Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı və Sumqayıt şəhərlərində işəgötürənlərin iştirakı ilə seminar keçirib

posted in: Xəbər | 0

seminarDövlət Əmək Müfəttişliyi Xidməti Bakı və Sumqayıt şəhərlərində işəgötürənlərin iştirakı ilə seminar keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı və Sumqayıt şəhərlərində işəgötürənlərin iştirakı ilə “Kollektiv müqavilə və sazişin bağlanmasının ümumi qaydaları”, “Nəqliyyat iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması”,“Əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları”, “Əmək şəraiti, əmək funksiyası və bunların tətbiqini tənzimləyən hüquq normaları” və “Xidmət iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında seminar keçirib. Tədbirdə Bakı şəhəri üzrə Nizami, Yasamal, Qaradağ rayonlarından və Xızı rayonundan olan işəgötürənlər iştirak edib.

Bax: Vergilər Nazirinə xüsusi rütbə verilib

Seminarda əmək münasibətlərinin qanunvericiliklə və əmək müqaviləsi bağlamaqla tənzimlənməsinin hüquqi əsasları diqqətə çatdırıb. Əmək müqaviləsinin bağlanması, onun şərtlərinin dəyişdirilməsi, eləcə də əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydalarından bəhs olunub. Əmək münasibətlərinin əmək müqaviləsi əsasında qurulmasının işçilərin əmək və sosial müdafiə hüquqlarına əsaslı təminat yaratdığı, müqavilə olmadan həyata keçirilən əmək münasibətlərinin isə işçinin gələcək sosial təminatına heç bir əsas, imkan yaratmayan qeyri-rəsmi məşğulluq halı olduğu vurğulanıb. Kollektiv müqavilənin hazırlanması və bağlanmasının qaydaları, onun məzmunu və qüvvədə olma müddəti, həmin müqaviləyə əlavə və dəyişikliklər edilməsi, yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı müvafiq qayda və prinsiplər diqqətə çatdırılıb. Kollektiv saziş, onun hazırlanması və bağlanması qaydaları və s. barədə məlumat verilib.

Mənbə: mlspp.gov.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.    

 

“AZM Trading” MMC Baş mühasib axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Baş mühasibVəzifə: Baş mühasib

İşəgötürən: “AZM Trading” MMC

Əmək haqqı: 1000  AZN

İşin təsviri:

–  Vergi və mühasibat uçotunun aparılması
–  Mühasibat sənədlərinin düzgün tərtib edilməsi
–  Bütün növ hesabatların (xüsusi ilə Mənfəət bəyannaməsi) hazırlanması və aidiyyəti orqanlara Vergi Departamenti, DSMF və Statiştika Şöbəsi  təqdim edilməsi
–  Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq  yazışmaların aparılması
–  Bank əməliyyatlarının həyata keçirilməsi
–  Əmək haqqı, məzuniyyətlərin hesablanması
–  Əməliyytaların 1C  8.3. (rus) proqramına işlənməsi .

Bax: Təcrübəçi Mühasib tələb olunur

Tələblər:

– Maliyyə istiqamətində ali təhsil
– Əmək Məcəlləsi, Vergi Məcəlləsi, müvafiq normativ-hüquqi sənədlər, müəssisədaxili   normativ sənədlər, İş vaxtının uçotu
– Maliyyə büdcəsinin hazırlanma qaydaları
– Maya dəyərinin hesablanması qaydaları
– Avans hesablarının təlimatı
– Şirkətin uçot siyasəti
– MS Office, 1C 8.3 (rus) proqramlarında sərbəst işləməyi bacarmalıdır

İş qrafiki:

– Bazar ertəsi – Cümə:  09:00  – 18:00
– Şənbə : 09.00  – 13.00

Maraqlanan  namizədlər mövzu yerində “Baş mühasib” yazmaqla CV-lərini hr@azmtrading.az / info@finstaff.az ünvanına göndərə bilərlər.

Mənbə: jobsearch.az

Bax: Veysəloğlu Şirkətlər Qrupu 1 il iş təcrübəsi olan Mühasib axtarır

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.  

Vergilər Nazirinə xüsusi rütbə verilib

posted in: Vergi, Xəbər | 0

rütbəM.Ç.Cabbarova 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının vergilər naziri Mikayıl Çingiz oğlu Cabbarova 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 oktyabr 2018-ci il.

Mənbə: president.az

Bax: Sadələşdirilmiş verginin dərəcəsinin endirilməsi təklif olunur

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.    

 

Azərbaycanda 8 yerli şirkət ləğv edildi

posted in: Vergi, Xəbər | 0

 

yerli şirkət ləğv edildi

  • “MM Holding” MMC (VÖEN: 1303410221) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, H. Cavid prospekti, 520-ci məhəllə, ev 21, mənzil 2 ünvanına bildirə bilərlər.
  • “Art Class” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1404103181) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov küçəsi, ev 10 ünvanına bildirə bilərlər.
  • “Həkəri-2016” MMC (VÖEN: 1503170141) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 2/4, mənzil 5 ünvanına bildirə bilərlər.

Bax: 3 xarici şirkət Azərbaycandan getdi

  • “Flora-2016” MMC (VÖEN: 2100820621) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Şirvan şəhəri, S.Ə. Şirvani küçəsi, ev 4B ünvanına bildirə bilərlər.
  • “Polad Ailə Kəndli Fermer Təsərrüfatı” (VÖEN: 2600516621) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini  Lənkəran rayonu, Lənkəran şəhəri, H.Əsgərov ünvanına bildirə bilərlər.
  • “Nizami 1957” MMC  (VÖEN: 3201073891) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Ağdam rayonu, Ağdam şəhəri ünvanına bildirə bilərlər.
  • “Tikinti İstehsalat – 838” MMC (VÖEN: 3000087861) “Babaoğlu Fermer Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: 3001632751) qoşularaq ləğv olunduğunu elan edir.
  • “Mahrasa” MMC (VÖEN: 2300801811) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, ev 94/1, mənzil 48 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az

Bax: Sadələşdirilmiş verginin dərəcəsinin endirilməsi təklif olunur


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.