Auditorların peşə məsuliyyətinin icbari sığortası barədə bilmədiklərimiz

posted in: Audit, Xəbər | 0

Auditorların peşə məsuliyyətinin icbari sığortası

Auditorların peşə məsuliyyətinin icbari sığortası barədə bilmədiklərimiz.


Bu yazımızda hüquqi şəxslərin fəaliyyətində rol oynayan və fəaliyyətləri qanunvericiliyə uyğun olaraq tənzimlənən auditorların peşə məsuliyyətinin icbari sığortası barədə mühüm məsələləri izah etməyə çalışacağıq.

Mövzuya keçməzdən əvvəl qeyd etmək yerinə düşərdi ki, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş auditorlar tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə – fiziki şəxslər 30 AZN, vəzifəli şəxslər 80 AZN, hüquqi şəxslər isə 200 AZN məbləğində cərimə edilir. Cərimə ödənilməsi rayon-şəhər məhkəmələri tərəfindən müəyyən edilir.

Auditorların peşə məsuliyyəti aşağıdakı hallarla əlaqədar sığorta olunur:

1) auditor xidməti sahəsində qəbul edilmiş normativ hüquqi aktların, standartların, qaydaların tələblərinin pozulması;

2) mühasibat (maliyyə) və vergi hesabatlarında təhrif olunmuş məlumatların və səhvlərin aşkar edilməməsi;

3) aşkar edilən səhv və təhriflərin aradan qaldırılması üçün düzgün tövsiyələrin verilməməsi;

4) işlərin keyfiyyətsiz görülməsi və (və ya) yerinə yetirilməsi müddətinə riayət edilməməsi;

5) məxfilik prinsipinin pozulması.

Göstərilən 5 haldan hər hansı biri baş verdiyi təqdirdə, zərərə məruz qalmış və auditor xidməti göstərilməsi barədə müqaviləsi olan fiziki və ya hüquqi şəxs sığorta ödənişi almaq hüququ əldə edir.

Bununla yanaşı qeyd etmək yerinə düşərdi ki, həmin bu 5 hal auditorla bağlanmış müqavilədə nəzərdə tutulmuş vəzifələrin auditor tərəfindən deyil, müqavilə tərəfi olan fiziki və ya hüquqi şəxs tərəfindən yerinə yetirilməməsi nəticəsində baş verərsə, həmçinin müvafiq dövlət orqanlarından və digər əlaqəli tərəflərdən alınmış məlumatlar auditorun səhv rəy verməsinə səbəb olarsa, bu halda auditorun peşə məsuliyyəti yaranmır və sığorta ödənişi verilmir.

Auditorun peşə məsuliyyəti ilə əlaqədar sığorta şirkətinin öhdəliyini nəzərdə tutan sığorta məbləği sığorta müqaviləsinə əsasən müəyyən edilir. Bununla yanaşı qanunvericiliyə əsasən fiziki şəxs auditorların peşə məsuliyyəti üzrə sığorta məbləği 1000 AZN-dən, hüquqi şəxs auditorların peşə məsuliyyəti üzrə sığorta məbləği isə 3000 AZN-dən az ola bilməz.

Mövzu çərçivəsində onu da qeyd etmək lazımdır ki, göstərilən 5 halın hər biri üzrə auditorla bağlanmış müqaviləyə əsasən onun xidmətləri nəticəsində zərərə məruz qalmış fiziki və ya hüquqi şəxsin zərərinin məbləği və çəkdiyi birbaşa xərclərini təsdiq edən sənədlər də sığorta şirkətinə təqdim edilməlidir.

Bu sığorta növünün daha bir spesifik xüsusiyyəti isə ondan ibarətdir ki, sığorta müqaviləsi müddətində heç bir hadisə baş verməz və sığorta şirkəti tərəfindən heç bir sığorta ödənişi edilməzsə, auditorun ödədiyi sığorta haqqının 10%-i ona geri qaytarılır.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1500 manat əmək haqqı ilə Baş Mühasib tələb olunur

Baş Mühasib vakansiyaVakansiya: Baş Mühasib / İşəgötürən: Softline

Əmək Haqqı: 1500 AZN

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 30 – 45 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: HR

 

Vakansiya barədə məlumat

– Mühasibat uçotunu Uçot siyasəti və Vergi Qanunvericiliyinə əsasən aparmaq
– Vergi ödənişlərinə nəzarət etmək
– Vergi bəyannamələrini yığmaq
– Daxili nəzarət (audit)
– Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək
– Müvafiq dövlət orqanları ilə danışıqlar aparmaq
– İşçilərə nəzarət və təlim
– İlkin sənədlərə nəzarət

Namizədə tələblər

– Təhsil: Ali (bakalavr)
– İş təcrübəsi: 3 ildən artıq
– Yaş həddi göstərilməyib
– Müvafiq sahədə ali təhsil
– Müvafiq təcrübə (minimum üç illik)
– 1C Mühasibat Proqramının peşəkar biliyi
– Excel və Word proqramlarının peşəkar biliyi
– Vergi Məcəlləsi
– Müvafiq sertifikatlar üstünlük sayılacaq

Yuxarıda qeyd edilən tələblərə uyğun olan namizədlər öz CV-lərini arzu.rafiyeva@softline.com electron ünvanına mövzu yerinə ’’Baş Mühasib’’ yazaraq göndərməsi xahiş olunur.

