2019-cu ilin yanvar-iyun aylarında əmək münasibətlərinin şəffaflaşdırılması sahəsində görülən tədbirlər

posted in: Vergi, Xəbər | 0

əmək münasibətləri“Kölgə iqtisadiyyatı”nın miqyasının azaldılmasına yönəldilmiş vergi islahatları sırasında iqtisadiyyatda əmək münasibətlərinin şəffaflaşdırılması mühüm yer tutur. Cari ildən etibarən qeyri-neft sektorunun özəl bölməsi üzrə fiziki şəxslərin aylıq əməkhaqqının 8 min manatadək olan hissəsinin 7 il müddətinə gəlir vergisindən azad edilməsi mühüm fiskal nəticələr verməkdədir.

Bu güzəştin tətbiqi, ilk növbədə, ölkədə məşğulluğun əhəmiyyətli hissəsini təşkil edən qeyri-neft sektorunun özəl bölməsində çalışan muzdlu işçilərin real gəlirlərinə əhəmiyyətli təsir göstərib. Belə ki, 6 ay üzrə vergi güzəştinin tətbiqindən bu kateqoriya işçilərin sərəncamında qalan sərbəst vəsaitlərin məbləği 150 milyon manat təşkil edib. Cari ilin sonunadək isə həmin məbləğin 300 milyon manatadək artacağı proqnozlaşdırılır. Əvvəlki illərdə bu məbləğ vergi şəklində dövlət büdcəsinə ödənilirdi.

Güzəştin tətbiqi və şəffaflaşma üçün yaradılan fiskal stimullar nəticəsində cari ilin 6 ayı ərzində qeyri-dövlət bölməsində 77 mindən çox yeni əmək müqaviləsi qeydə alınıb ki. Bu da həmin dövr ərzində 101 mindən çox artmış əmək müqavilələri sayının 75 faizini təşkil edir. Cari ilin 6 ayında qeyri-dövlət sektoru üzrə əmək müqavilələrinin sayı ticarət sektorunda 20,2 min (ümumi artımın 26,3 faizi), xidmət sektorunda 14,6 min (ümumi artımın 18,9 faizi), sənayedə 14,4 min (ümumi artımın 18,7 faizi), tikintidə isə 8,9 min (ümumi artımın 11,6 faizi) artıb. Beləliklə, əmək müqavilələrinin sayının artması daha çox əmək müqavilələrinin bağlanmaması hallarının geniş yayıldığı iqtisadi fəaliyyət sahələrində müşahidə olunub.

Eyni zamanda, işçi sayının şəffaflaşması prosesləri özünü cari ilin əvvəlindən qeyri-dövlət təşkilatlarında çalışan muzdlu işçilərin əməkhaqqı kartlarının sahiblərinin say etibarilə 18 faizdən çox artmasına da təsir göstərib.

Bütün bu proseslər nəticəsində cari ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektorunun özəl bölməsində əməkhaqqı fondunun həcmi 22,8 faiz, o cümlədən cari ildə minimum əməkhaqqının artırılmasının təsirləri çıxılmaqla, 21,4 faiz artıb. Belə bir şəraitdə cəmi əməkhaqqı fondunun əhalinin pul gəlirlərinə nisbəti 2,5 faiz yüksəlib. Bu dinamika sosial sığorta və işsizlikdən sığorta haqlarının yüksək templə artmasını şərtləndirib. Artımlar nəticəsində son illərdə ilk dəfə olaraq dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna transfertlərin həcmi azaldılıb.

Əmək bazarında şəffaflaşdırma proseslərinə başlanılması nəticəsində işçi sayının və əməkhaqqı fondunun yüksək artım dinamikasının müşahidə olunması şəraitində sosial sığorta haqları üzrə daxilolmalar 16,3 faiz artaraq 1 milyard 273 milyon manat təşkil edib. Proqnoz 112,5 faiz icra olunub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 18,1 faiz artıb, proqnoz 116,3 faiz icra edilib. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 46,6 faiz artaraq 48 milyon manat təşkil edib, proqnoz 115,6 faiz icra olunub. Qeyri-büdcə təşkilatları üzrə həmin daxilolmalar 60,3 faiz artıb, proqnoz 121,2 faiz icra edilib.

Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta və işsizlikdən sığorta haqları üzrə cari il üçün yığım proqnozu ümumilikdə 365 milyon manat artırılıb. Özəl bölmənin qeyri-neft sektorunda çalışan muzdlu işçilərin gəlir vergisi üzrə güzəştlərin tətbiqi nəticəsində ilin sonuna gözlənilən 300 milyon manat vergi itkilərinin sosial və işsizlikdən sığorta haqlarının artımı hesabına tam olaraq kompensasiya ediləcəyi gözlənilir.

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
əmək münasibətləri

Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 28% artıb

posted in: Xəbər | 0

Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 28% artıb

Bu ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 487,555 milyon manat vergi və rüsum daxil olub. Ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 537,397 milyon manat və yaxud  27,7% çoxdur.

