Əmək pensiyalarının minimum məbləği artırılıb

posted in: Xəbər | 0

                             Əmək pensiyasının minimum məbləği artırılıb Əmək pensiyaları

Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlıdır.

Sənədə əsasən, (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir.

Sənədlə əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.

Bundan başqa, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.

Dəyişikliyə nəzər yetirin:

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011, № 4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109; 2012, № 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6, maddələr 608, 614; 2015, № 5, maddə 494; 2017, № 5, maddə 676, № 7, maddə 1289, № 10, maddə 1776, № 12 (I kitab), maddə 2193; 2018, № 5, maddə 865, № 12 (I kitab), maddə 2504; 2019, № 2, maddə 205, № 3, maddə 380; Azərbaycan Respublikasının 2019-cu il 23 aprel tarixli 1565-VQD və 1568-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 6-1-ci maddədə “1 mart tarixindən 160 manat” sözləri “1 oktyabr tarixindən 200 manat” sözləri ilə əvəz edilsin;

1.2. 29.1-ci maddədə “və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı” sözləri çıxarılsın;

1.3. aşağıdakı məzmunda 29.1-1-ci maddə əlavə edilsin:

“29.1-1. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.”.

Maddə 2. Bu Qanun 2019-cu il oktyabrın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyul 2019-cu il.

Mənbə: president.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Əmək pensiyaları

Asan İmza Simkartı üzrə Sertifikatların verilməsi

posted in: Xidmət, Xəbər | 0

Asan İmza SimkartıXidmətin adı:

Asan İmza Simkartı üzrə Sertifikatların verilməsi (dövlət və ya yerli özünüidarəetmə orqanının rəhbərləri üçün)

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “AR VN-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilənin bağlanılması üçün Ərizə” – şəxsiyyəti təsdiq edən sənədin surəti – notariat qaydasında təsdiq edilmiş etibarnamə (ərizə digər şəxs tərəfindən verildikdə) – Asan İmza SİM-kartı – Asan imza mobil xidmətinə qoşulma forması

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– “Elektron imza və elektron sənəd haqqında” 09.03.2004- cü il tarixli 602-IIQ nömrəli Qanun – NK-nın “AR-da elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 28.01.2006-cı il tarixli 27 nömrəli Qərarı – Vergilər nazirinin 29.02.2016- cı il tarixli 1617040100324000 nömrəli əmri ilə təsdiq edilmiş “Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi təlimatı”

Xidmətin göstərildiyi yer

Vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, “ASAN Xidmət” mərkəzləri, “Paşa Bank”, “Bank of Baku”, “Rabitəbank”, BTB ASC-ləri.

Müraciəti emal edən struktur vahidi

Vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, “ASAN Xidmət” mərkəzləri, “Paşa Bank”, Bank of Baku”, “Rabitəbank”, BTB ASC-ləri

İcra müddəti

Emal müddəti nəzərə alınmaqla müraciət zamanı

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Asan İmza SİM-kartı üçün Təkmil sertifikatı – AR VN-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Asan İmza Sim-kartı üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə – Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş

Elektronlaşdırma səviyyəsi:

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Asan İmza Simkartı

Dövlət büdcəsinə gömrük yığımları açıqlanıb

posted in: Xəbər | 0

Dövlət büdcəsinə gömrük yığımları açıqlanıb

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, iyul ayında komitənin xətti ilə büdcə daxilolmaları ümumilikdə 413 milyon 394,4 min manat olub. ƏDV üzrə daxilolma 269 milyon 036,9 min manata, aksizlər üzrə daxilolma 25 milyon 648,7 min manata çatıb.

Ay ərzində büdcəyə 5 milyon 738,6 milyon manat yol vergisi, 112 milyon 970,2 min manat gömrük rüsumları köçürülüb. Bu ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 2 milyard 487,555 milyon manat vergi və rüsum daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 537,397 milyon manat və ya 27,7 faiz çoxdur.

İlk 7 ayda büdcəyə daxil olan gömrük rüsumlarının məbləği illik müqayisədə 98,809 milyon manat və ya 19,8 faiz artaraq 596,928 milyon manata, ƏDV üzrə daxilolmaların məbləği 364,468 milyon manat və ya 27,4 faiz artaraq 1.693,276 milyon manata, aksizlər üzrə daxilolmaların məbləği 68,943 milyon manat və ya 73,7 faiz artaraq 162,447 milyon manata, yol vergisi üzrə daxilolmaların məbləği isə 5,177 milyon manat və yaxud 25 faiz artaraq 25,904 milyon manata çatıb.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
gömrük yığımları

Neft məhsullarına görə ödənilən yol vergisi

posted in: Vergi, Xəbər | 0

Neft məhsullarına görə ödənilən yol vergisi

Neft məhsullarının pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən alınmış neft məhsullarına görə ödənilən yol vergisinin gəlirdən çıxılması, alınmış neft məhsullarının alıcıların satış məntəqələrinə daşınması ilə bağlı çəkdiyi nəqliyyat xərclərinin gəlirdən çıxılan xərc kimi nəzərə alınması və neft məhsullarının pərakəndə satışı zamanı ƏDV-nin hesablanması ilə bağlı daxil olan müraciətlərə Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsi açıqlama verib.

Vergi Məcəlləsinin 209-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident şəxslər, habelə Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər yol vergisinin ödəyiciləridir.

Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarı ilə tənzimlənir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, neft məhsullarının satışını Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, qanunvericiliyə uyğun olaraq, topdansatış tariflərinə yol vergisini əlavə edib təchizat tariflərini çıxmaqla, təchizat təşkilatları isə topdansatış tariflərinə yol vergisini əlavə etməklə həyata keçirirlər. Qərarın 2.6-cı bəndinə əsasən, pərakəndə satış tariflərinə aksiz, ƏDV, təchizat tarifləri, eləcə də qanunvericiliyə uyğun olaraq yol vergisi tətbiq olunan neft məhsulları üzrə yol vergisi daxil edilmişdir.

Neft məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər tərəfindən neft məhsullarının alınması zamanı ödənilmiş yol vergisi malın dəyərinə aid edildiyindən, həmin məhsulların təqdim edildiyi hesabat dövrləri üzrə təqdim edilən malların həcminə uyğun olaraq, malın dəyəri kimi gəlirdən çıxılır və mənfəət vergisi bəyannaməsinin “Xərclər” bölməsində əks etdirilir.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
neft məhsulları yol vergisi