Obyektlərin 97%-də nəzarət-kassa aparatlarından istifadə ilə bağlı qanun pozuntuları aşkarlanıb

posted in: Vergi, Xəbər | 0

Obyektlərin 97%-də nəzarət-kassa aparatlarından istifadə ilə bağlı qanun pozuntuları aşkarlanıb

“Paytaxtın və bölgələrin bir çox ticarət, ictimai iaşə və xidmət obyektlərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən dövriyyənin gizlədilməsi məqsədilə kassa aparatlarından istifadə edilməməsi, vurulmuş kassa çeklərinin alıcılara verilməməsi istehlakçılarda ciddi narazılıqlar doğurur. Bu cür hallarla rastlaşan vətəndaşların Vergilər Nazirliyinə müraciətlərinin sayı gündən-günə artır. Cari ilin əvvəlindən vergi ödəyiciləri üçün güzəştlərin və azadolmaların tətbiq edildiyi, sahibkarlıq obyektlərinin fəaliyyətinin stimullaşdırılması üçün geniş imkanlar yaradıldığı bir şəraitdə onların büdcə vəsaitlərinin formalaşmasında iştirakı da şəffaf olmalıdır”. (NKA-dan istifadə)

Bu barədə nazirliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Vergilər Nazirliyi ticarət və iaşə obyektlərində nəzarət-kassa aparatlarından istifadə zamanı kassa çeklərinin təqdim olunması istiqamətində monitorinq və nəzarət tədbirlərini gücləndirib:

“Nazirlik tərəfindən aparılan monitorinqin nəticələri göstərir ki, kassa çeklərinin təqdim edilməsi vəziyyəti qənaətbəxş deyil. Bir çox sahibkar bu sahədə qanunların tələblərinə və nağd hesablaşmaların aparılması qaydalarına əməl etmirlər. Bakı şəhərində yerləşən ayrı-ayrı ticarət və ictimai iaşə obyektlərində kassa çeklərinin təqdim edilməsi vəziyyətinin yoxlanılması ilə bağlı aparılan monitorinq zamanı vergi nəzarəti ilə əhatə olunmuş obyektlərin 97%-də nəzarət-kassa aparatlarından istifadə ilə bağlı qanun pozuntusu halları aşkarlanıb. Yoxlamalar nəticəsində 194 obyektdəki kassa aparatlarından istifadə zamanı kassa çeklərinin təqdim olunmadığı, 320 nəfərin əmək müqaviləsiz işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunub.

Monitorinq zamanı qanun pozuntusu halı ilk dəfə aşkar olunduğundan, Vergilər Nazirliyinin əməkdaşları bu obyektlərə qarşı hər hansı maliyyə sanksiyası tətbiq etməyiblər. Vergi ödəyicilərini kassa çeki təqdim olunmasının vacibliyi və bu tələblərin pozulması ilə bağlı məsuliyyət tədbirləri haqqında məlumatlandırıblar. Diqqətə çatdırılıb ki, sanksiyanın tətbiq edilməməsi onlarda arxayınlıq yaratmamalıdır: çünki rəsmi xəbərdarlıq edilmiş sahibkarlar risk qrupuna aid ediliblər. Bu da həmin vergi ödəyicilərinin fəaliyyət göstərdikləri təsərrüfat subyektlərində vergi nəzarəti tədbirlərinin təkrar keçirilməsi ilə nəticələnəcək”.

Vergilər Nazirliyi istehlakçıların da nəzərinə çatdırır ki, onlar istər alış-veriş zamanı, istərsə də ictimai iaşə obyektlərinin xidmətlərindən istifadə edərkən kassa çekini tələb etməlidirlər:

“Bu, ilk növbədə, onların hüquqlarının pozulduğu hallarda öz mənafelərinin qorunması üçün vacibdir. Hər bir vətəndaş bilməlidir ki, alış-veriş zamanı kassa çekini tələb etməklə alışların rəsmiləşdirilməsində və bununla da vergilərin ödənilməsində dolayı şəkildə iştirak edir. Vergi qanunvericiliyi nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə sərt məsuliyyət tədbirləri nəzərdə tutur.

