20 «Əsas istehsalat» hesabının debetində bilavasitə məhsul buraxılışı, yerinə yetirilən iş və göstərilən xidmətlərlə əlaqədar birbaşa (müstəqim) məsrəflər, köməkçi istehsalatların xərcləri, istehsala xidmət və onun idarə edilməsi ilə əlaqədar (qeyri-müstəqim) xərclər və istehsal zayından əmələ gələn itkilər əks etdirilir. Köməkçi istehsalatların xərcləri 23 «Köməkçi istehsalat» hesabının kreditindən, istehsala xidmət və onun idarə edilməsi ilə əlaqədar xərclər isə 25 «Ümumistehsalat xərcləri», 26 «Ümumtəsərrüfat xərcləri» hesablarının kreditindən 20 «Əsas istehsalat» hesabının debetinə silinir.
20 «Əsas istehsalat» hesabının krediti üzrə istehsalı başa çatmış məhsulun yerinə yetirilmiş iş və xidmətlərin faktiki maya dəyərinin məbləği əks etdirilir. Bu məbləğlər 20«Əsas istehsalat» hesabının kreditindən 40«Hazır məhsul», 46«Məhsul (iş, xidmət) satışı», hesablarının debetinə yazılmaqla silinir.
20 «Əsas istehsalat» hesabı üzrə hesabat ayının sonuna olan qalıq bitməmiş istehsalın dəyərini göstərir.