Transfer qiyməti barədə bilmədiklərimiz

posted in: Xəbər | 0

Transfer qiymətiBu günkü mövzumuz transfer qiymətinə həsr olacaq. Vergi Məcəlləsinə transfer qiyməti anlayışı 2017-ci ildə əlavə edilib. Transfer qiyməti nədir – rezident və qeyri rezident arasında olan hesablaşmaları tənzimləyəcək qiymətdir. Transfer qiyməti – maliyyə axınlarını optimallaşdırmaq məqsədilə bağlı, strukturlar arasında əməliyyatlar üçün müəyyən edilmiş qiymətdir. Qısa olaraq  transfer qiyməti – bazar qiyməti deyil, yəni müəssisənin özü üçün təyin etdiyi qiymətdir (daxili qiymət), böyük şirkətlər, milli və beynəlxalq təşkilatlar çərçivəsində, müxtəlif ölkələrdə yerləşən sonuncu struktur bölmələri arasında olan qiymətdir. Transfer qiymətləri- istehsalçı firmanın topdansatış qiymətlərinin bir növü olub, transmilli korparasiyaların (TMK) praktikasında tətbiq olunur. Transfer qiymətin anlayışı Azərbaycan Respublikası Vergi Məcəlləsini 13.2.65. maddəsində verilmişdir: transfer qiyməti — bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən şəxslər arasında aparılan əməliyyatlar zamanı müəyyən edilən və müstəqil şəxslər arasında eyni şərtlər daxilində həyata keçirilən müqayisə edilə bilən əməliyyatlarda təsbit olunan qiymətlərə uyğun olmalı qiymətdir.

Bəzən transfer qiyməti şirkətin daxili qiyməti kimi adlanır. Daxili qiymət  kommersiya sirri olmasa da onun geniş şəkildə yayılması məqsədə uyğun deyil.

Transfer qiyməti yalnız hüquqi şəxslərin mənfəət vergisi/fiziki şəxslərin gəlir vergisi məqsədləri üçün və hər bir nəzarət olunan şəxs üzrə ümumi dəyəri 500 000 manatdan artıq olan əməliyyatlara tətbiq edilir.

Azərbaycan Respublikası Vergilər Nazirliyi  27.01.2017-ci ildə  “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi” qaydalarını təsdiq etmişdir. Respublikamızda transfer qiyməti nəzarət olunan  əməliyyatlar üzrə malların (işlərin, xidmətlərin) Azərbaycan Respublikası Vergi Məcəlləsinə və həmin Qaydalara əsasən müəyyən edilir.

Diqqətinizi qaydalara yönəltmək istəyirəm. Qaydalarda qeyd edilmiş ümumi prinsip ondan ibarətdir ki, Vergi ödəyicisi tərəfindən nəzarət olunan əməliyyatlar çərçivəsində təqdim edilən və ya alınan malların (işlərin, xidmətlərin) qiymətləri müqayisə edilən nəzarət olunmayan əməliyyatlar üzrə qiymətlərə uyğun olmadığı halda, vergi ödəyicisi və vergi orqanı həmin əməliyyatdan vergini transfer qiymətləri əsas götürülməklə yenidən hesablayır.

Müəssisələr transfer qiymətlərinin müəyyən edilməsi üçün bir neçə üsullardan istifadə edilə bilər:

  1. Qiymətlərin müqayisəsi üsulu;
  2. Sonrakı (təkrar) satış qiyməti üsulu;
  3. Dəyərin toplanması üsulu;
  4. Rentabellik üsulu;
  5. Mənfəət bölgüsü üsulu.

Vergi məcəlləsində 14-1.1 maddəsində əks etdirib.

Qeyd etmək istərdim, ki rentabellik və mənfəət bölgüsü üsulu seçərək  müqayisə edilən əməliyyatlar aşkar edilmədikdə bu üsullar Azərbaycan Respublikası  Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 №- li  qərarı ilə təsdiq edilmiş “Vergi  ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablaması Qaydaları” əsasında şərti rentabellik normasını əsas götürərək tətbiq edə bilərlər.

Vergi ödəyicisinin vergi ili ərzində apardığı nəzarət olunan əməliyyatların ümumi dəyəri Vergi Məcəlləsinin 16.1.4-cü maddəsinə əsasən müəyyən edilmiş həddən artıq olduqda, həmin vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlara dair məlumat Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətlərdə bu Qaydalara əlavə edilən formada “Nəzarət olunan əməliyyatlar haqqında Arayış” və onun əlavəsi müvafiq qaydada doldurularaq vergi orqanına təqdim edilməlidir.

