Aviabiletlərin nağd satışı zamanı Mədaxil orderi yoxsa Kassa çeki verilməlidir?

posted in: Vergi, Xəbər | 0

Aviabiletlərin nağd satışı

Sual: Müəssisə avbiletləri satan zaman müştəriyə kassa mədaxil qəbzi verməlidir, yoxsa vacibdir ki, satış məkanında kassa aparatı qeydiyyatdan keçirib kassa çeki versin? Bu sualın cavabında VM-nin maddəsini göstərmənizi xahiş edirəm.

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsində göstərilən fəaliyyətlərdən başqa digər pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti, o cümlədən aviabiletlərin satışı üzrə nağd pul hesablaşmalarını nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirilməlidir.

Bununla yanaşı, “Nağdsız hesablaşmalar haqqında” Qanuna əsasən turagentlər tərəfindən turizm məhsulunun təqdim edilməsi ilə bağlı göstərilən fəaliyyətə görə onlara edilən ödənişlər nağdsız qaydada həyata keçirilir. Biletlərin ayrılıqda, turizm məhsulunun tərkib hissəsi olmadan satışı həyata keçirildikdə həmin biletlərin dəyəri nağd qaydada ödənilə bilər.

“Turizm haqqında” Qanunun 1-ci maddəsinə əsasən turizm məhsuluna turistlərə göstərilən xidmətlər kompleksi (turistlərin yerləşdirilməsi, daşınması, yeməyi üzrə xidmətlər kompleksi, ekskursiya, həmçinin bələdçi (bələdçi-tərcüməçi) xidmətləri və səfərin məqsədlərindən asılı olaraq göstərilən digər xidmətlər) aid edilir.

Bax: Vergi Məcəlləsinin 16.1.8-ci maddəsi, “Turizm haqqında” Azərbaycan Respublikasının 4 iyun 1999-cu il tarixli 674-IQ nömrəli Qanununun 1-ci maddəsi, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3.4.9-cu maddəsi.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Accounting.Az MMC mühasib köməkçisi üzrə təcrübə proqramı elan edir

posted in: İş elanı, muhasibat, Xəbər | 0

təcrübəçiAccounting.Az MMC-yə işə qəbul edilmək şərti ilə mühasib köməkçisi – təcrübəçi mühasib tələb olunur.

Mühasib köməkçisi ilk 3 aylıq təcrübə müddətində minimal əmək haqqı ilə işə sınaq müddətinə qəbul ediləcək. Uğurlu olarsa sınaq müddəti azaldıla bilər. Sınaq müddətindən sonra işləmə qabiliyyətinə uyğun olaraq əmək haqqı artırılacaq.

Tələblər:

  • Mühasibat sahəsində əla Nəzəri biliklər;
  • Vergi Qanunvericiliyindən məlumatı olmalı;
  • Orta səviyyədə Excel biliyi;
  • Təcrübə tələb olunmur;
  • Muhasibat uçotu üzrə ali təhsilli olanlara üstünlük verilir.

Maraqlı olanlar CV-ni info@accounting.az e-mailinə göndərə bilərlər.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.  

Vergilər naziri vətəndaşları qəbul edəcək

posted in: Vergi, Xəbər | 0

vətəndaş qəbuluVergilər naziri Beyləqan və Şəmkir rayonlarında vətəndaşları qəbul edəcək

Beyləqan, Ağcabədi, İmişli, Ağdam, Füzuli, Cəbrayıl, Laçın, Xocavənd rayon və Gəncə şəhəri, Şəmkir, Naftalan, Goranboy, Samux, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Ağstafa, Qazax, Kəlbəcər rayon sakinlərinin nəzərinə!

Vergilər naziri Mikayıl Cabbarov 15 oktyabr 2018-ci il tarixində saat 14:00-da Beyləqan rayonunda 8 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Beyləqan şəhəri, SMD-42 qəsəbəsi) Beyləqan, Ağcabədi, İmişli, Ağdam, Füzuli, Cəbrayıl, Laçın və Xocavənd rayon sakinlərini qəbul edəcək.

Bax: Vergilər Nazirinə xüsusi rütbə verilib

Qəbula gəlmək istəyən vətəndaşlar 12-13 oktyabr 2018-ci il tarixlərində Beyləqan rayonunda 8 saylı Ərazi Vergilər İdarəsinə və İmişli rayonunda vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.azelektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

16 oktyabr 2018-ci il tarixində saat 10:00-da Şəmkir rayonunda 14 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Şəmkir şəhəri, H.Əliyev küçəsi 5) Gəncə şəhəri, Şəmkir, Naftalan, Goranboy, Samux, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Ağstafa, Qazax və Kəlbəcər rayon sakinləri də qəbul ediləcək.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.    

 

Peşə hazırlıq kursları necə təşkil edilir?

posted in: Xəbər | 0

 

Peşə hazırlıq kursları

  • Peşə hazırlığına Azərbaycan Respublikası Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon Məşğulluq Mərkəzlərində (bundan sonra Məşğulluq Mərkəzi) iş axtaran və işsiz kimi qeydiyyatda olan 18-50 yaşında, zəruri hallarda isə 55 yaşınadək vətəndaşlar cəlb olunurlar və onların fərdi qeydiyyat vərəqəsində peşə təhsilinə cəlb edilməsi haqqında müvafiq qeydlər aparılır.
  • Məşğulluq Mərkəzləri peşə hazırlıq kurslarının təşkili ilə əlaqədar əsasən dörd tərəfli (Məşğulluq Mərkəzi – tədris müəssisəsi – işəgötürən – müdavim) və ya zəruri hallarda üçtərəflii (Məşğulluq Mərkəzi – tədris müəssisəsi – müdavim) müqavilə bağlayırlar.

Bax: Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri nədir?

  • Müqavilədə onun məqsədi, tərəflərin öhdəlikləri və hüquqi ünvanları göstərilir.
  • Peşə kursları bir qayda olaraq 10-24 nəfərlik qruplar halında təşkil olunur. Tədris müddəti tədris proqramına uyğun olaraq, lakin 3 aydan çox olmamaqla müəyyən edilir. Peşə hazırlığı başa çatmış və ixtisas imtahanlarını müvəffəqiyyətlə vermiş müdavimlərə tədris müəssisəsi tərəfindən tədrisi bitirmək haqqında verilən sənəd (şəhadətnamə) tədris müəssisəsinin rəhbərliyi və imtahan komissiyası
    tərəfindən imzalanaraq verilir.
  • Peşə hazırlığına cəlb olunan şəxslərin peşə hazırlığı keçdikləri müddət qanunvericiliklə müəyyən edilmiş qaydada ümumi əmək stajına daxil edilir və bu haqda Məşğulluq Mərkəzi tərəfindən peşənin adı göstərilməklə qeydiyyat aparılır.
  • Vətəndaşın əmək kitabçası olmadıqda ona Məşğulluq Mərkəzi tərəfindən müvafiq əmrlərin nüsxələri verilir.

Mənbə: economy.gov.az

Həmçinin bax: 


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.