməti ezamiyyə xərc­lə­ri­nin normativləri təsdiq olunmuşdur.


İşçiyə ezamiyyə vaxtı üçün verilən nağd pul məbləği müəssisə rəhbəri tərə­fin­dən müəyyən edilir. Hər bir işçi aldığı nağd pul vəsaitinin xərc­lən­məsi haq­qın­da, ezamiyyədən qayıtdıqdan sonra üç gün müddə­tində möv­cud olan eza­miy­yə sənədləri əsasında avans hesabatı tər­tib etməli və müəssisə mühasibat­lı­ğı­na təqdim et­mə­lidir. Mühasi­bat­lıqda təqdim olunmuş avans hesabatı ona əlavə olunan ezamiyyə vəsiqəsi və digər sənədlər əsasında (çek, qaimə, qəbz, nəqliyyatla əlaqədar biletlər və s.) ət­raf­lı yoxlanılır və hesabat müəssisə rəhbəri tərəfindən təs­diq edilir.


Təhtəlhesab şəxsə pul vəsaiti təkrarən ancaq keçmiş al­dı­ğı avans pul məbləği üzrə hesablaşma aparıldıqdan sonra verilə bi­lər. Təhtəlhesab şəxslərlə hesab­laşmalarda xidməti eza­miy­yə xərcləri xüsusi yer tutur. Xidməti ezamiyyə-işçini müəssi­sə rəhbərinin yazılı əmri əsasında xidməti vəzifəni yerinə yetirmək üçün, müəyyən vaxtda, onun daimi iş­i­nin yer­ləş­diyi yerdən başqa şəhər, rayon və s. yerlərə gön­dərilməsi deməkdir.


İşçinin ezamiyyəyə göndərilməsi ilə əlaqədar ona standart formada təsdiq olunmuş ezamiyyə vəsiqəsi ve­ri­lir. Həmin vəsiqədə ezam olunan şəxsin adı, soy­ada, ata­sı­­nın adı, vəzifəsi daimi  iş yerindən çıxdığı gün gös­tə­rilir. Göstə­ri­lən rekvizitlər ezamiyyə vəsiqəsində əks olun­­duqdan sonra müəssisə rəhbərinin imzası və mö­hür­lə təs­diq olunmalıdır.


Ezam olunan işçiyə, bütün ezamiyyə vaxtı ilə əla­qə­dar olan nəqliy­yat, kommunal və gündəlik yeməklə əla­qə­dar xərclər müəssisə tərəfindən ödənilir.

Büdcədən maliyyələşdirilən müəssisə,idarə və təş­ki­latlar istisna olunmaqla di­gər hüquqi şəxslər, işçilərinin Azərbaycan Respublikası əra­zisi daxilində eza­miyyə xərclərinin ödənilməsi üçün öz sərəncamlarında qalan vəsait hesabına normativ sənəddə müəyyən olunmuş normalardan əlavə vəsait ayıra bilərlər.


Xarici ölkələrə qısa müddətli ezamiyyənin sənəd­ləş­di­rilməsi, onun məq­sədi, vəzifəsi və ezamiyyə vaxtı gös­tə­rilməklə müəssisə rəhbərinin sərəncamı əsasında sənəd­ləşdirilir. Xarici ölkələrə ezamiyyə ilə əlaqədar olaraq xərc­lər yüksək normalar üzrə təqdim olunmuş sənədlər əsasında ödənilir.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 1997-ci il tarixli 9 qərarı ilə «Vətəndaşların xarici ölkələrdə xidməti ezamiyyə xərclərinin nor­mativ­lə­ri» müəyyən olunmuşdur. Həmin qərarla müəyyən olun­muş­dur ki, dövlət idarəetmə orqanları mülkiyyət və təş­ki­lat formasından asılı olmayaraq bütün təsərrüfat sub­yek­tləri və təşkilatlar öz hesablarında olan valyuta və­sa­itlərindən ezamiyyə xərcləri üçün bu qərarla təsdiq olun­muş normativlərin həddini aşmamaq şərtilə istifadə edə bilərlər. Ezamiyyə xərclərindən başqa hər bir nəfərə ezamiyyə müddəti üçün təsdiqedici sənəd tələb olunmamaq şərtilə 20 ABŞ dolları məbləğində birdəfəlik ölkədaxili nəqliyyat xərcləri verilir.


Hesablarında valyuta vəsaiti olmayan büdcə təşki­lat­ları xarici ezamiyyə xərclərini bu məqsəd üçün  öz büdcəsində nəzərdə tutulmuş vəsaiti «Valyuta tənzimi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, lazımi valyutaya çevirməklə ödəyə bilərlər.

