Vergilər Nazirliyi: Nəzarət tədbirləri ilə bağlı şikayətlər daha çox daxil olur

posted in: Vergi, Xəbər | 0

Vergilər NazirliyiBu ilin yanvar-sentyabr aylarında təkcə səyyar vergi yoxlamalarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 60% azalıb.

Bu barədə Vergilər Nazirliyinin Sənədlərlə iş və müraciətlərə baxılması departamentinin (Katiblik) baş direktoru Nigar Alimova verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, operativ nəzarət tədbirləri də 28% azalıb.

Bax: Vergilər Nazirinə xüsusi rütbə verilib

“Vergilər Nazirliyinin Sənədlərlə iş və müraciətlərə baxılması departamenti bu ilin əvvəlində təsis olunub. Həmin dövrdən indiyədək həm daxil olan şikayətlərin sayında, həm də onların tərkVergilər Nazirliyiibində ciddi dəyişikliklər olub. Bu, bizə bir çox mesajlar verir. Məsələyə daha geniş yanaşsaq, onu qeyd etmək istərdim ki, sözsüz ki, hər zaman diqqətçəkən məqam daxil olan şikayətlərin daha çox hansı sahələrlə bağlı olması və onların statistik göstəriciləri olub. Vergilər Nazirliyinin əsas funksiyalarından biri vergi nəzarəti tədbirlərini həyata keçirmək olduğu üçün, təbii ki, daxil olan şikayətlər də bu nəzarət tədbirləri ilə bağlı olur. Yəni müraciətlər, əsasən, kameral yoxlamalar, səyyar vergi yoxlamaları, operativ nəzarət tədbirləri, az sayda uçot-qeydiyyat məsələləri, hesabatların vaxtlı-vaxtında təqdim edilməməsi zamanı tətbiq olunmuş maliyyə sanksiyaları ilə bağlıdır. Burada xüsusi ilə onu qeyd etmək lazimdır ki, son dövrlərdə Vergilər Nazirliyi tərəfindən həyata keçirilən əsas siyasət nəzarət tədbirlərinin minimallaşdırılması və qanunsuz nəzarət tədbirlərinin həyata keçirilməsinin qarşısının alınmasıdır. Daxil olan şikayətləri təhlil edərkən gördük ki, bu siyasətin nəticəsində şikayətlərin dinamikasında həm tərkib, həm də say baxımından nəzərəçarpan azalmalar var. Onu da qeyd etmək yerinə düşərdi ki, təkcə səyyar vergi yoxlamalarının keçən ilin müvafiq dövrü ilə müqayisədə 60%, operativ nəzarət tədbirlərinin 28% azalması, eləcə də kameral yoxlamaların sayının əhəmiyyətli dərəcədə aşağı düşməsi həqiqətən böyük göstəricidir və sözsüz ki, daxil olan şikayətlərin tərkibində, məzmununda və sayında çox aydın şəkildə görünür”, – deyə Nazirlik rəsmisi qeyd edib.

Xatırladaq ki, vergilər naziri Mikayıl Cabbarov bir qədər əvvəl bəyan edib ki, Azərbaycanda qeyri-rəsmi məşğulluq, real dövriyyənin gizlədilməsi və vergidən yayınma cəhdləri hələ də var.

Mənbə: report.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.    

 

Yeni məzunlar və tələbələr üçün Təcrübə Proqramı

posted in: Xəbər | 0

tələbələr üçün TəcrübəKAPİTALımız – könüllü təcrübə proqramı (region filialları üzrə)

Kapital Bankın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik. Əsas kapitalımız Siz olun!

Çalışqan, iddialı və bank təcrübəsi qazanmağa həvəslisiz?

Ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank potensiallı gənclərə dəstək olmaq məqsədi ilə bütün region filiallar üzrə “KAPİTALımız” könülü təcrübə proqramını elan edir!

Bax: Təcrübəçi Mühasib tələb olunur

Kimlər müraciət edə bilər?