Vergilər Nazirliyi tövsiyə edir ki, sahibkarlıq subyektləri nəzarət-kassa aparatlarından düzgün istifadə etməli, vurulmuş çekləri mütləq qaydada alıcılara təqdim etməlidirlər ki, böyük məbləğlərdə cərimələrlə, maliyyə sanksiyaları ilə üzləşməsinlər. Sahibkarın kassa aparatlarından istifadə etməməklə vergidən yayındırdığı məbləğ gələcəkdə onun maliyyə sanksiyaları şəklində itirəcəyi məbləğlərdən qat-qat azdır.

Nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə vergi ödəyicisinə:

təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində;

təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində;

belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir”.

Mənbə: report.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
NKA, NKA-dan istifadə, NKA-dan istifadə

Asan İmza Simkartı üzrə Sertifikatların verilməsi

posted in: Vergi, Xidmət, Xəbər | 0

Asan İmza SimkartıXidmətin adı

Asan İmza Simkartı üzrə Sertifikatların verilməsi (hüquqi şəxslərin rəhbərləri üçün)

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “AR VN-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilənin bağlanılması üçün Ərizə” – şəxsiyyəti təsdiq edən sənədin surəti – notariat qaydasında təsdiq edilmiş etibarnamə (ərizə digər şəxs tərəfindən verildikdə) – Asan İmza SİM-kartı – Asan imza mobil xidmətinə qoşulma forması

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– “Elektron imza və elektron sənəd haqqında” 09.03.2004- cü il tarixli 602-IIQ nömrəli Qanun – NK-nın “AR-da elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 28.01.2006-cı il tarixli 27 nömrəli Qərarı – Vergilər nazirinin 29.02.2016- cı il tarixli 1617040100324000 nömrəli əmri ilə təsdiq edilmiş “Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi təlimatı”

Xidmətin göstərildiyi yer

Vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, “ASAN Xidmət” mərkəzləri, “PaşaBank”, “Bank of Baku”, “Rabitəbank”, BTB ASC-lər

Müraciəti emal edən struktur vahidi

Vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, “ASAN Xidmət” mərkəzləri, “Paşa Bank”, Bank of Baku”, “Rabitəbank”, BTB ASC-ləri

İcra müddəti

Emal müddəti nəzərə alınmaqla müraciət zamanı

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Asan İmza SİM-kartı üçün Təkmil sertifikatı – AR VN-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Asan İmza Sim-kartı üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə – Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş

Elektronlaşdırma səviyyəsi:

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Asan İmza Simkartı

Vergi güzəşti ilə bağlı sərbəst vəsaitlərin məbləği 300 milyon manatadək artacaq

posted in: Vergi, Xəbər | 0

Vergi güzəşti ilə bağlı sərbəst vəsaitlərin məbləği 300 milyon manatadək artacaq

Qeyri-neft sektorunun özəl bölməsində fiziki şəxslərin gəlir vergisi üzrə güzəştin tətbiqi ölkədə məşğulluğun əhəmiyyətli hissəsini təşkil edən bu sahədə çalışan muzdlu işçilərin real gəlirlərinə əhəmiyyətli təsir göstərib.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən verilən məlumata görə, vergi güzəştinin tətbiqindən ötən 6 ay ərzində bu kateqoriya üzrə işçilərin sərəncamında qalan sərbəst vəsaitlərin məbləği 150 milyon manat təşkil edib.

İlin sonunadək isə həmin məbləğin 300 milyon manatadək artacağı proqnozlaşdırılır.

Mənbə: azertag.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vergi güzəşti
vergi

ƏDV ödəyicilərinin sayında 40 faiz artım olub

posted in: Vergi, Xəbər | 0

ƏDV ödəyicilərinin sayında 40 faiz artım olub

İqtisadiyyatın və dövriyyələrin şəffaflaşdırılması şəraitində dövriyyədə olan nağd pul kütləsinin manatla geniş pul kütləsində xüsusi çəkisi 2018-ci ilin əvvəlindəki 60,1 faizdən cari il iyunun sonuna 52,9 faizə enib.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, bu, şəffaflaşma və nağdsız ödənişlərin genişləndirilməsi nəticəsində mümkün olub.

Qeyd olunub ki, iqtisadiyyatda leqallaşma prosesləri özünü aktiv vergi ödəyicilərinin, o cümlədən ƏDV ödəyicilərinin və aktiv obyektlərin sayında da büruzə verir.

Belə ki, cari il iyulun 1-nə ƏDV ödəyicilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faiz, aktiv obyektlərin sayı isə 14 faiz artıb.

Mənbə: azertag.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
ƏDV EDV