» » » Aqrar sığorta növü necə fəaliyyət göstərəcək?

Aqrar sığorta növü necə fəaliyyət göstərəcək?

posted in: Xəbər | 0
birbank biznes

Kənd təsərrüfatıBu yazımızda 19.08.2019-cu il tarixdən qüvvəyə minmiş “Aqrar sığorta haqqında” qanundan irəli gələrək başlıca məsələlərin qısa izahını təqdim edəcəyik.

Qanuna əsasən aşağıda göstərilmiş predmetlər sığortalanacaq:

– kənd təsərrüfarı bitkiləri və bitkiçilik məhsulları (çoxillik əkmələr və onların məhsulu daxil olmaqla)

– kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar,

– akvakultura məhsulu. (akvakultura yolu ilə balıq və digər su bioresurslarından əldə olunmuş, emal edilmiş və istehlaka yönəldilən akvakultura obyektləri)

Qanuna əsasən istehsalı, emalı, idxalı və dövriyyəsi qadağan edilən kənd təsərrüfatı məhsulları, habelə karantin və məhdudiyyət tədbirləri tətbiq edilən ərazidəki və ya xəstə kənd təsərrüfatı heyvanları və akvakultura məhsulları üzrə sığorta təminatı verilə bilməz. Qeyd etmək lazımdır ki, bu sığorta növü ilə aşağıda göstərilən hallar nəticəsində dəyən zərərə görə sığorta təminatı veriləcək:

– təbii fəlakətlər;

– yanğınlar;

– bitki xəstəlikləri və zərərvericilər;

– yoluxucu xəstəliklər və zəhərlənmələr;

– vəhşi heyvanların hücumu və xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu;

– üçüncü şəxslərin hərəkətləri.



Aqrar sığorta münasibətləri müqavilənin əsasını təşkil edən qaydalarla təsdiqlənəcək ki, bu qaydalarla hər bir sığortalı tanış ediləcək. Sığorta müqaviləsinin bağlanması üçün hesablanmış sığorta haqqı şəxsin ödəyəcəyi və dövlət büdcəsindən ödəniləcək hissələrdən ibarət olacaq. Sığorta müqaviləsi qeyri-həyat sığortası üzrə fəaliyyət lisenziyasına malik sığorta şirkətləri tərəfindən ASC təşkilati-hüquqi formasında yaradılan idarəedici qurum arasında bağlanacaq. Bu qurum isə öz fəaliyyətini 19.08.2019-cu il tarixdə yaradılmış Aqrarsığorta Fondu ilə bağlanmış müqavilə və qanunvericiliyə uyğun həyata keçirəcək.

Müqavilə bağlanmazdan əvvəl müstəqil ekspert (xidmət haqqı aqrar sığorta orqanı tərəfindən ödənilir) sığortalanan predmeti və bununla bağlı riskləri qiymətləndirir.

Yuxarıda göstərilmiş hadisələr nəticəsində zərər dəydikdə, zərərçəkmiş idarəedici quruma lumat verir. Bu qurum müstəqil ekspert vasitəsilə zərəri qiymətləndirir. Zərərçəkmiş şəxs müqavilə və ya qaydalarda nəzərdə tutulan sənədləri verdikdən sonra 7 iş günü müddətində aqrar sığorta orqanı ya ödəniş edir, ya da ödənişdən əsaslandırılmış cavabla imtina edir.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
aqrar sığorta,