Vergi ödəyicisinin vergi ili ərzində apardığı nəzarət olunan əməliyyatların ümumi dəyəri Vergi Məcəlləsinə əsasən müəyyən edilmiş həddən artıq olmaması səbəbindən Arayış təqdim edilmədiyi halda, vergi orqanları tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı həmin tədbirlərin əhatə etdiyi hesabat dövrlərində həyata keçirilmiş nəzarət olunan əməliyyatların qiymətləri bu Qaydalara əsasən müəyyənləşdirilməlidir.

Vergi ödəyicisi transfer qiymətini özü müəyyənləşdirdiyi hallarda bu Qaydaların 10.2-ci (10.2 Vergi ödəyicisi transfer qiymətlərini müstəqil şəkildə müəyyən etdiyi halda həmin qiymətin bu Qaydaların tələblərinə uyğunluğunun yoxlanılması üçün tələb olunan bütün sənədləri, o cümlədən, nəzarət olunan əməliyyatın bütün təfərrüatları və şərtləri, hesablamanın bütün şərtləri, müqayisə üçün seçilmiş əməliyyatlar, həmin əməliyyatların və tətbiq edilmiş üsulun seçim səbəbi və əsaslandırılması haqqında məlumatları və təsdiqedici sənədləri də vergi orqanına təqdim etməlidir) bəndində nəzərdə tutulmuş sənədləri saxlaya və vergi nəzarəti tədbirləri zamanı vergi orqanının məsul şəxslərinə təqdim edə bilər.

Transfer qiymətləri müəyyən edilərkən aşağıdakı məlumat bazalarından istifadə edilir:

  1. yerli və beynəlxalq birja kotirovkaları;
  2. gömrük orqanının apardığı xarici ticarət statistikası;
  3. mənbəyi bəlli olan məlumat mənbələrində yerləşdirilmiş hesabat məlumatları;
  4. vergi orqanın qoşulduğu beynəlxalq ixtisaslaşmış agentliklərin məlumat bazaları;
  5. mallara, işlərə və xidmətlərə, habelə onların yerli və beynəlxalq bazarlarda təsbit edilmiş qiymətlərinə dair mənbəyi bəlli olan məlumatların yerləşdirildiyi məlumat mənbələri.

Transfer qiymətlərinin üsulları əvvəlcədən razılaşdırıla bilər. Transfer qiymətinin vergi ödəyicisi tərəfindən müstəqil şəkildə müəyyənləşdirilə bilər.

İkiqat vergitutmanın qaydaların 12.1. maddəsinə əsaslanaraq aradan qaldırıla bilər:  Nəzarət olunan əməliyyatda transfer qiymətinin müəyyənləşdirilməsi və tətbiqi nəticəsində vergi ödəyicisinin vergitutma bazası dəyişikliklərə məruz qalarsa və bunun nəticəsində həmin əməliyyatdan mənfəətə münasibətdə həm Azərbaycan Respublikasında, həm də əməliyyatın digər tərəfi olan şəxsin dövlətində ikiqat vergitutma halının yarana biləcəyi halda vergi ödəyicisinin və ya əməliyyatın tərəfi olan digər şəxsin müraciəti əsasında vergi orqanı digər dövlətdə nəzərə alınması məqsədi ilə Azərbaycan Respublikasında əməliyyat nəticəsində ödənilmiş vergilər barədə məlumatı izahlı şəkildə müraciət edən şəxsə təqdim edə bilər.

Müəllif: BSC şirkətinin Maliyyə işləri üzrə Baş Müşaviri Leyla Kiçibəyova


Teleqram kanalımıza üzv olun



Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Transfer qiyməti

Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

posted in: Vergi, Xəbər | 0

Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

Cari ilin 7 ayında Azərbaycanda 116 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb və onlardan 167-si elektron qeydiyyat xidmətindən istifadə ediblər.

Vergilər Nazirliyindən verilən məlumata görə, hesabat dövründə elektron qeydiyyatdan keçənlərin xüsusi çəkisi artaraq 86,7%-ə yüksəlib.

İlin əvvəlindən başlayaraq dövlət qeydiyyatının aparılmasının (ƏDV qeydiyyatı və bank hesabının açılması da daxil olmaqla) bir prosedurla tamamlanması mümkündür. Nəticədə hüquqi şəxsin qeydiyyatı prosedurlarının sayı 3-dən 1-ə, müddəti isə 20 dəqiqəyədək azaldılıb, biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib. Bu sistemə əsasən, qeydiyyat sənədləri yalnız vergi ödəyicisinin elektron kabinetinə onlayn qaydada göndərilir və həmin sənədlərin kağız daşıyıcılarda təqdim edilməsinə zərurət olmur.