Müəssisə işçilərinə inzibati-təsərrüfat və əməliyyat, ha­belə ezamiyyə xərc­ləri üçün təhtəlhesab şəxslərə ve­ril­miş məbləğlər üzrə hesablaşmalar haqqında məlumatları ümumiləşdirmək üçün 71 saylı «Təhtəlhesab şəxslərlə he­sab­laş­ma­lar» hesabı müəyyən olunmuşdur. Həmin he­sa­bın debitində təhtəlhesab şəxs­lərə inzibati – təsərrüfat, əməliyyat xərcləri və xidməti ezamiyyətlə əlaqə­dar veri­lən nağd pul məbləğləri əks olunur. Bununla əlaqədar olaraq müha­si­bit uçotunda aşağıdakı yazılış aparılır:

Debet 71 «Təhtəlhesab şəxslərlə hesablaşmalar».

Kredit 50 «Kassa» hesabı.

Kredit 51 «Hesablaşma hesabı».

Kredit 52 «Valyuta hesabı».


Təhtəlhesab şəxslər tərəfindən xərclənmiş məbləğlər isə 71 «Təhtəlhesab şəxs­lərlə hesablaşmalar» hesa­bı­nın kreditinə, sərf olunmuş məsrəfləri  və əldə olun­muş qiymətliləri uçota alan, habelə xərclərin xarakterindən asılı olaraq di­gər hesabların debitinə yazılır. Bu yazılış aşağıdakı qaydad uçotda əks olunur:

Debet 10 «Materiallar» hesabı

Debet 12 «Azqiymətli və tezköhnələn əşyalar» he­sabı

Debet 25 «Ümumistehsalat xərcləri» hesabı

Debet 26 «Ümumitəsərrüfat xərcləri» hesabı

Debet 44 «Tədavül xərcləri» hesabı

Debet 60 «Malsatan və podratçılarla hesab­laş­ma­lar» hesabı

Debet 50, 51, 52 «Kassa», «Hesablaşma hesabı», «Valyuta hesab»ları hesa­bı

Debet 84 «Sərvətlərin əskik gəlməsi və xarab olmasından itkilər» hesabı

Debet 71 «Təhtəlhesab şəxslərlə hesablaşmalar» hesabı


Təhtəlhesab şəxslər tərəfindən vaxtında qay­tarıl­ma­yan təhtəlhesab pul məb­ləğləri 71 «Təh­təl­he­sab şəxslərlə hesablaşmalar» hesabının kreditində və     84 «Sərvətlərin əskikgəlməsi və xarabol­masın­dan it­kilər» hesabının debetində əks olunur. Daha sonra bu məb­ləğlər 84 «Sərvətlərin əskik gəlməsi və xarab ol­masından itgilər» hesabından, 70 «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesab­laş­malar» hesabının və ya 73 «Sair əməliyyatlar üzrə işçi heyyəti ilə hesablaş­malar» he­sabının debetinə silinir.


71 «Təhtəlhesab şəxslərlə hesablaşmalar» he­sa­bının debetində əks olun­muş qalıq məbləği təhtəlhesab şəxslərin aldıqları pul məbləği üzrə onların müəssisəyə olan borclarını kredit qalığı isə müəssisənin təhtəlhesab şəxsə onun artıq sərf etmiş olduğu pula görə olan borcunu göstərir.

Təhtəlhesab şəxslər üzrə hesablaşmaların analitik uçotu hər bir şəxsə verilən avans üzrə aparılır.

Hesablaşma əməliyyatının uçotu

posted in: Uncategorized | 0

Müəssisələrdə təsərüfat vəsaitlərinin düzgün, və vax­tında dövriyyəsini təmin etmək üçün tətbiq edilən hesablaşma formasının əhəmiyyəti bö­yük­dür. Hesab­laşmaların səmərəli formala­rın­dan istifadə olun­ması mövcud olan məhsulun vaxtında satılması və tə­sərüfat fəaliyyətinin fasiləsizliyinin işini təmin edir. Müəssisələr arasında hesa­b­laş­ma əlaqələrinin forma və qaydaları Milli Bankın normaları ilə müəyyən olunur. Bir qayda olaraq mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələrin və fiziki şəxslərin əmtəə-material qiy­mət­lə­ri­nin alqı-satqısı üzrə əməliyyatlarının qeyri-nağdsız hesablaşma for­madasında apa­rılması müəyyən olunmuşdur. Lakin, müəyyən alqı-satqı əməliyyatlarının nağd pulla hesablaşması da nəzərdə tutulur.


