Vakansiya: Mühasib Köməkçisi tələb olunur

Mühasib, Mühasib köməkçisi, vakansiyaVakansiya: Mühasib Köməkçisi / İşəgötürən: Royal Foods Ltd

  • Əmək haqqı: 600 – 800 AZN.
  • Şəhər: Bakı
  • Yaş: 23 – 35 yaş
  • Cins: Qadın
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Rəna Məmmədova
  • E-mail: info@royalfoods.az / info@finstaff.az
  • Telefon: (055) 400-81-97 / (012) 562-57-70

Vakansiya barədə məlumat

– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
– Bank, Kassa, Əmək haqqı sənədlərinin icra olunması
– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
– AR əmək məcəlləsinə vuyğun sənədləşmə və müqavilələrin tərtib olunması
– E-gov.az, e-taxes.gov.az, digər portallardan istifadə etmək
– İş qrafiki: Həftədə 6 gün, Bazarertəsi-cümə 09:00-dan 18:00-dək , Şənbə 09:00-dan 13.:00-dək

Mühasib Köməkçisi üçün tələblər

– Yalnız xanım namizədlər
– Ali təhsil (bank işi, maliyyə, mühasibat uçotu)
– Yaş həddi: 23-35
– Mühasibatlıq üzrə minimum 1-3 il iş təcrübəsi (idxal, ticarət)
– MS Office(xüsusillə Excell), 1C, e-gov,e-taxes və digər portallarıdan istifadə etmək
– Əmək qanunvericilyi üzrə məlumatlı
– Yeni və köhnə hesablar plan üzrə biliklər
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
– Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
– Bütün növ (vergi, DSMF, Statistika və Məşğulluq) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir
– Məsuliyyətli, operativ, dəqiq və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

CV-lərinizi info@royalfoods.az / info@finstaff.az ünvanına göndərə bilərsiniz.

Mənbə: finstaff.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vakansiya Mühasib Köməkçisi

Məşğul şəxslər barədə məlumatların əldə olunması Qaydası təsdiq edilib

posted in: Qanun, Xəbər | 0

“Məşğul şəxslər barədə məlumatların əldə olunması, reyestrə daxil edilməsi, reyestrin aparılması və ondan istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “Məşğul şəxslər barədə məlumatların əldə olunması, reyestrə daxil edilməsi, reyestrin aparılması və ondan istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).
  2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Azərbaycan Respublikasının
Baş Naziri                Novruz Məmmədov

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 19 sentyabr
tarixli 415 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

Məşğul şəxslər barədə məlumatların əldə olunması, reyestrə daxil
edilməsi, reyestrin aparılması və ondan istifadə
QAYDASI
1. Ümumi müddəalar

1.1. Bu Qayda “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 4.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və məşğul şəxslər barədə məlumatların əldə olunması, reyestrə daxil edilməsi, reyestrin aparılması və ondan istifadə qaydasını müəyyən edir.

1.2. Məşğul şəxslər barədə reyestrin (bundan sonra – reyestr) formalaşdırılması, aparılması və digər dövlət informasiya ehtiyatları və sistemlərinə inteqrasiyası ilə bağlı bu Qayda ilə tənzimlənməyən məsələlər Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir.

1.3. Reyestrin digər informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirilir.

1.4. Reyestr vahid informasiya ehtiyatıdır, onun istifadəsi və mühafizəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən təmin edilir.

2. Məşğul şəxslər barədə məlumatların əldə olunması və reyestrə daxil edilməsi

2.1. Məşğul şəxslərə dair məlumatlar reyestrə Qanunun 4.4-cü maddəsinə uyğun olaraq aşağıdakı tələblər nəzərə alınmaqla daxil edilir:

2.1.1. muzdla işləyənlər barədə – Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (bundan sonra – MEİS) məlumatları əsasında;

2.1.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) məşğul şəxslər barədə – həmin orqanlar tərəfindən onları işə qəbul etdikləri (götürdükləri) gündən ən geci 1 (bir) ay müddətində kağız daşıyıcılarda təqdim edilən məlumatlar əsasında;

2.1.3. mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər və sahibkarlar barədə – Azərbaycan Respublikası Vergilər Nazirliyinin apardığı elektron informasiya sisteminin məlumatları əsasında;

