Hərbi qulluqçulara ödənilən əlavələr vergiyə cəlb olunurmu?

posted in: Vergi, Xəbər | 0

Hərbi qulluqçulara ödənilən əlavələr vergiyə cəlb olunurmu?

 

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, hərbi qulluqçuların vəzifə maaşlarına elmi dərəcələr və elmi adlara görə əlavələr ödənilir. Həmin ödənişlərdən gəlir vergisi tutulurmu? 

Vergilər Nazirliyi tərəfindən suala aydınlıq gətirilərək bildirilib ki, elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi dərəcəsi olan hərbi qulluqçulara elmlər doktoru və ya fəlsəfə doktoru elmi dərəcələrinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi dərəcəsi və elmi adı olan şəxslərin vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə ödənilən əlavələrin məbləğinin müəyyən edilməsi haqqında” 14 iyun 2017-ci il tarixli 259 nömrəli Qərarına uyğun olaraq ödənilən əlavələrin məbləği vəzifə maaşını təşkil etmədiyindən, Vergi Məcəlləsinin 102.1.14.15-ci maddəsinə əsasən, gəlir vergisindən azaddır. Çünki Nazirlər Kabinetinin adı qeyd edilmiş qərarına əsasən, bu qərarda göstərilən əlavələr vəzifə maaşını təşkil etmir, lakin qanunvericilikdə nəzərdə tutulmuş bütün hallarda orta aylıq əməkhaqqının hesablanmasında nəzərə alınır.

Dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatlarda çalışan işçilərə elmi dərəcəyə və elmi ada görə aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr dövlət büdcəsinin xərclərində həmin müəssisə və təşkilatlar üçün nəzərdə tutulmuş müvafiq vəsaitlər hesabına ödənilir.

Vergi Məcəlləsinin 102.1.14.15-ci maddəsinə əsasən, hərbi qulluqçulara, prokurorluq orqanlarının prokurorluq işçilərinə və prokurorluq işçiləri olmayan hərbi qulluqçularına, hüquq-mühafizə orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarına ödənilən bütün növ ödənişlər (vəzifə və hərbi (xüsusi) rütbəyə görə maaşlar istisna olmaqla), habelə əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslərə ödənilən bütün növ əməkhaqqı, mükafat və digər maddi təminatlar gəlir vergisindən azaddır.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun



Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
hərbi qulluqçular əlavələr

Gömrük Məcəlləsində dəyişiklik edilib

posted in: Xəbər | 0

Gömrük Məcəlləsində dəyişiklik edilib

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 17-ci və 24-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 2. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 787; 2014, № 10, maddə 1155, № 11, maddə 1368; 2016, № 11, maddə 1791; 2017, № 3, maddə 339, № 7, maddə 1303, № 8, maddə 1510; 2018, № 1, maddə 30, № 11, maddə 2211, № 12 (I kitab), maddə 2521; 2019, № 1, maddə 30; Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1584-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 9.0.5-ci maddəyə “(şəhadətnamələrini)” sözündən sonra “, qida məhsullarına münasibətdə qida təhlükəsizliyi (sağlamlıq) sertifikatını, onların istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarışı” sözləri əlavə edilsin;

2.2. 92.2.3-cü maddəyə “(şəhadətnamələrlə)” sözündən sonra “, qida məhsullarına münasibətdə qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı ilə, onların istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarış ilə” sözləri əlavə edilsin.

Mənbə: president.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
gömrük

Vergi Məcəlləsinin 137-ci maddəsində “ayrıca şəxs” dedikdə, kim nəzərdə tutulur?

posted in: Vergi, Xəbər | 0

Sual: Vergi Məcəlləsinin 137-ci maddəsinə uyğun olaraq, hüquqi şəxs yaratmadan göstərilən birgə sahibkarlıq fəaliyyəti ƏDV-nin məqsədləri üçün ayrıca şəxs sayılır. Bu maddənin məqsədləri üçün “ayrıca şəxs” dedikdə, kim nəzərdə tutulur? (vergi məcəlləsi)

Cavab: VM-nin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, birgə sahibkarlıq fəaliyyətinin uçotunu aparan şəxs ƏDV-nin məqsədləri üçün ayrıca şəxs sayılır.

Əsas: VM, 154.5-ci maddə.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vergi məcəlləsi, ayrıca şəxs

Vergilər nazirinin müavinləri vətəndaşları qəbul edəcək

posted in: Vergi, Xəbər | 0

Vergilər nazirinin birinci müavini Naftalanda vətəndaşları qəbul edəcək. (Vergilər nazirinin müavinləri)

Goranboy, Göygöl, Samux, Daşkəsən, Kəlbəcər rayonları, habelə Gəncə və Naftalan şəhər sakinlərinin nəzərinə!

VN birinci müavini Sahir Məmmədxanov 23 avqust 2019-cu il tarixində Naftalan şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: Ş.Qurbanov küçəsi, Maliyyə şöbəsinin binasının yanında) Goranboy, Göygöl, Samux, Daşkəsən, Kəlbəcər rayonları, habelə Gəncə və Naftalan şəhərlərindən olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 20-22 avqust 2019-cu il tarixlərində Gəncə şəhərində 12 saylı Ərazi Vergilər Departamentinə, habelə Naftalan şəhəri və Goranboy rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də VN-nin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.



Vergilər nazirinin müavini Qobustanda vətəndaşları qəbul edəcək.

Qobustan, Şamaxı və Ağsu rayon sakinlərinin nəzərinə!

VN müavini Sahib Ələkbərov 22 avqust 2019-cu il tarixində Qobustan şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: Qobustan şəhəri, Yeni yaşayış massivi, Bakı-Qazax şosesi, 89-cu km) Qobustan, Şamaxı və Ağsu rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən şəxslər 20-21 avqust 2019-cu il tarixlərində Şamaxı şəhərində yerləşən 4 saylı Ərazi Vergilər İdarəsinə, habelə Qobustan və Ağsu rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun



Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.