Gəlirin dəqiqləşdirilməsi

posted in: Uncategorized | 0

Fiziki şəxsin aldığı və AR Vergi Məcəlləsinin 122-ci, 123-cü, 124-cü, 150.1.9-cu və 150.1.10-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikasında ödəmə mənbəyindən vergi tutulmuş dividend, faiz, icarə haqqı, royalti, daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlər və idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından əldə edilən uduşlar ümumi gəlirdən çıxılır.

Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir

posted in: Uncategorized | 0

Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən, gəlirlərdən ibarətdir.


Sahibkarlıq fəaliyyətindən gəlirə aşağıdakılar aiddir:

  • sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir;
  • sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir;
  • əsas vəsaitlərin təqdim edilməsindən alınan və bu AR Vergi Məcəlləsinin 114.7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilən məbləğlər;
  • bu Məcəllənin 141-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir.

Qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə, o cümlədən aşağıdakılar aiddir:

  • faiz gəliri;
  • dividend;
  • əmlakın icarəyə verilməsindən gəlir;
  • royalti;
  • vergi ödəyicisinə bağışlanmış borcun məbləği, bu Məcəllənin 98.2.4-cü maddəsində göstərilənlər istisna olmaqla;
  • sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir;
  • təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği bu Məcəllənin 98.2.2-ci maddəsində göstərilənlər istisna olmaqla;
  • vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir(təqdim olunduğu və ya vergitutma məqsədləri üçün amortizasiya hesablandığı təqdirdə) — əmək haqqından başqa.
  • həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq;
  • xüsusi notarius tərəfindən aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar;
  • vəkillik fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haq;
  • idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından əldə edilən uduşlar.

Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir

Muzdlu işlə əlaqədar alınan gəlir

posted in: Uncategorized | 0

Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir — əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.


Gəlirin məbləği, aşağıda göstərilən məbləğdən işçinin əldə etdiyi gəlirə görə ödədiyi hər hansı xərc çıxıldıqdan sonra qalan məbləğə bərabərdir:

  1. fiziki şəxsə banklararası kredit hərracında olan faiz dərəcəsindən aşağı faiz dərəcəsi ilə ssuda verildiyi halda — bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğ arasındakı fərq;
  2. işə götürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi halda — bu cür malların, işlərin və xidmətlərin bazar qiyməti ilə dəyəri;
  3. işçinin xərclərinin əvəzi ödənildiyi halda — ödənən vəsaitin məbləği;
  4. işçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı halda — həmin borcun və ya öhdəliyin məbləği;
  5. İşəgötürən tərəfindən ödənilən sığorta haqları;

Hər hansı digər halda — normativ-hüquqi aktlarda başqa qiymətləndirmə metodu göstərilmirsə, bu Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsinə uyğun olaraq müəyyən edilən dəyər.

Faktiki ezamiyyə xərclərinin, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin və ya digər işgüzar xərclərin əvəzinin ödənilməsi gəlirə daxil deyildir.

Bu Məcəllənin 98.2-ci maddəsində göstərilən məbləğlərə və xərclərə aksizlər, əlavə dəyər vergisi və qiymətləndirilən əqdlə əlaqədar işə götürənin ödəməli olduğu hər hansı digər vergi daxildir.

İşə götürən tərəfindən bu Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulmuş xərclərin çəkilməsinin nəticəsi kimi əldə edilən gəlir vergi tutulan gəlirə aid deyildir.

Muzdlu işlə əlaqədar alınan gəlir

Gəlirlərə nələr aiddir?

posted in: Uncategorized | 0

Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir.

Qeyri-rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikası mənbələrindən əldə etdiyi gəlirlərdən ibarətdir.

Gəlirlərə aiddir:

  • muzdlu işlə əlaqədar əldə edilən gəlir;
  • muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir;
  • vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər.