» » » İşçilərini sığorta etməyənlər avtomatik müəyyənləşəcək

İşçilərini sığorta etməyənlər avtomatik müəyyənləşəcək

posted in: Xəbər | 0
birbank biznes

Vakansiya TəcrübəçiGələn aydan iş yerlərində icbari sığortanın tətbiqi sahəsində elektron məlumat mübadiləsinə başlanılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlamasında bildirilib ki, məlumat mübadiləsi ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu, “PAŞA Həyat Sığorta”, “Atəşgah Həyat Sığorta”, “Qala Həyat Sığorta” və “Xalq Həyat” ASC-lərin nümayəndələri ilə görüş keçirilib. Məqsəd nazirlik və həmin qurumlar arasında imzalanan əməkdaşlıq üzrə memorandumun tətbiqi sahəsində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsi olub. (sigorta)

Müzakirə zamanı istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın əhəmiyyəti qeyd edilib. Vurğulanıb ki, dövlət orqanları, işəgötürənlər və sığorta şirkətləri arasında bu sahədə əlaqələndirmənin təmin olunması vacibdir. Əməkdaşlıq müstəvisində görüləcək işlər barədə bildirilib ki, məlumat mübadiləsinin elektron qaydada həyata keçirilməsi ölkə üzrə bütün işçilərin icbari sığorta ilə əhatə olunmasına, öz işçilərini sığorta etdirməyən işəgötürənlərin elektron qaydada müəyyən olunaraq qanunvericiliyə uyğun tədbirlər görülməsinə, ümumən bu sahədə nəzarət sisteminin operativ qurulmaqla təkmilləşməsinə imkan verəcək.

Görüşdə sistemin sentyabr ayının əvvəlindən tam fəaliyyətə başlanacağı vurğulanıb.

Mənbə: vergiler.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
sığorta, sigorta