Nağdsız hesablaşmaların həyata keçirilməsi  əmə­liy­yatın iqtisadi məzmu­nu­ndan asılı olaraq iki qrupa – mal əməliyyatları üzrə hesablaşmalar və maliy­yə öhdəçilikləri üzrə hesablaşmalar ayrılır. Birinci qrup hesablaşmalara müəs­sisələr arasında əmtəə-material dəyərləri (iş, xidmətlər) üzrə hesablaşma əmə­liy­yatları, ikinci qrupa isə büdcəyə ödənişlər, və s. hesablaş­ma­ların yerinə yetirilməsi daxildir.


Nağdsız hesablaşmalar malsatan və alıcı müəs­si­sə­lə­rin harada yerləş­mə­sin­­dən asılı olaraq eyni şəhərli və digər şə­hər­li qrupa ayrılır. Müəssisələrin yer­ləşməsindən asılı ola­raq, onun hesablaşma forması müəyyən olunur. Mü­asir şəraitdə müəssisələr hesablaşmaları ödəmə tələb­na­mə­ləri, ödəmə tapşırıqları, akkreditivlər, barter əməliy­yat­ları, məcburi silinmə, hesab­laş­ma çekləri Vasi­tə­si­lə və digər formalarda aparılır. Müəs­sisələr arasındakı tətbiq edilən hesablaş­ma formaları on­ların qar­şı­lıqlı razılığı və bağlanılmış müqavilələr əks olun­maqla müəyyən­ləş­dirilir.


Hər bir müəssisə bir tərəfdən alıcı, digər tərəfdən satıcı qismində çıxış edir. Ona görə də onlar arasındakı hesablaşma münasibətlərinin uço­tu satıcı-alı­cı müəssisələr arasındakı hesablaşmanı ifa­də etməlidir. Malsatan və podrat­çı müəssisələrlə hesablaşmalar 60 saylı«Malsatan və podryatçılarla hesablaş­malar» he­sa­bında aparılır. Bu hesab malsatan və podryatçılarla hesablaşmalar haqqındakı məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.


Bir qayda olaraq 60 saylıhesabın kredit qalığı olur və bu qalıq məbləği mal­satan müəssisələrin yüklədikləri əmtəə-material qiymətliləri üzrə borcu gös­tərir. Materal qiymətlilərinin əldə edilməsinə, yerinə yetirilmiş işlər və gös­tə­rilmiş xidmətlərin göstərilməsi üzrə hesablaşmalarla əlaqədar bütün əməliy­yatlar təqdim edilən hesab faktu­ra­ların ödəmə vaxtından asılı olmayaraq 60 «Mal­sa­tan və podryatçılarla hesablaş­malar» hesabında əks etdirilir.


60 «Malsatan və podryatçılala hesablaşmalar» he­sabının krediti faktiki daxil olmuş əmtəə-materal qiy­mə­tlilərini, qəbul edilmiş işlərin və xid­mətlərin dəyəri qədər bu qiymətliləri və müvafiq məs­rəf­ləri uçota olan hesabların debeti ilə müxabirləşir. Mate­ral qiymətlilərinin daşınmasına, həmçinin onların kənar­da emal olunmasına görə göstərilən xidmətlər 60 «Malsatan və podryatçılala hesablaş­ma­lar» hesabının kreditinə istehsal ehtiyyatlarını, mallar, tədavül xərclə­ri­ni və s. uçota alan hesabların isə debetinə yazılmaqla əks etdirilir.


Əgər  malsatanın yüklədiyi məhsul qəbul olunar­kən əskikcəlmə müəyyən olunarsa müəssisə həmin təş­kilata iddia təqdim edir. Təqdim olunmuş əskik­gəlmə məb­ləği ilə əlaqədar olaraq 63 «İddialar üzrə hesab­laşmalar» hesabının debetinə və 60 «Malsatan və pod­rat­çılarla hesablaşmalar» hesabının kreditinə yazılış aparılır. Malsatanın təqdim etdiyi hesablaşma sənəd­lə­rində arifmetik səhvlər və qiymətlə əlaqədar göstəricilər müqavilə şərtlərinə uyğun olmadıqda da mühasibat uçotunda yuxarıda göstərilən qaydada yazılış aparılır:


Alıcılar və sifarişçilərlə hesablaşmalar haqqında mə­lumatları ümumi­ləş­dirmək üçünnun mühasibat uçotu He­sablar Planında 62 saylı «Alıcılar və si­fa­riş­çilərlə he­sa­blaşmalar» hesabı nəzərdə tutulmuşdur. Həmin hesabın aşağı­dakı subhesablarından istifadə edilir:

62-1 «İnkasso qaydasında hesablaşmalar»

62-2 «Planlı ödəmələr üzrə hesablaşmalar»

62-3 «Alınmış veksellər» və başqaları


62-1 «İnkassa qaydasında hesablaşmalar» hesa­bın­da yüklənmiş məhsul­lar, yerinə yetirilmiş işlər və xid­mət­lərə görə alıcılar və sifarişçilərə təqdim edil­miş və bank tərəfindən ödənilmək üçün qəbul olunmuş hesablaş­ma­ların uçotu aparılır.