  • 3-cü və 4-cü kurslarda təhsil alan gənclər və son  2 il ərzində Universiteti bitirənlər
  • İqtisadi və texniki sahədə təhsil alan tələbələrə üstünlük veriləcək
  • Bakı şəhəri üzrə – rus dili biliyinin olması önəmlidir, İngilis dili – arzuolunandır

Necə müraciət etməli?

CV formanızı mövzu bölməsində “KAPİTALımız – könüllü təcrübə proqramı (region)” qeyd etməklə hkc@kapitalbank.az / info@finstaff.az ünvanına göndərə bilərsiniz.

Mənbə: kapitalbank.az

Online şəkildə bu keçidə daxil olmaqla CV göndərə bilərsiniz.


Bax: Veysəloğlu Şirkətlər Qrupu 1 il iş təcrübəsi olan Mühasib axtarır


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.  

Bu gün Milli Məclisin plenar iclasında İnzibati Xətalar, Mülki, Vergi, Gömrük məcəllələrinə dəyişiklik layihələri müzakirə olunacaq

posted in: Xəbər | 0

iclasBu gün  Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçiriləcək.

Iclasın gündəliyinə 54 məsələ daxildir.

İclasda gündəliyə daxil olan “Normativ hüquqi aktlar haqqında”, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Rəsmi statistika haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”, “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə”, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında”, “Torpaq bazarı haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Yeyinti məhsulları haqqında”, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Təhsil haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “İpoteka haqqında”, “Lotereyalar haqqında”, “İnzibati icraat haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” və s. qanunlara, o cümlədən Cəzaların İcrası, Cinayət, İnzibati Xətalar, Mülki, Mülki Prosessual, Vergi, Gömrük məcəllələrinə dəyişiklik layihələrinə baxılacaq. Dəyişikliklərin əksəriyyəti texniki və uyğunlaşdırma xarakterlidir.

İclasda yeni hazırlanan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi də müzakirə olunacaq.

Qeyd edək ki, parlamentin bu ay daha iki plenar iclası keçiriləcək.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.    

 

700 manat məvaciblə Mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib axtarılırVəzifə: Mühasib

İşəgötürən: Özəl müəssisə

İş yeri (şəhər): Bakı şəhəri

Əmək haqqı: 600-700 AZN

İş şəraiti: • Bazar ertəsi – cümə: saat 09:00 – 18:00

Son tarix: 2018-10-31

E-poçt: sara.humbatova@nbgroup.azinfo@finstaff.az

Bax: “AZM Trading” MMC Baş mühasib axtarır

İş barədə məlumat

– Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;

– Vergilərin və DSMF ayırmalarının düzgün hesablanılması və vaxtında dövlət büdcəsinə köçürülməsi;

– Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılması;

– Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;

– Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparır;

– Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak

– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi

– Vergi, DSMF, Statistika idarəsinə illik, rüblük.aylıq hesabatların hazırlanması

– Rəhbərliyin verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək

– Ödənişləri nəzarətdə saxlamaq

–  Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;

– Gündəlik və aylıq daxili maliyyə hesabatlarının hazırlanması.

– Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.

Bax: Təcrübəçi Mühasib tələb olunur

Tələblər

– Ali təhsil (mühasibat, maliyyə, iqtisadiyyat)

– Minimum 2 il müvafiq sahə üzrə iş təcrübəsi.

– Yaş həddi 25-45

– MS Office – Word, Excel, 1C (8.2) proqramlarını mükəmməl bilməli

– Riyazi qabiliyyəti mükəmməl olmalı

– Vergi qanunvericiliyini bilmək

– Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı

– İdarəetmə, analitik düşünmə, düzgünlük və təşkilatçılıq qabiliyyəti olmalı

Sair məlumat CV-ləri mövzu hissəsində müraciət etdiyiniz vakansiyanın adını göstərərək sara.humbatova@nbgroup.azinfo@finstaff.az  ünvanına göndərə bilərsiniz.

Mənbə: jobsearch.az

Bax:


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.