Əmək müqaviləsinə xitam zamanı bilməli olduqlarımız (1-ci hissə)

posted in: Uncategorized | 0

    Əmək müqaviləsinə xitam zamanı bilməli olduqlarımız

Bu yazımızı əmək müqaviləsi ilə çalışanlar üçün maarifləndirici və əhəmiyyətli bir mövzuya həsr etdik. Təbii bir haldır ki, işçi heç də işlədiyi müəssisəyə ömürlük bağlı deyildir. Bu səbəbdən də istər-istəməz hər bir işçinin qarşılaşacağı məqamlardan biri də onunla bağlanmış müqaviləyə xitam verilməsidir.

Bu yazıda əmək müqaviləsinə hansı hallarda xitam verilə biləcəyini və xitam zamanı işçinin hüquqlarını ətraflı izah edəcəyik.

Əmək müqaviləsinə xitamın bir neçə əsası mövcuddur ki, birinci hal tərəflərdən birinin təşəbbüsüdür. Bu halda ya işçi, ya da işəgötürən müqaviləyə xitam verə bilər. İşçi tərəfindən əmək müqaviləsinə xitam verilməsi üçün onun 1 təqvim ayı əvvəlcədən işəgötürənə yazılı ərizə ilə müraciəti olmalı. Və ərizədə müqaviləyə xitam veriləcəyi gün göstərilməlidir. İşçi 1 ay ərzində fikrini dəyişdikdə xəbərdarlıq müddəti bitənə kimi yeni ərizə ilə əvvəlki ərizəsindən imtina edə bilər. Əgər işəgötürən işçinin birinci ərizəsi üzrə yeni işçi götürübsə və bu barədə işçiyə yazılı müraciət edibsə, işçinin 1 ay ərzində əvvəlki ərizəsindən imtina etmək hüququ yoxdur. Əgər işəgötürən işçiyə belə bir müraciət etməyibsə və işçi ikinci ərizə ilə ilk ərizəsindən imtina edirsə, bu zaman onun əmək müqaviləsi xitam edilməyəcək.

İşçinin hüququ var ki, istifadə olunmamış məzuniyyətini götürsün və məzuniyyətin son günündən əmək müqaviləsinin xitam edilməsini tələb etsin.

Bununla yanaşı işçinin yaş və əlilliklə bağlı pensiyaya çıxması, yeni yaşayış yerinə köçməsi, seksual qısnamaya məruz qalması, müvafiq təhsil müəssisəsinə daxil olması və başqa işəgötürənlə əmək müqaviləsi bağladığı halda ərizəsində hansı günü qeyd edibsə, həmin gün əmək müqaviləsinin xitam olunmasını tələb etmək hüququ var.

Müqaviləyə xitam verilməsi barədə işəgötürən əmri (sərəncam, qərar) olmalıdır və bu əmrin surəti işçiyə sonuncu iş günü son haqq-hesab və əmək kitabçası ilə birlikdə verilməlidir.

İşəgötürən tərəfindən işçinin məcbur edilərək əmək müqaviləsinə xitam verdirilməsi qadağandır.

Müəllif: Praktiki Hüquqşünas Şəhriyar Həbilov

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
əmək müqaviləsi emek muqavilesi

Vakansiya: Mühasib tələb olunur

Mühasib VakansiyaVakansiya: Mühasib

İşəgötürən: Fiscal Group Gonsulting

  • Əmək haqqı: 500 – 800 AZN.
  • Şəhər: Bakı
  • Yaş: 22 – 38 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Rəsul bəy
  • E-mail: fiscalgroup77@gmail.com / info@finstaff.az

 

 

Vakansiya barədə məlumat

– Fiziki və Hüquqi şəxslərin bütün növ bəyannamələrin vaxtında verilməsi
– Mühasibat uçotunun məqsədləri üçün gəlir və xərclərin uçotunun aparılması
– Sosial sığorta və işsizlikdən sığorta haqqında qanunvericilik normalarının təhlili, hesabatların verilməsi
– İşgüzar yazışmaların aparılması
– Telefon vasitəsilə müraciətlərin cavablandırılması
– İş həftənin 1-5-ci günləri 09:00-dan 18:00-dək
– İstirahət günü hər həftənin şənbə və bazar günüdür

