Ehtiyatlar haqqında ümumi anlayış

posted in: Uncategorized | 0

Mal-material ehtiyatlarına aşağıdakı aktivlər aiddir:

müəssisənin işinin normal gedişatı zaman satış məqsədilə saxlanılan;

satış üçün istehsal prosesində hazırlanmaqda olan; və ya

istehsal və ya xidmlərin göstərilməsi prosesində sərf edilən xammal və materiallar formasında çıxış edən.

 

Mümkün xalis satış dəyəri müəssisənin işinin normal gedişatı zaman nəzərdə tutulmuş satış qiymətindən işin tamamlanmasına çəkilməsi ehtimal edilən xərclər və satışın həyata keçirilməsi üçün ehtimal edilən xərclər çıxıldıqdan sonra qalan məbləğdir.

Ədalətli dəyərmüstəqil, yaxşı məlumatlandırılmış tərəflər arasında aktivlərin mübadilə edilə biləcəyi və ya öhdəliyin yerinə yetirilə biləcəyi məbləğdir.


Mümkün xalis satış dəyəri müəssisənin işinin normal gedişatıadi zaman ehtiyatların satışı nəticəsində əldə edilməsi ehtimal edilən xalis məbləğdir. Ehtiyatın ədalətli dəyəri onun müstəqil və yaxşı məlumatlandırılmış tərəflər arasında bazarda mübadilə nəticəsində əldə edilə biləcəyi məbləği əks etdirir. Sözü gedən anlayışlardan birincisi müəssisəyə xas olan dəyərdir, digəri isə deyil. Ehtiyatların mümkün xalis satış dəyəri satış xərcləri çıxılmaqla, ədalətli dəyərə bərabər olmaya bilər.


Ehtiyatlara nələr daxildir?

Ehtiyatlara, məsələn pərakəndə satıcı tərəfindən alınmış və təkrar satış üçün nəzərdə tutulmuş əmtəələr, mallar, təkrar satış üçün nəzərdə tutulmuş torpaq və ya digər mülkiyyət kimi təkrar satış məqsədilə əldə edilmiş və saxlanılan mallar daxildir. Ehtiyatlara, həmçinin müəssisə tərəfindən istehsal edilmiş hazır məhsul və ya bitməmiş istehsal, və həmçinin istehsal prosesində istifadə olunmaq üçün saxlanılan xammal və materiallar daxildir. Xidmət sahəsində fəaliyyət göstərən subyektlərə gəldikdə isə, hazırkı Standartın 19-cu maddəsinə uyğun olaraq, ehtiyatlara müəssisə tərəfindən hələ müvafiq gəlirin tanınmadığı xidmətlərin göstərilməsi üçün çəkilmiş məsrəflər daxildir

Rəhbər işçilərin xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr

posted in: Uncategorized | 0

Rəhbər işçilərin xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası

Sıra

-si

Rəhbər işçinin vəzifəsi Əlavə

(faizlə)

1 2 3
1. Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədrləri 100
2. Azərbaycan Respublikası Baş nazirinin müavinləri, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi sədrinin müavinləri; Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparat rəhbərləri; Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Hesablama Palatasının, Məhkəmə-Hüquq Şurasının, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədrləri, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman), Azərbaycan Respublikasının Baş prokuroru, Azərbaycan Respublikası apellyasiya məhkəmələrinin sədrləri, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinin müavinləri, Azərbaycan Respublikası Hesablama Palatasının auditorları, Bakı Şəhər İcra Hakimiyyəti başçısı[10] 50
3. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri; Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin müavinləri, Azərbaycan Respublikası apellyasiya məhkəmələrinin sədr müavinləri, Məhkəmə-Hüquq Şurasının üzvləri, Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavinləri, Azərbaycan Respublikası Hesablama Palatasının auditorları; Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanların rəhbərləri və müavinləri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədr müavinləri, Azərbaycan Respublikası Baş prokurorunun müavinləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında olan icra hakimiyyəti orqanlarının rəhbərləri və müavinləri, Azərbaycan Respublikasının yüksək səviyyəli nümayəndə heyətlərininxarici ölkələrə rəsmi səfərləri ilə bağlı protokol tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar ezam olunan şəxslər 30

Qeydlər:

1. Cədvəlin 1-ci və 2-ci hissələrində göstərilən şəxslərə xidməti ezamiyyətlər zamanı ezamiyyə xərclərinin 1 günlük normasının 10 faizi məbləğində hər gün üçün nümayəndəlik xərcləri ödənilir. Həmin şəxslərə və diplomatik fəaliyyəti dövründə Fövqəladə və Səlahiyyətli Səfirdiplomatik rütbəsi və ya vəzifəsiolanlara, eləcə də Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış hökumətlərarası komissiyaların tərkibinə daxil olan şəxslərə nəqliyyat xərcləri təyyarə üçün biznes klass , dəmiryol qatarları üçün biznes klass və ya 2 yerli kupeli yumşaq vaqon tarifləri ilə ödənilir, bütün digər hallarda nəqliyyat xərcləri təyyarə üçün ekonom klass , dəmiryol qatarları üçün 4 yerli kupeli vaqon tarifləri ilə ödənilir.