2.1.4. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan məşğul şəxslər barədə məlumatlar Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları tərəfindən kağız daşıyıcılarda:

  1. reyestrin fəaliyyətə başladığı tarixə kənd təsərrüfatına yararlı torpaq payı əldə edən məşğul şəxslər barədə məlumatları həmin tarixdən sonra 1 (bir) ay müddətində;
  2. reyestrin fəaliyyətə başladığı tarixdən sonra kənd təsərrüfatına yararlı torpaq payı əldə edən məşğul şəxslər barədə məlumatları daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqları qeydiyyata alındığı tarixdən sonra 1 (bir) ay müddətində;

2.1.5. ailə kəndli təsərrüfatının üzvləri barədə – onların uçotunu aparan yerli özünüidarəetmə orqanları tərəfindən uçota alındıqları gündən ən geci 1 (bir) ay müddətində kağız daşıyıcılarda təqdim edilən məlumatlar əsasında;

2.1.6. haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər barədə – onların seçilməsi, təyin və ya təsdiq edilməsinə dair hüquqi aktları qəbul etmiş orqanların həmin hüquqi aktların qəbul edildiyi tarixdən ən geci 1 (bir) ay müddətində bu barədə kağız daşıyıcılarda təqdim edilən məlumatlar əsasında;

2.1.7. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər barədə – onları işə (xidmətə) qəbul edən orqanlar tərəfindən onların işə (xidmətə) qəbul edildikləri gündən ən geci 1 (bir) ay müddətində kağız daşıyıcılarda təqdim edilən məlumatlar əsasında, “Dövlət sirri haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla;

2.1.8. ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alanlar barədə – Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən aparılan elektron informasiya sisteminin məlumatları əsasında;

2.1.9. Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə – Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən aparılan elektron informasiya sisteminin məlumatları əsasında;

2.1.10. Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları barədə – Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 58- ci maddəsinə uyğun olaraq əldə edilən məlumatları əldə etdikləri tarixdən ən geci 1 (bir) ay müddətində kağız daşıyıcılarda təqdim edilən məlumatlar əsasında.

2.2. Bu Qaydanın 2.1.2-ci, 2.1.4-cü, 2.1.5-ci, 2.1.6-cı, 2.1.7-ci və 2.1.10-cu yarımbəndlərinə uyğun olaraq məlumatlar kağız və ya electron daşıyıcılarda müşayiət məktubu ilə Nazirliyə təqdim olunur və ya MEİS-də yaradılmış elektron pəncərədən giriş səlahiyyəti veriləcək məsul şəxslər tərəfindən daxil edilir.

3. Reyestrin aparılması

3.1. Qanunun 4.2-ci maddəsinə əsasən Nazirlik reyestri yaratmaq məqsədilə MEİS-də bu Qaydanın 2-ci hissəsində göstərilən dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə reyestri elektron formada aparır.

3.2. Nazirlik reyestri “Fərdi məlumatlar haqqında”, “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikasının bu sahədə yaranan münasibətləri tənzimləyən digər normativ hüquqi aktlarına uyğun formada aparır.

3.3. Nazirlik reyestrdə dəyişiklikləri müvafiq qeydlər edilməklə aparır, belə qeydlərin edilməsinə əsas olan sənədləri isə müvafiq sənədlər qovluğuna daxil edir və arxivləşdirilmənin avtomatlaşdırılmış qaydada həyata keçirilməsini təmin edir.

3.4. Dövlət orqanları və digər qurumlar reyestrə daxil edilmiş məlumatlarda baş vermiş dəyişiklikləri bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq 10 iş günü müddətində yeniləməlidirlər.

3.5. Reyestr Azərbaycan Respublikasının dövlət dilində aparılır.

3.6. Reyestr vahid forma, metod və prinsiplər əsasında aparılır.

4. Reyestrdən istifadə

4.1. Reyestrin məlumatlarından fərdi məlumatların mühafizəsinə dair tələblər nəzərə alınmaqla istifadə olunur. Reyestrdə olan məlumatlardan istifadə etmək üçün dövlət və bələdiyyə orqanları və qurumları, idarə, müəssisə və təşkilatlar, elmi müəssisə və təşkilatlar və digər hüquqi və fiziki şəxslər Nazirliyə əsaslandırılmış sorğu ilə müraciət edə bilərlər.