62-2 «Planlı ödəmələrə üzrə hesablaşmalar» sub­­hesabında müəssisənin uzun­müddətli təsərrüfat əla­qə­ləri saxladığı alıcılar və sifarişçilərlə apardığı mü­­təmadi hesablaşmalar üzrə ödənişi ayrıca bir hesab­laşma ödəmə sənədi ilə tamamlanmayan və əsasən planlı ödəniş qaydasında aparılan hesablaşmalar uçota alınır.


62-3«Alınmış veksellər» subhesabında alıcılar və sifarişçilərlə hesablaş­ma­lar üzrə alınmış veksellərlə təmin edilmiş borclar uçota alınır.


62«Alıcılar və sifarişçilərlə hesablaşmalar» he­sa­bının debeti malalanlara təqdim edilmiş hesablanma sə­nədlərindəki məbləğ qədər 46 «Məhsul (iş, xid­mət) satışı», 47 «Əsas vəsaitlərin satışı və sair xaricolmaları», 48 «Sa­­ir aktiv­lə­rin satışı» hesablarının krediti ilə müxa­bir­ləşir.


62 «Alıcılar və sifarişçilərlə hesablaşmalar he­sa­bının krediti daxil olmuş ödənişlər, qəbul edilmiş avans məbləğləri və s. üzrə pul vəsaitlərin və hesab­laş­ma­ları uçota alan hesablarla müxabirləşir. Əgər alıcının borcunu təmin edən alınmış veksellər üzrə faiz nəzərdə tu­tu­lubsa, onda bu borc ödənildikcə 51 «Hesab­laş­ma hesabı»nın debitinə, 62 «Alıcılar və sifarişçilərlə hesablaşmalar» hesabının və 80 «Mənfəət və zərər» hesabının kreditinə yazılışlar edilir.


Hər ayın sonunda bütün alıcılar üzrə hesablaş­ma­lar üzrə qalıq müəyyən­ləşdirilir. Əgər hesabda debet qalığı olarsa onda bu alıcıların borcunu, kredit qalıbı olduqda isə müəssisənin alıcıya olan borcunu göstərir.


62 «Alıcılarla və sifarişçilərlə hesablaşmalar» hesabı üzrə analitik uçot alı­cı­lara təqdim edilən hər bir hesablaşma sənədi əsasında, planlı ödənişlər qay­da­sında, hesablaşmalır zamanı isə hər bir alıcı və sifarişçi üzrə ayrılıqda aparılır.

Müəssisənin hesablaşma və valyuta hesablarında və digər hesablarda olan pul vəsaitlərinin uçotu

posted in: Uncategorized | 0

Müstəqil balansa malik olan bütün müəssisələr öz­lə­rinin sərbəst pul və­saitini saxlamaq və təsərrüfat maliy­yə əməliyyatlarını aparmaq üçün istədikləri bankda hesablaşma hesabı aça bilərlər.

Azərbaycan Respublikasında mövcud olan qay­da­la­­ra görə hesablar mülkiyyət formasından, fəaliyyət nö­vün­­dən, təşkilati-hüquqi formasından və mənsubiy­yə­tin­dən asılı olmayaraq bütün müəssisələr, iadərlər, təşki­lat­lar, birliklər, digər təsərrüfat subyektləri, o cümlədən hü­qu­qi şəxs olan, yaxud hüquqi şəxs olmayan fizik şəxs­lər, habelə vətəndaşlar üçün açıla bilər.

Hesablaşma, cari və digər hesablar üzrə əməliy­yat­lar Azərbaycan Res­pub­likasının qanunvericiliyi və Azər­bay­can Respublikası Milli Bankının nor­mativ aktları ilə nizama salınır və müəyyən  olunur.

Hesabın açılması ilə əlaqədar bankla müəssisə ara­sın­da münasibətlər iki nüsxədə tərtib olunmuş müqavilə ilə rəsmiləşdirilir.