Mühasib üçün tələblər

– 1C proqramında normal şəkildə işləməyi
– BTP proqramında mükəmməl şəkildə işləməyi
– Excel proqramında mükəmməl səviyyədə işləməyi
– İnternet vergi idarəsi, elektron hökumət portalı və internet bankingdə işləməyi
– Vergi hesabatlarının hazırlanmasını (bütün növ bəyannamələr)
– Maliyyə hesabatlarının hazırlanmasını
– Məcburi dövlət sosial sığorta haqqı hesabatlarının hazırlanmasını
– Statistika hesabatlarının hazırlanmasını
– Məsuliyyətli
– Dəqiq
– Məntiqli
– İşini sevən
– İnkişafı sevən

fiscalgroup77@gmail.com / info@finstaff.az göstərilən mail ünvanına şəkilli CV-lərin göndərilməsi vacibdir

Mənbə: finstaff.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vakansiya Mühasib

“Qiymətləri dövlət tərəfindən tənzimlənən malların Siyahısı”nda dəyişiklik edilib

posted in: Xəbər | 0

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 869; 2007, № 1, maddə 45, № 3, maddə 312, № 10, maddə 1021; 2008, № 2, maddə 116; 2009, № 6, maddə 491, № 10, maddə 846, № 12, maddə 1061; 2010, № 3,

maddə 264, № 4, maddə 359, № 7, maddə 702, № 12, maddə 1122; 2014, № 3, maddə 321, № 10, maddə 1322; 2015, № 4, maddə 474; 2016, № 2 (II kitab), maddə 366, № 3, maddə 610, № 5, maddə 951, № 8, maddə 1431, № 9, maddə 1555, № 11, maddə 1955; 2017, № 1, maddə 131, № 3, maddə 510, № 8, maddə 1617, № 12 (II kitab), maddə 2504; 2018, № 6, maddə 1377, № 7 (II kitab), maddə 1630, № 8, maddə 1809, № 11, maddə 2428, № 12 (II kitab), maddələr 2735, 2738; 2019, № 1, maddə 157) ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

  1. 3-cü hissədə “Təbii qaz” sözləri “Təbii qazın boru kəmərləri ilə nəqli, topdan və pərakəndə satışı” sözləri ilə əvəz edilsin.

2.4-cü və 11-ci hissələr ləğv edilsin.

Azərbaycan Respublikasının
Baş Naziri                      Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
dövlət

Azərbaycanda audit sahəsinin liberallaşdırılması ilə bağlı təkliflər hazırlanır

posted in: Audit, Xəbər | 0

“Azərbaycan Auditorlar Palatası bu il Milli Məclisin payız sessiyasında bir sıra təkliflərlə çıxış edə bilər”. (audit sahəsi)

Bunu Palatanın sədri Vahid Novruzov bildirib.

Onun sözlərinə görə, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi ilə əlaqədar təkliflər bir sıra istiqamətdə olacaq.

Vahid Novruzov vurğulayıb ki, təkliflər, əsasən, şirkətlərdə auditorların minimal sayının təyin edilməsi, mühasibatlıq, audit sahəsində uzun illər çalışmış Azərbaycan vətəndaşlarının da auditor olmaq üçün imtahanda iştirak etmək hüquqi qazanması ilə bağlı olacaq: “Hazırda auditor olmaq hüququ ancaq müəyyən peşə sahiblərinə verilir. Bu istiqamətdə liberallaşma ilə bağlı təkliflərimiz var. Həmin təkliflər üzərində işi başa çatdırmışıq, müvafiq qurumlara göndərəcəyik”.

O xatırladıb ki, təkliflər Milli Məclisə təqdim olunana qədər müvafiq qurumların rəyi alınmalıdır, əsaslandırılmalıdır.

Mənbə: report.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
audit sahəsi