Vakansiya: Mühasib köməkçisi tələb olunur

Mühasib Köməkçisi VakansiyaVakansiya: Mühasib Köməkçisi / İşəgötürən: Radius MMC

Əmək Haqqı: 400 – 500 AZN

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 20 – 35 yaş
  • Cins: Qadın
  • Təhsil: Ali

 

  • İş təcrübəsi: 1 ildən aşağı
  • Əlaqədar şəxs: Nigar Vəlibəyova
  • Telefon: (012) 502-04-44,270
  • E-mail: hr@radius.azinfo@finstaff.az

Vakansiya barədə məlumat

– Gündəlik bank, kassa əməliyyatlarının 1C proqramına daxil edilməsi
– Xidmət və mal-material alışlarının 1C proqramına daxil edilməsi
– Gündəlik satışların (E-qaimə) 1C proqramına daxil edilməsi
– Gündəlik POS terminal və kassa çeklərin 1C proqramına daxil edilməsi
– Onlayn satış qaimələrinin hazırlanması

Mühasib Köməkçisi üçün tələblər

– Cins: xanımlar
– Yaş həddi: 20-35 yaş
– Dil bilikləri: Azərbaycan və Rus dilləri səlis (İngilis dilini bilənlərə üstünlük veriləcək)
– Programlar: 1C, MS Office (əsasən Excel, Word və Outlook) proqramlarında sərbəst işləmək bacarığı
– Yaşayış qeydiyyatı: Bakı şəhəri
– Şəxsi keyfiyyətlər: Analitik təhlil bacarıqlı, məsuliyyətli, punktual, diqqətli, ünsiyyətcil və çalışqan
– Komandada işləmək bacarığına malik olan
– Nahar şirkət tərəfindən qarşılanır
– İş rejimi: Həftənin 6 günü 09:00-dan 19:00-dək
– İş yeri: Badamdar qəsəbəsi

CV-lərinizi hr@radius.az / info@finstaff.az ünvanına göndərə bilərsiniz.

Mənbə: finstaff.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasib Köməkçisi Vakansiya

Neft-qaz sektoru üzrə İqtisadi Fəaliyyət Növləri Təsnifatı təsdiq edilib

posted in: Xəbər | 0

İqtisadi Fəaliyyət Neft-qaz sektoru“Neft-qaz sektoruna aid edilən iqtisadi fəaliyyət növlərinin siyahısının “İqtisadi Fəaliyyət Növləri Təsnifatı”nın (AZT029-2008) beşrəqəmli altsinif kodları səviyyəsində təsdiq edilməsi haqqında (Neft-qaz sektoru, İqtisadi Fəaliyyət)

“Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 dekabr tarixli 431 nömrəli Fərmanının 4.8.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. “Neft-qaz sektoruna aid edilən iqtisadi fəaliyyət növlərinin siyahısı “İqtisadi Fəaliyyət Növləri Təsnifatı”nın (AZT029-2008) beşrəqəmli altsinif kodları səviyyəsində təsdiq edilsin (əlavə olunur).
  2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Azərbaycan Respublikasının
Baş Naziri                   Novruz Məmmədov

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 9 avqust
tarixli 355 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

Neft-qaz sektoruna aid edilən iqtisadi fəaliyyət növlərinin
Siyahısı
 

İqtisadi Fəaliyyət Növləri Təsnifatı (AZT029-2008) altsinfi

kodu adı
06100 Xam neft hasilatı
06200 Təbii (yanar) qaz hasilatı
09101 Neft və təbii qaz hasilatı sahəsində xidmətlərin göstərilməsi
09102 Neft və təbii qazın hasilatı üçün quyuların qazılması
19200 Təmizlənmiş    neft    məhsullarının    istehsalı,    o cümlədən neft məhsullarından briketlər

 

Mənbə: cabmin.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Neft-qaz sektoru, İqtisadi Fəaliyyət

İcarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilmiş xərclər hansı halda gəlirdən çıxıla bilər?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Sual: İşəgötürən icarəyə avtomobil götürür və icarə müqaviləsində icarəyə verənlə belə bir şərt də razılaşdırılır ki, avtomobilin saz vəziyyətdə qalması üçün çəkiləcək xərcləri (ehtiyat hissələri amortizasiya olunduqca dəyişdirilməsi, yağın dəyişdirlməsi, təkərlərin dəyişdirilməsi və s.) də işəgötürən ödəyəcəkdir. (əsas vəsait)

İşəgötürən öz işçinin şəxsi avtomobilini müqavilə əsasında icarəyə götürür və müqavilədə belə bir şərt razılaşdırılır ki, yalnız avtomobilin saz vəziyyətdə saxlanılması üçün cəkiləcək xəcləri (ehtiyat hissələri amortizasiya olunduqca dəyişdirilməsi, yağın dəyişdirlməsi, təkərlərin dəyişdirilməsi və s.) işəgötürən qarşılayacaqdır. Yuxarıda qeyd olunan hallarda bu xərclər gəlirin əldə edilməsi ilə bağlı olan xərclərə aid edilə bilərmi? Ümumiyyətlə, bu cür xərclər hansı halda gəlirin əldə edilməsi ilə bağlı olan xərclərə aid edilə bilər?