2. Azərbaycan Respublikasının yüksək səviyyəli nümayəndə heyətlərinin rəhbərləri beynəlxalq tədbirlərdə və ikitərəfli görüşlərdə iştirak etmək üçün xarici ölkələrə ezam olunduqda, qəbul edən tərəfin protokol qaydalarına uyğun olaraq mehmanxanada yerləşdirildikdə, ezamiyyə xərcləri təqdim olunmuş sənədlərə əsasən faktiki mehmanxana xərclərinin 1 günlük məbləği ezamiyyə xərclərinin 1 günlük normasının cədvəldəki əlavələr nəzərə alınmaqla, 60 faizindən çox olduğu hallarda, həmin fərq mehmanxana günləri üçün ezamiyyə xərclərinə əlavə xərc olaraq ödənilir. Bu qayda ilə mehmanxanada yerləşdirilən həmin rəsmi nümayəndə heyətinin digər üzvlərinin ezamiyyə xərcləri təqdim olunmuş sənədlər əsasında müvafiq ölkələr üzrə müəyyən edilmiş ezamiyyə xərclərinin 1 günlük normasından 1,5 dəfədən çox olmamaq şərtilə ödənilir.

3. Cədvəldə göstərilən rəhbər işçilər onlar üçün müəyyən edilmiş əlavələrdən yalnız birini almaq hüququna malikdirlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları

posted in: Uncategorized | 0
Sıra -si Ölkənin adı Valyutaların adı Ezamiyyə xərclərinin 1 günlük norması
1. 2. 3. 4.
1. Rusiya Federasiyası ABŞ dolları 150
Moskva və Sankt-Peterburq şəhərləri 240
2. Tacikistan ABŞ dolları 140
Düşənbə şəhəri 160
3. Özbəkistan ABŞ dolları 100
Daşkənd şəhəri 160
4. Belarus ABŞ dolları 140
Minsk şəhəri 180
5. Ukrayna ABŞ dolları 160
Kiyev şəhəri 210
6. Moldova ABŞ dolları 110
Kişineu şəhəri 150
7. Qazaxıstan ABŞ dolları 130
Almatı və Astana şəhərləri 200
8. Qırğızıstan ABŞ dolları 130
Bişkek şəhəri 160
9. Gürcüstan ABŞ dolları 140
Tbilisi şəhəri 155
10. Türkmənistan ABŞ dolları 95
Aşqabad şəhəri 130
11. Latviya avro 105
Riqa şəhəri 140
12. Litva avro 120
Vilnüs şəhəri 145
13. Estoniya avro 95
Tallin şəhəri 140
14. Böyük Britaniya İngiltərə funt sterlinqi 170
London şəhəri 190
15. Lixtenşteyn avro 200
16. Avstriya avro 185
17. Almaniya avro 225
18. Belçika avro 215
19. İrlandiya avro 215
20. Monako avro 195
21. Norveç avro 225
22. Niderland avro 225
23. San-Marino avro 215
24. Fransa avro 205
Paris şəhəri 250
25. Türkiyə avro 150
Ankara və İstanbul şəhərləri 165
26. İtaliya avro 185
27. Xorvatiya avro 185
28. Bosniya və Herseqovina avro 160
29. Danimarka avro 180
30. İsveçrə avro 210
31. Lüksemburq avro 190
32. Makedoniya avro 190
33. Kipr avro 160
34. Macarıstan avro 160
35. Malta avro 160
36. Portuqaliya avro 170
37. Slovakiya avro 160
38. Finlandiya avro 210
39. Çexiya avro 190
40. Serbiya avro 155
41.[5] Monteneqro avro 155
42. Andorra avro 200
43. Albaniya avro 160
44. Yunanıstan avro 180
45. İslandiya avro 190
46. İspaniya avro 200
47. Polşa avro 175
48. İsveç avro 225
49. Bolqarıstan avro 135
50. Rumıniya avro 175
51. Sloveniya avro 145
52. ABŞ ABŞ dolları 330
Nyu-York şəhəri 350
53. Argentina ABŞ dolları 195
54. Braziliya ABŞ dolları 225
55. Kanada ABŞ dolları 190
56. Meksika ABŞ dolları 165
57. Amerika qitəsi üzrə digər ölkələr ABŞ dolları 165
58. Bəhreyn ABŞ dolları 165
59. Səudiyyə Ərəbistanı ABŞ dolları 165
60. Birləşmiş Ərəb Əmirlikləri ABŞ dolları 235
61. İordaniya ABŞ dolları 140
62. İran ABŞ dolları 160
63. Qətər ABŞ dolları 180
64. Küveyt ABŞ dolları 180
65. Oman ABŞ dolları 170
66. Suriya ABŞ dolları 160
67. İraq ABŞ dolları 160
68. İsrail ABŞ dolları 170
68-1. Fələstin ABŞ dolları 170
69. Livan ABŞ dolları 170
70. Liviya ABŞ dolları 170
71. Bruney ABŞ dolları 155
72. Yəmən ABŞ dolları 185
73. Əlcəzair ABŞ dolları 165
74. Mərakeş ABŞ dolları 180
75. Misir ABŞ dolları 180
76. Tunis ABŞ dolları 180
77. Seneqal ABŞ dolları 185
78. Sudan ABŞ dolları 165
79. Cibuti ABŞ dolları 155
80. Çad ABŞ dolları 225
81. Cənubi Afrika Respublikası ABŞ dolları 240
82. Afrika qitəsi üzrə digər ölkələr ABŞ dolları 155
83. Çin Xalq Respublikası ABŞ dolları 185
84. Sinqapur ABŞ dolları 235
85. Tailand ABŞ dolları 205
86. Malayziya ABŞ dolları 205
87. Şri-Lanka ABŞ dolları 155
88. Hindistan ABŞ dolları 155
89. Nepal ABŞ dolları 155
90. Banqladeş ABŞ dolları 155
91. Pakistan ABŞ dolları 165
92. [7] Butan ABŞ dolları 145
92-1[8] Myanma ABŞ dolları 155
93. Monqolustan ABŞ dolları 145
94. Laos ABŞ dolları 155
95. Vyetnam ABŞ dolları 155
96. İndoneziya ABŞ dolları 205
97. Əfqanıstan ABŞ dolları 175
98. Kamboca ABŞ dolları 175
99. Mavritaniya ABŞ dolları 175
100. Mali ABŞ dolları 195
101. Maldiv adaları ABŞ dolları 165
102. Hibraltar avro 150
103. Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ dolları 225
104. Koreya Respublikası ABŞ dolları 245
105. Yaponiya Yapon iyeni 34720
106. Filippin ABŞ dolları 210
107. Yeni Zelandiya ABŞ dolları 195
108. Avstraliya və Okeaniya ABŞ dolları 195