Hesablaşma, cari və digər hesabların açılmasının rəs­miləşdirilməsi üçün banka aşağıdakı sənədlər təqdim olunmalıdır:

– müəyyən olunmuş qayda da hesabın açıl­ma­sı­na dair ərizə;

– hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəha­dı­­tnamənin notarial qaydada təsdiq olunmuş surəti;

– hüquqi şəxsin müvafiq qaydada təsdiq edilmiş və qeydə alınmış nizamnaməsinin əsli və ya no­ta­rial qay­da­da təsdiq edilmiş surəti;

– hüquqi şəxs olmayan təsərrüfat subyektinin yu­xa­rı təşkilat tərəfindən təsdiq olunmuş əsas­na­məsi;

– təsis müqaviləsinin surəti (yalnız səhmdar və məh­­dud məsuliyyətli cəmiyyətlər üçün müvəq­qəti he­sab­laş­ma hesabı açıldıqda);

– statistika orqanlarında uçot vahidlərinin dövlət re­yestrinə daxil edilməsi haqqında şəhadətna­mə­nin no­ta­rial qaydada təsdiq edilmiş surəti;

– vergi ödəyicilərinin identifikasiya nömrəsinin alın­­ması haqqında bildiriş;

– müəssisə direktoru onun müavini və baş mü­ha­si­bin imzalarının nümunələrinin və müəssisə möhürünün əksini göstərən kartoçka.

Müəssisəyə hesab açılması üçün banka təqdim olunmuş ərizə hesab sahibi­nin rəhbəri və baş mühasibi tərəfindən imzalanır və mö­hürlə təsdiqlənir. Ştatda baş mühasib olmadıqda ərizə müəssisə rəhbəri tərəfindən imzalanır. Mülkiyyət forma­sın­dan və tabeçiliyindən asılı olmayaraq bütün hüquqi şəxslər respublika Ədliyyə orqanlarında dövlət qey­diy­ya­tın­dan keçməlidirlər.

Bank sənədlərinə imza etmək qaydalarına görə bi­rin­ci imza hüququ müəssisə rəhbərinə və onun müavininə, ikinci imza hüququ baş mühasibə məxsusdur. Baş mühasib vəzifəsi mü­əy­yən edilməmiş müəssisələrin hesabları üzrə ikinci imza hüququ baş mühasib hüququnda olan böyük  mühasibə, yaxud hesabdara verilə bilər. Ştatda hesabdar vəzifəsi olma­dıq­da rəhbər ikinci imza hüququnu mühasibat uçotunu apar­maq və hesabat tərtib etmək həvalə olunmuş digər vəzifəli şəxsə verilir. Bu zaman imza və möhür nümu­nə­ləri olan kartoçkada qeyd edilir ki, ştatda hesabdar və­zi­fə­si yoxdur.

Müəssisələrin hesablaşma hesabından bank qeyri-nağd hesablaşmalar üzrə öhdəlikləri, müəssisə xərclərini və tapşırıqlarını ödəyir və eyni zamanda işçi heyyətinə əmək haqqının ödənilməsi və cari təsərrüfat xərclərini tə­min etmək üçün nəğd pul buraxır. Müəssisənin hesablaşma hesabına pul vəsaitinin mədaxil olunması, oradan silinməsi əmə­liy­yatları  hesabın məxsus olduğu müəssisənin yazılı sə­rən­camı və ya onun razılığı əsasında malsatan və pod­rat­çı təşkilatların ödəmə tələbnamələri əsasında icra olu­nur. Ayrı-ayrı hallarda Döv­lət İqtisadi Arbitraj Məh­kə­mə­sinin, məhkəmə, vergi və maliyyə orqan­larının qərar­ları əsasında tələb olunan ödəmə sənədləri müəssisənin razılığı olmadan icra olunur.

Müəssisənin razılığı olmadan onun hesablaşma he­sa­bından dövlət büdcəsinə nəzərdə tutulan ödəmələr, sosial təyinatlı fondlar üzrə ödəmələr, gömrük əmə­liy­yat­ları üzrə ödəmələr aparıla bilər.

Müəssisə hesablaşma hesabında pul vəsaitinin ça­tış­mamazlığı və ya olmaması vəziyyəti yaratdıqda ödənməsi üçün he­sa­b­laşma hesabına daxil olan və xüsusilə ver­gi və digər bu kimi tədiyyələr bankda xüsusi kar­ta­tey­kada uçota alınır və pul vəsaitinin daxil olunması ilə ödənilir.

Bankla müəssisə arasında qəbul olunmuş razılaş­maya görə bank hər gün müəssisənin hesablaşma hesabında aparılmaş əməliyyatların nəticə­lə­rinə dair müəssisəyə çıxarışı verməlidir. Həmin çıxarışda bütün gün­də­lik əməliyyatların nəticələri və hesabda olan pul və­sa­i­tinin günün əvvəlinə və sonuna olan qalığı göstərilir. Eyni zamanda bank çıxarışına aparılan əməliyyatlırı təsdiq edən sənədlər əlavə olunur. Müəssisənin mühasibatlığında əks etdirilmiş əməliyyat­ların düzgünlüyü ilkin sənədlərlə yoxlanılır və müəyyən səhvlər aşkar edil­dik­də banka məlumatlar verilir.