DGK-dən verilən məlumata görə, 7 ay ərzində büdcəyə daxil olan gömrük rüsumlarının məbləği illik müqayisədə 98,809 milyon manat və yaxud 19,8% artaraq 596,928 milyon manata, ƏDV üzrə daxilolmaların məbləği 364,468 milyon manat və yaxud 27,4% artaraq 1 693,276 milyon manata, aksizlər üzrə daxilolmaların məbləği 68,943 milyon manat və yaxud 73,7% artaraq 162,447 milyon manata, yol vergisi üzrə daxilolmaların məbləği isə 5,177 milyon manat və yaxud  25% artaraq 25,904 milyon manata çatıb.

Mənbə: report.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Dövlət Gömrük Komitəsi

Vergilər Nazirliyinin baş idarələrinin rəisləri məlum olub

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyinin baş idarələrinin rəisləri məlum olub

Prezident İlham Əliyevin 24 iyul tarixli sərəncamları ilə Vergilər Nazirliyinin departamentləri əsasında yaradılmış baş idarələrin rəisləri məlum olub.

Vergilər Nazirliyinin saytına istinadən verilən məlumata görə, mövcud departamentlər əsasında yaradılmış Vergilər Nazirliyinin strukturuna daxil olan baş idarələrin rəhbərləri dəyişməyib.

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktoru olmuş Xəqani İsgəndərov bu departamentin əsasında yaradılmış Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi rəisi, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru olmuş Elçin Yusubov bu departament əsasında təşkil olunmuş Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisi, Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinin baş direktoru olmuş Azər Məmmədov bu departament əsasında təşkil olunmuş İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəisi vəzifəsinə təsdiq ediliblər.

Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktoru vəzifəsini müvəqqəti icra etmiş vergilər nazirinin müşaviri Orxan Nəzərli Milli Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsini də müvəqqəti icra edəcək. Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin baş direktoru vəzifəsini müvəqqəti icra etmiş baş direktorun birinci müavini Səbuhi Hüseynov Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarənin rəis müavini vəzifəsinə təsdiqlənib və İdarənin rəisi vəzifəsini müvəqqəti icra edəcək.

Yeni yaradılmış Vergilər Nazirliyi yanında Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin adı isə nazirliyin saytında baş idarələr siyahısında yer alsa da, hələ ki, rəisi və idarə ilə əlaqə nömrələri əksini tapmayıb.

Mənbə: apa.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Birinci dəfə xəbərdarlıqdır, sonra sanksiya – Vergi Yoxlaması

posted in: Vergi, Xəbər | 0

Birinci dəfə xəbərdarlıqdır, sonra sanksiya – VERGİ YOXLAMASI

Son 2 həftə ərzində Vergilər Nazirliyi operativ vergi nəzarəti tədbirləri həyata keçirir. Bu nəzarət tədbirlərinin məqsədi dövriyyənin gizlədilməsi məqsədilə kassa aparatlarından istifadə edilməməsi hallarını aşkar etmək və əmək müqaviləsi olmayan işçilərin müəyyən edilməsidir. Bu funksiya vergi orqanlarına Vergi Məcəlləsi ilə verilmiş hüquqdur.

Vergi eksperti Vəli Əliyev bildirir ki, Vergilər Nazirliyinin üzərinə Vergi Məcəlləsi müəyyən vəzifələr də qoymuşdur. Bu vəzifələrdən biri də Vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etməkdir. Yəni vergi ödəyicisinin qanunla qorunan hüquq və mənafelərini məhz Vergilər Nazirliyi müdafiə etməlidir. Yuxarıda deyildiyi kimi Vergilər Nazirliyi tərəfindən keçirilən operativ nəzarət tədbirləri fonunda vergi ödəyicilərinin bilməsi lazım olan məqamı xatırlatmaq vacibdir.

2019-cu ildə kassa çekinin təqdim edilməməsi və əmək müqaviləsi bağlanılmaması faktı aşkarlanıbsa və bu qanun pozuntusuna 2019-cu ilin yanvarın 1-dən başlayaraq bir il müddətində birinci dəfə yol verilibsə maliyyə sanksiyası tətbiq olunmur. Belə hal ilk dəfə aşkar ediləndə vergi orqanı bu barədə sahibkara rəsmi yazılı xəbərdarlıq edir. Bu hal il ərzində təkrarlandığı halda isə maliyyə sanksiyaları başlayır. Sanksiyaların məbləği 1-ci dəfə üçün 2 min manat, 2-ci dəəfə üçün 4 min manat, 3-cü dəfə üçün isə 6 min manatdır.

Mühüm məqam ondan ibarətdir ki, işçilərin müqaviləsiz işləməsi ilə bağlı ikinci hal aşkar edilsə onda göstərilən sanksiyalar hər bir işçi üçün tətbiq ediləcək. Məsələn, yoxlama zamanı sahibkarın 3 işçisinin müqaviləsiz çalışdığı aşkar olunsa, hər işçiyə görə, 2 min manat olmaqla 6 min manat, 3-cü dəfə olduqda isə hər işçiyə görə 4 min manat olmaqla 12 min manat sanksiya tətbiq edilir.

Mənbə: fed.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vergi Yoxlaması xəbərdarlıq sanksiya