Mənbə: finstaff.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Baş Mühasib Vakansiya

İnzibati Xətalar məcəlləsinə dəyişiklik edilib

posted in: Xəbər | 0

İnzibati Xətalar məcəlləsinə dəyişiklik edilib

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci və 25-ci bəndlərini rəhbər tutaraq, “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1199-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 43.2-ci maddədə “54.2-ci maddəsində” sözləri “43.2-1-ci və 54.2-ci maddələrində” sözləri ilə əvəz edilsin;

2.2. aşağıdakı məzmunda 43.2-1-ci maddə əlavə edilsin:

“43.2-1. Bu Məcəllənin 547-ci maddəsində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən tərtib edilir.”;

2.3. 547-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 547. Hesablama Palatası haqqında qanunvericiliyin pozulması

547.1. Aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması, dövlətə dəyən zərərin ödənilməsi və şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədi ilə kənar dövlət maliyyə nəzarətinin obyektlərinə və nəzarət tədbirinin predmeti ilə əlaqədar aidiyyəti tərəflərə göndərilmiş Azərbaycan Respublikası Hesablama Palatasının qərarlarının əsassız icra edilməməsinə görə –

vəzifəli şəxslər üç yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

547.2. Azərbaycan Respublikası Hesablama Palatasının qərarları kənar dövlət maliyyə nəzarətinin obyekti tərəfindən əsassız icra edilmədikdə həmin obyektin xəzinə və bank hesabları üzrə (müdafiə olunan xərc maddələri istisna olmaqla) əməliyyatların dayandırılması barədə Azərbaycan Respublikası Hesablama Palatasının təqdimatının xəzinə orqanları və müvəkkil banklar tərəfindən icra edilməməsinə görə –

vəzifəli şəxslər üç yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

547.3. Kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə əlaqədar Azərbaycan Respublikası Hesablama Palatasının fəaliyyətinə mane olma, yəni:

547.3.1. Azərbaycan Respublikası Hesablama Palatasının əməkdaşlarının kənar dövlət maliyyə nəzarəti obyektlərinə daxil olmasına, kənar dövlət maliyyə nəzarəti tədbirinin aparılmasına maneçilik törədilməsinə;

547.3.2. elektron informasiya sistemlərinə çıxış imkanlarının yaradılmamasına və ya buna maneçilik törədilməsinə;

547.3.3. kənar dövlət maliyyə nəzarəti obyektləri tərəfindən Azərbaycan Respublikası Hesablama Palatasının sorğularının tələb olunan qaydada cavablandırılmamasına, zəruri məlumatların və sənədlərin, habelə “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi məqsədi ilə kənar dövlət maliyyə nəzarətinin predmetinə aid olan kommersiya, vergi və bank sirrini təşkil edən sənəd və məlumatların, fərdi məlumatların vaxtında və tələb olunan səviyyədə təqdim edilməməsinə və ya gecikdirilməsinə, yalan və ya dürüst olmayan məlumatların təqdim edilməsinə;

547.3.4. dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin icrası ilə bağlı hesabat və məlumatların, habelə maliyyə, mühasibat, vergi və statistik uçot hesabatlarının vaxtında təqdim edilməməsinə, hesabatlarda informasiya və göstəricilərin tam və ya düzgün əks etdirilməməsinə görə –

vəzifəli şəxslər dörd yüz manatdan yeddi yüz manatadək, hüquqi şəxslər min manatdan beş min manatadək məbləğdə cərimə edilir.”.

Mənbə: president.az


Həmçinin bax:
Mühasibat uçotu haqqında qanuna dəyişiklik edilərək yeni maddə əlavə edilib
20 dövlət qurumu üçün aylıq vəzifə maaşı (əmək haqqı) cədvəli təsdiqləndi
Vergi Məcəlləsinə dəyişiklik edilərək yeni maddə əlavə edilib

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
İnzibati Xətalar

Vergi Məcəlləsinə dəyişiklik edilərək yeni maddə əlavə edilib

posted in: Qanun, Vergi, Xəbər | 0

Vergi Məcəlləsinə dəyişiklik edilərək yeni maddə əlavə edilib

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci və 25-ci bəndlərini rəhbər tutaraq, “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1199-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin  30.6.10-cu maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin Məcəlləyə aşağıdakı məzmunda 30.6.11-ci maddə əlavə edilsin:

“30.6.11. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Hesablama Palatasına.”.

Mənbə: president.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vergi Məcəlləsi