Bankdakı hesablaşma hesabında saxlanılan pul və­saitilərinin mövcudluğu və hərəkəti hesablar Pla­nın­da müəyyən olunmuş 51«Hesablaşma hesabı»nda uçota balınır. Hesab aktiv hesabdır.

51 «Hesablaşma hesabı»nın debitində müəs­si­sənin hesablaşma hesabına pul vəsaitlərinin daxil olması, kreditində isə onların həmin hesab­dan sislinməsi əks etdirilir. Hesablaşma hesabı üzrə əməliyyatlar mühasibat uçotunda həmin hesab üzrə bank çıxarışları və onlara əlavə edilən pul-hesablaşma sənədlərinə əsasən əks olunur.

Hesablar Planında 50 «Kassa», 51 «He­sab­laşma hesabı» hesablarından baş­qa 55 saylı «Bank­lar­da olan xüsusi hesablar» hesabı da nəzərdə olun­muş­dur. 55 «Banklarda olan xüsusi hesablar» hesabı mil­li və xarici valyuta ilə ölkə ərazisində və xaricdəki akkredi­tiv­lər­də, çek kitabçalarında və digər ödəmə sə­nəd­lərində (veksellərdən başqa) cari, ayrı və digər xüsusi hesablarda olan pul və­saitlərinin mövcudluğunu və hə­rəkəti, həmçi­nin məqsədli maliyyələşdrmə üzrə vəsaitlərin (daxil­olma­la­rın) ayrıca saxlanmasının nəzərdə tutulmuş hissə­sinin hərə­kə­ti haqqında məlumatların ümumiləş­di­ril­məsi üçün istifadə edilir.

55 «Banklarda olan xüsusi hesablar» hesabı üz­rə aşağıdakı subhesablar açıla bilər:

55-1 «Akkreditivlər»,

55-2 «Çek kitabçaları» və başqaları.

Akkreditiv hesablaşma formasında alıcı ilə satıcı mü­­əssisə arasındakı məh­­sul alqı-satqısı üzrə aparılan hesablaşmalarda is­tifadə olunur. Akkre­di­tivlər forma­sın­da hesablaşmaların həyata keçirilməsi Azərbaycan Respub­li­ka­sının müva­­fiq normativ sənədləri ilə nizamlanır.

Bu hesablaşma formasında mal alan müəssisə yazılı formada ona xidmət edən banka akkreditivin açılmasına dair göstəriş verir. Həmin sənəddə malsatanın adı, ün­va­nı, akkreditiv məbləği,  etibarlılıq vaxtı, alınacaq malın adı və pul məbləğinin malsatana ödənməsi üçün təqdim olunacaq sənədlər və digər lazımi məlumatlar öz əksini tapmalıdır.

Akkreditivin ödənilməsindən sonra alıcının ban­kı­na qəbz göndərilir və onun əsasında malalanın hesab­ın­dan pul vəsaiti silinir.

Pul vəsaitlərinin akkreditivlərə köçürülməsi 55 «Banklarda olan xüsusi he­­sablar» hesabının debitində, 51 «Hesablaşma hesabı», 52 «Valyuta hesabı», 90 «Qısamüddətli bank kreditləri» və digər müvafiq hesabların kreditində əks etdirilir.

55 «Banklarda olan xüsusi hesablar» hesabın­da uçota alınmış Akkre­di­tiv­lər­də olan vəsaitlər istifadə olun­duqca (bankın çıxarışlarına əsasən) bir qayda ola­raq 60 «Malsatan və podratçılarla hesab­laş­malar» hesabının debitinə sili­nir. Akkreditivlərdəki istifadə olun­mayan vəsaitlər bank tərəfindən onların kö­çü­­rül­dü­yü hesaba bərpa olunduqda 51 «Hesab­laş­ma hesabı», yaxud 52 «Val­yuta hesabı»nın debi­tin­də və 55 «Banklarda olan xüsusi hesablar» hesab­ı­nın kreditində əks olunur.

Əmtəə – material qiymətlilərinin alınması, xidmətlər gös­tə­ril­məsi ilə əlaqədar olaraq hesablaşmalarda çek kitab­ça­la­rından istifadə oluna bilər. Bunların uçotu 55 «Bank­larda olan xüsusi hesablar» hesabının 55/2 «Çek kitabçaları» subhesabında aparılır.