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

Ezamiyyə xərclərinin normaları haqqında

posted in: Uncategorized | 0

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Dövlət büdcəsi xərclərinin proqnozlaşdırılmasında istifadə olunan ezamiyyə xərclərinin normalarını təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 65,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 50,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 45,0 manat müəyyən edilsin.

Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir.

1-1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi ödənilir.

2. Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları təsdiq edilsin (1 nömrəli əlavə).

3. Rəhbər işçilərin xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası təsdiq edilsin (2 nömrəli əlavə).

4. Müəyyən edilsin ki, ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna olmaqla) və digər xidmətlər ilə bağlı xərclər daxildir.

5. Nəqliyyat xərcləri (ezam olunma yerinə getmək və qayıtmaq, ölkə-daxili xərclər) təqdim edilən sənədlər əsasında ödənilir.

6. Daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 10,0 manat əlavə vəsait verilir.

7. Müəyyən edilsin ki:

  • büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda ezamiyyə xərcləri onlara bu məqsəd üçün büdcədə nəzərdə tutulan vəsaitlər dairəsində, digər təşkilatlarda isə onların öz vəsaitləri hesabına ödənilir;
  • büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlar istisna olmaqla digər təşkilatlar ezamiyyə xərclərinin ödənilməsi üçün öz sərəncamlarında qalan mənfəət hesabına bu qərarla müəyyən edilmiş normalardan əlavə vəsait ayıra bilərlər;
  • büdcədən maliyyələşdirilən dövlət orqanlarında işin xüsusiyyətləri ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının ərazisi daxilində xidməti minik avtomobilləri ilə xidməti ezamiyyətə gedilməsi zəruri olan hallarda avtomobil nəqliyyatı vasitələri üçün müəyyən edilmiş aylıq yürüş həddindən artıq yol qət edildiyi təqdirdə, sərf edilən yanacağın dəyəri təsdiqedici sənədlər əsasında ezamiyyə xərcləri üçün nəzərdə tutulmuş vəsaitlər hesabına nəqliyyat xərci kimi ödənilir.

8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 1 ay müddətində İşçilərin ezamiyyə qaydaları nı hazırlayıb müvafiq qaydada təsdiq etsinlər.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı təsdiq edilsin (əlavə olunur).

Bu qərar 2008-ci il martın 1-dən qüvvəyə minir.

Ezamiyyə xərclərinin normaları haqqında