4.2. Fiziki şəxslər reyestrdə yalnız özləri ilə bağlı məlumatları sorğu edə bilərlər.

4.3. Sorğu edilmiş məlumat və ya həmin məlumatın verilməsindən imtina haqqında əsaslandırılmış cavab sorğunun daxil olduğu tarixdən 5 (beş) iş günü müddətində Nazirlik tərəfindən verilməlidir.

Mənbə: cabmin.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Məşğul şəxslər

DGK-yə daxil olan müraciətlərin çoxu “Yaşıl dəhliz”dən istifadə edən xarici ixracatçıların payına düşüb

posted in: Xəbər | 0

DGK-yə daxil olan müraciətlərin çoxu “Yaşıl dəhliz”dən istifadə edən xarici ixracatçıların payına düşüb

Dövlət Gömrük Komitəsinə (DGK) 600-dən çox müraciət qəbul olunub. Bunlardan 450-si “Yaşıl dəhliz”dən daimi istifadə hüququnu əldə edilmiş xarici iqtisadi fəaliyyət ixracatçılarıdır.

Bunu “9-cu Beynəlxalq Xəzər Enerji Forumu – 2019” tədbirində çıxış edən DGK sədrinin birinci müavini İsmayıl Hüseynov deyib.

Onun sözlərinə görə “Yaşıl dəhliz” iştirakçılarının 8 aylıq idxalda ümumi payı 22,45%, ixracda isə 30%-ə yaxın olub.

“Bu, çox böyük göstəricidir. Cari ilin səkkiz ayında ixracımızın 13 mlrd. manata yaxın olmasını və onun 30%-nin “Yaşıl dəhliz” hüququna malik hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirildiyini nəzərə alsaq, bu, olduqca böyük rəqəmdir”, – deyə sədr müavini qeyd edib.

“Eyni zamanda, bu gün Azərbaycan beynəlxalq tranzit dəhlizlərinin böyük mərkəzlərinə çevrilib. “Made in Azerbaijan” brendli malların Avropaya çatdırılmasında mühüm layihələrdən biri Avropanın yeniləşdirilmiş tranzit kompüter sisteminə qoşulmasıdır. Bu sistemlə bağlı mövcud qanunvericiliyin yenilənməsi, uyğunlaşdırılması və daxili malların Avropaya maneəsiz sürətli çatdırılması onların ticarət zənciri üzərində təyinat ölkəsinə tez çatmasında bu sistemin rolu böyükdür, – deyə sədr müavini qeyd edib.

Mənbə: apa.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Yaşıl dəhliz

“Kölgə İqtisadiyyatı”nın azaldılması ilə bağlı Təkliflər Paketi hazırlanır

posted in: Audit, Xəbər | 0

Auditorlar Palatası “Kölgə İqtisadiyyatı”nın azaldılması ilə bağlı Təkliflər Paketi hazırlayır

Auditorlar Palatası Azərbaycanda “Kölgə İqtisadiyyatı”nın azaldılması ilə bağlı 100-dən çox təklifin yer alacağı Təkliflər Paketi hazırlayır.

Bunu Palatanın sədri Vahid Novruzov bildirib.

Onun sözlərinə görə, sənəd “Kölgə iqtisadiyyatı-na qarşı mübarizə iqtisadi inkişafın mühüm amili kimi” adlı yol xəritəsinin tərkib hissəsi olacaq.

“Təkliflərdə qanunvericiliyin təkmilləşdirilməsi, “Kölgə İqtisadiyyatı”na qarşı aparılacaq tədbirlərin daha sistemli, kompleks, çevik şəkildə olması kimi məsələlər öz əksini tapacaq”, – deyə V.Novruzov qeyd edib.

Xatırladaq ki, Auditorlar Palatası “Kölgə iqtisadiyyatına qarşı mübarizə iqtisadi inkişafın mühüm amili kimi” adlı yol xəritəsi üzərində işləri başa çatdırmaq üzrədir.

Mənbə: report.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Kölgə İqtisadiyyatı Təkliflər Paketi