Çeklərlə hesablaşmaların aparılması qaydaları bankların təminatları əsasənda nizamlanır.

Çek kitabçaları verilərkən vəsaitəlrin deponentləş­di­­ril­mə­si 55 «Banklarda olan xüsusi hesablar» he­sa­bı­nın debitində, 51 «Hesablaşma hesabı», 52 «Val­yu­ta hesabı», 90 «Qısamüddətli bank kre­di­t­ləri»  və digər müvafiq hesabların kreditində əks etdirilir. Bankdan alınmış çek kitabçaları üzrə məbləğlər, müəs­sisənin verdiyi çeklər ödəndikcə, yəni bank ona təqdim edilən çeklərin məb­ləq­lərini ödədikcə (bank çıxarışlarını əsasən) 55 «Banklarda olan xüsusi hesablar» hesa­bı­nın kreditindən hesablaşmaların uçotunu aparamaq üçün nəzərdə tutu­lan hesabların (76 «Müxtəlif de­bi­tor və kreditorlar hesablaşmalar və s.») debi­ti­nə ya­zıl­maq­la silinir. Verilmiş, ancaq bank tərəfindən ödənil­mə­miş (ödən­mək üçün təqdim edilməmiş) çeklərdən məb­ləğ­lər 55«Banklarda olan xüsusi hesab­lar» hesabı­n­da qalır. 52-2 «Çek kitabçaları» subhesabı üzrə qalıq bank çıxarı­şında göstərilən qalıqla uyğun olmalıdır. Banka qaytarılmış məbləğlər (istifadə olun­ma­yan qalıq) 51«Hesablaşma hesabı», yaxud 52«Val­yu­ta hesabı» ilə mü­xa­bir­ləşməklə 55 «Bank­lar­da olan xüsusi hesablar» hesabının kreditində əks etdirilir.

55-2 «Çek kitabçaları» subhesabı üzrə analtik uçot alınmış hər bir çek kitabçası üzrə aparılır.

Bazar iqtisadiyyatı şəraitində bir sıra müəs­si­sələr təsərrüfat-maliyyə əmə­liyyatlarının həyata keçi­ril­mə­sində bankdakı valyuta hesablarından istifadə edirlər. Bununla əlaqədar olaraq müəssisələrdə bankda vəlyuta hesabı açılır.

Bankda valyuta hesabının açılması hesab­laş­ma hesabının açılmasna oxşar qaydada aparılır. Əgər müəssisə valyuta hesabını özünün he­sab­laşma hesabı olan bankda açmaq istəyirsə belə halda müəssisə ancaq müəyyən olunmuş qay­dada hesabın açıl­ma­sına dair ərizə, müəssisə rəhbəri, onun müavini və baş mü­hasibin imza nümunələrini və müəssisənin möhü­rü­nün əksini göstərən kartoçka və vergi ödəyicisinin iden­ti­fikasiya nömrəsinə dair bildiriş təqdim etməlidir.

Bank valyuta hesabı açılan müəssisədən xarici val­yu­ta ilə aparılan əməliyyatlara görə komision xərcləri tu­tur. Komision xərclərinin tutulma faizi hər bir bankın özü tərəfindən müəyyən olunur. Bundan başqa müəs­si­sə­lər bankın xidmət etdiyi bütün valyuta əməliyyat­ları­nın aparılması ilə əlaqədar müəyyən xərc də ödəməli­dirlər.

Valyuta hesabında pul vəsaitlərinin sintetik uçotu 52 saylı «Valyuta hesabı»nda aparılır, bu hesab ölkə ərazisində və xarici banklardakı valyuta hesablarında olan xarici valyuta ilə pul vəsaitlərinin möv­cudluğunu və hərəkəti haqqında məlumatları ümu­mi­ləşdirmək üçün nəzərdə tutulmuşdur.

52 «Valyuta hesabı»nın debitində müəssisənin valyuta hesabına daxil olan pul vəsaitləri, kreditində isə onların həmin hesablardan silinməsi əks etdirilir. Müəs­sisənin valyuta hesabının krediti və ya debitinə səhvən yazılmış və bank çıxarışlarının yoxlanılması zamanı aş­kar edilmiş məbləğlər 63 saylı «İddialar üzrə hesab­laş­ma­lar» hesabında əks etdirilir.

Valyuta hesabı üzrə əməliyyatlar mühasibat uço­tun­da ğank çıxarışlarına və onlara əlavə edilən pul hesab­laşma sənədlərinə əsasən əks etdirilir.