Cavab: Bildiririk ki, icarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilmiş xərclərin icarəçi tərəfindən gəlirdən çıxılan xərclərə aid edilməsinə icarə haqqı ilə əvəzləşdirilmədiyi və həmin əsas vəsaitlər icarəçinin balansına götürüldüyü halda yol verilir.

Eyni zamanda, əsas vəsaitlər icarəçinin balansına götürüldüyü halda həmin əsas vəsaitlərə amortizasiya ayırmaları hesablana və hesablanmış amortizasiya ayırmaları gəlirdən çıxıla bilər.

Digər halda (əsas vəsaitlər balansa götürülmədikdə və ya icarə haqqı ilə əvəzləşdirildikdə) icarəçi tərəfindən icarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilmiş xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Balansa götürülməyən və icarə haqqı ilə əvəzləşdirilməyən əsas vəsaitlərə çəkilən təmir xərcləri icarəyə götürən şəxsin sərəncamında qalan sərbəst mənfəəti hesabına aid edilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci114.6-cı və 115-ci maddələri

Mənbə: taxes.gov.az

Həmçinin bax:

Verilmiş güzəşt Mənfəətdən silinə bilər?

Mallar anbara Gömrük yoxsa İnvoys dəyəri ilə mədaxil edilməlidir?

199.3 maddəsi ilə müəyyənləşdirilmiş Vergi güzəşti bütün ailə üzvlərinə şamil edilir?

Hüquqi şəxsə nəqliyyat xidməti göstərən fiziki şəxs fərqlənmə nişanı almalıdır yoxsa gəlir vergisi bəyannaməsini verməlidir?


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
əsas vəsaitlər xərclər

MMC-lər üçün yeni nizamnamə formaları hazırlanıb

posted in: Vergi, Xəbər | 0

MMC-lər üçün yeni nizamnamə formaları hazırlanıb

Vergilər Nazirliyi məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) nizamnamələrinin yeni nümunəvi formalarını hazırlayıb və rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “Bir pəncərə” bölməsində yerləşdirib. 

Nizamnamənin nümunəvi formalarının yenilənməsi qanunvericiliyə edilən dəyişikliklərlə əlaqədardır:

28 dekabr 2018-ci il tarixli 1449-VQD nömrəli Qanunla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.1-4-cü maddəsinə dəyişiklik edilib. Və Məcəlləyə yeni – 87.10-cu, 91.1-5-ci və 91.1-6-cı maddələr əlavə olunub.

Mülki Məcəllənin 87.10-cu maddəsinə əsasən, MMC-nin xalis aktivlərinin dəyərinin əlli faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar MMC iştirakçılarının ümumi yığıncağında qəbul edilir.

Məcəllənin 91.1-4-cü maddəsinin yeni redaksiyasına əsasən, MMC iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir.

Məcəllənin 91.1-5-ci maddəsində isə göstərilir ki, iştirakçıların ümumi yığıncağında yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən çağırılmalıdır.

Yenidən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının əlli faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. 91.1-6-cı maddəyə əsasən, yenidən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncaq icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən təkrarən çağırılmalıdır. Təkrarən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının 25 faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir.

Bütün bunlar nəzərə alınaraq, nümunəvi nizamnamə formalarında da dəyişiklik edilib. Qeyd edək ki, dəyişikliyə qədər bu məsələlər hər bir MMC-nin öz nizamnaməsinə uyğun müəyyən olunurdu.

Yeni nizamnamə formaları Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 15 mart tarixli 1917050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlamentə əlavə olunub və yerli investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı zamanı istifadəçilərə təklif olunur.

Nizamnamə formaları kommersiya hüquqi şəxs təsis etmək istəyən şəxslərə kömək məqsədilə hazırlanıb. Və qeydiyyat zamanı Azərbaycan qanunvericiliyinə uyğun hazırlanmış digər nizamnamələr də təqdim oluna bilər.

Nizamnamələrinin yeni formaları ilə buradan tanış ola bilərsiniz: www.taxes.gov.az

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Nizamnamə formaları MMC