Elektron kabinetə göndərilmiş qeydiyyat sənədləri xüsusi barkodla şifrələnməklə onların rəsmi olaraq bütün dövlət qurumları, banklar, notariuslar və digər təşkilatlarda qəbul edilməsi üçün qanunvericilik bazası və inzibatçılıq da təkmilləşdirilib. Bu xidmətdən istifadə edənlərə yardım məqsədilə İnternet Vergi İdarəsində “Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin e-qeydiyyatı” (elektron imza olmadan) təlimatı yerləşdirilib.

Yeni onlayn qeydiyyat sisteminin həyata keçirilməsində əsas məqsəd biznesə başlamaqla bağlı prosedurların sadələşdirilməsi, vaxta qənaət, əlverişli biznes mühiti, şəffaflığın təmin olunması, məmur-sahibkar ünsiyyətinin minimuma endirilməsi və vətəndaş məmnunluğunun artırılmasıdır.

Mənbə: report.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Elektron qeydiyyat

150 manat məvaciblə Maliyyə üzrə təcrübəçi tələb olunur

Maliyyə üzrə təcrübəçiVəzifə: Maliyyə üzrə təcrübəçi.

İşəgötürən: Softline International.

Şəhər: Bakı

Yaş: 18 – 28 yaş

Cins: Fərqi yoxdur

Təhsil: Ali

İş təcrübəsi: 1 ildən aşağı

Əlaqədar şəxs: HR

E-mail: arzu.rafiyeva@softline.com / info@finstaff.az

Əmək haqqı: 150 AZN.

İş barədə məlumat

Maliyyə üzrə təcrübəçi (qadınlara üstünlük verilir)

Yarı iş günü, əmək haqqı 150 AZN.

Namizədə tələblər

• Vergi qanunvericiliyindən məlumatlı olmalı
• Müxabirələşmələri (проводка) bilməli (orta dərəcədə)
• 1 C 8 muhasibat proqramında işləməyi bacarmalı

CV-lər şəkilli olmalıdır.

CV-də vakansiyanın adı qeyd olunaraq arzu.rafiyeva@softline.com / info@finstaff.az ünvanlarına göndərilməlidir.

Mənbə: finstaff.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Maliyyə üzrə təcrübəçi

Pay torpağı olanlar nə qədər sığorta haqqı ödəməlidir?

posted in: Vergi, Xəbər | 0

Pay torpağı olanlar nə qədər sığorta haqqı ödəməlidir?

Kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı pilot layihə davam etdirilir. Layihənin əsas məqsədi kənd təsərrüfatı sektorunda real vəziyyəti düzgün əks etdirən uçotun aparılmasıdır.

Bəllidir ki, aqrar sahədə istehsalla məşğul olan vətəndaşlar, torpaq vergisindən başqa, digər bütün vergilərdən azaddırlar. Lakin onların uçotunun aparılmaması və hesabat təqdim edilməməsi üçüncü şəxslərin vergidən yayınmasına şərait yaratmış olur. Bundan əlavə, kənd təsərrüfatı təyinatlı pay torpaqlarının mülkiyyətçiləri və ailə kəndli təsərrüfatlarının üzvləri məcburi sosial sığorta məqsədləri üçün uçota durmadıqda gələcəkdə layiqli pensiya ala bilməyəcəklər. Bəs həmin torpaq sahibləri və ailə kəndli təsərrüfatlarının üzvləri necə qeydiyyatdan keçə bilərlər? Onlar nə qədər məcburi dövlət sosial sığorta haqqı ödəməlidir?

Suallarla bağlı Vergilər Nazirliyindən bildiriblər ki, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əməkhaqqının 6 faizi miqdarında sosial sığorta haqqı hesablanır.

“Sosial sığorta haqqında” Qanuna əsasən, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə “Fiziki şəxsin uçotu haqqında ərizə” ilə vergi orqanına müraciət edir. Ərizənin 1 və 2 nömrəli Əlavələri doldurulmalı və torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin və torpaq aktının surəti ərizəyə əlavə edilməlidir.

1 nömrəli Əlavədə torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin seriyası, nömrəsi, torpağın sahəsi, kateqoriyası, yerləşdiyi ünvan barədə məlumatlar, 2 nömrəli Əlavədə torpaq mülkiyyətçilərinin ailə üzvlərinin sayı, onların soyadı, adı və atasının adı doldurulur. FİN-kod vergi orqanının vəzifəli şəxsi tərəfindən şəxsiyyət vəsiqəsinə əsasən qeyd edilir.

Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər dedikdə, özü-özlərini və kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən əmək qabiliyyətli ailə üzvlərini (ailə kəndli təsərrüfatları və hüquqi şəxs yaradanlardan başqa) sığorta edən fiziki şəxslər nəzərdə tutulur. Həmin şəxslər vergi orqanlarında məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınırlar.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
sığorta haqqı Pay torpağı