52 «Valyuta hesabı»nın aşağıdakı subhesabları açıla bilər:

52-1 «Ölkə daxilində valyuta hesabları»

52-2 «Xaricdəki valyuta hesabları»

52 «Valyuta hesabı» üzrə analtik uçot xarici val­yuta ilə pul vəsaitlərinin saxlanması üçün bank ida­rə­lə­rində açılmış hər bir hesab üzrə aparılır.

Xarici valyuta əməliyyatlarının uçotunun təşkilində müəssisələrdə xarici valyuta vəsaitlərinin məzənnə fərqi­nin mühasibat uçotunda əks etdirilməsi prin­siplərinin düz­gün yerinə yetirilməsi mühüm məsələdir. Bunu nəzərə alaraq Azərbaycan Respublikası Vergilər Nazirliyi 16 sentyabr 1994-cü il tarixli qə­rarı ilə xarici valyuta və­sa­itlərinin məzənnə fərqinin mühasibat uçotunda əks et­di­rilməsi qaydalarını müəyyən etmişdir.

Müəssisə xarici valyuta üzrə bütün əməliyytları Azər­baycan Respublikası Milli Bankının əməliyyatın baş verdiyi tarixə mövcud valyuta məzənnələrinə uyğun olaraq qiymətləndirir və valyuta hesab­larındakı valyu­ta­ları hər dəfə məzənnələr dəyişdikcə yenidən qiy­mət­lən­dirir.

Valyuta hesabındakı valyutaların (növlər üzrə) Milli Bankın məzən­nə­lə­ri­nə uyğun olaraq hər dəfə yenidən qiymətləndirildiyi zaman dövr üzrə artan mə­zənnə fərqi həmin valyutaların isti­fa­də məqsədləri nəzər alınmaqla müvafiq hesablarda uçota alınır.

Bank hesabları, öhdəlikləri və hesablaşmaları üzrə xarici valyuta əməliy­yatları, eləcə də xarici valyuta ilə daxil olmuş material qiymətliləri, qeyri-maddi aktivlər, qiymətli kağızlar və əmlakın digər növləri mühasibat uçotunda əmə­liyyatın aparılma tarixində Milli Bankın qüvvədə olan valyuta mə­zən­nələri üzrə xarici valyutanın yenidən haqq – hesab edil­məsi yolu ilə qiymətlən­diri­lərək müəyyən edilmiş məb­ləğdə valyuta hesablaşmalarının və tədiy­yələrinin ana­litik uçotunda da göstərilir.

Banklarda və digər kredit idarələrindəki valyuta he­sablarında olan vəsait qalıqları, pul sənədləri də daxil olmaqla digər pul vəsaitləri, qiymətli kağızlar, xarici val­yu­ta ilə debitor və kreditor borcları maliyyə (mühasibat) hesabat­larında hesabat dövrünün sonuncu gününə Milli Bankın valyuta məzənnələri üzrə xarici valyutaların yenidən haqq-hesab edilməsi yolu ilə qiymətlən­di­ri­lərək müəyyən edilmiş məbləğdə manatla əks etdirilir.

Müəssisənin sərəncamında dövriyyə vəsaiti, eyni zamanda təsisedici sə­nəd­lərə uy­ğun oalarq müəssisədə nizamnamə kapitalı kimi mövcud olan xarici valyuta vəsaitləri üzrə məzənnə fərqi il ərzində 52 «Valyuta hesabı»nın və 83 «Gə­lə­cək dövrün gəlirləri hesabı»nın müvafiq subhesablarında uçota alınır.

Qısa və uzun müddətli borclar kimi mövcud olan xarici valyuta üzrə məzənnə fərqi həmin borclar qaytarılana qədər pul vəsaitlərini uçota alan hesabların və 94 saylı «Qısamüddətli borclar» və 95 saylı «Uzun­müd­dətli borclar» hesablarının müvafiq subhesablarında uçota alınır. Uzunmüddətli və qısamüddətli kredit kimi dövriyyədə olan xarici valyuta üzrə məzənnə fərqi hə­min kreditlər qaytarılanadək 52 «Valyuta hesabı», 90 «Qısamüddətli bank kreditləri» və 92 «Uzunmüddətli bank kreditləri» hesablarında uçota alınır.

Xarici valyuta ilə aparılan əməliyyatlar üzrə məzən­nə fərqləri, o cümlədən mühasibat balansının tərtib edildiyi tarixə borcların yenidən qiymətləndi­ril­məsindən olan fərqlər il ərzində 83 «Gələcək dövrlərin gə­lir­lə­ri hesabı»nda uço­ta alınır və ilin sonunda müvafiq borc­lar qaytarılanadək edilən güzəştlər alınmaqla 80 «Mənfəət və zərər hesabı»na aid edilir.